Referat №6 Hissi idrak və onun prinsipləri



Yüklə 33,56 Kb.
səhifə1/3
tarix29.12.2021
ölçüsü33,56 Kb.
#48281
növüReferat
  1   2   3
referat 4021


Referat № 6

Hissi idrak və onun prinsipləri

İnsanın ətraf aləmdə düzgün oriyentasiya götürməsi gerçəkliyin şüurda yenidən hasil edilməsini, cisim və hadisələrin beyində adekvat inikasını tələb edir. İdrak nəzəriyyəsi - idrakın mənşəyi və mahiyyəti, biliyin strükturu və inkişaf qanunları, onun əsası və meyarı, idrakın pillələri və əsas formaları, elmi tədqiqatın prinsipləri, metod və üsulları haqqında bütöv bir fəlsəfi təlimdir. İdrak nəzəriyyəsi üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdən biri praktika problemidir.

İdrakın həqiqi əsası kimi praktikanın həlledici rolunu ilk dəfə K.Marks açmışdır. Praktika insanların təbiət və cəmiyyəti dəyiçdirməyə yönəldilən maddi, hissi – predmetli, məqsədyönümlü fəaliyyətidir. Praktikanın məzmununu təbii və sosial obyektlərin dərk edilməsi, mənimsənilməsi və dəyişdirilməsi təşkil edir. Beləliklə, idrak gerçəkliyin inikasıdır. İdrak şeylərin mahiyyətinə ağlın nüfuz et-məsidir. İdrak ziddiyyətlərin meydana gəlməsi və həll olunması vasitəsilə davam edir və fəal, yaradıcı xarakter daşıyır. O, Obyektiv aləmin qanunauyğunluqlarını aşkara çıxararaq, onun islah olunması, dəyişdirilməsi yollarını göstərir, təbiət və cəmiyyətin dərk edilmiş qüvvələri insanın xidmətinə verilir.

İdraka münasibətdə praktika üçqat rol oynayır. 

Əvvəla, praktika idrakın mənbəyi, əsası və hərəkətverici qüvvəsi olub, ona faktik materiallar verir. İkincisi, praktika biliyin tətbiq üsulu olub, bu mənada idrakın məqsədidir. Praktika sanki biliyin gücünü nümayiş etdirən sınaq meydanıdır. Üçüncüsü, praktika idrakın nəticələrinin, bu prosesdə qazanılmış biliklərin həqiqiliyinin meyarı, ölçüsüdür. Yeni dövrdə qərqrlaşmış fəlsəfi sistemlərin əksəriyyəti idrakda iki əsas mərhələni ayırır: hissi və məntiqi idrak. 

Hiss və zəka insan idrakının əsas formasıdır.Hissi idrak rasional idrakdan əvvəl gəlir.İdrak prosesinin başlanğıc mərhələsi hissi idrakdır. Hissi idrak xarici aləmin cisim və hadisələrinin insan beynində konkret insan inikasından ibarət psixi prosesdir. İnsan bələd olmadığı bir şüyi öyrənmək qərarına gəldikdə hə şeydən əvvəl ona diqqətlə baxır, lazım gələrsə əllə toxunur, dadına, rənginə baxır v.s. Əşyaların canlı seyri idrak yolunda başlanğıc mərhəllə birinci addımdır.Hiss üzvüləri bir növ elə qapılardır ki, bunların vasitəsi ilə xarici aləm insan şüuruna daxil olur.Duyğu insan idrakın və ümumiyyətlə insan şüurunun ən sadə elementidir.

İdrak prosesinin ilkin, başlanğıc mərhələsi hissi idrakdır. Hissi idrak xarici aləmin cisim və hadisələrinin insan beynində bilavasitı, konkret inikasından ibarət psixi prosesdir. Hissi idrakın iki başlıca əlaməti vardır:



  1. hissi idrak gerçəkliyin bilavasitə inikasıdır. O, hiss üzvləri vasitəsilə xarici aləmdəki predmetlərlə tanışlıqdan başlanır;

  2. hissi idrak gerçəkliyin konkret inikasıdır. Hissi idrakın formaları duyğu, qavrayış və təsəvvürdür. 

Duyğu insan idrakının və ümumiyyətlə insan şüurunun ən sadə elementidir. Duyğu biliklərimizin yeganə mənbəyidir, duyğuların mənbəyi isə obyektiv rellıqdır. Duyğu obyektiv aləmin subyektiv obrazıdır. Duyğunun obyektiv aləmin subyektiv obrazına çevrilməsi də ayrı-ayrı duyğuların hissi idrakın daha yüksək forması olan qavrayışa daxil edilməsi hesabına əldə edilir. 

Hissi idrak duyğudan başlanır. Onun əsas vəzifəsi ətraf aləmdə, eləcə də orqanizmdə baş verənlər barədə subyektə mə'lumat verməkdir. Bütünlüklə idrak proseslərinin bünövrəsini duyğular təşkil edir. O, orqanizmlə mühit arasında ilkin əlaqədir.Deməli, xarici aləm haqqında biliklərimizin mənbəyidir.Onun vasitəsilə insan varlığı dərk edir.Duyğular-indiki anda hiss üzvlərinə təsir edən cisim və ha-disələrin ayrı-ayrı keyfiyyətvə xassələrinin beyində inikasıdır.

Beləliklə, duyğular həm ətraf aləmdə baş verən hadisələri,həm də orqanizmin daxilində olan proseslər barədə məlumat verir ki, bunun sayəsində də orqanizm ətraf mühitə bələdləşir.Hər bir insan duyğuların verdiyi məlumata istinad edir, beyində isə bu məlumatlar təhlil olunur, nəticədə mürəkkəb idrak fəaliyyəti baş verir.


Yüklə 33,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin