Maraq İfadələrinin təqdimatına dəvət
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi yanında
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
Quş QRİpİnə Hazırlıq Layİhəsi
Azərbaycanda Quş Qripi barədə məlumatlILIĞA Dair Bilik, Davranış və Yanaşma üzrə VƏ HƏYƏTYANI SAHƏLƏRİNDƏ QUŞ SAXLAYANLARın quşlarında XƏSTƏLİK HALLARI BARƏDƏ MƏLUMAT VERİLMƏSİ ÜZRƏ
sorğuLARIN KEÇİRİLMƏSİ
-
Azərbaycan Hökuməti quş qripi infeksiyasının və ev quşlarında digər zoonoz xəstəliklərin insanlar üçün yaratdığı təhlükəni azaldaraq quş qripi pandemiyası və digər infeksion xəstəliklərə nəzarət və cavab tədbirlərinin hazırlanması məqsədilə Quş Qripinə Hazırlıq Layihəsini həyata keçirir. Bu məqsədlə, layihə aşağıdakı fəaliyyətləri əhatə edir: 1) baytarlıq xidmətləri, 2) insan sağlamlığı, 3) ictimaiyyətin məlumatlandırılması və kommunikasiya.
İctimaiyyətin məlumatlandırılması və kommunikasiya komponenti quş qripi üzrə tədbirlər planı, vahid kommunikasiya strategiyasının icra olunması məqsədilə yaradılmışdır. Belə ki, təşviqat kampaniyasını təşkil etməmişdən və kommunikasiya materiallarının hazırlanmasından əvvəl, xəstəliyin qarşısının alınması barədə əhalinin müəyyən təbəqəsinin, eyni zamanda əsas informatorların bilik, davranış və yanaşması (BDY) müəyyənləşdirilməli, tədqiq və təhlil olunmalı və sənədləşdirilməlidir.
Layihənin baytarlıq xidmətləri komponentinin əsas məqsədi: (i) baytarlıq xidmətlərinin, xəstəliklərə nəzarətin, diaqnostik potensialın gücləndirilməsi, quş qripinin qarısının alınması və ona hazırlıq imkanlarının artırılması; (ii) quş qripinə nəzarət proqramlarının və xəstəlik ocaqlarının yayımının qarşısının alınması planlarının təkmilləşdirilməsi; və (iii) quşçuluq istehsalında bio-təhlükəsizliyin inkişaf etdirilməsi
-
Xidmətlərə daxildir: i) əsas informatorların (həkimlər, baytarlar, müəllimlər) və 5-10 yaşlı uşaqların quş qripi üzrə bilik, davranış və anlayışı barədə təfərrüatlı məlumat toplanılması məqsədilə fokus qrupun tədqiqi üzrə sorğuların aparılması; ii) həyətyanı sahələrində quş saxlayanların xəstəlik halları barəsində Dövlət Baytarlıq Xidmətinə və yaxud özəl baytarlara məlumat vermələri ehtimalının və bio-təhlükəsizlik tədbirləri barədə biliklərin təhlil edilməsi. İnfeksion quş qripi xəstəliyinə nəzarət proqramlarının təkmilləşdirilməsi məqsədilə həyətyanı sahələrdə quşçuluqla əlaqədar vəziyyət barədə qərar çıxaran təşkilatlar üçün zəruri informasiyanın toplanması
-
Kənd təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlər Agentliyi/Quş Qripinə Hazırlıq Layihəsinin İdarəetmə Qrupu (QQHLIQ) xidmətlərin həyata keçirilməsində müvafiq şirkətləri əməkdaşlığa dəvət edir. Maraqlanan təşkilatlar tələb olunan xidmətləri həyata keçirə biləcəklərini sübut edən informasiya təqdim etməlidirlər (analoji tapşırıqların təsviri, oxşar şərtlərlə təcrübə, müvafiq bacarıqların olması və s.).
-
Qalib gələn təşkilatla yuxarıda göstərilən xidmətlərin həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi /QQHLİQ arasında müqavilə imzalanacaqdır.
-
Təşkilat, Dünya Bankının Təlimatına əsasən seçiləcəkdir: Dünya Bankı Borcalanları tərəfindən Məsləhətçilərin Seçilməsi və işə götürülməsi, 1997-ci ilin yanvar ayında, 1997-ci ilin sentyabr ayında və 1999-cu ilin yanvarında təkmilləşdirilmişdir.
-
Maraqlanan təşkilatlar əlavə məlumat almaq üçün həftənin bazar ertəsi-cümə günü daxil olmaqla 900-dan 1700 –dək aşağıdakı ünvana müraciət edə bilərlər:
-
Maraq ifadələri 23 yanvar 2008-ci il tarixədək aşağıda göstərilmiş ünvana çatdırılmalıdır.
Solmaz Hüseynova, Satınalmalar üzrə Mütəxəssis
Layihənin İdarəetmə Qrupu/ Quş Qripinə Hazırlıq Layihəsi
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
Ü. Hajibəyov küç. 40, Hökumət evi, otaq 807-A
Bakı 1016-Az, Azərbaycan
Tel: + 994 12 493 46 93
Fax: + 994 12 498 13 95
E-mail: shuseynova@office.az ; hhhus@office.az
Dostları ilə paylaş: |