AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
Kafedra: Elektrotexnika və elektrik avadanlığı
Fənnin adı: Elektrik maşınlarının əsasları
SƏRBƏST İŞ № 5
Müəllim: Hüseynova Gülnarə
Fakültə: Energetika, elektrotexnika və avtomatika
Kurs: II
Qrup: 679 a3
Tələbə: Həsənov Həsən
B A K I – 2 0 2 1
Sabit cərəyan generatorlarının təsirlənmə üsulları və istismar xarakteristikaları.
Təsirləndirilməsi prinsipindən, yəni təsirlənmə dolağının lövbər dolağına görə necə qoşulmasından asılı olaraq bütün sabit cərəyan generatorları kənardan təsirlənən və özünə təsirlənən generatorlara ayrılır.
Özünə təsirlənən generatorlar da öz növbəsində paralel təsirlənən, ardıcıl təsirlənən və qarışıq təsirlənən maşınlara ayrılır (şəkil 1.37).
Şəkil 1.37. Kənardan (a), paralel (b), ardıcıl (c) və qarışıq (d) təsirlənən generatorların və mühərriklərin sxemləri.
Kənardan və paralel təsirlənmə dolaqlarından axan cərəyan nominal lövbər cərəyanının 1-3%-ni təşkil edir. Odur ki, lazımi maqnit hərəkət qüvvəsi ala bilmək üçün bu dolağın sarğılar sayı çox olmadıqda kiçik en kəsiyi olan naqillərdən yığılır. Ardıcıl təsirlənmə dolağından isə tam lövbər cərəyanı axır. Odur ki, bu dolağın sarğılar sayı az olub, böyük en kəsikli naqşillərdən hazırlanır. Bəzən kiçik güclü generatorlarda qütblər sabit maqnitlərdən hazırlanır. Öz xüsusiyyətinə görə belə generator kənardan təsirlənən generatorlara aid edilir.
Generatorun əsas tənliklərini almaq üçün onun energetik diaqramına baxaq (şəkil 1.38).
Şəkil 1.38.
Generatorun valına verilən P1 gücünün bir qismi mexaniki, maqnit və əlavə itkilərə sərf olunur. P1 -in yerdə qalan əsas hissəsi lövbərdə elektromaqnit gücünə çevrilir. Elektromaqnit gücündən lövbər dövrəsindəki elektrik itkiləri çıxıldıqdan sonra yerdə qalan güc generatorun sıxaclarındakı faydalı güc, yəni işlədicilərə verilən P2 gücü olur.
Energetik diaqrama əsasən yaza bilərik:
P1 =Pem + (Pmex + Pmaq + Pel ) (1.51) P2 = Pem - Pa (1.52)
P2 = P1 - ((Pmex + Pmaq + Pel + Pa ) = P1 - P (1.53)
Generatorun faydalı iş əmsalı (f.i.ə.):
Dostları ilə paylaş: |