SəRBƏst iŞ №5 Müəllim: Hüseynova Gülnarə Fakültə


Paralel təsirlənən generatorların parlel işləməsi



Yüklə 0,57 Mb.
səhifə10/11
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#46807
1   2   3   4   5   6   7   8   9   10   11
Həsən 679A3 EMƏ(5) (3)

Paralel təsirlənən generatorların parlel işləməsi

Tutaq ki, generator 1 şəbəkəyə qoşulmuş halda işləyir. 2 generatorunu buna paralel qoşmaq tələb olunur (şəkil 1.53). Bunun üçün əvvəocə 2-nin lövbəri kənar mühərrik vasitəsilə nominal sürətlə fırlandırılır, sonra onun təsirlənmə cərəyanını tədricən artırmaqla e.h.q.-ni şəbəkənin gərginliyinə Uş -yə çatdırırlar. II şərtin ödənilməsini yoxlamaq üçün V2 voltmetrindən istifadə edilir. Belə ki, "a" açarının açıq halında V2 voltmetri "0" göstərərsə bu generatorlar eyni polyarlıqlıdır. Bu halda "b" açarı vurularsa, 2 generatoru şəbəkəyə paralel qoşulmuş olar və onun yük cərəyanı "0" olır. Çünki Egn =Uş olub, istiqamətcə onun əksinə yönəlib. Ümumi yükün bir hissəsini və ya hamısını 2

generatorunun üzərinə köçürmək üçün 1-in təsirlənmə cərəyanını tədricən azaltmaqla 2-nin təsirlənmə cərəyanını tədricən artırmaq lazımdır. Şəkil 1.53

Ümumi yük cərəyanı:

İüm = İ1 + İ2

Normal iş zamanı


Uş =Egn - İ1 R1 = Eg2 - İ2 R2 (1.65)
Axırıncı ifadədən görünür ki, hər iki generatorun təsirlənmə cərəyanı eyni zamanda artırılıb, azaldılarsa Uş sabit qalmaz. Hər bir generatorda
İ1 = (Eg1 - Uş )/R1 (1.66)
İ2 = (Eg2 - Uş )/R2 (1.67)
R1 və R2 uyğun lövbər dolağının daxili müqavimətidir.

Eyni güclü generatorlar olduğu halda ümumi yükün onların arasında bərabər paylanması üçün generatorların xarici xarakteristikaları eyni olmalıdır. Belə ki, ümumi yük paralel qoşulmuş generatorların xarici xarakteristikalarına uyğun olaraq paylanır. Çox vaxt eyni güclü generatorlar olduğu halda onların lövbər müqavimətlərinin azca fərqlənməsi xarici xarakteristikaların fərqli alınmasına səbəb olur (şəkil 1.54)


Şəkil 1.54

Şəkil 1.54-dən görünür ki,verilmişUş qiymətində xarici xarakteristikasının mailliyi az olan generator yükün çox hissəsini öz üzərinə götürür. Yükləri bərabərləşdirmək üçün 1 generatorunun təsirlənmə cərəyanı bir qədər artırılmalıdır.




    1. Yüklə 0,57 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin