Referat №6 Hissi idrak və onun prinsipləri



Yüklə 33,56 Kb.
səhifə2/3
tarix29.12.2021
ölçüsü33,56 Kb.
#48281
növüReferat
1   2   3
referat 4021

Qavrayış predmetin bütöv bir obrazıdır. Bu obraz insana məxsus bütün analizatorların, yaxud da onlardan heç olmasa bir nöqtəsinin birgə fəaliyyəti nəticəsində yaranır. Həm duyğu, həm də qavrayış ancaq predmetlə bilavasitə təmasda yaranır. Qavrayış əsasında yaranan bu hissi obraz təsəvvürdür. 

Qavrayış və onun əsas xüsusiyyətləri. Appersepsiya. Qavrayış prosesi də hissi idrakın mühüm mərhələsini təşkil edir. Burada cisim və hadisələr bütövlükdə, yəni bütün əlamət və xüsusiyyətləri ilə birlikdə əks olunur. Məsələn əgər avtomobildə olan əşyanı qavramaq istəyiriksə, avtomobilin rəngi, bütövlüyü, forması, markası, məkanda tutduğu yeri və həmin əşyanın hansı hissəsində yerləşməsini, hansı əşyalarla əhatə olunmasını bütövlükdə dərk edirik. Beləliklə, əşyanın tam surəti beynimizdə hissi idrakın nisbətən mürəkkəb mərhələsidir. Elə buna görə də qavrayış duyğudan fərqlənir. Lakin hər ikisi üçün ümimi cəhətlər də vardır. Bu da ondan ibarətdirki, cisim və hadisələr hər iki halda hiss üzvlərinə təsir edir, hər iki halda rea l gerçəkliyin subyektiv surətidir. Göründüyü kimi bunlar mexanizm etibarilə bir-birinə ta-mamilə yaxındır. Belə ki, istər duyğu, istərsə də qavrayış pro-sesində analizatorun (duyğunun əmələ gəlməsi üçün zəruri olan anatomik-fizioloji cihazın) fəaliyyət halına gəlməsi zəruridir.

Əks təqdirdə nə xarici, nə də daxili aləmdən gələn qıcıqlayıcılar əks etdirilə bilməz.Məlumdur ki, filogenezdə analizator ancaq uyğunlaşdığı xassəni əks etdiir. Duyğunun bu xüsusiyyəti elmdə mono -modallıq adlanır və onu qavrayışdan fərqləndirir. Analizatorun strukturuna nəzər salsaq görərik ki, o, reseptor, afferent və efferent sinirlər olmaqla üç hissədən ibarətdir. Bu hissələr vahid bir tam kimi işləyir. Onun normal fəaliyyəti duyğu ilə qav-rayışın əmələ gəlməsi üçün mühüm şərtdir.Duyğularla müqayisədə qavrayış surətləri bir neçə anali-zatorun iştirakı ilə baş verdiyinə görə nolimodallı olur.Yəni qavrayış prosesində müxtəlif analizatorlar arasında yaranan əlaqələr durur. Duyğularda cismin müəyyən keyfiyyətləri əks olunur. Qavrayış sayəsində isə əşyalar tam şəkildə əks olunur,çünki duyğularda əks olunan ayrı-ayrı keyfiyyətlərin hamısı burada qavrayış surətlərinin tərkibinə daxil olur. Əgər qıcıqlandırıcıların kəmiyyət və keyfiyyət tərkibinə nəzər salsaq, görərik ki, duyğularda onların hər ikisi qıcıqlayıcının intensivliy-ini əks etdirir. Əksinə qavrayış surətləri intensivlik xassəsinə malik olmur.Məsələn, ağrı orqanizmin müəyyən hisəssi ilə bağlı olur. Qavrayışda isə belə məhdudluq olmur. Duyğu surətlərinin yaranmasında emosionallıq üstün rol oynayır, qavrayışda isə əksinə, əşya hissi deyil, cismin surəti şəklində yaranır.Deyilənləri yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki,qavrayış ətraf aləm haqqında duyğularla müqayisədə daha mükəmməl və dolğun məlumat verir.Qavrayış prosesində, nitq, hafazə, təfəkkür və s. idrak prosesləri iştirak etdiyinə görə o daha mürəkkəb idrak prosesidir. Burada insanın keçmiş təcrübəsi də iştirak edir. Odur ki, əgər qavrama üçün şərait dəyişərsə belə, qavrayışın tamlığı və sabitliyi itmir. Məsələn, cisim uzaqlaşır, onun təsviri gözümüzdə kiçilir, lakin biz həmin cismi malik olduğu böyüklükdə qavrayırıq. Belə sabitlik əsasında biz cisimləri müxtəlif cür qavrayırıq. Bunun da çox böyük idrak əhəmiyyəti vardır. Biz qeyd etdik ki, qavrayışda insanların keçmiş təcrübəsi də iştirak edir ki, bu da onun mə'nalı olmasına təsir edir.Yəni insanın keçmiş həyatı təcrübəsi, biliyi hər hansı hadisə haqqında nəticə çıxarmağa kömək edir. Bütün bünlarla yanaşı qavrayış prosesində insanın dünyagörüşü, maraq, meyli emosional vəziyyət i də mühüm rol oynayır. Çünki eyni vaxtda insana müxtəlif cisim və hadisələr təsir edir. İnsan onların hamısını qavraya bilməz. Onlardan yalnız ən əhəmiyyətli hesab ediləni ayırd edilir və qavranılır.




Yüklə 33,56 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin