Referat №6 Hissi idrak və onun prinsipləri



Yüklə 33,56 Kb.
səhifə3/3
tarix29.12.2021
ölçüsü33,56 Kb.
#48281
növüReferat
1   2   3
referat 4021

Appersepsiya. Appersepsiya (latınca ar ad+perseptiq qavrayış deməkdir) - qavrayışın insanın keçmiş təcrübəsindən, psixi fəaliyyətinin ümumi məzmunundan və fərdi xüsusiyyətlərindən asılı olmasına deyilir.Aparılan tədqiqatlar sayəsində müəyyən edilmişdir ki, qav-rayış təkcə qıcıqlandırıc ılardan deyil, qavrayan subyektin özündən də asılıdır. İnsan şəxsiyyətinin xüsusiyyəti, onun qavranılan obyektə münasibəti arzu və hissləri, maraq və tələbatları qavrayışda özünü göstərir. Ona görə də eyni cisim təbii olaraq müxtəlif adamlar tərəfindən müxtəlif cür qavranıla və yada salına bilər.Qavrayış subyektin keçmiş təcrübəsindən də asılıdır. Yəni insanın təcrübəsi nə qədər zəngin olarsa, biliyi nə qədər çox olarsa,onun qavrayşı da bir o qədər zəngin olar. Fəaliyyətin motivi,məqsədi, qavrayışın insan qarşısında duran məzmun və məqsədi ilə təyin olunur. Məsələn, konsert zamanı, müğənninin səsi ön plana çıxır və qavrayışın obyektinə çevrilir, yerdə qalanlar isə qavrayışın fonu olur.

Qavrayış prosesində emosiyalar da iştirak edir və bu zaman qavrayışın məzmunu dəyişə bilir. Emosional reaksi-yaların qavrayış prosesində mühüm rol oynaması bir sıra eksperimentlərlə də təsdiq olunmuşdur.Beləliklə, insanın keçmiş təcrübəsi, emosional vəziyyəti göstərir ki, qavrayış idarə edilməsi mümkün olan fəal bir prosesdir.



Təsəvvür qavrayışın bir növ reproduksiyasıdır. Təsəvvür qavrayışa nisbətən daha ümumidir, idrakın məqsədəuyğunluğu təsəvvürdə daha güclüdür, təsavvürdə predmetin insanı maraqlandıran cəhətləri ön plana çəkilir və qeyri – mühüm tərəflərdən sərfnəzər edilir. Təsəvvür həmişə yaradıcı xarakter daşıyır, belə ki, insan gerçəklikdə mövcud olan elementlər əsasında real həyatda olmayan və yaxud gerçəklikdə mövcud olmayan və ya praktikanın əsasında gələcəkdə yarana biləcək, yeni şeylər haqqında təsəvvür yarada bilər.


Yüklə 33,56 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin