Tərəfindən tədris olunan fənlərin təsviri İpf-b12 Sosial işin nəzəriyyəsi və təcrübəsi I, II



Yüklə 80.21 Kb.
PDF просмотр
tarix22.04.2017
ölçüsü80.21 Kb.

                

AZƏRBAYCAN UNİVERSİTETİ 

Sosial iş fakültəsi  

tərəfindən tədris olunan fənlərin təsviri 

İPF-B12 Sosial işin nəzəriyyəsi və təcrübəsi I, II (12 kredit, 150 saat) 

Bu  fənnin  tədrisi  zamanı  tələbələr  sosial  işin  əsas  nəzəriyyələri  və  təcrübəsi  ilə 

bağlı  bir  sıra  məsələlərlə  yaxından  tanış  olacaqlar.  Fənnin  əhatə  dairəsinə 

cinayətkarlıq, qanun-pozuntusu, zərərli maddələrdən asılılıq, ailə və uşaq zorakılığı 

nəzəriyyələri,  sosial  işdə  həvəsləndirmə  nəzəriyyələri  və  onların  real  keyslər 

üzərində  tətbiqi  mövzuları  daxildir.  Sosial  işin  təcrübəsi  sahəsində  isə  bu  fənnin 

tədrisi sosial işin mərhələləri, davranış dəyişikliyinin mərhələləri, bir sıra sosial iş 

bacarıqları, o cümlədən motivasiyalı intervyu, onun əsas prinsipləri, mərhələləri və 

sosial iş prosesində tələlərin müəyyənləşdirilməsi kimi mövzuları ehtiva edir.   

Kursu  başa  vuran  tələbələr  sosial  işin  nəzəriyyələri  və  təcrübəsi  sahəsində  vacib 

olan  məlumatlar  əldə  edərək,  biliklərin  keyslər  üzərində  tətbiqi  vasitəsilə 

motivasiyalı  intervyu,  parafrazetmə,  hisslərin  əks  olunması,  aydınlaşdırma  və 

ümumiləşdirmə  və  sosial  işçi  üçün  vacib  olan  digər  əsas  bacarıqlara  yiyələnərək 

mikro  sosial  iş  prosesində  klientdə  arzuolunan  davranış  dəyişikliyi  istiqamətində 

ünsiyyət  yaratmaq  imkanı  əldə  edir,  sosial  iş  təcrübəsi  zamanı  klientin 

müqavimətinin  aradan  qaldırılması,  onun  sosial  iş  prosesinə  uğurlu  cəlb  edilməsi 

qaydalarını  mənimsəyirlər.  Bütün  bunlarla  yanaşı,  sosial  iş  prosesində  potensial 

tələlər  barədə  maariflənmə  tələbələrə  gələcəkdə  bu  tələlərdən  yayınma  imkanı 

yaradır.   

 İPF-B18 Tədqiqat metodları I (6 kredit, 75 saat) 

Fənnin  əsas  məqsədi  tələbələri  sosial  işdə  tədqiqatların  aparılmasına  dair  mövcud 

yanaşmalar, texnikalar və çağırışlarla tanış etmək, bu sahədə onların bacarıqlarını 

inkişaf etdirmək və onları sosial elm üzrə ədəbiyyatın kompetensiyalı istehlakçısı 

olmağa hazırlamaqdır. Fənnin əhatə dairəsinə sosial işçilərin öz fərdi təcrübələrini 



və  sosial  proqramları  qiymətləndirməsi,  peşə  təcrübəsinə  dair  biliklərin 

təkmilləşdirilməsi  üçün  istifadə  olunacaq  tədqiqat  dizaynı  və  metodologiyası 

daxildir.  Bu  fənn  tələbələrdə  elmi  perspektivləri  inkişaf  etdirmək,  təcrübənin 

qiymətləndirilməsi  üçün  müxtəlif  tədqiqatların  mahiyyətini  anlamaq  və  bu 

perspektivləri  və  anlamanı  sosial  iş  təcrübəsinin  daha  geniş  konseptual  bazasına 

inteqrasiya  etmək  məqsədi daşıyır. Tədqiqat  metodları fənni tələbələrin  cəmiyyət, 

insanlar  və  onların  problemləri  haqqında  tənqidi  düşünmək  bacarıqlarını 

gücləndirir.    Semestrin  sonunda  tələbələr  tədqiqatın  dizaynı  və  metodologiyası 

haqqında öyrəndiklərini nümayiş etdirən tədqiqat layihəsinin təqdimatını keçirirlər.  

Kursu başa vuran tələbələr tədqiqatda sosial işçinin yerinə yetirə biləcəyi müxtəlif 

rollar, sosial iş peşəsi çərçivəsində təcrübənin və proqramların qiymətləndirilməsi, 

buna  müvafiq  tədqiqatın  dizaynı  və  metodologiyasına  dair  ilkin  anlayışlara  malik 

olacaqlar.  Onlar  sosial  işin  müxtəlif  sahələrindən  olan  tədqiqat  hesabatlarını 

tənqidi  təhlil  etmək,  orada  güclü  və  zəif  tərəfləri  müəyyənləşdirmək  və  həmçinin 

həmin  hesabatlardan  sosial  iş  təcrübəsi  üçün  faydalı  və  istifadə  oluna  biləcək 

məlumatı  müəyyən  etmək  bacarığı,  bununla  yanaşı  problemin  müəyyən  edilməsi, 

dizaynın  hazırlanması,  tədqiqat  metodlarının  seçimi,  hesabata  daxil  edilən 

nəticələrin  müəyyən  olunması,  tədqiqatçının  nəzəri  baxışları  arasında  olan 

qarşılıqlı əlaqələri anlamaq və izah etmək bacarıqlarına yiyələnəcəklər. 

İPF-B18 Tədqiqat metodları II (5 kredit, 60 saat) 

Bu  fənn  əsas  tədqiqat  anlayışları,  məlumatın  idarə  olunması  və  təhlili, nəticələrin 

şərhi  və  yayılması,  sübuta  yönəlmiş  yanaşmada  tədqiqatdan  istifadə  olunmasının 

qaydaları,  tədqiqat  layihəsinin  dizaynı  və  və  həyata  keçirilməsi  prosesini  əhatə 

edir.  Bundan  əlavə  dərs  prosesində  tədqiqatın  mühüm  tərkib  hissəsi  sayılan  etik 

normalar, dəyərlər, müxtəliflik, sosial- iqtisadi bərabərlik mövzuları da araşdırılır. 

Semestrin  sonunda  tələbələr  sosial  tədqiqatlar,  sübuta  yönəlmiş  yanaşmada 

tədqiqatdan istifadənin qaydaları, sualların formalaşdırılması, suallara cavab verən 

məlumat  bazasının  müəyyən  edilməsi,  belə  məlumatın  təhlili  və  nəticələrinin 

təcrübədə  istifadə  olunması  haqqında  məlumatlanır  və  özləri  tədqiqat  layihəsi 

dizayn  edib  həyata  keçirməklə  tədqiqat  prosesinə  dair  ətraflı  məlumat  alaraq 

təcrübi bacarıqlar əldə edəcəklər.  



 

İPF-B09 Sosial işə giriş (7 kredit, 90 saat) 

Bu fənn tələbələrə sosial iş haqqında ümumi məlumat, onun predmeti, səviyyələri, 

eyni zamanda  müxtəlif fəaliyyət sahələrində - uşaqlar, ahıllar, ailələr, əlilliyi olan 

insanlar  və  digər  hədəf  qrupları  ilə  sosial  iş  qaydaları  və  prosesini  əhatə  edir.  Bu 

fənnin tədrisi tələbələrə iş fəaliyyəti zamanı sosial işçiyə lazım olan etik dəyər və 

prinsiplərlə tanış olmaq imkanı yaradır. Kursu bitirən tələbələr öyrənmənin nəticəsi 

olaraq  sosial  iş  peşəsinin  və  elminin  tarixi  inkişafı  və  sosial  işin  fundamental 

əsaslarını  təşkil  edən  sosial  ədalət,  etik  prinsiplər  və  dəyərlər  haqqında  məlumat 

əldə  edəcəklər.  Tələbələrdə  həmçinin  sosial  işin  müxtəlif  sahələrində  işləmə, 

müxtəlif  vəziyyətlərdə  hadisələri  düzgün  dəyərləndirmək  və  düzgün  nəticə 

çıxarmaq bacarıqları formalaşacaqdır.   

İPF-B08 Mərkəzi sinir sisteminin anatomiyası və fiziologiyası (6 kredit, 75 saat) 

Fənnin tədrisi prosesində tələbələr  mərkəzi sinir sisteminin normal anatomiyası və 

fiziologiyası  ilə  yaxından  tanış  olacaqlar.  Bu  fənn    baş  və  onurğa  beyninin 

quruluşu,  funksiyaları  və  zədələnmələri  zamanı  əmələ  gələn  patologiyaları  əhatə 

edir. Sosial işin təcrübəsi sahəsində isə bu fənnin tədrisi mərkəzi sinir sisteminin 

patologiyaları  zamanı  meydana  çıxan  nəticələrə  sosial  işçinin  yanaşma  tərzinin 

aşılanması    kimi  mövzuları  özünə  daxil  edir.  Bu  fənn  üzrə  tələbə  semestrin 

sonunda    mərkəzi  sinir  sisteminin    normal  anotomik  quruluşu,  inkişaf 

anomaliyaları,  normal  funksiyaları  haqqında  məlumatlı  olacaq,  baş  beyin  və  

onurğa  sütununun  zədələnməsi  zamanı    meydana  çıxan  əlillliklər  zamanı 

pasientlərə  yanaşma  tərzi  və  reabilitasiya  istiqamətləri  haqqında    informasiyanı 

mənimsəyəcəklər. 



İPF-B20 Psixi sağlamlıq (6 kredit, 75 saat) 

Fənn  psixikanın  sağlam  və  patoloji  aspektlərini    əhatə  edir.  Bu  fənnin  tədrisi 

prosesində  tələbələr  psixi  sağlamlıqla  bağlı  ümumi  məlumat  əldə  edəcək,  psixi 

pozğunluqlar,  nazoloji  vahidlərlə  bağlı  bir  sıra  məsələlərlə  yaxından  tanış 

olacaqlar. Sosial işin təcrübəsi sahəsində isə bu fənnin tədrisi sosial işdə rast gəlinə 

biləcək müxtəlif psixoloji variasiyalara sosial işçinin hazırlanması kimi mövzuları 

ehtiva  edir.  Bu  fənn  üzrə  kursu  başa  vuran  tələbə  semestrin  sonunda  psixi 

sağlamlıq sahəsində vacib olan məlumatlar əldə edərək, biliklərin keyslər üzərində 

tətbiqi  vasitəsilə  iş  həyatında  psixi  sağlamlıqla  bağlı  rast  gəlinə  biləcək  vacib 


məlumatlara    yiyələnəcəkdir.  Bununla  yanaşı,  tələbə  sosial  iş  təcrübəsi  zamanı 

klientin psixi sferasında baş vermiş dəyişikliklərin tanınması  istiqamətində  ilkin 

vərdişlərə yiyələnəcəkdir. 

İPF-B21 Azərbaycanda sosial yardım sistemi (5 kredit, 60 saat) 

Bu  fənn  ölkəmizdə  sosial  yardım  sisteminin  vəziyyəti  haqqında  zəngin  məlumat 

verir.  Fənnin  tədrisinin  məqsədi  sosial  təminat  hüququ  ilə  bağlı  nəzəri 

müddəaların, 

əsasən  də  Azərbaycan  Respublikasının  sosial  təminat 

qanunvericiliyinin  öyrədilməsidir.  Bunları  bilmək  ünvanlanmış  sosial  müdafiədən 

vaxtında  və  tam  şəkildə  istifadə  etməyə,  zərurət  yarandıqda  isə  öz  hüquqlarını 

düzgün  müdafiə  etməyə  imkan  verir.  Kursda  iştirak  edən  tələbələr  semestrin 

sonunda  Azərbaycan  Respublikasının  sosial  təminat  sahəsində  qanunvericiliyini 

(pensiya,  müavinət,  tibbi  yardım,  sosial  xidmət,  sosial  yardım  və  s.)  öyrənəcək, 

Azərbaycanda  sosial  yardım  sisteminin  formalaşmasının  əsas  aspektləri,  müxtəlif 

sahələrdə 

ölkəmizdə 

həyata 


keçirilən 

dövlət 


proqramları 

haqqında 

məlumatlanacaq, dövlət hesabına ödənilən sosial müavinətlər və onların növlərinin 

xüsusiyyətləri,  əmək  pensiyaları  haqqında  məlumatı  çatdırmaq,  pozulmuş  sosial 

təminat  hüquqlarının  bərpası  və  sosial  təminat  hüquq  normalarını  tətbiq  etmək 

vərdişlərinə yiyələnəcəklər.  



İPF-B27 Sosial işdə idarəetmə (5 kredit, 60 saat) 

Bu fənn  sosial işdə idarəetmənin vacid olan amilləri, sosial işin üstünlükləri, sosial 

işçilərin  kimliyi,  onların  ümumi  dəyərləri,  benefisiar  ilə  münasibəti,  o  cümlədən 

ədalət  prinsipləri,  həmkarlarına  qarşı  etik  məsuliyyəti,  onların    vəzifə    və 

məsuliyyətləri,  iş  yerlərinin  təşkili,  həssas  qruplarla  sosial  işin    təşkilinin  əsas 

meyarları, komandada birgə işləmək bacarıqları, rəhbərliklə işgüzar münasibətlərin 

qurulması, heyətlə işin düzgün qurulması, vaxtın, resursların, bilik və bacarıqların 

effektiv  idarəedilməsi,  münaqişələrin  qarşısının  alınması,  həlli  və/və  ya 

idarəolunması və s. kimi sahələri əhatə edir. Kursu başa vuran tələbələr semestrin 

sonunda sosial işdə idarəetmə istiqaməti üzrə vacib olan məlumatlar əldə edəcək, 

idarəetmə  “alətləri”nin  tətbiqi,  komandada  işləmək  bacarıqları,  iş  prosesində 

vaxtın,  resursların,  bilik  və  bacarıqların  effektiv  idarəedilməsi  mexanizmlərinin 

düzgün istifadəsi barədə biliklərə yiyələnəcəklər. 

 


İPF-B26 Sosial proqramların qiymətləndirilməsi  (4 kredit, 45 saat) 

Bu  fənn    sosial  proqramların  qiymətləndirilməsi,  monitorinqi,  qiymətləndirmə 

prosesinin  təşkili,  məqsədi,  vəzifələri,  indikatorların  müəyyən  edilməsi, 

yanaşmalar,  qaydalar,  mexanizmlər,  kəmiyyət  məlumatlarının  tərtibatı,  keyfiyyət 

məlumatlarının  tərtibatı,  ehtiyacların  qiymətləndirilməsi,  aralıq  və  yekun 

monitorinq və qiymətləndirmə, nəticələrin  mexanizmi, analizi  və s. kimi sahələri 

əhatə  edir.  Semestrin  sonunda  tələbələr  sosial  proqramların  qiymətləndirilməsi 

istiqaməti  üzrə  vacib  olan  məlumatları  əldə  edəcək,  sosial  proqramların 

qiymətləndirilməsi  zamanı  “alətləri”in  tətbiqi,  monitorinqin  təşkili  və  keçirilməsi, 

aralıq və yekun monitorinq və qiymətləndirmə üzrə bacarıqlar, sosial proqramların 

qiymətləndirilməsi  prosesində  vaxtın,  resursların,  bilik  və  bacarıqların  effektiv 

idarə edilməsi mexanizmlərinin düzgün istifadəsi üzrə bacarıqlara yiyələnəcəklər. 



İİFS-B09 Əlilliyi olan insanlarla Sosial iş  (4 kredit, 45 saat) 

Bu fənn tələbələrə fiziki, əqli, emosional, sensor və ya öyrənməklə bağlı əlillikləri 

olan  fərdlərə  və  onların  ailəsinə  dəstək  olmaq  üçün  sosial  iş  perspektivlərini  və 

proseslərini təqdim edir. Tədris prosesində əlilliyi olan uşaqlar və onların ailələrinə 

ilə  bağlı  məsələlərə  daha  çox  diqqət  yetirilir.    Qeyd  olunan  fənn  bununla  yanaşı, 

bütün yaş dövrlərində olan insanlarla sosial işi də əhatə edir.  

Semestrin sonunda tələbələr əlilliyin sosial tərəflərinin və həmin tərəflərin şəxsi və 

siyasi  mənada  tətbiqinə  dair  müvafiq  bilik  və  bacarıqlar  əldə  edəcək,  xüsusi 

qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan insanlara müxtəlif vasitələrlə dəstək 

olmaq,  həmin  insanların  özləri,  ailələri  və  yaşadıqları  icmalarla  işin  qaydalarına 

dair biliklərə yiyələnəcəklər.   

İİFS-B095 Qaçqın və məcburi köçkünlərlə Sosial iş (4 kredit, 45 saat) 

Bu  fənn  tələbələrə  qaçqın  və  məcburi  köçkünlərlə  aparılan  sosial  iş  haqqında 

ümumi  məlumat  çatdırır.  Qaçqın  və  məcburi  köçkünlər  haqqında  əsas  anlayışlar 

təqdim olunur və kurs çərçivəsində ümumi miqrasiya prosesləri təhlil olunur. Fənn 

həmçinin  Azərbaycan  Respublikasının  Qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri 

üzrə Dövlət Komitəsinin fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin tarixi və s. kimi 

mövzular  ilə  tələbələri  təfərrüatı  ilə  tanış  edir.  Tələbə  bu  fənn  üzrə  semestrin 

sonunda  qaçqın  və  məcburi  köçkünlərlə  sosial  iş  sahəsində  mövcud  olan 



yanaşmalar,  qaçqın  və  məcburi  köçkünlük  probleminin  yaranma  səbəbləri 

haqqında məlumatlı olacaq, Azərbaycanda XX əsrin sonu - XXI əsrin əvvəllərində 

ictimai,  iqtisadi  və  siyasi  sahədə  baş  verən  dəyişikləri  müzakirə  edərək  onların 

mahiyyətini təhlil etmək imkanı əldə edəcək, qaçqın və məcburi köçkünlərin dövlət 

tərəfindən  məşqulluğunun  təmin  olunması  istiqamətində,  yaşayış  şəraitinin 

yaxşılaşdırılması,  sosial,  psixoloji,  tibbi  yardımın  göstərilməsi  sahəsində 

informasiyanı  təhlil  etməyi  bacaraq,  eləcə  də  miqrasiya,  deportasiya  və  s. 

anlayışlar haqqında dolğun məlumat əldə edəcəkdir.   



İİFS-B02 Təşkilat və icma nəzəriyyəsi  (4 kredit, 45 saat) 

Bu  fənnin  tədrisi  prosesində  tələbələr  icma  və  təşkilatlarla  işin  nəzəriyyələri  ilə 

bağlı bir sıra məsələlərlə yaxından tanış olacaqlar. Bu fənn icmalar və təşkilatlarla 

makro,  mezo  və  mikro  nəzəriyyə  və  təcrübələr,  bir-biri  ilə  əlaqələri,  o  cümlədən 

onların dünyada baş verən real həyat situasiyaları və real keyslərə tətbiqini  əhatə 

edir.  Qeyd  olunan  fənn  multikultural  həssaslıq  və  qeyri-verbal  davranış,  təşkilat 

nəzəriyyəsində  yeni perspektivlər  və  təşkilatların  makro  kontekstləri, təşkilatlarda 

güc  və  siyasət,  etik  məsələlər,  və  s.  kimi  mövzuları  da  ehtiva  edir.  Kursu  başa 

vuran  tələbə  semestrin  sonunda  icma  və  təşkilatlarla  işin  nəzəriyyələrinə  dair 

məlumatlı olacaq, əldə etdiyi biliklərin keyslər üzərində tətbiqi vasitəsilə icmalarla 

və  təşkilatlarla  makro,  mezo  və  mikro  nəzəriyyələri  və  təcrübəni  mənimsəyərək 

mikro sosial iş prosesində özündə, təşkilatda və icmada arzuolunan dəyişikliklərə 

nail olmaq bacarığını inkişaf etdirəcəkdir.  

İİFS-B06 Sosial sahibkarlıq (4 kredit, 45 saat) 

Bu  fənn,  sosial  sahibkarlığa  giriş  kursudur  və  tələbələrə  sosial  sahibkarların  kim 

olduqları, onların nə üçün bu fəaliyyətlə məşğul olduqları, digər sosial aktivistlər, 

korporativ  sosial  məsuliyyət  menecerləri  və  digər  professional  innovatorlardan 

fərqlərinin nədən ibarət olduğu haqqında məlumat verməyə xidmət edir.  

Semestrin sonunda tələbələr sosial sahibkarlığın nəzəri əsasları dair maariflənərək, 

sosial  dəyişikliyin  davamlı  və  təsirli  olmasına  təsir  edən  faktorları  və  sosial 

sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  liderin  şəxsi  keyfiyyətlərini 

müəyyən  etmək  bacarığını  əldə  edəcəkdir.  Bununla  yanaşı,  tələbələr  sosial 

sahibkarlar  tərəfindən  təməli  qoyulan  sosial  dəyişikliklərin  dinamikasını  tutmağı 



öyrənəcək,  eyni  zamanda,  sosial  sahibkarlıqla  məşğul  olmaq  istəyənlərin 

fəaliyyətlərinin istiqamətləndirilməsi üçün yol xəritəsini verməyi bacaracaqlar.  



İİFS-B09 Layihə təklifinin hazırlanması  (4 kredit, 45 saat) 

Fənn  layihə  təklifinin  hazırlanmasının  mahiyyəti,  onun  təsviri,  məqsəd  və 

vəzifələri,  metodologiyası,  həyata  keçirildiyi  mühit  və  layihə  büdcəsinin 

hazırlanması  qaydalarını  əhatə  edir.  Tələbələrə  bundan  əlavə,  təşkilat  və  icmalar 

üçün  uğurlu  layihələrinin  hazırlanması,  onun  həyata  keçirilməsi  üçün  təşkilati 

işlərin aparılması və maliyyə mənbələri haqqında məlumat verilir. Təşkilat və icma 

layhələrinin daha uğurlu olması  üçün ictimaiyyətlə  əlaqələr, könüllülərlə, sponsor 

və  donorlarla  işin  təşkili  yolları  göstərilir.  Fənnin  tədrisinə  yerli  və  beynəlxalq 

təşkilatlardan  mütəxəssislərin  cəlb  edilməsi,  təşkilat  və  icma  nümayəndələri  ilə 

görüşlərin  təşkili də daxildir.  Semestrin  sonunda  tələbələr  dövlət, qeyri-hökumət, 

qeyri-kommersiya  və  digər  təşkilatların  layihə  və  proqramlarının  peşəkar 

səviyyədə hazırlanmasına dair təcrübi - tətbiqi bacarıqlar əldə edəcəklər.   



İİFS-B01 Sosial iş və ailədaxili zorakılıq (4 kredit, 45 saat) 

Fənn tələbələri ailədaxili zorakılıq və sosial iş sahəsi üçün lazım olan əsas bilik və 

bacarıqlarla  tanış  edir.  Fənnin  tədrisi  zamanı  sosial  işçilərin  ailədaxili  zorakılıq 

qurbanlarının  aşkar  edilməsi,  vəziyyəti  qiymətləndirmə  zamanı  konfidesiallığın 

qorunması,  müdafiə  üçün  müdaxilə  bacarıqlarının  artırılması,  uğurlu    yerli  və 

beynəlxalq    təcrübədən  yararlanmaları    və  ümumilikdə  peşəkar  bacarıqlarının 

artrılmasına  xüsusi  diqqət  yetirilir.  Semestrin  sonunda  tələbələr  sosial  iş  və 

ailədaxili zorakılıq üzrə nəzəri bilik və təcrübəni mənimsəyəcəklər.   



İİFS-B03 Təşkilat və icmalarla sosial iş (4 kredit, 45 saat)  

Kursda  iştirak  edən  tələbələr  sosial  iş  təcrübəsinin  makro  səviyyəsini  əhatə  edən 

təşkilatlar  və  icmalarla  aparılan  sosial  işin  əsasını  təşkil  edən  nəzəriyyələrlə  tanış 

olur,  bu  nəzəriyyələri  praktik  həyati  situasiyalar  çərçivəsində  qiymətləndirirlər. 

Fənn  çərçivəsində  tələbələr  sosial  işin  makro  səviyyələrindən  başlayıb  sosial 

dəyişikliyə  aparan  yolu  təhlil  edirlər.  Təşkilat  və  icmaların  inkişafında  sistem 

yanaşmasına  xüsusi  diqqət  yetirilir.  Bununla  yanaşı,    təşkilat  və  icmalarla  sosial 

işin təşkilində cari təhsil problemləri müzakirə olunaraq, Azərbaycanda təşkilat və 

icmalarla  aparılan  sosial  iş  imkanları  araşdırılır.  Fənnin  tədrsinə  yerli  və 


beynəlxalq  təşkilatlardan  mütəxəssislərin  cəlb  edilməsi,  təşkilat  və  icma 

nümayəndələri ilə görüşlərin təşkili də daxildir.  

Semestrin  sonunda  tələbələrin  təşkilat,  icma  və  cəmiyyətdə  mədəni  və  insani 

faktorların  müxtəlifliyi  barədə  anlayışı  genişlənəcək,  onlar  təşkilati  və  ictimai 

dəyişikliklərə  gətirib  çıxaran  müxtəlif  yanaşmalar  haqqında  məlumatlı  olacaq, 

siyasi  proseslərə,  eyni  zamanda  təşkilat  və  icmaların  siyasətinə  təsir  edə  biləcək 

ictimai  vəkillik,  əməkdaşlıq,  lobbiçilik  haqda  nəzəri  biliklər  əldə  edəcək,  təşkilat 

və  icmalarla  sosial  işə  sistem  yanaşmanın  hazırlanması  və  qiymətləndirilməsi 

bacarığına yiyələnəcəklər.   

İPF-B22 Qloballaşma və beynəlxalq Sosial iş (5 kredit, 60 saat) 

Bu  fənn  beynəlxalq  sosial  işin  yaranma  və  inkişaf  tarixini,  həmçinin  qloballaşan 

dünyada bu ixtisasın qarşısında duran başlıca vəzifələri əhatə edir. Fənn tələbələrə 

sosial  problemlər,  sosial  siyasətlər  və  sosial  iş  təcrübəsi  haqqında  beynəlmiləl 

müstəvidə  müəyyən  mövzular  ətrafında  elmi  və  praktiki  olaraq  müqayisəli 

düşünmək  imkanı  verir.  Semestrin  sonunda  tələbələr  beynəlxalq  sosial  işdə 

mövcud  kritik  məsələləri  müəyyən  edib  təhlil  etmək,  beynəlxalq  sosial  rifah  üzrə 

fəaliyyət  göstərən  aparıcı  təşkilatları  və  onların  fəaliyyətlərini  müəyyən  etmək, 

sosial işin etik prinsiplərini beynəlxalq sosial iş təcrübəsinə tətbiq etmək bacarığı 

əldə edəcəklər.   



İİFS-B07 Narkotik maddələr, spirtli içkilər və siqaretdən asılılıq 

(4 kredit, 45 saat) 

Bu  fənn  narkotik  maddələr,  spirtli  içkilər  və  siqaretdən  asılılıq  probleminin 

cəmiyyətdə  törətdiyi  fəsadlar,  şəxsi,  ailə,  sosial  və  iqtisadi  sahədə  yaratdığı 

problemlər,  bu  zərərli  maddələrdən  asılılığın  epidemiologiyası,  etiologiyası, 

müdaxilə  və  müalicəsi,  narkotik  maddələr,  spirtli  içkilər  və  siqaretdən  asılılıq  və 

dövlət  siyasəti,  qəbul  edilən  qanunlar  və  proqramlar  və  s.  kimi  digər  mövzuları 

əhatə edir. Fənnin tədrisi prosesində narkotik maddələr, spirtli içkilər və siqaretdən 

asılılıq haqqında qəbul edilən qanunlar və proqramlar haqqında məlumat verilir və 

bu  problemlərə  dair  Azərbaycanda  aparılan  araşdırmalar,  görülən  ictimai 

tədbirlərlə  bağlı  müzakirələr  aparılır.  Semestrin  sonunda  tələbələr  narkotik 

maddələr,  spirtli  içkilər  və  siqaretdən  asılılıq  probleminin  cəmiyyətdə  törətdiyi 


fəsadları,  bu  asılılığın  müalicə  üsulları,  asılılıq  problemlərinin  və  xəstəliklərin 

beynəlxalq təsnifatı haqqında məlumatı mənimsəyəcəklər.   



İPF-B14 Sosial proqramlar və xidmətlər (5 kredit, 60 saat) 

Bu  fənn  tələbələrə  sosial  sistemin  və  cəmiyyətin  birgə  fəaliyyəti  nəticəsində 

inkişafın mümkün olduğunu öyrədir. Bu fənnin tədrisi zamanı sosial sfera, sosial 

proqramlar  və  xidmətlər  anlayışı  müxtəlif  sahələrin  (  təhsil,  səhiyyə,  mədəniyyət, 

turizm, sosial təminat, mənzil-kommunal təsərrüfatı) məcmuəsi kimi təsvir olunur. 

Semestin  sonunda  tələbələr  sosial  siyasətin  mahiyyəti,  mövcud  sosial  proqramlar 

və xidmətlər, eyni zamanda sosial sfera və iqtisadiyyat əlaqələrinin təşkili və onun 

həyata  keçirilməsinin  metod  və  yolları  haqda  məlumat  əldə  edir.  Bununla  yanaşı, 

sosial  sferanın  sağlam  və  demokratik  cəmiyyətin  formalaşması  və  inkişafında 

mühüm yer tutması istiqamətində maariflənir. 



İPF-B10 Sosial iş təcrübəsində etik prinsiplər  (4 kredit, 45 saat) 

Bu fənn tələbələri sosial iş təcrübəsində müxtəlif klient kontingenti, xüsusi qayğıya 

ehtiyacı  olan  şəxslər,  qruplarla  ünsiyyət,  iş  prosesində  tələb  olunan  etik  bilik  və 

bacarıqlar ilə tanış edir. Tələbələrə təcrübə zamanı sosial işçinin klintlə qarşılıqlı 

münasibətlərini düzgün qurması üçün tələb olunana ünsiyyət vərdişlərini aşılanır.  

Bu  fənnin  tədrisi  ilə  tələbələr  sosial  işin  dəyərləri,  sosial  işdə  etik  norma  və 

prinsiplər, sosial  işdə  münaqişəli  situasiyaların  həlli  üsulları  ilə  tanış  olacaq,  eyni 

zamanda  sosial  iş  təcrübəsi  zamanı  zəruri  olan  etik  bilik,  bacarıq  və  vərdişləri 

inkişaf etdirəcəklər.   

İPF-B16 Fərdlər, qruplar və ailələrlə Sosial iş (5 kredit, 60 saat) 

Bu  fənn  tələbələri  fərdlər,  qruplar  və  ailələrlə  aparılan  sosial  işin  əsasları,  bu 

sahədə istifadə olunan yanaşmalar və mövcud etik prinsiplərin rolu və yeri ilə tanış 

edir.  Fənnin  tədrisi  ilə  tələbələr  sosial  işdə  insan  müxtəlifliyi  prinsipləri  və  etik 

peşə dəyər və standartları üzrə ətraflı bilik və bacarıqları mənimsəyir, sosial iş və 

sosial  rifaha  dair  ətraflı  məlumat  əldə  edir,  eyni  zamanda  Azərbaycanda  sosial  iş 

müdaxiləsi  baxımından  prioritet  təşkil  edən  əsas  problemlər  və  məsələlərlə  tanış 

olurlar.  Kursu başa  vuran  tələbələr  müxtəlif  sosial  problemlər,  klientlər və  sosial 

rifah  proqramlarına  dair  öz  münasibətlərini  formalaşdırmaq  və  bu  münasibəti 

dəyərləndirmək bacarıqlarını əldə edəcəklər.  



İPF-B23 Sosial psixologiya (5 kredit, 60 saat) 

Bu fənn əsas məqsədi tələbələri müasir dövrdə psixologiyanın daha çox diqqət cəlb 

edən sahələrindən biri olan sosial psixologiya ilə tanış etməkdir. Sosial psixologiya 

birgə  fəaliyyət  və  ünsiyyət  prosesində  müəyyən  sosial  qrupda  şəxsiyyətlərarası 

münasibətlər sistemini, həmin münasibətlər sisteminin bütünlüklə qrupun, eləcə də 

ayrı-ayrı  fərdin  psixologiyasındakı  inikasını  öyrənən  elm  sahəsidir.  Tələbələr  bu 

fənnin tədrisi ilə böyük və kiçik qruplarda şəxsiyyətlərarası münasibətlər, yaranan 

konfliktlər,  onların  yaranma  səbəbləri  və  həlli  yolları  haqqında  məlumat  əldə 

edəcək,  sosial  qruplarda  liderlik  bacarıqları,  qruplara  rəhbərlik  və  ədalətli 

idarəetmə  prinsiplərini  mənimsəmək  üçün  rol  oyunları  və  psixodrama  (psixoloji 

canlandırma) sayəsində praktik təcrübəyə yiyələnəcəklər.  

İPF-B17 Sosial və iqtisadi mühitin Sosial işə təsiri (5 kredit, 60 saat) 

Bu  fənn  sosial  və  iqtisadi  mühitin  sosial  işə  təsiri  və  bu  prosesdə  istifadə  olunan 

müvafiq nəzəriyyə və konsepsiyaları əhatə edir. Burada tələbələr müzakirələr yolu 

ilə  Azərbaycanda  sosial  iş  müdaxiləsi  baxımından  prioritet  təşkil  edən  əsas 

problemləri  təyin  etmək  bacarıqlarını  inkişaf  etdirir  və  sahədəki  əsas  problem  və 

məsələlərlə tanış olurlar. Semestrin sonunda tələbələr sosial iş və sosial rifaha dair 

ətraflı məlumat toplayaraq sosial və iqtisadi mühitin sosial işə təsirini dərk etmək 

iqtidarında olacaqlar. Bundan əlavə, onlar müxtəlif sosial problemlər, müştərilər və 

sosial  rifah  proqramlarına  dair  öz  münasibətlərini  formalaşdırmaq  və  bu 

münasibəti dəyərləndirmək bacarıqlarını əldə edəcəklər.   



İİFS-B04 Uşaq, yeniyetmələrlə Sosial iş (4 kredit, 45 saat) 

Bu  fənn  şəxsiyyətin  inkişaf  problemlərini,  ayrı-ayrı  yaş  dövrlərində  onun 

xüsusiyyətlərini,  psixi  inkişafın  dinamikasını,  ümumi  qanunauyğunluqlarını 

öyrənməklə  yanaşı  şəxsiyyətin  yaş  aspektində  inkişafının  hərəkətverici  qüvvələri, 

mexanizm,  şərait  və  amillərinin,  təlim-tərbiyə  prosesində  psixi  inkişafın  yaş 

xüsusiyyətlərini nəzərə almağın səmərəli yollarını və s. əhatə edir. Bununla yanaşı, 

tələbələr  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlar  və  risk  qrupuna  aid  olan  uşaqların 

qarşılaşdığı problemlər və bu problemlərin həlli yolları ilə tanış olurlar. Semestrin 

sonunda  tələbələr  uşaq  və  yeniyetmələrlə  sosial  iş  üzrə  nəzəri  bilik  və  təcrübəni 

mənimsəmiş olacaqlar.



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə