Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 123 Kb.
səhifə1/5
tarix14.09.2022
ölçüsü123 Kb.
#63636
  1   2   3   4   5
Estetika Doktorluq imtehani Proqramı


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FƏLSƏFƏ VƏ SOSİOLOGİYA İNSTİTUTU
ESTETİKA ŞÖBƏSİ
ESTETİKA

ixtisası üzrə doktorluq imtahanına dair




PROQRAM


Bakı – 2021
GİRİŞ


Estetika sözü yunan mənşəli sözdür, ilkin olaraq hiss edən, həssas mənasında işlədilmişdir. Estetika sözünü bir elmi termin olaraq isə ilk dəfə XVIII əsr alman filosofu Aleksandr Baumharten (1714-1762) irəli sürmüş və fəlsəfənin hissi idrakı öyrənən sahəsinin adı kimi işlətmişdir. Baumharten bu anlayışı gözəllik nəzəriyyəsi, "hissi idrak elmi" kimi təqdim etmişdir. Onun estetik hadisəni idrak nəzəriyyəsi yönümündən işləməsinin alman klassik fəlsəfəsinin sonrakı inkişafı üçün böyük əhəmiyyəti olmuşdur.
Estetikanın özünün təşəkkülü isə fəlsəfi təfəkkürün bir qolu kimi öz mənşəyini uzaq keçmişdən alır və XVIII əsrə qədər hüsniyyat, gözəllik elmi və yaxud poetika adı ilə öyrənilir.
Estetika ardıcıl və sistemli olaraqilk dəfə klassik yunan filosoflarının əsərlərində işlənmişdir.
Estetika gözəllik qanunlarını, incəsənətin gerçəkliyə münasibətini, onun növ və janrlarını, bədii şüurun qanunauyğun inkişafının özünəməxsus xüsusiyyətlərini bədii yaradıcılıq metodunu öyrənən fəlsəfi elmdir.
Estetik fikrin tarixi daha qədimdir. Estetikanın bizə məlum olan 2500 illik tarixi vardır. 2500 il bundan əvvəl Misirdə yaranmış, sonralar isə Babilistanda, Hindistanda və Çində, Qədim Yunanıstanda və Qədim Romada inkişaf etmişdir. Antik filosofların əsərlərində incəsənətin cəmiyyətdə rolu və onun insanın əxlaqına təsiri məsələlərindən bəhs olunmuşdur. Orta əsrlərin "İlahi gözəllik" haqqında mistik təlimlərində hər cür gözəlliyin mənbəyi və ali gözəlliyin təcəssümü allah hesab olunurdu. Maarifçi estetikanın nümayəndələri Uilyam Hoqart(1697-1764), Deni Didro (1713-1784), Jan Jak Russo (1712-1778) , İoqann İoaxim Vinkelman (1717-1768), İohann Qotfrid Herder (1744-1803), İohann Volfanq Qöte (1749-1832) və Şiller Fridrix (1759-1805) incəsənətlə gerçəkliyin əlaqəsi ideyasını inkişaf etdirdilər.
Estetikanın əsas kateqoriyaları: gözəllik, eybəcərlik, ülvilik, rəzəillik, faciəlilik və komiklik.
Estetikanın mühüm tədqiqat obyeklərindən biri olan incəsənəti ənəməvi olaraq ictimai şüur formalarından biri və gerçəkliyin dərk olunmasının spesifik forması kimi öyrənirlər.



Yüklə 123 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin