sağlam və gözəl
SAĞLAMLIQ VƏ GÖZƏLLİK JURNALI
Sayı: 14. 2012
həyat
-lə
12
17
Bu ay
içindəkilər
8 Hansı qidalar çəkini azaldır?
Təklif etdiyimiz qidalarla siz istədiyiniz formaya nail
ola bilərsiniz.
26
17 Bədənin atom bombası. Qalxanabənzər vəzi xəstəliyi
Qalxanabənzər vəzinin xəstəliyi və onun bədəndə meydana gətirdiyi
fəsadlar haqqında.
10 Ayaqlarınızı yaza hazırlayın
Artıq ayaqlarınızı yaza hazırlamanın tam zamanıdır
12 Həyata hər kəs rəngli baxırmı?
Görmə ilə bağlı xəstəliklərin ən çox yayılan növlərindən biri də rəng
korluğudur.
14 Uşaqlıq boynunun xəstəlikləri-Erroziya və xərçəng
Bu xəstəliklərin bir qismi asan müalicə olunsa da, digər qismi müalicəsi
uzun vaxt aparan stressə səbəb olan bədxassəli xəstəliklərdəndir.
20 “Bir adama faydam toxunanda xoşbəxtəm”
İşgüzar xanım rubrikamızın qonağı Rəbiyət Zərdabi ilə maraqlı söhbət.
6 Avis’dən xəbərlər
11
www.avismed.az
22 Xorultu problemi və onun həlli
Son illər xorultu və yuxunun obstruktiv apnoe
sindromu (YOAS) diggət mərkəzindədir.
24 İdman mənə görə yaşamaq, nəfəs almaq
deməkdir
Gənc idmançı Murad İbadullayev ilə maraqlı müsahibə
26 Qadın gözəlliyi təbiilikdir
Elnarə Xəlilovanın sağlamlığa və gözəlliyə münasibəti
30 Saç əkimindən şok xəbər
Saç əkimi ilə əlaqəli maraqlı məqalə
32 Ləzzət yolçuluğu
Jurnalımızın bu sayında göyərtilərdən, meyvə və
tərəvəzlərdən hazırlanmış rəngbərəng və ləzzətli
yemək təkifləri təqdim edirik.
33 Aristotelin məktəbi Assos’da
Bəhramqala adı ilə də tanınan bu kənddə ən çox yunan
mədəniyyətinin izləri qalıb.
36 Yarım əsrlik mahnı yarışması: Eurovision
39 Əyləncə
32
sağlıqlı və yüngül
yemək resepti
14
-Poliklinika
-Stomatologiya
-Cərrahiyyə
-Reanimasiya
-Yanıq şöbəsi
-Doğum şöbəsi
-Prenatal
-Neonatologiya
-Uşaq reanimasiyası
-Laboratoriya
-Elektroensefaloqramma
-Reensefaloqramma
-Elektrokardioqramma
-Exokardioqramma
-Kompyuter tomoqrafiyası
-Maqnit rezonans tomoqrafiyası
-Rəqəmsal rengen
-Təcili yardım
Xidmətlər:
“Avis-lə Həyat” jurnalı olaraq bu dəfə də sizlərin
görüşünə bir birindən maraqlı, xüsusi ilə də isti yay
günlərində xanımlarımızı məmnun edə biləcək
yazılarımızla görüşə gəlmişik. Uzun sürən soyuq və
yorucu qış günləri öz yerini isti yay günlərinə
verərək insanlara həm mənəvi, həm də fiziki cəhət-
dən istirahət etmək imkanı qazandırdı. Yayda qadın-
ların qayğıları bir az da artır. Gözəl görünmək üçün
qadınlar müxtəlif vasitələrdən istifadə edirlər. Jur-
nalımız bu mövzuda qadınlardan öz köməyini
əsirgəməyibdir. Əl və ayaqlara qulluq etmək barədə
qadınlarımıza dəyərli məsləhətlər veribdir.
Bu sayımızda həmçinin “Tiroid”xəstəlikləri
haqqında mütəxxəsis söhbəti ilə tanış olacaqsınız.
Ulduz qonağımız da, idmançı müsahibimiz də ümid
edirik ki sizin üçün maraqlı olacaqdır. Sizə çox
maraqlı bir yemək resepti də təqdim etmişik.
Bu sayımızda dünyanın gözəllik incisi olan “Assos”
kimi bir turizm məkanı ilə də sizləri tanış etmişik.
Əziz oxucularımız! Jurnalımızı həm oxuyaraq onları
yaxından tanıyın, həm də öz qayğınıza qalaraq,
sağlam və gözəl olun.
Təsisçi:
Maymed MMC
Baş redaktor:
Xəyyam Cavadov
Redaksiya Heyəti:
Murad Məlikov
Vasif Əlibəyov
Aslan Aslanlı
Aygün Quliyeva
Yasin Çetiner
Nərgiz Cəbrayılova
Səbuhi Məmmədov
Gülyanə Cəfərova
Günel Rzayeva
Gülnar Həsənova
Çap periodu: 2 Ay
Tiraj: 10 000
Ünvan: Bakı ş. Yasamal rayonu,
Haqverdiyev küç. 11
Tel: (+99412) 437 59 50
Fax: (+99412) 497 06 39
www.avismed.az
info@avismed.az
Reklam Yerləşdirmək üçün:
(+994 50) 383 67 62
(+994 55) 835 76 60
reklam@avismed.az
Abunəçilər üçün
(+994 12) 564 22 58
(+994 12) 564 22 59
web: www.avismed.az
e-mail: info@avismed.az
Hazırlama, dizayn və çap:
Ayreklam-İstanbul
Müxbir:
Susana Şammədova
Koordinator:
Aybəniz Kamalqızı
Dizayner:
Elvin Süleymanov
Jurnal, Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.
Qeydiyyat nömrəsi: 4642
Çap olunan reklam materiallarına görə
redaksiya məsuliyyət daşımır
sağlam və gözəl
Redaktordan
Hörmətli Avis Dostları,
-lə
a is
-lə
Xəbərlər
6
www.avismed.az
Ə H M Ə D L İ D Ə
Y E N İ Ş Ö B Ə
A Ç I L D I
Avis Tibbi Marketlər
şəbəkəsi, Əhmədli metro
stansiyasının yaxınlığında
yeni şöbəsini istifadəyə
verdi. Məhəmməd Hadi
küçəsi, 41V ünvanında yer-
ləşən yeni şöbədə geniş
çeşiddə dərman preparat-
ları, tibbi və gigiyenik lə-
vazimatlar, tibbi kosmeti-
ka, optik və günəş eynək-
ləri şöbəsi fəaliyyət göstərir.
İki mərtəbəli, geniş, işıqlı və modern dizaynı ilə diqqət çəkən yeni şöbə ilə
“Sağlam həyat keyfiyyətinizi yüksəltmək” şüarı ilə hərəkət edən Avis Tibbi
Marketlər şəbəkəsi indi sizə daha da yaxın oldu. Əhmədlidə açılan yeni
mağaza, şəbəkənin sayca 6-cı şöbəsidir.
Hər zaman müasir standartlara
uyğun optik xidmətlər verən və ən
yeni modellərlə müştərilərini
sevindirən AVİS optik bu dəfə də
ənənəsinə sadiq qaldı. Artıq Avis
optiklərdən yeni mövsümün yeni
model günəş eynəklərini də əldə
edə bilərsiniz. Bundan başqa Avis
optik nömrəli şüşələrdə də rəngli
şüşə seçimi, 3 fokuslu şüşələr və
dəniz linzalarını da təqdim edir.
AVİS EŞİTMƏ
MƏRKƏZİNDƏN
Avis Tibbi Marketlər Şəbəkəsi
müştəriləri üçün Avis Eşitmə
Mərkəzində müddətli aksiya
keçirir. Aksiya zamanı siz öz
eşitmə qabiliyyətinizi pulsuz
yoxlada bilərsiniz. Bunun üçün
sadəcə alış-veriş zamanı öz pul-
suz müayinə kartınızı tələb et-
məyiniz lazımdır. Qeyd edək
ki, mütəxəssislər ən azı ildə 1
dəfə eşitmə müayinəsindən
keçməyi məsləhət görür.
Saçlarınızın qeydinə qalmaq, onlara daha yaxşı qul-
luq etmək istəyirsiniz?. Elə isə Avis Tibbi Marketlər
Şəbəkəsinin Olimp mağazasında pulsuz saç müay-
inəsi xidmətindən istifadə edə bilərsiniz.
Hər il olduğu kimi bu il də Avis Tibbi Marketlər
Şə-bəkəsi öz kollektivi ilə birlikdə maraqlı gəzin-
tiyə çıxdı. Gəzinti məkanımız Azərbaycanın gözəl
guşələrindən olan Qəbələ rayonu oldu. Dağların
qoynunda yerləşən bu məkanda maraqlı vaxt
keçirən Avis ailəsi, Qəbələdən də xoş xatirələrlə
ayrıldı.
Qəbələ gəzintisi
Ə H M Ə D L İ D Ə
YENİ GÜN EYNƏYİ
K O L L E K S İ YA S I
2012
Pulsuz saç müayinəsi
a is
-lə
Sağlamlıq
8
www.avismed.az
Kalsium:
C vitamini, kalsium, süd məhsul-
ları, zülal və bu kimi bəzi qida-
ların yağ əritmə xüsusiyyəti var.
Kalsium sümükləriniz üçün xeyir-
lidir. Həmçinin kalsiumun aclığa
nəzarət etmək üçün köməkçi xü-
susiyyəti də var. Araşdırmalar
göstərir ki, lazımi qədər kalsium
qəbul etməyən insanlar iştaha-
larına daha az nəzarət edir və on-
lar daha çox yağ kütləsinə malik
olurlar.
Süd məhsulları:
Mükəmməl bir kalsium mənbəyi
olan süd məhsullarının yağ ərit-
mədə daha əlverişli olduğu müəy-
yənləşib. Tennessee Universite-
tində aparılan araşdırmada, gün-
də 3 dəfə süd məhsulları qəbul et-
məyin piylənməsi olan insanlarda
bədən yağını əsaslı dərəcədə
azaltdığı müəyyən olunub. 2010-
cu ildə aparılan araşdırmalar isə
göstərir ki, gərgin məşqdən sonra
yağsız süd içmək yağ itkisini ar-
tırır, sümükləri gücləndirir və da-
ha güclü əzələlər yaradır.
Hind qozu yağı:
2009-cu ildə Braziliyada həyata
keçirilən araşdırmada, dadlı və
tərkibcə zəngin olan bu yağın piy-
lənməsi olan insanlarda bel ətra-
fının diametrini azaltdığı, faydalı
HDL xolesterolunu artırdığı və
mənfi xolesterolu yaxşılaşdırdığı
müəyyənləşib.
Doymamış
yağ
turşuları:
2006-cı ildə aparılan araşdırmaya
görə doymamış yağ turşuları qa-
rın ətrafında daha az yağ toplayır.
Zeytun, zeytun yağı, qabıqlı yemiş
və tumları, qara şokolad və avo-
kado bitkisi qarın nahiyəsinin
yağsız olmasını tənzimləyir və in-
sanı uzun müddət enerjili saxlayır.
Sağlamlığınız üçün xeyirli olan bu
yağlar qidanızın bir hissəsi olma-
lıdır. Həmçinin, balıqlarda, bir çox
qabıqlı yemiş və tumlarda olan
yağ turşularını çox miqdarda qə-
bul etmək, pəhrizdən asılı olaraq
yağ axınını artırır, maddələr mü-
badiləsini sürətləndirir. Həmçi-
nin,bu yağlar bədəni ürək-damar
xəstəliklərindən qoruyur və psi-
xoloji vəziyyətinizi yaxşılaşdırır.
Zülal:
Zülallar dərinin, saçların, dırnaq-
ların, sümüklərin və əzələlərin
sağlamlığına zəmin yaradır. Ari-
zona Əyalət Universitetində apa-
rılan araşdırmaya görə,arıqlama-
da köməkçi olan zülallar, həm-
çinin toxluq hissi yaradır və ye-
məkdən sonra kalori axınını sürət-
ləndirir.
C vitamini:
Araşdırmalara görə C vitamini əs-
kik olan insanların orqanizmi da-
ha çox yağ yığır. C vitamini, sink,
maqnezium və E vitamini
Hansı qidalar
çəkini azaldır
Bədəninizin yağ əritmə potensialını artıran qidalar bunlardır:
Bu günə qədər arıqlamaq üçün bir çox pəhriz üsullarını
sınadınız və müvəffəqiyyətsiz oldunuz? Arıqlamaq üçün
möcüzəyə ehtiyac yoxdur. Təbii yollarla, həm də yemək
yeyərək arıqlaya bilərsiniz. Aşağıda təklif etdiyimiz qi-
dalarla siz istədiyiniz formaya nail ola bilərsiniz.
?
çatışmazlığı bədən və qarın yağı-
nın yaranma riskini artırır
Bal:
Bu təbii və dadlı məhsul şəkər ye-
rinə istifadə olunduqda çəki artı-
mını və bədən yağını azaldır.
Həmçinin antibakterial, antivirus,
antifuqal kimi xüsusiyyətlərə ma-
lik olan bal sağlamlığınız üçün
hərtərəfli faydalıdır. Zökəmi ara-
dan qaldırmaqda da olduqca tə-
sirli olan bal, hə a qan şəkərini
tənzimləyir, immuniteti inkişaf et-
dirir.
Kakao:
Kakaonun tərkibində digər qida-
lara nisbətən daha çox antioksi-
dant var. Kakao sinirləri zədə-
lənmədən və xəstəlikdən, dərini
isə ultrabənövşəyi şüaların oksid-
ləşdirici zərərlərindən qoruyur.
Psixi vəziyyətiniz, idraki funk-
siyalar və toxluq hissiniz üçün də
müsbət təsirə malikdir.
Lif:
Bir neçə ildir ki, müxtəlif araşdır-
maçılar yeməyə salatla başlama-
ğın aclığı azaltdığını və hədsiz ye-
mək yeməyi əngəllədiyini müəy-
yənləşdiriblər. Bunun səbəbi salat-
ların (yerkökü, pomidor, kahı ki-
mi göyərtilərin) bol lif mənbəyi ol-
masıdır. Liflər toxluq hissini ar-
tırır.
Sirkə:
Salatlarınıza ləzzət verən sirkə
özünüzü tox hiss etməyinizi təmin
edir. Araşdırmalar yeməyin qlise-
mik təsirini zəiflədən sirkənin,
toxluq hissi yaradıb, qida qəbu-
lunu azaltdığını da göstərir. Həm-
çinin, 2009-cu ildə yapon araşdır-
maçılarının apardığı araşdırmaya
görə, sirkə bədəndə yağın toplan-
masının da qarşısını alır.
Yarma:
Qida tərkibi baxımından zəngin
olan bu məhsul zülal, amin tur-
şusu, E vitamini ilə zəngindir.
2011-ci ildə aparılan araşdırmada
yarmanın yağın yaranmasını məh-
dudlaşdırdığı açıqlanıb. Yarma
toxumundan hazırlanan yemək-
lərlə qidalanan heyvanların daha
az bədən yağına və zəif bədən çə-
kisinə malik olduqları, həmçinin,
iştahalarının azaldığı müəyyən
olunub.
9
www.avismed.az
a is
-lə
Məsləhət
10
www.avismed.az
Ayaqlarınız davamlı şişirsə və bundan çox narahat
olursunuzsa davamlı olaraq bitki vannalarından
istifadə etmək lazımdır.
Ayaqlarınızın gözəl görünməsi üçün bəzi şeylərə
diqqət etməlisiniz. Ayaq baxımının ən əsas şərti pe-
dikür etməkdir. Pedikür həm ölmüş hüceyrələrin
ayaqdan təmizlənməsinə, həm də gözəl və sağlam
ayaqların olması üçün şərait yaradır. Pedikürün kö-
məkliyi ilə ayaqlarda əmələ gələn qabarlardan, dır-
naq batmasından, daban çatlarından qurtara bilirik.
Pedikürü salonda yerinə yetirə bildiyiniz kimi evdə
də yerinə yetirə bilərsiniz. Ancaq bunu evdə edərkən
düzgün sıralama aparmaq lazımdır.
Pedikür
İlk dəfə ayaqları ilıq sabunlu suda yarım saat saxla-
maq lazımdır. Nəmini aldıqdan sonra ayaq törpüsü
ilə ölü dəriləri təmizləyin. Bu prosesi bir neçə dəfə
təkrarlayın. Daha sonra dırnaq ətlərinizi törpünün
ucuyla geriyə itələyin. Bir pens və ya bir dırnaq
qayçısı ilə dırnaq ətlərinizi kəsə bilərsiniz. Dır-
naqlarınızı törpüylə kəsdikdən sonra dırnağın daha
da parlaq və istədiyiniz kimi görünməsi üçün xüsusi
hazırlanmış törpü ilə dırnağın üzərini törpüləyin.
Daha sonra ayaqlarınızın dərisinin daha da hamar
olması üçün xüsusi olaraq hazırlanmış peeling kre-
mindən (nəmləndirici) istifadə etmək lazımdır. Yax-
şı-yaxşı ovxaladıqdan sonra yuyun.
Dırnaq gücləndirici bir geldən istifadə etdikdən
sonra pedikürü tamamlamaq lazımdır.
11
www.avismed.az
Canlandırıcı və
bəsləyici məsləhətlər
Quruyan, çatlayan və şişən ayaq-
lar üçün aradabir xüsusi məslə-
hətlərdən istifadə etmək lazımdır.
Ayaqlarınız davamlı olaraq şişirsə
tez-tez bitki vannalarından istifa-
də etmək lazımdır. Bunun üçün
bir litrə suda iki ovuc çobanyastığı
və bir limonun qabığını qaynadın
və soyumağa qoyun. Su soyuduq-
dan sonra ayaqlarınızı bu suda ya-
rım saat saxlayın. Şişin azaldığını
ayaqlarınızın isə canlandığını hiss
edəcəksiniz. Quruyan və qat-qat
ayrılan dırnaqlarınızı isə qliserin-
dən istifadə etməklə müalicə edə
bilərsiniz. Bir neçə damcı qliserini
bərabər miqdarda limon suyuna
qatın. Bu qarışığı hər gün dırnaq-
larınıza sürtün. Canlı, parlaq, sağ-
lam dırnaqlar üçün bundan yaxşı
məsləhət ola bilməz.
Soyuq parafin
Sağlam, qüsursuz və parlaq ayaq-
lara qovuşmağın yeni bir yolu.
Yumşaq və baxımlı ayaqlar üçün
özəl bir məsləhətin adı soyuq pa-
rafindir. Əvvəlcə ayaqlara peeling
yaxılaraq ölü hüceyrələri təmizlə-
yirik. Sonra isə soyuq parafini
ayağımıza çəkirik. Parafin 20 də-
qiqə ayağımızda qalır. 20 dəqiqə-
dən sonra parafini silib krem çəki-
rik. Nəticədə pambıq kimi yum-
şaq ayaqlara sahib oluruq.
Çatlaqlar
Daha çox quru dərilərin problemi
olan çatlar topuq və ayaq daban-
larında olur. Ayaqları yuduqdan
sonra silməmək, yalın ayaq gəz-
mək, yüngül məst geymək və s.
vaxt quru ayaqlarla rastlaşırıq.
Hər dəfə ayağı yuduqdan sonra
daban daşı (ponzo daşı) ilə yavaş-
yavaş ölü dərini təmizləyin. Çat-
lamış bölgələri içərisində E vita-
mini və jojoba yağı olan ayaq
kremləri ilə gün boyunca tez-tez
yağlayın. Çatlaqlar itənə qədər co-
rab və bağlı ayaqqabı geyin.
Qabar
Bütün qışı ayaqlarımız botunların
və uzunboğaz çəkmələrin içində
qalır. Üstəlik də düzgün ayaqqabı
seçmədiyimiz üçün ayaqlarımızın
bəzi yerlərində sərtləşmələr əmələ
gəlir. Açıq ayaqqabı və məstləri
belə qabarlı ayaqlara geymək o
qədər də xoş təsir bağışlamır.
Əgər qabar çox incitmirsə onu pe-
dikür eləməklə aradan qaldırmaq
olar. Ancaq problem yaradırsa
özəl qabar baxımı ilə bu problem-
dən qurtarmaq olar. Hər dəfə van-
na etdikdən sonra krem sürtmək
lazımdır. Yumşaq və enlidaban
ayaqqabıdan istifadə etmək lazım-
dır. Apteklərdə satılan kiçik plas-
terdən və solusyonlardan istifadə
etmək lazımdır.
Ayaqlarınızı bəzəyin
Bütün baxımları tamamladıqdan
sonra sıra gəldi ayaqları bəzə-
məyə. Yazda ayaqlar laksız ol-
maz. Yeni sezonda əsasən qırmızı
və bənövşəyi tonlar dəbdədir.
Həm də ayaq bəzəmək çox dəb-
dədir. Dırnaq küpələri, bəzəmə
boyalarından sadəcə bir neçəsi
“Frech”(Qabağa ağ xə üzərinə
açıq rəngli lak) isə hər zaman
təmiz və baxımlı ayaqlar üçün
məsləhət görülür.
Canlı, işıltılı bir bahar
İncə bir rəng, azacıq bir tonlama...
Görünən və görünməyən hissə-
lərdə olan şəffaf və parlaq görün-
tülər cildə bahar təravəti verir. Tə-
biətin oyandığı bahar aylarında
siz də təbii gözəlliyinizin üzə çıx-
masına icazə verin; əlbə ə bir qə-
dər parıltı və moderin toxunuşlar
etməklə...
a is
-lə
Test
12
www.avismed.az
Rəng korluğunun səbəbləri
Rəng korluğunun səbəbləri hələ tam
olaraq aydınlaşdırılmayıb. Ancaq,
rəng korluğunun genetik olaraq keç-
diyi tibb elminə məlumdur. Ailədə
rəng korluğu varsa, həmin ailə üzv-
lərində rəng korluğu xəstəliyinə mə-
ruz qalma riski daha böyükdür. Rəng
korluğu xəstəliyini sinir sistemi xəs-
təliyi ilə də əlaqələndirirlər.
Rəng korluğu xəstəliyinin
əlamətləri
.
Rəng korluğu xəstəliyi gündəlik hə-
yatda ciddi bir problem yaratmasa da,
keyfiyyətli yaşamaqda ciddi bir prob-
lemə səbəb ola bilər. Rəng korluğu
olan insanlar rənglərlə əlaqəli olan iş-
lərdə çalışa bilməzlər.
Həyata hər kəs
rəngli
Görmə ilə bağlı xəstəliklərin ən çox yayılan növlərindən biri də rəng korluğudur. Bu
xəstəlik insanların həyatına o qədər də çox pis təsir etməsə də, hər hansı bir çatış-
mazlıq hiss etməsinə səbəb olur. Bəs biz rəng korluğu haqqında nə bilirik?
Rəng korluğu testi 1
Rəng korluğu olan insan-
lar 8-normal olaraq oxu-
yur. 3 olaraq oxuyanlar
qırmızı-yaşıl rəngləri bir-
birindən ayira bilməyən
insanlardır. Heç bir rəqəm
oxuya bilməyən insanlar
isə tamamən rəng korluğu
olan insanlardır.
Rəng korluğu testi 2
Normal görənlər 29 ola-
raq oxuyarlar. Qırmızı və
yaşıl rəngi bir birindən
ayıra bilməyən insanlar
isə 70 oxuyarlar. Tama-
mən rəng korluğu olan in-
sanlar isə heç bir rəqəm
oxuya bilməzlər.
baxırmı?
Rəng korluğu nədir?
Rəng korluğu rəngləri bir–birindən
ayıra bilməməkdir. Bu xəstəliyə kişi-
lərdə daha çox rast gəlinir. Rəng kor-
luğunda ən çox yayılan xəstəlik yaşıl
və qırmızı rəngi bir-birindən ayıra bil-
məməkdir. Çox az təsadüf olunan nö-
vü isə bütün dünyanı ağ və qara gör-
məkdir. Hər 20 kişidən birində, hər 200
qadından birində rəng korluğu xəstə-
liyinə rast gəlinir. Bir çox insan özündə
rəng korluğu xəstəliyinin olduğunu
hiss etmir.
13
www.avismed.az
Rəng korluğu testi 3
Normal görənlər
5-i düzgün ola-
raq oxuyarlar.
Q ı r m ı z ı - y a ş ı l
rəngi ayıra bil-
məyənlər hə-
min rəqəmi 3
oxuyarlar.
Tamamən rəng
korluğu olan in-
sanlar isə heç bir
rəqəm oxuya bil-
məzlər.
Normal görənlər
bu rəqəmi 3 ola-
raq oxuyarlar.
Qırmızı-yaşıl
rəng korluğu
olanlar bu rəqəmi
5 olaraq oxu-
yarlar. Tamamən
rəng korluğu olan
insanlar hər han-
sı bir rəqəmi oxu-
ya bilməzlər.
Rəng korluğu testi 4
Normal görən in-
sanlar bu rəqəmi
15 kimi oxuyar-
lar. Qırmızı–ya-
şıl rəng korluğu
olanlar isə bu rə-
qəmi 17 kimi
oxuyarlar.Tama-
mən rəng korlu-
ğu olanlar isə hər
hansı bir rəqəmi
oxuya bilməzlər.
Normal görən
insanlar bu rə-
qəmi 6 kimi
oxu-yarlar.
Rəng görmə
problemi olan
insanların çoxu
isə bu şəkildə
hər hansı bir
rəqəm görməz-
lər.
Rəng korluğu testi 5
Rəng korluğu testi 6
Normal görən in-
sanlar bu rəqəmi
74 olaraq oxu-
yarlar. Qırmızı –
yaşıl rəng kor-
luğu olan insan-
lar isə bu rəqəmi
21 olaraq oxuyar-
lar.
Tamamən rəng
korluğu olan in-
sanlar isə bu rə-
qəmi oxuya bil-
məzlər.
Rəng korluğu testi 7
Qırmızı və ya-
şıl rəng korlu-
ğu olan insan-
lar bu şəkli 45
olaraq oxuyur-
lar. Rəng kor-
luğu olan in-
sanlar isə bu
şəkildən heç
bir rəqəm oxu-
ya bilməzlər.
Rəng korluğu testi 8
Müasir dövrdə qadınları ən çox
narahat edən xəstəliklərdən biri
də uşaqlıq boynunda yaranan xəs-
təliklərdir. Bu xəstəliklərin bir qis-
mi asan müalicə olunsa da, digər
qismi müalicəsi uzun vaxt aparan
stressə səbəb olan bədxassəli xəs-
təliklərdəndir. Buna görə də bu
xəstəliyi yaxından tanımaq və
vaxtında müdaxilə edib böyük fə-
sadların yaranmasının qarşısını al-
maq lazımdır. Bu məsələdə də ən
yaxşı öyrənmək üsulu mütəxəssis
həkimdən məsləhətlər almaqdır.
Müsahibəmiz də məhz bu barə-
dədir.
Dostları ilə paylaş: |