2. OBYEKT VƏ PROSESLƏRİN MODELLƏRİ
İnformatikanın öyrənilməsi zamanı əksər hallarda oxşar mahiyyətlərin (obyektlərin) müəyyən əlamət
və ya xüsusiyyətlərə malik olub-olmadıqlarından asılı olaraq müxtəlif qruplarda (siniflərdə) birləşdirilməsi
tələb olunur(İnformatikanın öyrənilməsi zamanı oxşar mahiyyətlərin (obyektlərin) müəyyən əlamət və ya
xüsusiyyətlərindən asılı olamayaraq müxtəlif qruplar (siniflər) üzrə birləşdirilməsi tələb olunur. Bu üsul
təsnifat, yəni seçilmiş xassələrə (əlamətlərə, kateqoriyalara, siniflərə) uyğun olaraq eyni tipli əlamətlərin
paylanması adlanır.
Obyektlərin bir-birindən asılı olmayan bir neçə ümumi xassələri ortaya çıxa bilər. Bu halda, onları
təsnifat əlamətlərinə görə ayırmaq olar, yəni eyni obyektlər qrupu üçün təsnifat çoxluğu yarana bilər.
Obyek – aşağıdakı xüsusiyyətlərə malik olan mürəkkəb birləşmənin ən sadə tərkib hissəsidir. O,
aşağıdakı xüsusiyyətlərə malikdir:
− baxılan məsələ çərçivəsində daxili quruluşa malik deyil və
vahid tam kimi götürülür;
− xarici təsirlər nəticəsində dəyişən xassələr (atributlar) yığımına malikdir;
− o,
identifikasiya edilmişdir, yəni ada malikdir.
Məsələn, dövlətin iqtisadiyyatı çərçivəsində konkret
bir müəssisə sadə element kimi,
yəni dövlət
üçün vacib olan müəyyən parametrlər yığımına malik obyekt kimi götrüləbilər: buraxılan
məhsulun
xarakteri və həcmi; müəssisənin yerləşdiyi bölgə, vəsait təminatına qoyulan tələblər, işçilərin sayı və s. Bu
zaman istehsalın strukturu istehsalat binalarının sayı,
rəhbərlərin şəxsiyyəti, binaların
rəngi və digərləri
nəzərə alınmır.
Konkret müəssisənin optimal istehsal sxeminin tapılması tələb olunan digər bir məsələdə ona sadə
element kimi baxmaq qəti olmaz. Ümumiyyətlə, istənilən mahiyyətin quruluşunun dərinliklərinə istənilən
dərəcədə nüfuz etmək olar. Lakin baxılan məsələ üçün həmişə münasib bir “sadəlik səviyyəsində”
dayanmaq lazım gəlir. Beləliklə, mürəkkəb birləşmənin hər hansı tərkib hissələrinin obyektlərə aid edilməsi
real vəziyyətin sadələşdirilməsi, yəni modelləşdirilməsi deməkdir. Obyekt
–model şəklində bir təsvirdir.
Mürəkkəb birləşmənin tərkib hissələrindən obyektlərin ayrılması təcrübi, real məsələlərin həlli zamanı
modellərin qurulması mərhələsində həyata keçirilir.