2. obyekt və prosesləRİn modelləRİ



Yüklə 344,73 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix14.03.2023
ölçüsü344,73 Kb.
#87729
1   2   3   4   5   6
Mövzu 2 VSA KM

 
Şəkil 2.2. Modelin qrafiki forması 
Qrafın təpələri – aparıcı çoxluğun elementləri, qövsləri isə əlaqələrdir. 
Aydındır ki, baxılan əlaqə tranzitivdir. Bu B və C-ni əlaqələndirən cüt ştrixli əyrilərlərlə (qövslərlə) 
göstərilmişdir. 
 
2.3. Modellərin təsnifatı 
 
Modellərin daha çox istifadə olunan təsnifat əlamətlərini nəzərdən keçirək: 
− tətbiq sahəsi; 
− modeldə zaman faktorunun (dinamikanın) nəzərə alınması (modeldə zamanın (dinamikanın) nəzərə 
alınması?); 
− elm sahəsi; 
− modellərin təsviri üsulu. 
Modellərin tətbiq sahəsinə görə təsnifatı: 
− tədris modelləri – əyani vəsaitlər, müxtəlif trenajorlar, öyrədici proqramlar;
− proses və hadisələrinin tədqiqi üçün yaradılan elmi-texniki modellər
− oyun modelləri – hərbi, iqtsadi, idman və işgüzar oyunlar
− reallığı əks etdirməklə yanaşı, onu imitasiya edən imitasiya modelləri . Eksperiment ya dəfələrlə 
təkrarlanır, və ya eyni anda müxtəlif şərtlər daxilində bir çox oxşar obyektlər üzərində aparılır. 
Zamanı nəzərə almaqla modellərin təsnifatı. Modelləri statik (sanki obyekt haqqında 
informasiyanın bir anlıq kəsiyi) və dinamik modellərə ayırmaq olar. Dinamik model obyektin zamana görə 
dəyişməsini görməyə imkan verir. 
Modellərin təsvir üsuluna görə təsnifat sxeminə baxaq (şəkil 2.3). 
Şəkil 2.3. Təsvir üsuluna görə modellərin təsnifatı 
Modellər
Maddi
İnformasiya
İşarə
Kompüter
Qeyri-
kompüter
Verbal


Verbal model – fikir və ya danışıq formasında olan informasiya modelidir. Belə modellərə ixtiraçıda 
yaranan ideyanı, və hələlik ancaq müəllifin şüurunda səslənən musiqi və ya qafiyəni aid etmək olar. 
İşarə modeli – xüsusi işarələrlə, yəni istənilən formal dil vasitələri ilə (şəkillər, mətnlər, qrafiklər
sxemlər) ifadə olunan informasiya modelidir.
Təsvir formasına görə informasiya modellərinin aşağıdakı növlərini ayırmaq olar: 
− həndəsi – qrafiki formalar və həcmli quruluşlar
− şifahi (sözlə ifadə olunan?)– şəkillərdən istifadə etməklə şifahi və yazılı təsvirlər; 
− riyazi – obyekt və ya prosesin müxtəlif parametrlərinin əlaqəsini əks etdirən riyazi düsturlar
− struktur – sxemlər, qrafiklər, cədvəllər və s.; 
− məntiqi – mühakimələrə və şərtlərin təhlilinə əsasən hərəkətlərin seçilməsi üçün müxtəlif 
variantları təsvir edən modellər; 
− xüsusi – notlar, kimyəvi düsturlar və s.; 
− kompüter və qeyri-kompüter modelləri. 

Yüklə 344,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin