2. obyekt və prosesləRİn modelləRİ


Struktur və funksional modellər



Yüklə 344,73 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix14.03.2023
ölçüsü344,73 Kb.
#87729
1   2   3   4   5   6
Mövzu 2 VSA KM

2.1. Struktur və funksional modellər 
Prototipin vəziyyəti dedikdə onun tərkib hissələrinə, həmçinin onun özünə xas xassələrinin 
məcmusu başa düşülür. Vəziyyət – prototipin müəyyən vaxt anında çəkilmiş “ani” şəkilidir. Vaxt keçdikcə 
vəziyyət dəyişə bilər, bu halda prosesin mövcudluğundan danışmaq olar. Deyilənlərə müvafiq olaraq, 


vəziyyətin modelini və prosesin modelini qurmaq mümkündür. Birinci tip modellər struktur, ikinci tip isə 
funksional modellər adlanır. 
Struktur modellərə nümunə olaraq hər hansı qurğunun çertyojunu, kompüterin sxemini, alqoritmin 
blok-sxemini və digərləri gətirmək olar. Funksional modellərə hər hansı bir işi nümayiş etdirən maketi 
misal göstərmək olar. Funksional modellərin əsas sinfini imitasiya modelləri təşkil edir. 
İmitasiya modelləşdirilməsi öyrənilən prototipin onun imitatoru ilə (natura (obyektin maddi surəti) 
və ya informasiya modeli) əvəz edilməsinə əsaslanan tədqiqat üsuludur. Bu üsul vasitəsi ilə prototip 
üzərində keçirilən eksperimentlərin məqsədi prototipin xüsusiyyətləri haqqında informasiyanın əldə 
edilməsidir.
Natura imitasiya qurğularına nümunə kimi hərəkət zamanı nəqliyyat vasitələrini (təyyarə, avtomobil, 
qatar və s.) dövrələyən hava axınlarını tədqiq etməyə imkan verən aerodinamik borunu göstərmək olar. 
İmitator qismində kompüterdə yerinə yetirilən riyazi modellər də çıxış edə bilər. Hazırda məhz imitasiya 
modelləşdirilməsi elmdə, iqtisadiyyat və digər bilik sahələrində ən əsas tədqiqat və proqnozlaşdırma 
üsuludur. Misal olaraq nüvə müharibəsinin nəticələrinin, hava proqnozunun, iqtisadi proqnozların və s. 
modelləşdirilməsini qeyd etmək olar. 
 
2.2. Maddi və informasiya modelləri 
 
Modelləri iki qrupdan birinə aid etmək olar: maddi (natura) və informasiya (qeyri-maddi) (şəkil 2.1).

Yüklə 344,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin