-Həkim, zəhmət olmasa,
uşaqlıq boynu haqqında
ümumi məlumat verərdi-
niz?
Uşaqlıq boynu uşaqlığın uşaqlıq
yoluna baxan aşağı hissəsidir. Bu
orqanın xüsusiyyəti ondan ibarət-
dir ki, uşaqlığın daxili təbəqəsinin
xarici təbəqəyə keçən yeri özünə-
məxsus quruluşdadır. Keçid zona-
sı adlanan bu hissə həm infeksi-
yaya həm də xərçəngə meylli na-
hiyədir. Buna görə də cinsi fəaliy-
yətə başlamış bütün qadınlarda
uşaqlıq boynunun iltihabi xəstə-
liklərinə rast gəlmək mümkündür.
-Bəs erroziya nədir və nə-
dən əmələ gəlir?
Geniş mənada erroziya epitel
qatının ölməsi– defekti deməkdir.
Uşaqlıq boynunun həqiqi erro-
ziyalarına az hallarda rast gəlinir.
“Erroziya” diaqnozu qoyulan xəs-
tələrin çoxunda isə biz “yalançı er-
roziya” dediyimiz ektropionla
qarşılaşırıq. Yəni, xəstələrin çox-
unda uşaqlıq boynunun xarici
qişasında əslində defekt olmur.
Sadəcə, uşaqlıq boynunun iltihab
nəticəsində xaricə doğru böyümüş
daxili qişası müayinədə erroziya
kimi görünür. Qeyd etdiyimiz
kimi, erroziya iltihab nəticəsində
əmələ gəlir. Uşaqlıq boynunun
iltihabına səbəb olan mikroblar
hamıya yaxşı tanış olan miko-
plazma, xlamidiya və müxtəlif
bakteriyalardır. Cinsi əlaqə za-
manı uşaqlıq boynuna daxil olan
bu mikroblar xronik iltihaba səbəb
olurlar ki, bu da daxili qatın xaricə
doğru böyüməsinə, yəni er-
roziyaya gətirib çıxarır.
-Xəstəliyin əlamətləri han-
sılardır?
Çox vaxt xəstələrin heç bir şikayəti
olmur və xəstəlik yalnız kontrol
müayinələrdə təsadüfən aşkar
edilir. Bəzən, xüsusilə, cinsi əlaqə
zamanı meydana çıxan az miqdar-
da qanaxma və ağrı ola bilər. Erro-
ziya diaqnozu qoymaq üçün gine-
koloji müayinə və baxış kifayət
edir. Amma xəstəliyi xərçəngdən
ayırd etmək üçün sitoloji və ya
histoloji analiz lazım ola bilər. Bu
analizlərdən xərçəngönü xəstəlik-
lərdən danışarkən bir daha bəhs
edərik.
-O zaman gəlin xəstəliyin
müalicəsi haqqında danı-
şaq. Amma əvvəlcə deyin,
xəstəlik nə dərəcədə təh-
lükəlidir, müalicə olunmaz-
sa xərçəngə çevrilə bilərmi?
a is
-lə
Tibb
14
www.avismed.az
Rəşad Sultan
Ginekoloq
HB Güvən klinikası
Uşaqlıq boynunun erroziyası
bəzən öz-özünə, müalicəsiz də
sağalır. Sağalmayan, geniş errozi-
yalarda destruktiv müalicə me-
todlarından istifadə edilir. Başqa
sözlə desək, xaricə doğru böyü-
müş daxili epitel qatı elektroko-
aqulyasiya, dondurma və ya dər-
man maddələri vasitəsilə məhv
edilir, daha sonra xarici qat həmin
nahiyəyə doğru böyüyərək nor-
mal toxuma halını alır. Amma bu
müalicələri tətbiq etməzdən qa-
baq erroziyanın xərçəng olmadı-
ğından əmin olmaq, bu məqsədlə
uşaqlıq boynundan yaxma götü-
rüb sitoloji analizə göndərmək
lazımdır. Yəni, əslində erroziya
xərçəngönü xəstəlik deyil və heç
vaxt xərçəngə keçmir, amma
xərçəng də erroziya şəklində
meydana çıxa bildiyi üçün bun-
ları bir-birindən fərqləndirmək
lazımdır.
-Söylədiklərinizdən elə
başa düşmək olur ki, bütün
erroziyalı xəstələrdən yax-
ma götürmək lazımdır.
Bəli, nəinki erroziyalı xəstələrdən,
əslində ginekoloqa müraciət edən
bütün xəstələrdən yaxma götürüb
sitoloji analiz etmək lazımdır. Xəs-
tənin müraciət səbəbi nə olursa
olsun, şikayəti olmadan, kontrol
müayinəyə gəlmiş xəstələrdən də
uşaqlıq boynundan yaxma götü-
rülməsi məsləhət görülür. Məq-
səd təkcə erroziyanı xərçəngdən
ayırmaqdan ibarət deyil. Məqsəd,
ümumiyyətlə cəmiyyətdə uşaqlıq
boynu xərçəngini hələ gizli mər-
hələdə ikən aşkar edib müalicə et-
məkdən ibarətdir.
-Xərçəngdən söhbət açıl-
mışkən, uşaqlıq boynu xər-
çəngi nədən əmələ gəlir və
bu xəstəlikdən necə qo-
runmaq olar?
Günümüzdə tam sübut olunub ki,
uşaqlıq boynu xərçəngi viruslar
tərəfindən törədilir. İnsan papil-
loma virusu ailəsinin müəyyən
tipləri uşaqlıq boynu xərçənginin
törədiciləri hesab olunur. Bu o de-
mək deyil ki, uşaqlıq boynu xər-
çəngi qrip, qızılca, məxmərək ki-
mi insandan insana yoluxur. Əl-
bə ə ki, xərçəngi törədən viruslar
insandan insana keçir və keçmə
yolu da cinsi əlaqə vasitəsilədir.
Bu yolla uşaqlıq boynunun keçid
zonasına daxil olan viruslar hə-
min toxumada məskən salıb artıb
çoxalırlar. Bu yoluxmanın sonrakı
gedişi isə müxtəlif cür ola bilir.
Xəstələrin çoxunda virus heç bir
əlamət vermir və bir müddətdən
sonra orqanizmin immuniteti sa-
yəsində toxumadan təmizlənir.
Bəzi hallarda isə virus toxumada
uzun illər qala bilir. Toxumada
qaldığı müddətdə özünü hər han-
sı əlamətlə biruzə verməsə də,
hüceyrələrdə yaratdığı dəyişik-
liklər xərçəngin yaranma prose-
sinə başlanğıc verə bilir. Belə hal-
larda virusun orqanizmə daxil ol-
duğu andan xərçəng əmələ gəl-
məsinədək 10 ilə yaxın zaman ke-
çir. Bu zaman aralığında uşaqlıq
boynu toxumasındakı dəyişiklik-
lərə xərçəngönü prosses deyirik.
Belə ki, bu mərhələdə xəstəliyi
tam müalicə etmək, xərçəngə çev-
rilmədən, orqanizmi bu ağır xəs-
təlikdən xilas etmək mümkündür.
-Yəqin ki, xəstəliyi erkən
mərhələdə aşkar etmək də
məhz uşaqlıq boynundan
yaxma götürməklə müm-
kündür.
Bəli, tamamilə doğrudur. Uşaqlıq
boynundan yaxma götürməkdə
məqsədimiz də xərçəngönü mər-
hələdə xəstəliyi yaxalamaqdan
ibarətdir. Bu metod ilk dəfə Pa-
15
www.avismed.az
panikolau adlı patohistoloq tə-
rəfindən tətbiq olunduğuna görə
alimin adı ilə Pap-test adlanır. Xü-
susi fırça ilə uşaqlıq boynunun xa-
rici səthi və uşaqlıq yolundan yax-
ma götürüldükdən sonra sitoloji
analizdə yaxmadakı hüceyrələr
araşdırılır və xərçəngönü prosesə
cəlb olunmuş hüceyrələr varsa,
qeyd edilir. Bu atipik hüceyrələrin
yaxmada aşkar edilməsi o demək
deyil ki, xəstədə xərçəngönü xəs-
təlik var. Başqa sözlə desək, Pap-
test diaqnostik baxımdan 100% in-
formativ bir test deyil, amma bizə
şübhələnməyə imkan verdiyinə
və sonrakı diaqnostik metodlara
əl atmağa sövq etdiyinə görə çox
qiymətli bir metoddur.
-Deməli, Pap-test bir şüb-
hələnmə metodudur, bir
xəbərdarlıq testidir. Bəs də-
qiq diaqnoz necə qoyulur?
Pap-test müsbət çıxarsa,
sonrakı müayinə metodları
hansılardır?
Pap-testin nəticəsində atipik hü-
ceyrələr tapılarsa, sonrakı addım
kolposkopiya olmalıdır. Kolpos-
kopiya uşaqlıq boynunun kolpos-
kop adlanan xüsusi optik sistemlə
böyüdülüb nəzərdən keçirilməsi
metodudur. Bu cihaz vasitəsilə
uşaqlıq boynunda xərçəngönü sa-
hələri böyüdülmüş halda gözlə
görə bilirik və bu sahələrdən biop-
siya götürmək imkanı əldə edirik.
Əlbə ə ki, xərçəng diaqnozu an-
caq biopsiya ilə qoyulur. Yəni, to-
xuma parçalarının mikroskop al-
tında tədqiq edilməsi ilə. Xərçəng
kimi xərçəngönü xəstəlik diaq-
nozu da ancaq biopsiya ilə qoyula
bilər. Beləliklə, Pap-test və kolpos-
kopiyadan sonra son söz biopsi-
yanındır. Biopsiya metodları müx-
təlifdir. Uşaqlıq boynu kanalının
xarici dəliyinin 4 ayrı nöqtəsindən
biopsiya götürmək empirik metod
kimi artıq çox da istifadə olunmur.
Kolposkopiya altında zədələnmiş
toxuma sahəsini görərək həmin
nahiyədən biopsiya götürmək ilk
baxışda məntiqli görünən metod-
dur. Amma onu da yaddan çıxar-
maq olmaz ki, xərçəngönü dəyi-
şikliklər çox vaxt nəinki gözlə, heç
kolposkopiya ilə də görünə bilmir.
Buna görə də uşaqlıq boynu kana-
lının xarici dəliyini 360 dərəcə gö-
türmək daha çox tövsiyə olunur.
Bu metoda konizasiya deyilir.
-Bu metod necə həyata ke-
çirilir?
Konizasiya kiçik bir əməliyyatdır.
Narkoz altında silindrik bir orqan
olan uşaqlıq boynundan konus
şəklində bir parçanın kəsilməsi
şəklində icra edilir. İki cür koniza-
siya metodu vardır: soyuq və isti
konizasiya. Soyuq konizasiya cər-
rah bıçağı ilə edildiyi halda isti
konizasiyada bu məqsədlə xüsusi
olaraq hazırlanmış, ilgək forma-
sında olan elektrokoaqulyasiya
bıçağından istifadə edirik. İsti ko-
nizasiyanın üstün cəhəti odur ki,
elektrokoaqulyasiya bıçağı toxu-
maları kəsərkən eyni zamanda da
yandırır, bu da qanaxmanın mini-
mal olmasına və əməliyyatın daha
qısa sürməsinə imkan verir. Bu-
nun sayəsində əməliyyat 5 də-
qiqədən də qısa müddət ərzində
həyata keçirilir. Əldə etdiyimiz
konus şəklində toxuma parçası
patohistoloji analizə göndərilir və
gələn cavab əsasında da sonrakı
taktika seçilir.
a is
-lə
Tibb
16
www.avismed.az
qalxanabənzər vəzi xəstəliyi
Bədənin atom bombası
Həkim, UR nədir?
UR qalxanabənzər vəzinin müx-
təlif səbəblər nəticəsində böyü-
məsinə deyilir. Qalxanabənzər
vəzi boynun ön nahiyəsində yer-
ləşmiş, hormon əmələ gətirən
kəpənəkşəkilli vəzidir. Bu vəzi
əmələ gətirdiyi hormonlarla
orqanizmi sanki element kimi
enerji ilə təmin edir. Qalxana-
bənzər vəzi hormonlarının nor-
madan artıq yarandığı vəziyyətə
hipertireoidizm, normadan az
yarandığı vəziyyətə isə hipoti-
reoidizm deyilir. Hipertireo-
idizmli xəstələrdə həddindən
artıq hərəkətlilik, ürəkdöyün-
mə, əllərdə əsmə, həddindən ar-
tıq iştahanın olmasına baxmaya-
raq çəkidə azalma, əsəbilik, tər-
ləmə kimi şikayətlərə rast
gəlinir. Hipotireoidizm olan
xəstələrdə isə hərəkətliliyin azal-
ması, çəkinin artması, orqa-
nizmdə suyun toplanması, də-
ridə quruluq, qəbizlik kimi şika-
yətlər tez-tez meydana çıxır.
Qalxanabənzər vəzinin funksi-
yasındakı pozğunluqlarla yanaşı
struktur dəyişiklikləri də rast
gəlinir. Bütövlükdə və ya bir qis-
minin böyüməsi ilə xarakterizə
edilən xəstəliklərə isə düyünlü
UR deyilir. UR-un yaranmasın-
da müxtəlif faktorlar rol oynasa
da əsas faktorlar bunlardır:
1. Yod çatışmazlığı və digər ətraf
mühit faktorları
2. İrsi faktorlar
3. Orqanizmin fərdi xüsusiyyət-
ləri
Bunlardan xüsusilə yod çatış-
mazlığının üzərində dayanmaq
lazımdır. Tədqiqatlar insanların
gündəlik tələb olunan yodun
orta hesabla dörddə bir hissəsini
qəbul etdiyini göstərir. Yod ça-
tışmazlığı olan Mərkəzi Avropa
ölkələrində fabriklərdə bişirilən
çörəklərə və süfrə duzuna yod
əlavə etməklə yod çatışmazlığı
ilə əlaqədar yaranan UR prob-
leminin böyük bir hissəsi həll
edilib.UR xəstəliyi olmayan
fərdlərin profilaktik məqsədlə
yod qəbul etməsi aktual bir mə-
sələdir. Əks təqdirdə UR xəs-
təliyi olan xəstə bundan xilas ol-
maq məqsədi ilə yod qəbul et-
dikdə bunun xeyirdən çox ziya-
nı olur.
Qalxanabənzər vəzi nədir
və hansı funksiyaları
Bəşəriyyət yaranandan in-
sanlar üçün qorxu yaradan,
daim fəlakətə, faciəyə səbəb
olan bir çox xəstəliklər
mövcud olub. Bunlardan bir
çoxu tarixə çevrilib, get-
dikcə yerini başqa cür
xəstəliklərə verib. Bu xəstə-
liklərdən biri də UR deyilən
qalxanabənzər vəzi
xəstəliyidir. Bəs, o qədər də
qorxulu görünməyən, lakin
müalicə olunmadığı təqdirdə
bir sıra fəsadlara yol açan
bu xəstəlik haqda nə bilirik?
Məhz bu səbəbdən qalxan-
abənzər vəzi ilə əlaqədar
tez-tez verilən suallarla bağlı
həkimlə söhbətləşdik.
Yusif Hacıyev
Qulaq, burun, boğaz və
baş beyin cərrahı
HB Güvən klinikası
www.lor.az
17
www.avismed.az
yerinə yetirir? Yaratdığı
xəstəliklər hansı əlamətlər-
lə özünü göstərir?
Qalxanabənzər vəzi boyunda
nəfəs borusunun bilavasitə önün-
də yerləşən və qalxanabənzər vəzi
hormonlarını ifraz edərək or-
qanizmdə sinir sistemindən həzm
sisteminə qədər demək olar ki, bü-
tün orqan və sistemlərin fəaliyyə-
tini tənzimləyən bir orqandır. Belə
vəzilərə daxili sekresiya vəziləri
deyilir. Bu vəzilərin xəstəlikləri ilə
məşğul olan sahəyə endokri-
nologiya, cərrahiyəsinə də en-
dokrin cərrahiyə deyilir.
Qalxanabənzər vəzinin böyümə-
sinə UR deyilir. 60-cı illərdəki kimi
boynunda çox böyük şişkinliklərlə
həkimə müraciət edən xəstələrə
indi çox nadir hallarda rast gəlinir.
Müasir dövrdə onların yerinə
ümumi check up zamanı aparıl-
mış ultrasəs müayinəsi və ya pal-
pasiya nəticəsində təsadüfən aş-
karlanmış düyünlərə isə çox tez-
tez rast gəlinir. Bunlardan başqa
bir də funksiya pozğunluqları var.
Qalxanabənzər vəzinin
funksiyasının pozulması
necə hiss edilir?
Qalxanabənzər vəzinin hormon
ifrazını nəzarətsiz olaraq artırması
hipertireoidizm adlanır ki, bu ca-
vanlarda arıqlama (iştahanın art-
masına baxmayaraq), yaşlı xəs-
tələrdə ürək döyünmə, əllərin
əsməsi, tərləmə, istiyə dözümsüz-
lük, əsəbilik, qadınlarda menstru-
asiya pozğunluqları, saçların na-
zikləşməsi və tökülməsi, ishal
şikayətlərinə səbəb olur. Daha çox
rast gəlinən hipotireoidizm, yəni
lazım olduğundan daha az hor-
mon ifrazı zamanı bədəndə, xü-
susilə də üzdə şişkinlik, maye
toplanması, çəkinin artması, qə-
bizlik, menstruasiya pozğunluq-
ları, saçların qalınlaşması və tö-
külməsi, dəridə quruluq, soyuğa
dözümsüzlük, hərəkətlərdə və
ağır hallarda zehni funksiyalarda
ləngimə müşahidə olunur.
Qalxanabənzər vəzinin ilti-
habının səbəbi nədir?
2000-ci ildən etibarən duzların yo-
dlaşdırılmasına başlamaqla gə-
ləcək nəsilləri UR-dan qorumaq
üçün çox vacib bir addım atıldı.
Lakin bu proqramların tətbiq ol-
unduğu bütün ölkələrdə olduğu
kimi (Argentina, İsveçrə) yodlaş-
dırmağa başladıqdan sonrakı 20
ildə qalxanabənzər vəzi iltihabı
yəni tiroidit və bunun xüsusi bir
növü olan Xaşimoto tiroiditi və
onun fonunda inkişaf edən qalxa-
nabənzər vəzi xərçəngi 4-5 dəfə
artır. Ona görə yodlaşdırılmış
duzdan körpələrin və inkişaf döv-
ründə olan uşaqların istifadə et-
məsi, yaşlıların isə xüsusilə də
qalxanabənzər vəzi xəstəliyi olan-
ların yodsuz duzdan istifadə et-
məsi daha düzgündür. Dolayısı ilə
yemək mətbəxdə duzsuz bişiril-
məli, süfrədə isə iki duzqabı olma-
lıdır; uşaqlar yodlaşdırılmış, bö-
yüklər isə yodlaşdırılmamış duz
istifadə etməlidirlər.
Qalxanabənzər vəzi xəstə-
liyinin erkən aşkarlanması
üçün nə etmək lazımdır?
Bütün check up proqramlarına
qalxanabənzər vəzi hormonları-
nın miqdarının ən həssas göstəri-
cisi olan TSH hormonunun qanda
təyini və qalxanabənzər vəzinin
ultrasəs müayinəsi daxil edilmə-
lidir. Bundan başqa, əhalinin
sağlamlığını yoxlamaq məqsədi
ilə aparılan kütləvi müayinələrə
süd vəzinin xərçəngi üçün mam-
moqrafiya və ya uşaqlıq xərçəngi
üçün yaxma sınağı daxil edildiyi
kimi qalxanabənzər vəzinin ultra-
səs müayinəsi və iynə biopsiyası
da bu müayinələrə daxil edilmə-
lidir.
Qalxanabənzər vəzi xər-
çəngi ilə bağlı son statisti-
kalar nəyi göstərir?
ABŞ-da 2005-ci il qalxanabənzər
vəzi xərçəngi ili elan edilib. ABŞ-
da dərc olunan Thyroid jurnalının
aprel nömrəsində (www.thyro-
id.org) bununla bağlı rəqəmlər be-
lədir:
-2005-ci ildə diaqnoz qoyulacaq
təqribən 25000 qalxanabənzər vəzi
xərçənginə tutulmuş xəstə sayı
1995-ci ildən indiyə kimi hər il di-
aqnoz qoyulmuş xəstə sayından
iki dəfə çoxdur.
a is
-lə
Sağlamlıq
18
www.avismed.az
-90-cı illərdə bütün xərçəng xəstə-
likləri arasında 14-cü yeri tutan
qalxanabənzər vəzi xərçəngi 2000-
ci illərdə sürətlə artaraq 7-ci yerə
yüksəldi.
- qadınlarda illik 4%, kişilərdə illik
2% artma tempi ilə qalxanabənzər
vəzi xərçəngi bütün xərçənglər
arasında ən sürətli artan xərçəng
növü oldu.
-qadınlarda daha tez-tez rast gə-
linməsinə baxmayaraq kişilərdə
ölümə səbəb olan xərçənglər ara-
sında ən sürətlə artan xərçəng qal-
xanabənzər vəzi xərçəngi olduğu
məlum oldu.
Qalxanabənzər vəzi xər-
çəngi ilə əlaqədar Çernobıl
qəzasından çox bəhs edilir.
Bunun təsirləri hələ də da-
vam edirmi?
Çernobılda sızan maddə radioak-
tiv yod olduğu üçün qalxanabən-
zər vəzi və xüsusilə də inkişaf
dövründəki uşaqlar bundan çox
təsirləndilər. Doza çox yüksək
olduğu üçün xərçəng 4-5 il ər-
zində yarandı və kütləvi müayi-
nələrlə minlərlə uşaq erkən dövr-
də diaqnoz qoyularaq əməliyyat
edildi və xilas edildi. O dövrdəki
uşaqlar indi yetkin insanlar ol-
duğu üçün biz o dövrdə o ərazi-
lərdə yaşamış insanlarda qalxana-
bənzər vəzi xərçəngi aşkarladıqda
xəstəliyin sonradan yarandığını
yoxsa o dövrdə müayinə olunma-
dığı üçün o illərdən qaldığını mü-
əyyənləşdirə bilmirik. Bu möv-
zuya bütün dünyanın əksinə əhə-
miyyət verməyən, hə a əhəmiy-
yət verilməsinə istehza ilə yanaşan
bütün məsul şəxslər əslində bö-
yük bir cinayət işləyiblər.
Qalxanabənzər vəzi xəstə-
liklərində hansı diaqnostik
cihazlardan istifadə edilir?
Əvvəllər qalxanabənzər vəzi hor-
monlarının təyini və qalxanabən-
zər vəzi ssintiqrafiyası istifadə edi-
lirdisə müasir dövrdə ssintiqrafiya
qalxanabənzər vəzinin normadan
az və ya çox çalışdığını müəyyən-
ləşdirmək üçün istifadə edilir.
Düyünlər və qalxanabənzər vəzi
xərçənginin təyini üçünsə daha
həssas metod olan ultrasəs müayi-
nəsinə üstünlük verilir.
Qalxanabənzər vəzidəki tö-
rəmənin xoşxassəli, yoxsa
bədxassəli olduğunu necə
təyin etmək olar?
Heç bir əlavə təsiri olmayan iynə
biopsiyası ilə törəmədən biopsiya
götürülür və patoloq tərəfindən
müayinə olunur. Nəticə xoşxassəli
olarsa bunun düzgün olma eh-
timalı 95%, bədxassəli olarsa düz-
gün olma ehtimalı 99%-dir. Buna
görə xüsusilə də az təcrübəli cər-
rahların əməliyyatdan sonra göz-
lənilməz nəticələrlə qarşılaşma-
maları üçün iynə biopsiyasını hər
yerdə tövsiyə edirik.
İynə biopsiyası təmiz çıxan
xəstələr əməliyyat edilmə-
dən nəzarətə götürülə bilər-
mi?
Çox kiçik risk olsa da nəzarətə
götürülə bilər. Düyün böyüməyə
davam edərsə və təzyiq hissi yara-
dacaq qədər böyüyərsə hər zaman
əməliyyat edilə bilər. Amma en-
dokrin cərrahiyyənin əsas
məqsədi xoşxassəli düyünləri
deyil, bu düyünlərin daxilində
gizlənmiş qalxanabənzər vəzi
xərçəngini tapmaq olmalıdır.
Qalxanabənzər vəzi düyü-
nünün və ya xərçənginin
cərrahi müalicəsi necə apa-
rılır?
Qalxanabənzər vəzi xəstəlikləri-
nin müalicəsi tamamilə komanda
işidir. Endokrin cərrah, endokri-
noloq, radioaktiv təbabət üzrə
mütəxəssis, şüa diaqnostikası hə-
kimi və patoloqdan ibarət koman-
da xəstə haqqında “eyni dildə da-
nışaraq” və daimi ünsiyyətdə ola-
raq ən düzgün qərarları verə bilər-
lər. Qalxanabənzər vəzi xəstəlik-
lərinin mürəkkəbliyi bu sahənin
həkimlərinə başqa bir sahə ilə
məşğul olmağa imkan vermir və
ancaq bu şəkildə xəstəyə və xəs-
təliyə tam diqqət cəlb etmək olur.
Qalxanabənzər vəzi cərrahiyəsi
naxış vurmaq kimi zəriflik, diqqət
və həssasiyyət tələb edir. Xüsusilə
də səs telləri və yaxınlıqda yerləş-
miş qalxanabənzər ətraf vəziləri
qorumaq məqsədi ilə çox diqqətli
işləməklə yanaşı əməliyyatdan
sonra xəstəliyin təkrarlamaq ris-
kini də sıfıra yaxınlaşdırmaq la-
zımdır.
2004-cü ildən etibarən son texno-
logiyaların da köməyi ilə artıq bo-
yunbağı şəklində tikiş izinə səbəb
olan metodun əvəzinə təqribən 2,5
smlik kəsiklə tətbiq etdiyimiz qa-
palı metod qadınlarla yanaşı kişi-
lərin də seçimi olmuşdur. Bu me-
toda istər kosmetik cəhətdən, is-
tərsə də əməliyyatdan sonra bo-
yun hərəkətlərinin tez mümkün
olması və şişin olmaması kimi fak-
torlar səbəbindən üstünlük verilir.
19
www.avismed.az
a is
-lə
İşgüzar qadın
www.avismed.az
Dostları ilə paylaş: |