FöVQƏladə hadiSƏLƏRİn nəTİCƏLƏRİNİn aradan qaldirilmasi fövqəladə halların nəticələrinin aradan qaldırılmasının nəzəri əsasları Obyektlərin zədələnmə ocaqları



Yüklə 157,21 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix25.12.2023
ölçüsü157,21 Kb.
#197032
  1   2   3   4   5   6   7   8   9
14 Movzu - FH-in neticelerinin aradan qaldirilmasi



359 
MÖVZU 14 
 
FÖVQƏLADƏ HADİSƏLƏRİN NƏTİCƏLƏRİNİN 
ARADAN QALDIRILMASI 
Fövqəladə halların nəticələrinin aradan qaldırılmasının 
nəzəri əsasları 
Obyektlərin zədələnmə ocaqları 
Obyektin zədələnmə 
ocağı hər hansı bir fəlakət (qəza, təbii fəlakət) zamanı üzərində 
binalar, 
xüsusi 
qurğular, 
mühəndis 
şəbəkələri 
və 
kommunikasiyaları, habelə avadanlıq və şəxsi heyətlə birlikdə 
zədələnməyə, dağıntıya və ya zəhərlənməyə məruz qalmış 
obyekt ərazisinə deyilir.
Dağıntı zonası 
Obyektlərdə 
sadə (birnövlü)
və 
mürəkkəb
zədələnmə 
ocaqları yarana bilər.
Sadə (birnövlü) zədələnmə ocağı
– təkcə bir zədələyici 
amilin, məsələn, partlayışın törətdiyi dağıntıların, yanğının, 
yalnız kimyəvi və ya bakterioloji zəhərlənmənin nəticəsində 
əmələ gələn ocağa deyilir.
Mürəkkəb zədələnmə
ocağı isə bir neçə zədələyici amilin 
qarşılıqlı təsiri nəticəsində, yaranan ocaqdır: Məsələn, 
istehsalat qəzası zamanı baş verən partlayış dağıntılara, 
uçqunlara, yanğınlara, ərazidə zəhərlənməyə səbəb olur


360 
zəlzələ və qasırğa nəticəsində qurğuların dağılması ilə yanaşı, 
sahillər su altında qalır, elektrik xətlərində qısa qapanma 
sayəsində texniki qurğular zədələnir, mühəndis şəbəkələri və 
maye tutumları dağılarkən ətrafa zərərli mayelər yayılır.
Zədələyici amillərin xarakterindən asılı olaraq zədələnmə 
(zəhərlənmə) ocağı müxtəlif formalı, məsələn, partlayış, zəlzələ 
nəticəsində - dairəvi; qasırğa, fırtına, daşqın, sel, marxal və s. 
nəticəsində - zolaq formasında; yanğın, sürüşmə, sunami tipli 
külək zamanı - qeyri-müəyyən formada ola bilər. Qəzalar və 
təbii 
fəlakətlər 
zamanı ehtimal olunan dağıntıların 
(zəhərlənmənin) miqyasını və görüləcək xilasetmə və digər 
təxirəsalınmaz işlərin həcmini müəyyənləşdirmək üçün
zədələnmənin xarakterindən asılı olaraq zədələnmə ocağını bir 
neçə zonaya ayırırlar. Hər bir zona obyektin ərazisinin və 
oradakı qurğuların zədələnməsi (zəhərlənməsi) dərəcəsinə görə 
müəyyən edilir. 

Yüklə 157,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin