Atqi əleyhinə preventorlar (AƏP) və quyuağzı karkas



Yüklə 10,16 Kb.
tarix18.12.2023
ölçüsü10,16 Kb.
#183927
atki eleyhine



Atqi əleyhinə preventorlar (AƏP) və quyuağzı karkas.
Quyu hasilat qurğuları quraşdırılmazdan əvvəl quyudakı təzyiqə nəzarət etmək üçün bütün quyularda atqı əleyhinə preventorlar (AƏP) quraşdırılacaq. Atqı əleyhinə preventorların nəzarət sistemi AƏP-ın AƏP klapanlarını hərəkətə gətirmək üçün hidravlik mayelərdən istifadə edir. Aktivləşdirmə və tamamlama funksiyası arasındakı cavab vaxtı AƏP klapanlarının bağlanması və kipləşməsi vaxtına əsaslanır. Sualtı quraşdırmalar üçün AƏP nəzarət sistemi hər bir AƏP sıxacını 45 saniyə və yaxud ondan az müddətdə bağlamaq bacarığına malik olmalıdır. AƏP-in dövriyyəsi üçün bağlama vaxtı 60 saniyəni ötməməlidir. Bu cavab vaxtlarına uyğunlaşmaq üçün hidravlik mayelərin kiçik həcmini dənizə axıtmaq lazımdır; bu plan və təcrübə dünyada bütün AƏP quraşdırılmasında istifadə edilir.
AƏP və hasilatın idarəetmə cihazının quraşdırılması zamanı quyuağzına dəstək vermək üçün hər bir quyu yerləşən yerə quyuağzı karkasın quraşdırılması nəzərdə tutulur. Karkasın quraşdırılmasının məqsədi AƏP-u və hasilatın idarəetmə cihazının birləşməsindən irəli gələn ağırlığın səbəb olduğu quyuağzı yüklənməni minimuma endirməkdir. Dəniz dibinə müvəqqəti dayaq dirəkləri vasitəsi ilə dəstəklənən və sonra üç payadan istifadə olunmaqla bərkidilən quyuağzı üzərinə birləşdirici çərçivənin quraşdırılması planlaşdırılır. Quyu ağzının lap yaxınlığında dəniz dibinə kiçik miqdarda sement axıntısı ilə nəticələnə bilən potensial sementləşdirici birləşmədən istifadə edərək çərçivə və quyu ağzı bundan sonra birləşdirilir.
MİP-tipli mexaniki paker istismar kəmərinin laydan və ya çoxlaylı istismarda olan və ya vurucu quyularda onların bir – birindən hermetik təcrid edilməsi üçün nəzərdə tutulmuşdur.Paker istismar kəmərində quyu ağzından 300 m məsafədən başlayaraq müxtəlif dərinliklərdə lift borularını aşağı – yuxarı manipulyasiya etdirməklə oturdulur və boruları qaldırmaqla azad edilir.İstismar kəmərinin hermetikliyinin yoxlanılması və zədələnmiş zonanın yerinin tapılması üçün istifadə edilə bilər.
Quyuağzı dalğa generatoru-Bu qurğu quyudan gələn axının hesabına QDZya, laya və quyu məhsulunun reoloji xüsusiyyətlərinə təsir etmək üçün quyu ağzında, atqı xəttinin üzərində yerləşdirilir. Quyu məhsulunun qarşısını müəyyən müddətdən bir avtomatik olaraq qapayıb-açmaqla yaradılan elastiki dalğalar, lay-quyu sistemində gedən hidrodinamik proseslərə təsir edir. Qurğu idarəedici orqan və qapayıcı kürəli klapandan ibarətdir. İdarəedici orqan qapayıcı klapana çarxqolu-sürgüqolu vasitəsi ilə birləşdirilmişdir. İdarəedicinin vəzifəsi çarxqolusürgüqolu vasitəsi ilə qapayıcının kürəsini müəyyən müddətdən bir fırladaraq, axının qarşısını qapamaq və açmaqdır.
Fontan armaturu-Fontan armaturu istismar borularının asılması, quyu ağzının bağlanması və neft hasilatının tənzimi kimi əsas və ən məsul iş görür. Quruluşu etibarı ilə xaçvarı üç tərəfli və işçi təzyiqləri 40, 75, 125 və 200 kq/sm2 olurlar. Bundan başqa armatur yivli və ya flanslı olurlar. Son vaxtlar əsas etibarı ilə flanslı armatur hazırlanır. Armaturun bütün tökmə hissələri zavod şəraitində 1,5 dəfə işçi təzyiqindən artıq təzyiqlə hidravliki sınaqdan sonra toplanır və ümumi halda təkrar sınaq olunur. Buna baxmayaraq mədən emalatxanasından quraşdırılmağa göndərilən armaturlar mütləq yenidən hidravlik sınaq olunurlar.
Flənslərı bağlamaq üçün maksimal moment açarından istifadə olunur. Əl ilə bağlandıqda isə xaçvarı ardıcıllıqla tədricən sıxılmalıdır. Armaturu quyu ağzına yenidənbağlamaq və ya dəyişdirmək üçün vışkanın bir ayağına bağlanmış köməkçi tərtibatdan istifadə olunur. Armaturun bütün hissələri təzyiqlərindən asılı olaraq keyfiyyətli poladdan hazırlanır. Flanslar arasına yumşaq poladdan hazırlanmış oval en kəsikli həlqəvi aralıq təbəqəsi qoyulur. Boşluqlu hissələrin nöqsanları sınaq zamanı aşkar olunursa texniki şərtə uyğun olduqda yalnız bir dəfə müvafiq elektrodla qaynaq oluna bilər. Təkrar sınaqda yenə də buraxarsa tamamilə atılır. Nəqliyyat üçün armaturların ucları metal qapaqlarla bağlanmalıdır.
Yüklə 10,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin