Sərbəst iş Qrup E19 Fənn- fizika Mövzu – Mexaniki dalğalar



Yüklə 1,19 Mb.
tarix02.01.2022
ölçüsü1,19 Mb.
#41368
mexaniki dalğalar


Sərbəst iş

Qrup E19

Fənn- Fizika

Mövzu – Mexaniki dalğalar

Tələbə - Abdullayeva Gülnarə

Müəllim – Təranə Yusibova

Mexaniki dalğa

Mexaniki rəqslərin elastik mühitdə yayılmasına mexaniki dalğa deyilir.

Mexaniki dalğaların xüsusiyyəti – onlar istənilən elastiki mühitdə – bərk mühitdə, mayedə və qazlarda yayıla bilir.

Dalğanın yayılması zamanı:

Rəqslər daşınır

Enerji daşınır



Yəni ki, dalğa – enerjinin ötürülmə üsuludur.

Mexaniki dalğa iki növdə olur:



Uzununa dalğalar.

  Eninə dalğalar.

Uzununa dalğa – elə bir dalğaya deyilir ki, mühitin hissəciklərinin rəqsləri dalğanın yayılma istiqaməti boyunca baş verir. Uzununa qalğalarda mühitin sıxılma və seyrəklənmə oblastları müşahidə olunur. 

Eninə dalğa – elə bir dalğaya deyilir ki, mühitin hissəciklərinin rəqsləri dalğanın yayılma istiqamətinə perpendikulyar olaraq baş verir. Eninə dalğa – mühitin bir təbəqənin digərinə nəzərən sürüşmə deformasiyası həyata keçir.Bərk mühitdə və maye üzərində yaranır. Mayenin səthi üzərində yaranmış eninə dalğalar – səthi dalğalar adlanır.Onlar ağırlıq qüvvəsinin və səthi gərilmə qüvvəsinin təsiri nəticəsində yaranır. 

Dalğanın sürəti

Fazalar fərqi φ = 2π olan nüqtələr arasındakı məsafəyə bərabərdir.

Bir rəqs perioduna bərabər olan zaman müddətində dalğanın yayıldığı məsafəyə bərabərdir.

Rəqs perioduna bərabər olan müddətdə dalğanın yayıldığı məsafəyə dalğa uzunluğu deyilir:t = T   ⇒   s = λ.

Mühitdə yayılan dalğanın uzunluğu

Uzununa dalğanın uzunluğu mühitin iki ardıcıl sıxılmaları və ya iki ardıcıl seyrəklənmələri arasındakı məsafəyə bərabərdir.

Eninə dalğanın uzunluğu dalğanın iki ardıcıl köçəkliyi və ya iki ardıcıl qabarığı arasındakı məsafəyə bərabərdir

Dalğanın sürəti – dalğa uzunluğunun rəqs perioduna nisbətinə bərabərdir:

, olduğunu bilərək, dalğanın sürəti üçün daha bir düstur alırıq: 

υ = λ ∙ ν.

Mexaniki dalğanın sürəti yalnız mühitin xassələrindən asılıdır. Eyni bircins mühitdə bütün mexaniki dalğaların sürəti eynidir. Bir mühitdən digər mühitə keçdikdə dalğanın sürəti və dalğa uzunluğu dəyişir.

Bir mühitdən digər mühitə keçdikdə dalğanın tezliyi və periodu dəyişməz qalır.

http://fizika.xyz/pdf-materiallar/mexanika/117-mexaniki-dala-dalann-surti.html



Ədəbiyyat
Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin