364
təbii fəlakət şəraitində yerinə yetirilən və müvəqqəti bərpaya
nisbətən texniki cəhətdən tam təmin olunmayan bərpa növüdür.
Təbii fəlakətlərlə təcili mübarizə şəraitində adətən, əsaslı bərpa
işləri aparılmır. Əsaslı bərpa ancaq təbii fəlakətin təsiri
qurtarandan sonra onun nəticələri aradan qaldırılarkən yerinə
yetirilir. Bərpanın növü yuxarı təşkilatın, nazirliyin, baş
idarənin, ərazi orqanlarının qərarı ilə müəyyən edilir.
Dağılmış obyektin qısamüddətli bərpası bu obyektlərin
qısa müddət istismarı üçün və ya ondan məhdud istifadə etmək
məqsədilə aparılır. Belə hallarda
sadə konstruksiyalardan
istifadə olunmasına və qurğuların qismən bərpa edilməsinə,
məsələn, yalnız zirzəmi binalarının bərpa edilməsinə, pəncərə
yerlərinin taxta lövhələrlə bərkidilməsinə (lövhələrin arasına
torpaq doldurmaqla), yol və körpülərin ancaq birtərəfli hərəkət
üçün
bərpa
edilməsinə,
körpünün
zədələnmiş
konstruksiyalarını
dayaqlarla
gücləndirməyə,
təyyarə
limanlarında uçuş-eniş zolaqlarının bütün eni və uzunu boyu
deyil, yalnız tək-tək təyyarələrin uçuşu və enişi üçün bərpa
olunmasına və ya bu məqsəd
üçün avtomobil yolunun
uyğunlaşdırılmasına icazə verilir.
Qısamüddətli bərpa işləri, adətən, əlaltı materiallardan və
yığılıb-sökülən konstruksiyalardan istifadə olunmaqla aparılır.
Bu zaman belə bərpa işlərinin icra müddəti - saatlarla, bu cür
bərpa olunan obyektlərin fəaliyyət müddəti isə günlərlə
hesablanır.
Qısamüddətli
bərpa işləri
Qısamüddətli bərpanın əsas xüsusiyyəti - işlərin icrasının
365
təcili xarakter daşıması, bərpa olunan konstruksiyaların isə
qısamüddətli istismar üçün nəzərdə tutulmasıdır.
Dağılmış obyektin müvəqqəti bərpası zədələnmiş qurğuları
qismən (və bəzi sadələşdirmə yolu ilə) bərpa edərək obyektin
əsaslı bərpa olunma vaxtına qədər fəaliyyət göstərməsinə nail
olmaq üçün aparılır. Məsələn, binanın ancaq bir neçə
mərtəbəsinin bərpa olunması, yaxud deformasiyaya uğramış
yol örtüyünün bütünlüklə deyil, bəzi sahələrinin qaydaya
salınması bu qəbildən olan bərpa işləridir.
Belə işlər müvəqqəti konstruksiyalardan və əvvəlcədən ha-
zırlanan materiallardan istifadə edilməklə yerinə yetirilir. Belə
hallarda bərpa edilmiş obyektlərin
fəaliyyət müddəti istifadə
edilən materiallardan asılı olur və bir neçə ay təşkil edə bilər.
Obyektlərin əsaslı bərpası onların daimi istismarını təmin
etmək üçün yerinə yetirilir. Bu zaman qurğunun qısa müddətdə
mənəvi cəhətdən köhnəlməsinin qarşısını almaq məqsədilə
qurğuları yenidən qururlar (modernləşdirirlər). Dağıdılmış
nadir və tarixi əhəmiyyətli obyektlər lazımi hallarda
restavrasiya edilib əvvəlki vəziyyətə gətirilir.
İşlərin
icrasında
zavodlarda
hazırlanan
yığma
konstruksiyalardan istifadə olunur. İşlərin icrası aylarla davam
edir. Bərpa edilmiş obyekt on illərlə istismar üçün nəzərdə
tutulur.
Əsaslı bərpa – sənaye qəzaları və təbii fəlakət nəticələrinin
tamamilə aradan qaldırılması prosesində qurğuların bərpa
edilməsinin əsas növüdür.
Təbii fəlakətlərlə mübarizə və müxtəlif qəzaların
məhdudlaşdırılması işləri aparılarkən bərpa işlərinin icrasını
çətinləşdirən xüsusi şərait amilləri aşağıdakılardan ibarətdir:
işlərin qısa müddətdə yerinə yetirilməsi lüzumu; işlərin icrası
layihəsinin və əvvəlcədən hazırlanmış tikinti meydançasının
olmaması; ərazinin zəhərlənməsi ehtimalı və təbii fəlakətlərin
davam edən təkrar təsiri.
366
Obyektin
bərpa
edildiyi şərait
Obyektdən
istifadə
olunmasının
təxmini müddəti
İşə hazırlanma şərtləri
Mühəndis işlərinin növü və texniki möhkəmliyi
Obyektin işə
hazırlanmasının
təxmini müddəti
Hazırlanan
qurğular kompleksi
Dağıdılmış qurğular əvəzinə
yenilərini tikərkən
Dağıdılmış qurğuları bərpa
edərkən
Yeni
tikilən
qurğunun tipi
İşlərin
müvafiq növü
Bərpanın
növü
Mühəndis
kəşfiyyatının növü
Təbii fəlakət
Bir neçə sutka
Bir neçə saatdan
bir neçə
sutkayadək
1-ci növbədə
Səyyar
vasitələrin
tətbiqi ilə
müvəqqəti
Qısa layihə ilə
sadə axtarış
Qısa
müddətli
bərpa
Bərpa işlərinin
planını tərtib
etməklə təcili
mühəndis
kəşfiyyatı
Təbii
fəlakətdən
dərhal sonra
Bir neçə həftədən
bir neçə ayadək
(hava şəraitindən
asılı olmayaraq)
Bir neçə gündən
bir neçə
həftəyədək
1-ci və 2-ci
növbədə
Müvəqqəti
yığma-sökmə
konstruksiyalar
tətbiq etməklə
Texniki layihə
hazırlamaqla
müfəssəl
axtarış
Müvəqqəti
bərpa
Bərpa işlərinin
texniki layihəsini
tərtib etməklə ətraflı
mühəndis kəşfiyyatı
Təbii
fəlakətdən
sonra (nazirlik
və idarənin
planı üzrə)
Daimi
Normativə uyğun
(bir neçə ay)
Bütün kompleks Daimi (əsaslı)
İş çertyojları
hazırlamaqla
müfəssəl
axtarış
Əsaslı
bərpa
Çertyojlar tərtib
etməklə ətraflı
mühəndis kəşfiyyatı