Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üzrə
işlərin növbəliliyi, ardıcıllığı və mərhələlərlə aparılması
Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda
istehsalat qəzalarının, təbii fəlakətlərin, habelə müasir qırğın
silahlarının tətbiqinin nəticələrini aradan qaldırmaq üzrə işləri
təşkil etmək tələb olunur.
Hər bir konkret halda görüləcək xilasetmə və digər
təxirəsalınmaz işlərin həcmi və növü bu dağıntı (zədələnmə)
ocağını törədən fəlakətin xarakterindən asılı olur. Nüvə
zədələnməsi ocağında və zəlzələ rayonlarında daha çətin və
ağır işləri icra etmək lazım gəlir. Bu işlərin ehtimal olunan
səciyyəsini və həcmini müəyyənləşdirmək üçün zərbə
dalğasının ön xəttindəki izafi təzyiqin kəmiyyətinə görə nüvə
zədələnməsi ocağını, yəni izafi təzyiq 0.1 kqq/sm
2
-dən artıq
olan sahələri şərti olaraq dörd zonaya ayırırlar. Bunlar tam,
güclü, orta dərəcəli və zəif dağıntı zonalarıdır.
Zəlzələ nəticəsində yaranan dağıntı ocaqlarını da buradakı
bina və qurğuların zədələnməsinin xarakterinə görə nüvə
zədələnməsi ocağı ilə müqayisə etmək mümkündür. Fərq
yalnız ondan ibarətdir ki, bu zaman əsas meyar olaraq zərbə
dalğasının yaratdığı izafi təzyiq deyil, zəlzələnin balla
maksimal fəallığı götürülür.
Zəlzələ nəticəsində dağıntıların yaranması
Zəlzələnin dağıdıcı təsirini təhlil edərkən aydın surətdə nə-
368
zərə çarpır ki, onun məhvedici nəticələri nüvə partlayışının
zərbə dalğasının yaratdığı nəticə kimidir. Bununla belə, onların
arasında fərqlər də vardır. Zəlzələ zamanı işıq şüalanması,
nüfuzedici radiasiya, ərazinin radioaktiv zəhərlənməsi və
elektromaqnit impulsu mövcud olmur; uçulan binaların
qırıntılarının, daş-kəsəyi və yerli əşyaları kənara atan qüvvə
meydana çıxmır, bunun sayəsində də belə binalardan bir qədər
uzaqda açıq sahələrdəki adamlar zədələnmələrə məruz qal-
mırlar. Zəlzələ yerində dağılan tikililərin hissələri kənara
atılmadan aşağı çöküb qalaqlanır, yəni yerli uçqunlar yaradır,
nəticədə onların sahəsi nüvə zədələnmə ocağındakına nisbətən
az olur. Adətən zəlzələ zamanı küçələrin orta hissəsi uçqun
qalaqları ilə tutulmur. Burada nəqliyyat vasitələri, xilasetmə
işlərinə cəlb edilən digər texnika hərəkət edə bilir.
Aydındır ki, bütün bu oxşarlıq və fərqlər zədələnmə
ocaqlarında aparılan xilasetmə və digər təxirəsalınmaz işlərin
nəinki növlərini, həcmini və ardıcıllığını, eləcə də ümumiyyətlə
onların təşkili və icrası qaydalarını da xeyli dərəcədə müəyyən
edəcəkdir.
Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması ilə
əlaqəli işlər mərhələlər üzrə, müəyyən ardıcıllıqla və mümkün
qədər qısa müddətdə yerinə yetirilir.
Birinci mərhələdə aşağıdakı məsələlər həll edilir:
1. Əhalinin mühafizəsi tədbirlərinə dərhal başlanması; bu
məqsədlə:
Təhlükə barədə xəbərdarlıq;
Mühafizə vasitələrindən istifadə edilməsi;
Mühafizə rejimlərinə riayət olunması;
Təhlükəli zonadan köçürülmə;
Tibbi-profilaktika vasitələrinin işlədilməsi və xəsarət
almış şəxslərə hər cür yardımın göstərilməsi.
2. Fövqəladə hadisə nəticələrinin genişlənməsinin qarşısını
almaq və ya onun təsirini azaltmaq; bunun üçün:
369
Qəzanın məhdudlaşdırılması;
Texnoloji prosesin müvəqqəti dayandırılması və ya
dəyişdirilməsi;
Yanğınların qarşısının alınması və söndürülməsi.
Yanğınların qarşısının söndürülməsi
3. Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin (QX və
DTİ) yerinə yetirilməsinə hazırlıq; bu məqsədlə:
İdarəetmə orqanlarının, qüvvə və vəsaitlərin hazır
vəziyyətə gətirilməsi;
Zədələnmə ocaqlarında kəşfiyyatın aparılması;
Yaranmış şəraitin qiymətləndirilməsi.
İkinci mərhələdə aşağıdakı məsələlər həll edilir:
1.
Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması.
2.
Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üzrə
birinci mərhələdə başlanmış işlərin icrasının davam etdirilməsi.
QX və DTİ fasiləsiz olaraq gecə və gündüz, hər cür
havada, güclü və kütləvi dağıntılar, yanğınlar, atmosferin,
ərazinin zəhərlənməsi, insanların məhv olması şəraitində belə
əzmlə icra edilməlidir.
Bu işlərin müvəffəqiyyəti xilasedicilərin peşə hazırlığının
səviyyəsindən, onların mənəvi-psixoloji və fiziki hazırlığından,
təcrübə
vərdişlərindən,
şəraitin
obyektiv
qiymətlən-
dirilməsindən, məqsədyönlü qərarların qəbulu və zəruri qüvvə
və vasitələrinin xilasetmə işlərinə cəlb olunmasından asılı
olacaqdır.
370
Üçüncü mərhələdə aşağıdakı məsələlər həll edilir:
1. Zərər çəkmiş rayonlarda əhalinin normal həyat
fəaliyyətinin təmin edilməsi; bu məqsədlə:
yaşayış evlərinin bərpası və ya bu məqsədlə müvəqqəti
binalar tikilməsi;
enerji, qaz, su təchizatının, kommunal xidmət
obyektlərinin, rabitə xətlərinin bərpa edilməsi;
zədələnmə ocağının sanitar təmizlənməsi;
əhaliyə
yardım
göstərilməsi,
adamların
ərzaq
məhsulları, gündəlik tələbat əşyaları ilə təmin edilməsi.
2. Köçürülmüş əhalinin öz yerlərinə qaytarılması.
3. Təsərrüfat obyektlərinin fəaliyyətinin bərpa edilməsi.
Bu tədbirlərin icrası üzrə görüləcək işlərin həcmi və
xarakteri fövqəladə hadisənin növündən, miqyasından və
vaxtdan asılı olacaqdır.
Fövqəladə hadisələr nəticəsində müxtəlif zədələnmə
ocaqları yaranır. QX və DTİ zədələnmə ocaqlarında qalan
insanları xilas etmək, zədələnmiş adamlara yardım göstərmək,
qəzaları
məhdudlaşdırmaq və sonrakı bərpa işlərinin
aparılmasına şərait yaratmaq üçün yerinə yetirilir.
Zədələnmə ocaqlarında yerinə yetirilən işlər xilasetmə
işlərindən və digər təxirəsalınmaz işlərdən ibarətdir.
Xilasetmə işləri zədələnmiş adamları axtarıb tapmaq,
dağılmış mühafizə qurğularının, binaların uçqunları altından
çıxarmaq, onlara ilk tibbi yardım və həkim yardımı göstərmək,
müalicə müəssisələrinə köçürmək və ya təhlükəsiz yerlərə
çıxarmaq, habelə adamların sanitariya təmizlənməsini,
texnikanın zərərsizləşdirilməsi işlərini icra etmək məqsədilə
yerinə yetirilir.
Xilasetmə işləri aşağıdakıları əhatə edir:
Hərəkət
marşrutlarında
və
iş
sahələrində
(obyektlərində)
yanğınların
məhdudlaşdırılması
və
söndürülməsi;
371
Zədələnmiş adamların axtarılması və onların uçqunlar
altından, dağılan və yanan binalardan, qaz, su və tüstü ilə
dolmuş otaqlardan çıxarılması;
Uçulmuş və zədələnmiş mühafizə qurğularının açılması
və oradan adamların xilas edilməsi;
Uçqunlar altında qalmış və süzücü-ventilyasiya sistemi
zədələnmiş mühafizə qurğularına hava verilməsi;
Zədələnmiş adamlara ilk tibbi yardımın və ilk həkim
yardımının göstərilməsi, onların müalicə müəssisələrinə
köçürülməsi;
Əhalinin təhlükəli sahələrdən təhlükəsiz rayonlara
çıxarılması
Əhalinin
sanitariya
təmizlənməsi,
paltarların,
texnikanın, nəqliyyatın, mühafizə vasitələrinin, ərazinin və
qurğuların, habelə ərzaq malları və xammalının, suyun və
yemlərin zərərsizləşdirilməsi.
Xilasetmə işlərinin müvəffəqiyyətini təmin edən əsas prin-
siplər bunlardır:
1)
xilasetmə işləri aparacaq qüvvə və vasitələrin surətlə
hazır vəziyyətə gətirilməsi;
2)
yaralıların xilas edilməsi işlərinə dərhal başlanması. Bu
zaman:
ilk 3-4 saat ərzində - dağılmış və uçqunlar altında
qalmış sığınacaqlara hava verilməsini təmin etmək;
12-14 saat ərzində - ilk tibbi yardım göstərilməsini və
birinci sutkanın sonunadək - əsas xilasetmə işlərini başa
çatdırmaq tələb olunur;
3)
qüvvə və vasitələrdən ilk növbədə iş sahələrində,
yaralıların daha çox olduğu ehtimal edilən yerlərdə istifadə
edilməsi;
4)
mexanizasiya və avtomatika vasitələrinin səmərəli
tətbiq edilməsi və dəstələrdən onların ixtisası və təminatı üzrə
372
istifadə olunması;
5)
xilasetmə
işlərinin
fasiləsiz
surətdə
aparılması;
radiasiya səviyyəsindən və yaranmış digər şəraitdən asılı olaraq
növbələr üzrə iş müddəti 2 saatdan 12 saatadək müəyyən edilir;
6)
QX və DTİ yerinə yetirilərkən bütün təhlükəsizlik
tədbirlərinə riayət edilməsi.
Dostları ilə paylaş: |