İnformasiya cəmiyyəti problemləri, №2, 2010
30 www.jpis.az
UOT 004.9(738):351/354
Yusifov F.F.
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
farhadysuifov@gmail.com
İ
NFORMASİYA CƏMİYYƏTİNİN MONİTORİNQİ: MÖVCUD PROBLEMLƏR
VƏ ONLARIN HƏLLİ YOLLARI
Məqalədə informasiya cəmiyyətinin ölçülməsi problemləri, mövcud vəziyyət şərh olunmuş
və bu sahədə beynəlxalq təcrübə araşdırılmışdır. E-dövlətin konseptual arxitekturası və
monitorinq sisteminin yaradılmasına dair təkliflər verilmişdir.
Açar sözlər: informasiya cəmiyyəti, elektron dövlət, elektron hökumət, monitorinq,
elektron hazırlıq indeksi
Giriş
Dövlət idarəçiliyində səmərəliliyin və İKT-nin müxtəlif sahələrdə istifadə
səviyyəsinin monitorinqi üçün kompleks indikator sisteminin yaradılması məsələsi,
onların praktiki tətbiqinin metodologiyası 1990-cı illərin sonlarında formalaşmağa
başlamışdır [1-5]. Hal-hazırda dünyada elektron hazırlığın qiymətləndirilməsi,
monitorinqin aparılması, ölkələrin potensialının analizi və müqayisəli təhlili üçün
mövcud praktiki təcrübə və metodiki potensial vardır. Belə metodikalar kimi,
Ümumdünya Telekommunikasiya İttifaqının İnformasiya Cəmiyyətinin (İC-nin)
ölçülməsinə dair İKT-nin inkişaf indeksi (ICT Development Index (IDI)), BMT-nin
elektron dövlətin (e-dövlətin) formalaşdırılması və istifadəsinə dair e-dövlətin inkişaf
indeksi (e-government development index), Ümumdünya İqtisadi Forumunun şəbəkə
hazırlıq indeksi (The networked readiness index), rəqəmsal imkanlar indeksi (Digital
Opportunity Index), Avropa Birliyi ölkələrinin e-dövlətin inkişaf səviyyəsinin ölçülməsi
üçün indikatorlar sistemi (Capgemini şirkəti) göstərilə bilər [4-8].
Azərbaycan Respublikasında dövlət idarəçiliyinin və e-dövlətin inkişafının
monitorinqi metodikasının işlənməsi üçün beynəlxalq indekslərin tədqiq olunmasını
mühüm amil hesab etmək olar. Həmçinin qeyd etmək lazımdır ki, ölkəmizin beynəlxalq
reytinqlərin
hansı
pilləsində
qərarlaşması
regionda
tutduğumuz
mövqeyin
qiymətləndirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Bu indikatorlar isə
Azərbaycan Respublikasında İC-nin inkişaf strategiyasının yerinə yetirilməsinin
göstəricisidir. Bu baxımdan, ölkəmizdə İC-nin monitorinq sisteminin yaradılması aktual
məsələdir.