İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 33
icra hakimiyyəti orqanlarında elektron texnologiyaların istifadə səviyyəsinin
müəyyənləşdirilməsi, reytinqlərin hazırlanması üçün metodikalar işlənilir. Reytinqlərin
hazırlanması icra hakimiyyəti orqanlarında sorğuların keçirilməsi, veb-saytların
monitorinqi əsasında aparılır.
E-dövlətin monitorinq sisteminin konseptual əsasları
İnformasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindən biri
kimi qəbul edilir. Bu siyasətin əsas vəzifələrinə insan resurslarının inkişafı, vətəndaşların
məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqları, sosial və intellektual
potensialının möhkəmləndirilməsi, vahid milli elektron informasiya məkanının
formalaşdırılması, milli İKT məhsullarının istehsalı, informasiya təhlükəsizliyinin təmin
edilməsi, qlobal informasiya fəzasına inteqrasiya, ölkənin elektron geriliyinin aradan
qaldırılması, şəffaf dövlət və yerli özünüidarəetmənin, e-dövlətin formalaşdırılması və s.
kimi mühüm məsələlər daxildir.
İC-nin transformasiyalı inkişafı prosesində e-dövlətin formalaşdırılması əsas
komponentlərdən biridir və müvafiq inkişaf strategiyasının həyata keçirilməsinin baza
indikatorlarından hesab olunur. İC-nin qiymətləndirilməsi və mövcud vəziyyətin analiz
olunması baxımından e-dövlətin monitorinq sisteminin yaradılması mühüm məsələdir.
Ümumiyyətlə, dövlət idarəetmə konsepsiyası kimi e-dövlət - normativ-hüquqi
bazanın, büdcə gəlirlərinin və xərclərinin formalaşdırılması prinsiplərinin dəyişdirilməsi,
elektron sənədlərə və reqlamentlərə legitim statusun verilməsi, dövlət idarəçiliyində
islahatların aparılması və e-hökumətin uğurlu fəaliyyəti üçün zəruri olan tədbirlər
toplusudur. Bu mənada e-dövlətin qurulması üçün bir sıra problemlərin (texnoloji,
normativ-hüquqi baza, kadrların təhsili, elmi və s.) həll olunması vacib məsələlərdən
biridir.
E-dövlət quruculuğu prosesində qarşıya çıxan əsas məsələlər e-dövlətin tərkibinə
daxil olan hər bir qurumun fəaliyyət planına daxil edilməli, bu prosesin menecmenti
həyata keçirilməli, fasiləsiz və ya müəyyən dövrlər üzrə monitorinqi aparılmalı, bununla
yanaşı, e-hökumətin baza və spesifik (subyektlərin fəaliyyətini nəzərə almaqla)
indikatorlar sistemi işlənilməlidir.
E-hökumətin formalaşdırılması ilə bağlı qəbul edilmiş dövlət proqramlarında
e-hökumət anlayışına aydınlıq gətirmək məqsədi ilə qeyd edilir ki, e-hökumət, ondan
daha geniş olan e-dövlət ideyasının tərkib hissəsidir və əsasən, hökumət sektorunu əhatə
edir [14,18-21]. Bu baxımdan, layihələrin icrası zamanı “E-hökumət” anlayışı hüquqi
nöqteyi-nəzərdən çaşqınlıq yaradır. E-hökumətin, dövlət hakimiyyətinin bütün qollarını –
icra, qanunvericilik və məhkəmə, həmçinin bələdiyyə orqanlarını əhatə edib-etmədiyi
aydın olmur. Bu isə, təbii ki, İC-nin indikatorlar sisteminin işlənilməsi, eləcə də,
monitorinq sisteminin yaradılmasında çətinliklər yaradır və real vəziyyətin
monitorinqinin aparılmasına imkan vermir. Bu da, heç şübhəsiz ki, ölkə üzrə formalaşan
İC çərçivəsində rəqəmsal fərqliliklərin yaranmasına səbəb olacaqdır.
Dostları ilə paylaş: