fəaliyyəti ilə yanaşı, parlament (elektron parlament) və məhkəmə hakimiyyəti
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
34 www.jpis.az
“E-dövlət” anlayışı ingilis dilində “e-government” anlayışına daha uyğun gəlir. Bəzi
hallarda bu anlayış “e-hökumət” kimi tərcümə olunur, lakin bu, onun mənalarından
yalnız biridir. Müasir beynəlxalq hüquqi sənədlərdə, xüsusən, Avropa İnsan Hüquqları
Məhkəməsinin qərarlarında “government” termini dövləti bütövlükdə ifadə etmək
mənasında işlədilir [14,18,20,21]. (Qeyd edək ki, gələcəkdə belə anlaşılmazlıqları aradan
qaldırmaq məqsədilə e-dövlət anlayışından istifadə edəcəyik.)
İC-nin inkişaf indikatorlarının müəyyənləşdirilməsi və e-dövlət indikator sisteminin
formalaşdırılması məqsədilə həyata keçirilən dövlət proqramlarının fəaliyyət planının 2
pillədə hazırlanması təklif olunur. Aşağı pillədə ayrı-ayrı mərkəzi, yerli icra hakimiyyəti
orqanlarının, məhkəmə, qanunvericilik, eyni zamanda, bələdiyyə orqanlarının sahə
fəaliyyət planları (məsələn, e-nazirlik, e-rayon, e-bələdiyyə və s.) hazırlanır. Yuxarı
pillədə isə ölkə üzrə baş fəaliyyət planı tərtib olunur. Sahələr üzrə fəaliyyət planlarında
müvafiq dövlət hakimiyyəti orqanlarının ölkə səviyyəsində, yerli icra və özünüidarəetmə
orqanlarının aid olduğu inzibati-ərazi bölgüləri üzrə İKT layihələri həyata keçirilir.
Bunlara misal olaraq, təhsil sistemində İKT-nin tətbiqinə dair, e-elm üzrə, gömrük
sistemi üzrə fəaliyyət proqramlarını və s. göstərmək olar. Baş fəaliyyət planı çərçivəsində
isə bu orqanlar arasında informasiya mübadiləsinin təşkili, vətəndaşların hakimiyyət
orqanları ilə interaktiv, on-layn münasibətlərinin yaradılması, normativ-hüquqi bazanın
təkmilləşdirilməsi və yeni qanunvericilik aktlarının işlənməsi, gov.az portalının
yaradılması, bu sahə üzrə kadrların hazırlanması, informasiya təhlükəsizliyinin təmin
olunması, on-layn mühitində dövlət sirrinin qorunması, beynəlxalq qurumlar qarşısında
qəbul olunmuş öhdəliklərin həyata keçirilməsi, fərdi məlumatların toxunulmazlığı,
strateji əhəmiyyətli informasiya resurslarının saxlanılması, e-imza və e-sənəd dövriyyəsi
texnologiyalarının tətbiqi, şəbəkə infrastrukturunun inkişafı, monitorinq mexanizmlərinin
işlənilməsi və s. kimi məsələlərin yerinə yetirilməsi nəzərdə tutulmalıdır. Bu konseptual
yanaşma qəbul olunarsa, onda İKT sahəsində hər bir dövlət hakimiyyəti orqanının
üzərinə düşən vəzifə və məsuliyyət aydın olar, dövlət sektorunda İKT-nin tətbiqi
nəticəsində rəqəmsal fərqliliklər minimuma endirilər, monitorinqlər aparmaq asanlaşar,
prosesin menecmenti yüksək səviyyədə aparıla bilər, müqayisəli təhlil aparmaqla
gələcəkdə daha səmərəli baş fəaliyyət planları hazırlamaq olar. Bu isə, öz növbəsində,
e-dövlətin formalaşması və inkişafını (dinamikasını) qiymətləndirməyə imkan verən
baza, sahələr və inzibati ərazi bölgüləri üzrə indikatorların işlənilməsi, onların da
əsasında monitorinq sisteminin yaradılmasına imkan verər.
Təbiidir ki, e-dövlətin qurulması üçün bir sıra problemlərin (texnoloji, normativ-hüquqi
baza, kadrların təhsili, elmi və s.) həlli mühüm şərtdir. Mövcud qabaqcıl təcrübə əsas
götürülərək, ölkəmizdə də e-dövlət quruculuğu həm üfüqi, həm də şaquli idarəetmə
prinsipləri əsasında formalaşdırılmalıdır. Bu baxımdan, e-dövlətin tərkibinə daxil olan
hər bir qurumun fəaliyyət planı olmalı, inkişafını xarakterizə edən indikatorlar
müəyyənləşdirilməli, bu prosesin menecmenti həyata keçirilməli və fasiləsiz (yaxud
müəyyən dövrlər üzrə) monitorinqi aparılmalıdır. Eləcə də, e-dövlətin baza və spesifik
indikatorlar sistemi işlənməlidir.
Monitorinq sisteminin yaradılmasında qarşıya çıxan əsas problem sahələr üzrə
indeks və indikator sisteminin müəyyənləşdirilməsidir. Qabaqcıl təcrübədən istifadə
edərək, indeks və indikatorlar yerli şərait nəzərə alınmaqla formalaşdırılmalıdır. Sistemin
özünə isə beynəlxalq səviyyədə qəbul edilmiş indikatorlar və lokal ehtiyaclara cavab
verən parametrlər daxil edilməlidir.
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 35
Ümumiyyətlə, dövlətin idarəetmə formasından asılı olaraq, e-dövlətin konseptual
arxitekturasını
Şəkil 2-də göstərildiyi kimi təsvir etmək olar.
Konseptual arxitekturada göstərildiyi kimi, e-hökumət e-dövlətin bir qolunu təşkil
edir.
Şəkil 2. E-dövlətin konseptual arxitekturası
Başqa sözlə, e-dövlətin fəaliyyətini İKT-nin köməyi ilə icra hakimiyyəti
(e-hökumət) ilə yanaşı, parlament (e-parlament), məhkəmə orqanları (e-məhkəmə) və
yerli özünüidarəetmə orqanlarını (e-bələdiyyə) da dəstəkləyir. Məqsəd e-qanunvericilik
hakimiyyətinin, e-icra hakimiyyətinin (e-hökumət), e-məhkəmənin və yerli özünü-
idarəetmə
orqanlarının
(e-bələdiyyə)
keyfiyyət
və
kəmiyyət
indikatorlarının
müəyyənləşdirilməsi və e-dövlətin qiymətləndirmə, monitorinq sisteminin yaradıl-
masıdır.
Monitorinq və qiymətləndirmə sisteminin yaradılmasının nəticəsi kimi aşağıdakıları
qeyd etmək olar:
Ölkəmizin beynəlxalq reytinq siyahısında daha yuxarı pillələrə qalxması;
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
36 www.jpis.az
E-dövlətin inkişafına dair daha dəqiq, etibarlı informasiya əldə etmək;
E-dövlətin inkişafının zəif olduğu regionların aşkar olunması və müvafiq
tədbirlərin görülməsi;
Dövlət proqramlarının, layihələrin icrası zamanı büdcə vəsaitlərinin istifadəsində
səmərəliliyin yüksəldilməsi;
E-dövlət proqramlarının həyata keçirilməsi prosesində dövlət orqanlarının
motivasiyasının gücləndirilməsi, inteqrasiyasının intensivləşdirilməsi;
İC-nin on-layn monitorinq sisteminin yaradılması.
Qeyd etmək lazımdır ki, hal-hazırda monitorinq və qiymətləndirmə məsələsi,
xüsusilə e-dövlət layihələrinin, proqramlarının həyata keçirilməsi üçün aktuallıq kəsb
edir. Belə ki, hal-hazırda e-dövlətin mərkəzləşdirilmiş monitorinqi və qiymətləndirilməsi
sistemi praktiki olaraq mövcud deyil. Bu baxımdan, ölkəmizin e-dövlət proqramının
həyata keçirilməsində hansı mərhələdə olduğunu qiymətləndirmək çətindir. Müxtəlif
mənbələr özləri müəyyən nəticə çıxarmaqla hər zaman üçün mötəbərliyə söykənməyən
informasiyaya əsaslanırlar. Bu baxımdan, kompleks qiymətləndirmə və monitorinq
sisteminin yaradılmasına ehtiyac vardır. Sistemin özünə isə beynəlxalq səviyyədə qəbul
edilmiş indikatorlar və lokal ehtiyaclara cavab verən parametrlər daxil edilməlidir.
Monitorinq sisteminin yaradılması e-dövlət layihəsinin həyata keçirilməsində sosial-
iqtisadi səmərəliliyə, şəffaflığa nail olmağa və fəaliyyət planından irəli gələn tədbirlərin
həyata keçirilməsinə, qoyulmuş məsələlərin prioritetliliyinin müəyyənləşdirilməsində
dəqiq meyarların təyin olunmasına kömək edə bilər.
Nəticə
İC-nin inkişafı müxtəlif dövlətlərin inkişafının prioritet istiqamətini təşkil edir.
Aparılan araşdırmalardan da aydın olduğu kimi, İC-nin inkişafının monitorinqi yalnız
İKT-nin əlyetərliliyi və ondan istifadə indikatorları ilə məhdudlaşa bilməz. Bu baxımdan,
İC-nin inkişafına əhəmiyyətli dərəcədə təsir edən amillərə dövlət tərəfindən daim nəzarət
olunmalı, analiz olunaraq qiymətləndirmə aparılmalıdır. İC-nin inkişaf strategiyasının
məqsədi İKT-nin istehsalını və ondan istifadəni stimullaşdıraraq İKT infrastrukturunun
və insan resursunun inkişafını təmin etmək, informasiya mühitinin formalaşmasına zəmin
yaratmaqdan ibarətdir. İC-nin monitorinq sisteminin yaradılması rəqəmsal fərqliliyin
aradan qaldırılmasına, İKT infrastrukturu zəif inkişaf etmiş regionların müəyyən-
ləşdirilməsinə, ucqar regionlarla şəhər mərkəzləri arasında əlaqənin yaradılmasına və
regionlarda həyat səviyyəsinin yaxşılaşdırılmasına, ümumiyyətlə isə, ölkədə İC-nin
inkişafını ləngidən amillərin aradan qaldırılmasına imkan verəcəkdir.
Dostları ilə paylaş: