376
aparılması respiratorlardan istifadə etməklə profilaktika işləri
görmək tələb olunan şəraitdə yeraltı və yerüstü yanğınların,
alışmış neft və qaz fəvvarələrinin və s. söndürülməsi; qəzaların
qarşısını almaq üçün profilaktika
işlərinin icra edilməsi;
respiratordan istifadə olunması tələb edilən texniki işlərin
yerinə yetirilməsi və s.
Xilasetmə və digər təxirəsalınmaz tədbirlər
Güclü fəlakətlərə qarşı işlərə rəhbərlik etmək, eləcə də
onların nəticələrinin aradan qaldırılması üzrə təxirəsalınmaz
tədbirlər görmək üçün respublikada Fövqəladə Hallar Nazirliyi
yaradılmışdır. Bu nazirliyə zərər çəkmiş əhaliyə yardım
göstərilməsi, dövlətin maddi sərvətlərinin və vətəndaşların
əmlakının xilas edilməsinə yerli
qüvvə və vasitələrin cəlb
olunması sahəsində geniş səlahiyyətlər verilmişdir. Təbii
fəlakətlərlə mübarizə tədbirlərində nəinki fəlakət baş vermiş
ərazidəki iş qabiliyyətli əhali, həm də respublikanın
digər
rayonlarının əhalisi fəal iştirak etməlidir.
Əhali və ətraf mühit üçün təhlükə törədən güclü istehsalat
və nəqliyyat qəzaları və ya təbii fəlakətlər (geniş meşə
yanğınları,
subasmalar, zəlzələ və s.), onların nəticələrini
aradan qaldırmaq üçün müəssisələrin öz qüvvələri, o cümlədən
yanğınsöndürmə və meşə-yanğın komandaları, mədən
xilasetmə komandaları və s. kifayət etmədikdə,
fəlakətlərlə
mübarizəyə təsərrüfat obyektlərinin fəhlə və qulluqçuları da
377
cəlb edilir. Bu məqsədlə onlardan hərbiləşdirilməmiş dəstələr
(xilasedici, qəza-bərpa və digər dəstələr, komandalar,
qruplar
və manqalar) yaradılır. Bəzi təhlükəli hallarda güclü qəzaların
aradan qaldırılması və təbii fəlakətlərlə mübarizə işlərinə hərbi
hissələr cəlb edilə bilər.
Dostları ilə paylaş: