Fövqəladə halların proqnozlaşdırılma üsulu ilə qiymətləndirməsi
Fövqəladə halların proqnozlaşdırılma üsulu ilə qiymətləndirməsi Mülki müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri və təşkili prinsipləri. Mühafizə tədbirləri həyata keçirilərkən mülki müdafiə qüvvələrinə rəhbərlik üçün mülki müdafiə idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür şəraitdə tabelikdəki qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına və əməli işlərinə daimi rəhbərliyi və nəzarəti təmin etməkdir. Rabitə idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir.
Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən fövqəladə hadisələr yaranan dövrdə çox böyük əhəmiyyət kəsb edir.
İdarəetmənin mahiyyəti, vəzifələri və ona verilən əsas tələblər. Fövqəladə hadisələr dövrlərində müdafiə tədbirlərinin vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən başlıca şərtlərdən biri - mülki müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. İdarəetmənin mahiyyəti - mülki müdafiə rəhbər və qərargahının özlərinə tabe olan qüvvələrə daim rəhbərlik etməsindən, onların fəaliyyətini qarşıda duran vəzifələrin icrasına yönəltməkdən ibarətdir.
Mülki müdafiənin idarə edilməsi üzrə əsas vəzifələr bunlardır:
- Mülki müdafiə tədbirlərinin və qüvvələrin fəaliyyətinin əvvəlcədən planlaşdırılması, bu planların vaxtaşırı olaraq dəqiqləşdirilməsi;
- fövqəladə hadisələr baş verərkən yaranmış vəziyyət barədə mə’lumatların fasiləsiz surətdə toplanması və öyrənilməsi;
- fəaliyyət üçün vaxtında qərar qəbul edilməsi və onun icraçılara çatdırılması; - qarşılıqlı fəaliyyətin təşkili və görülməli işlərin hərtərəfli təmin və təchiz olunması;
- iş tapşırıqlarının tabelikdəkilər tərəfindən vaxtında icra edilməsinə nəzarət və onlara lazımi yardım göstərilməsi; - mülki müdafiə qüvvələrində və qərargahlarında şəxsi heyətin yüksək mənəvi-psixoloci ovqatının saxlanması.
Mülki müdafiə - mülki müdafiə rəhbərinin qərarına əsasən idarə edilir. Qərar qəbul etmək mürəkkəb, həm də məsuliyyətli işdir və mülki müdafiə rəhbərinin əsas hüququ, başlıca vəzifəsidir. Mülki müdafiə rəhbəri tərəfindən qəbul edilmiş qərarın müddəaları mühafizə və digər tədbirlərin planlaşdırılmasına, eləcə də tabelikdəkilərə verilən iş tapşırıqlarında və başqa prinsipial məsələlərdə öz əksini tapmalıdır.
Mülki müdafiə rəhbərinin qərarı yerinə yetiriləcək vəzifələrin əsas məqsədini, mahiyyətini və icra yollarını müəyyən edən ana xətt rolunu oynayır. Buna görə də belə qərarlar konkret şəraitə uyğun gəlməli, qüvvə və vasitələrdən səmərəli istifadə olunmasını təmin etməlidir. Ehtimal olunan hərbi münaqişələrin xarakterindən asılı olaraq hazırda idarəetmə fəaliyyətinə yüksək tələblər verilir. Bunlardan ən əsasları aşağıdakılardır: