Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat


Tamamlanmış elmi–tədqiqat işlərin nəticələrinin tətbiqi və səmərəliyi



Yüklə 0,79 Mb.
səhifə15/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Tamamlanmış elmi–tədqiqat işlərin nəticələrinin tətbiqi və səmərəliyi

Tətbiq prosesi


Elmitədqiqat işlərinin praktikaya tətbiqi aparılan araşdırma prosesinin son mərhələsi hesab olunur. Tətbiq prosesi mütərəqqi ideyalar, ixtiralar və innovasiyaların praktiki istifadəsi zamanı əldə olunan uğurla ölçülür. İnnovativ ideyaların tətbiqi mövcud istehsalın yenidən qurulması, işçilərin ixtisaslaşma dərəcəsinin artırılması, həmçinin yeni kapitalın ayrılmasını tələb edir. Digər tərəfdən aparılacaq eyniliklərin gözlənilən nəticəni verməsi, istehsalın effektivliyinin artırılması müəyyən risklərlə bağlıdır [3, 22, 23]. Azad bazar şəraitində elmitədqiqat işlərinin tətbiqi müəyyən dərəcədə bazarda hökm sürən rəqabətlə tənzimlənir. Mütərəqqi texnolo- giyaların tətbiqi və məhsulların istehsalı ilə məşğul olan müəssisələr daimi öz imkanlarını elmin aktual səviyyəsinə uyğun gələn texnologiyalar ilə müqaysə edir və bunun sayəsində innovasiyaya olan tələbatını qiymət- ləndirir. Nisbətən kiçik, böyük tədqiqatçı kollektivə malik olmayan müəssisələr elmitədqiqat mərkəzləri (ali məktəblər, xüsusi tədqiqat

institutları, laboratoriyalar) ilə birgə işləməyə üstünlük verir. Bu onlara qısa zamanda arzulanan həllərin əldə olunmasına geniş imkanlar açır. Birgə qazanılmış tədqiqat nəticələrinin praktiki tətbiqi müəssisədə baş versə də, onun elmi özəyi elm mərkəzlərində cəmlənmiş qalır və növbəti tədqi- qatçilar üçün baza rolunu oynayır.


Elmitədqiqat prosesində araşdırmalar nə qədər dəqiq aparılsa da, burada işin gedişatına təsir edən bütün amillər nəzərə alına bilinmir. Çünki, prosesə onun dayanıqlığından asılı olaraq müəyyən sayda təsadüfi amillər təsir edir. Ona görə də, ilkin tətbiq çox zaman sınaq xarakteri daşıyır. Burada elmitədqiqatlar nəticəsində əldə olunmuş biliklər praktiki şəraitdə ilkin olaraq yoxlanılır, tamamlanır və bundan sonra geniş tətbiqə, istifadayə yol açılır. İstehsal sınağı başa çatdıqdan sonra yeni materialların, konstruksiyaların, təkliflərin və metodikaların tətbiqini artıq istehsalçı öz üzərinə götürür və bu işi sərbəst şəkildə həyata keçirir. İkinci mərhələdə elmitədqiqat mərkəzləri yalnız məsləhətçi rolunda iştirak edir.
Tədqiqat işlərin nəticələrinin istehsala tətbiqindən sonra sənədləşdirmə aparılır. Sənədlərə izahatnamə, tətbiq aktı, istismar sınağının nəticələri, iqtisadi səmərəliyin hesabatı, yenilik sayəsində maya dəyərinin aşağı düşməsi haqqında hesabat, digər təşkilatların yeniliyin işlənməsində və tətbiqindəki payı və s. daxildirlər.
Elmi nəticələrin istehsalata tətbiqi üçün əlavə xərclər nəzərdə tutulur və çox zaman bunu müəssisələr maraqlı tərəf kimi öz üzərinə götürürlər.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin