Tökmə ərintilərinin xalq təssərrüfatında və maşınqayırmada rolu



Yüklə 9,42 Kb.
səhifə1/3
tarix07.01.2024
ölçüsü9,42 Kb.
#205247
  1   2   3
11-ci mühazirə

OKSİGEN –KONVERTOR PROSESİNİN MÜXTƏLİF NÖVLƏRİ

Yuxarıda göstərildiyi kimi oksigen-konvertor prosesində ikinci posa yaratmadan keyfiyyətli poladın alınması üçün istifadə olunan çuqunda fosforun miqdarı az ( P<0,3%) olmalıdır, lakin domna sobasında istehsal edilən çuqunda əksər hallarda fosforun miqdarı yüksək olur. Belə çuqunlardan keyfiyyətli polad almaq üçün oksigen-konvertor prosesinin yeni növləri yaraddılmışdır. Onlardan

1).OLP,

2). LD-AS,

3). Kal-Do,

4). OSP proseslərini göstərmək olar.

OLP prosesi

OLP - ( O- Oksigen, (Oxygene); L-Furma, (Lanca); P-Toz, (Poudre); FRANSIZCA) deməkdir. Burada əhəng (CaO) parça şəklində yox üyüdülmüş toz halında oksigenlə birlikdə üfürülür. Məqsəd əhəngi maye metal ilə tez qarışdırmaq, kükürdsüzləşdirmə fosforsuzlaşdırma prosesini almaqdır. Bu üsulla alınan poladın tərkibində P və S-ün miqdarı 0,02-0,03%-ə qədər çatdırılır. OLP prosesində konvertora skrap, fosforlu maye çuqun yüklədikdən sonra üfürmə aparılır. İstifadə edilən maye çuqunda P=1,8-2,0%, Si=0,2- 0,6%, Mn=0,3-0,8%, S=0,02-0,08% olur. OLP prosesi aparılan konvertorun hörgüsü və quruluşu oksigen konvertoru kimidir. Burada proses iki mərhələdə aparılır .Burada istehsal olunan poladda fosforun və kükürdün miqdarı adətən 0,02% -dən az olur. Belə dərin defosforasiya və desulfurasiyanın getməsi oksigenin üyüdülmüş CaO ilə birlikdə konvertora üfürülməsi ilə izah olunur.

LD-AS prosesi

LD-AS - Lüksenburqdakı ARBED və Belçikanın SNBM (metallurgiya üzrə tədqiqat mərkəzi) firmalarının baş hərifləriddir. LD-AS prosesi OLP prosesi kimi aparılır, lakin bu prosesdə lazım olan əhəngin ümumi miqdarının 1/3 –i nisbətən böyük ölçülü parçalar şəklində üfürmədən əvvəl konvertora verilir.

Kal-Do prosesi.

Kal-Do - prosesin müəllifi B. Kallinq və prosesin vətəni olan Domnarvet ( İsveç ) şəhəri sözlərinin birinci hecalarını göstərir. Kal-Do prosesində konvertor üfüqi müstəviyə nisbətən 17-200 bucaq altında yerləşir və mərkəzi oxu ətrafında 40 dövr/dəq sürətlə fırlanır. Konvertorun fırlanma hərəkətinə malik olması mikro həcmlərdə maye ərintinin ifrat qızmasının qarşısını alır. Bu da buxarlana bilən dəmirin miqdarını azaldır, konvertor qazının təmizlənməsini asanlaşdırır. Konvertora oksigen 4 atm təzyiqlə üfürülür. Kal-Do prosesində istifadə olunan konvertorun sxemi Şəkil 1-də göstərilmişdir. Müəyyən müddətdən sonra üfürmə və konvertorun fırlanması dayandırılır, alınan posa kənar edilir. Sonra yenə konvertora 13 kq/t hesabında flüs və maye ərintinin temperaturunu nizamlamaq məqsədi ilə bir qədər filiz verilərək konvertor fırlandırılır və ona oksigen ügürülür.


Yüklə 9,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin