OCP - O- Oksigen (Oxygene), C- əhəng (Chaux), P- tozşəkilli (Pulveise) Fransız sözlərinin baş hərifləridir. OCP prosesi də oksigen-konvertor prosesinin bir növü olub, adi oksigen konvertor prosesindən aşağıdakı xüsusiyyətləri ilə fərqlənir. Burada əvvəlcə konvertora proses üçün lazım olan üyüdülmüş əhəngin 1/3 hissəsi boksit və filizlə birlikdə verilir. Bunların üzərinə maye çuqun töküldükdən sonra, metal vannanın səthinə görə nisbətən yüksək səviyyədə saxlanılan furmadan oksigen üfürülür. Bu zaman posanın köpüklənməsi başlanır.
Şəkil 1. Kal – Do konvertorunun sxemi:
1-yükləmə zamanı konvertorun vəziyyəti; 2- flüs və filizin verilməsi; 3- tozşəkilli materiallrın verilməsi; 4 – qaz kənaredici baca; 5- hazır poladın boşaldılması zamanı konvertorun vəziyyəti; 6-çalov.
1
2
3
4
5
6
Soyuducu su
Xaric olunan qaz
Oksigen
Belə vəziyyətdə furma tədricən aşağı salınır və ondan oksigenlə birlikdə üyüdylmüş CaO üfürülür. Ərintidə karbonun miqdarı 0,7% olduqda üfürmə dayandırılır və posa kənar edilir. Bu anda ərintidəki fosforun miqdarı 0,2%-dən şox olmur. Posa kənar edldikdən sonra tozşəkilli CaO –nin oksigenlə üfürülməsi prosesin axırınadək davam edilir.Üfürmə ərintidə lazımi miqdar karbon alındıqda dayandırılır.
Rotor prosesi
Rotor mərkəzi oxu ətrafında fırlanan və üfüqi vəziyyətdə yerləşdirilmiş silindrik polad əridici qurğudur. Daxili diametri 4,6m, uzunluğu 15 m olan bu soba daxildən odadavamlı kərpiclə hörülür, xaricdən metal köynəklə əhatə edilir. Hər iki yan tərəfində diametri 1,2m olan gözlük qoyulur. Bu gözlüklərdən biri ilə şixtənin yüklənməsi və oksigenin üfürülməsi aparılır, digəri ilə yanma məhsulları və posa kənar olunur. Rotorun sxemi və işləmə prinsipi Şəkil 2 də verilmıişdir. Rotorda polad əritmə prosesi potor prosesi adlanır. Bu prosesdə oksigen eyni vaxtda iki su ilə soyudulan furma ilə üfürülür. 230 mm dərinliyə salınmış birinci furma ilə üfürülən oksigen maye çuqundakı elementləri oksiləşdirir. və ərintinin rotorda yaxşı qarışmasını təmin edir. İkinci furma ilə aparılan üfürmə isə birinci üfürmədə alınan CO -nu rotorda yandırır və ərintinin lazımi temperaturadək qızmasını təmin edir. Bu zaman rotorda mühitin temperaturu 2270 K temperaturadək qızır. Bu da ərintinin 1870-1920 K , posanın isə daha yüksək temperaturadək qızmasını təmin edir. Bu prosesdə elementlərin oksidləşməsindən alınan istiliyin faydalı istifadə edilməsi digər konvertorlara görə yüksək olub, ümumi istiliyin 75%-ni təşkil edir. Bunun 80%-ə qədəri metal vannanın qızmasına sərf olunur.