Neft-qaz sənayesində istismar olunan qurğu və avadanlıqlara qoyulan tələblər



Yüklə 332,5 Kb.
tarix16.03.2022
ölçüsü332,5 Kb.
#53853
platformalar

Neft - qaz sənayesində istismar olunan qurğu və avadanlıqlara qoyulan tələblər

Müəllim: Fikrət Seyfiyev

Tələbə: Pünhanə Həbibli

Qrup: A2129

Dəniz neft və qaz yataqlarının abadlaşdırılması üçün istifadə olunan qurğulara aiddir:

  • Dəniz neftqazmədən estakadaları;
  • Estakadayanı meydançalar (EYM);
  • Dəniz stasionar platformaları (DSP);
  • Sualtı boru kəmərləri;
  • Limanlar;
  • Yanalma körpüləri;
  • Damba tipli hidrotexniki qurğular.

Təhlükəsizlik barədə

  • Qurğunun mülkiyyətçi və istismarçıları qurğuların istismar müddəti ərzində təhlükəsizliyinin təmin olunmasına cavabdehdirlər və bu məqsədlə qurğuların istismara qəbulundan sonra onların istismar təhlükəsizliyinin təmin olunduğunu əks etdirən qurğuların bütün istismar müddəti ərzində onların texniki vəziyyətinin bu sənədlərin tələblərinə uyğun olmasını təmin etməyə borcludurlar.
  • Qurğunun istismarı, təmir-bərpası, yenidən qurulması, konservasiyası və ləğvi zamanı layihə və normativ sənədlərin tələblərinin hərhansı şəkildə pozulması yolverilməzdir və buna görə Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən mülkiyyətçi və istismarçı müəssisələr öz səlahiyyətləri daxilində cavabdehdirlər.

Qurğuların istismara yararlı vəziyyətdə saxlanılmasına nəzarət.

  • Qurğunun istismara yararlı vəziyyəti dedikdə onun qəza riskinin buraxılabilən həddinə uyğun müəyyən edilmiş və təhlükəsizlik bəyannaməsində təsbit olunmuş təhlükəsizlik meyarlarına cavab verən texniki vəziyyəti nəzərdə tutulmalıdır.
  • Qurğuya nəzarət, onun vizual yoxlanılması və tədqiqi üzrə ümumi müddəalar:
  • Qurğu istismara qəbul edildiyi gündən başlayaraq HQİT xidməti müəssisənin müvafiq istehsalat sex və bölmələrinin mühəndis-texniki işçiləri ilə birlikdə onların texniki vəziyyətinin daimi nəzarətdə saxlanılmasını təmin etməlidir.
  • Bütövlükdə qurğunun və ya onun ayrı-ayrı hissə və elementlərinin istismar təhlükəsizliyinin, möhkəmlik və yükgötürmə qabiliyyətinin azalmasına səbəb ola bilən bütün qüsur, deformasiya, zədə və pozuntular haqqında HQİT xidmətinin baxış jurnalında və qurğunun istismar edən istehsalat bölməsinin texniki baxış jurnalında ətraflı yazılı qeydlər edilməlidir.

Bütün qurğunun və ya onun ayrı-ayrı hissə və elementlərinin suüstü hissələrdə vizual yoxlanılması və tədqiqi döşəmə üzərindən, döşəmənin altında və üzən vasitələrdən, sualtı hissələrdə isə dalğıclar tərəfindən aparılmalıdır.

  • Bütün qurğunun və ya onun ayrı-ayrı hissə və elementlərinin suüstü hissələrdə vizual yoxlanılması və tədqiqi döşəmə üzərindən, döşəmənin altında və üzən vasitələrdən, sualtı hissələrdə isə dalğıclar tərəfindən aparılmalıdır.
  • Qurğununun vizual yoxlanılmasında məqsəd bütövlükdə qurğu konstruksiyası və onun ayrı-ayrı hissə və elementlərinin suüstü hissələrdə vizual müşahidələr əsasında nəzərə çarpan dağıntıların və zədələrin, sıradan çıxmış elementlərin və pozuntuların olmasını müəyyən etmək və müvafiq qaydada sənədləşdirməkdir.
  • Yoxlamalar zamanı qurğu elementlərinin faktiki qalınlıq itkisi ilkin layihə qalınlıqlarına nisbətən dayaqlarda 15%-dən, aşırım konstruksiyası elementlərində 10%-dən çox olduqda istismar müddətindən asılı olmayaraq tədqiqat üçün elmi və layihə təşkilatları cəlb olunmalıdır.

Nümunələr

Estakada və estakadayanı meydançaların istismarının texniki şərtləri:

  • Estakada və estakadayanı meydançaların yanalma qurğusu olan tərəfi gecə vaxtı işıqlandırılmalıdır.
  • Estakadalarda hər 40 m-dən bir işıq dirəkləri quraşdırılmalıdır. Estakadaların konstruktiv quruluşundan asılı olaraq işıq dirəkləri quraşdırılmalıdır.
  • Estakadaların konstruktiv quruluşundan asılı olaraq işıq dirəkləri arasındakı məsafə 40-m dən az oa bilər. İşıqlandırma qurğusunun hündürlüyü estakadanın döşəməsindən 6 m hündürlükdə olmalıdır.
  • Estakadalar layihədə qəbul edildiyi kimi hər 50 m-dən bir dayaqdan asılmış və kəndir bərkidilmiş xilasedici dairələrlə təmin edilməlidir.
  • Estakadada hər 500 m-dən az olmayan məsafədə nəqliyyat vasitələrinin ümumi çəkisini və hərəkət sürətini göstərən yol nişanları asılmalıdır.

Stasionar özüllərin istismarının texniki şərtləri: 1. Dənizin dalğalanması 3 baldan, küləyin gücü 9 m/san çox olduqda üzən vasitələrin (gəmilərin, katerlərin) qurğuya yan almaları və heyətin (işçilərin) minib-düşmə meydançasına düşməsi qadağandır. 2. Qurğunun perimetri boyu hər 20 metrdən bir iplə bərkidilmiş xilasedici dairələr qoyulmalıdır. İpin uzunluğu xilasedici dairədən dənizin sakit səviyyəsinə qədər olan məsafənin 2 mislindən az olmamalıdır.

Diqqətinizə görə təşəkkürlər!

  • Diqqətinizə görə təşəkkürlər!

Yüklə 332,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin