II Fəsil. Azərbaycan Respublikasında neft-qaz kontraktları və ixrac boru kəmərləri sisteminin yaranması.
2.1. Bakı Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və xarici neft şirkətləri ilə əməkdaşlığın başlanmasının hüquqi tənzimlənməsi məsələləri.
Enerji təhlükəsizliyinin təmin edilməsi baxımından enerji ehtiyatlarının sabit və davamlı nəqli mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq boru kəmərlərinin beynəlxalq-hüquqi tənzimlənməsi beynəlxalq müqavilələrlə yanaşı, ikitərəfli, üçtərəfli və spesifik regional sazişlərlə də tənzimlənir. 1999-cu il neftin, qazın nəqlinin dövlətlərarası sisteminin yaradılmasının institusional əsasları haqqında Kiyev çərçivə sazişində qeyd edilir ki, dövlətlər arasında neft və qazın nəqli sistemlərinin təhlükəsizlik, investisiya və s. məsələləri ilə yanaşı, tranzit riskləri beynəlxalq iqtisadi hüquq qaydalarına, Enerji Xartiya Müqaviləsində bəyan edilən prinsiplərə uyğun olaraq həll ediləcəkdir.1
1. The Energy Charter Treaty and Realted Documents. Printed with the supports of the Synergy Proqrammer of the European Union. The Charter Secretariat. D. 291 P
2. Məmmədov R.F.Xəzər dənizi neftinin daşına marşrutları beynəlxalq əhəmiyyəti. Beynəlxalq konfrans. Bakı, 2002, S. 220-221.
|
BTC son illərdə bağlanan neft-qaz sazişləri içərisində kifayət qədər geniş formada beynəlxalq hüquqi reqlamentləşdirməyə məruz qalan müqavilələrdəndir. 1998-ci ildə oktyabr ayının 29-da Ankarada Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-tbilisi-ceyhan marşrutu ilə əsas ixrac boru kəmərinin çəkilməsini müdafiə edən Ankara Bəyannaməsinin imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olunmuş oldu.2 1999-cu il noyabrın 18-də İstanbulda ATƏT-in zirvə toplantısında Avropa təhlükəsizliyinin möhkəmləndirilməsində Avropa ölkələrinin və ABŞ-ın dəstəyi ilə xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Saziş Preambula, 10 maddədən və ona əlavə kimi qəbul edilmiş tranzit əraziyə malik olan ölkələrin hökümətləri ilə əsas ixrac boru kəməri iştirakçıları
arasında bağlanmış sazişdən və s. əlavələrdən ibarətdir. Müqavilədə iştirak edən tərəflər bi layihənin dövlətlərarası xarakter kəsb etdiyini nəzərə alaraq beynəlxalq hüquq normalarına uyğun olaraq özlərinin energetikası sferasında əməkdaşlığı və xarici investisiyaların müdafiəsi üçün razılığa gəlmişlər.
Sazişin I maddəsi istifadə edilən anlayışlara, II maddə qarşılıqlı bəyanət, təminat və öhdəliklərə həsr olunub. III maddədə təhlükəsizlik və boru kəmərlərinə çıxış hüquqi tənzimlənir. Sazişin IV maddəsi texniki, ekoloji normalara və təhlükəsizlik normalarına, V maddə vergi, VI maddə sazişin institusional realizə mexanizminə, VII əlavə təminatlara, VIII təfsir və mübahisələrin həllinə, IX maddə depozitlərə və X maddə qoşulmaya həsr olunmuşdur.
Xəzər regionunda karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi müxtəlif olsa da, bütün ekspert-mütəxəssislər XXI əsrdə Xəzərin enerji ehtiyatlarının dünya mənbələri sırasında hiss olunan yer tutması ilə bağlı eyni mövqe bildirirlər.3
Ağ Evin rəhbərliyi ABŞ-ın 15 böyük neft şirkəti ilə görüşü zamanı onlara Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin geostrateji və geosiyasi baxımdan daha əlverişli olduğunu xatırlatmışdır.4
“Əsrin müqaviləsi” adı ilə tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edir.
3. Мамедов Р.Ф. Международно- прабобая дистимия Кастиская нефть. Экономика и геополитика. “Олка-пресе”, 2002. 380 с.
4. Насиров Р. Цто ждать от “бморого нефтяного дума?” Газ. “Эхо,”2 шоня, 2001 г. с.2
|
1994-cü ildən ötən dövrdə Bakıda həmçinin Vaşinqton, Moskva, London və Parisdə xarici ölkələrin neft şirkətləri ilə beynəlxalq neft müqavilələri imzalanmışdır. Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur. Bu gün həmin sazişin həyata keçirilməsində dünyanın bir çox ölkələrindən 30-dan çox neft
şirkəti iştirak edir. Neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu məqsədlə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün böyük işlər görülmüş və aparılan danışıqlar uğurla nəticələnmişdir. BTC neft ixrac boru kəmərinin reallaşması nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji ehtiyatlarını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrildi. 1998-ci il noyabrın 18-də BTC layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi imzalandı. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də BTC kəmərinin inşasına başlanıldı, bununla da BTC reallığa çevrilmiş oldu.5 Bu kəmərin ümumi uzunluğu 1769 km-dir. Kəmərin tikilişinə sərmayə qoyuluşunun səhmdarları BP (6,53%), ENI (5%), TOTALFİNAELF(5%), HOÇU(3,40%), İNPEKS(2,50%), KonokolFillips(2,50%) və Amerikada Hess (2,36%) şirkətlərindən ibarət qrupdur.
BTC neft kəmərinin hüquqi statusunu müəyyən edərkən orada həm beynəlxalq hüquq normalarına, transmilli mexanizmlərə və dövlətdaxili
qanunvericiliyə istinad edildiyini müəyyən etmək mümkündür.
5. Аббасов Ш.Азербайджан на нопоре Нефтяного дума. Газ. "Эжо", 9 Июнь. 2001 г. С. 20.
|
Bu mənada BTC neft kəməri üzrə beynəlxalq öhdəliyin lazımi qaydada yerinə yetirilməsi üçün BTC neft kəmərinin statusunu formalaşdıran beynəlxalq müqavilədə prioritet məsələsi də öz həllini tapıb. Hökümətlərarası Sazişin II.1 maddəsində qeyd edilir ki, hər bir iştirakçı tərəfin höküməti digər tərəfin höküməti qarşısında belə bir öhdəlik götürür ki, bu sazişi imzaladıqdan sonra gecikdirmədən özünün daxili qanunvericiliyi əsasında əsas ixrac kəmərinə münasibətdə üstün hüquqi qüvvə vermək üçün milli parlamentinə təqdim etməlidir. Edilmiş ratitikasiya onun beynəlxalq hüquq üzrə öhdəliyini müəyyən etmiş olacaq.
BTC neft investorları ilə bağlanmış sazişlərdə təhülkəsizlik standartları bilavasitə Avropa İttifaqının beynəlxalq boru kəməri sahəsində qəbul edilmiş və xam neftin nəqli ilə bağlı olan prinsiplərnin təsbit edən 85/337/EEC və 97/II/EC Dispektizləri əsasında həyata keçirilməsi ifadə edilib.
Qəbul edilmiş qaydaya görə boru kəmərləri bir dövlətin ərazisi çərçivəsində məhdudlaşdığı halda bu boru kəmərinin hüquqi tənzim etməsində daxili qanunvericiliyə istinad edilməlidir. Əgər boru kəməri bir neçə ölkə ərazisində yerləşərsə, həmçinin dəniz dibindən keçərsə onda onun hüquqi tənzimi beynəlxalq hüquqla təmin edilir. Müasir dövrdə faktiki cəhətdən texniki xüsusiyyətləri də nəzərə alaraq dövlət sərhədlərini keçən transmilli boru kəmərlərinin iki istiaqamətdə- hüquqi cəhətdən eyni olan boru kəmərləri, yəni boru kəməri hansı ölkənin ərazisindən keçməsindən asılı olmayaraq vahid beynəlxalq hüquqi rejimə əsasən nəzərdən keçirilən və hüquqi cəhətdən birləşdirilmiş boru kəmərləri kimi nəzərdən keçirilir.
BTC neft kəməri üzrə hökümətlərarası sazişin “Qarşılıqlı bəyanatlar, təminatlar və öhdəliklər” adlanan II. 1 maddəsində BTC neft kəməri ilə bağlı iştirakçı tərəflər üçün beynəlxalq hüquq üzrə öhdəliklərin yaradılması məqsədilə zəruri dövlətdaxili qanunvericilik tədbirlərinin görülməsi öhdəliyi ifadə edilib. Bu müddəaya uyğun olaraq hər bir iştirakçı dövlət daxili normalara uyğun olaraq müvafiq beynəlxalq sazişi ratifikasiya etdikdən sonra ona hüquqi qüvvə vermişlər.
Sazişlərin tədqiqi nəticəsində müəyyən olunub ki, sazişlərin, habelə işlənmə, hasilat dövrünün müddəti, pay bölgüsü, bonusların miqdarı və s. oxşar məsələlər istisna olunmaqla qalan müddəalar üzrə əsaslı fərqlər olmadığından bütün sazişlərdə tərəflərin nəzərdə tutulan hüquq və vəzifələri eynidir. Ona görə də tərəflərin hüquq və vəzifələri “Əsrin müqaviləsi” adlanan Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 20 sentyabr 1994-cu il tarixli saziş əsasında tədqiq edilib. Saziş tərəfləri hər hansı mübahisə haqqında 30 gün müddətində qarşılıqlı sürətdə narazılıq aradan qaldırılmazsa həmin mübahisə arbitaj qaydasında həll olunur. Sazişlər həmçinin “paeta sund servanda” (müqavilələrə əməl olunmalıdır.) beynəlxalq hüquq prinsipinə tabe edilir. Bəs bu saziş beynəlxalq hüquq və milli qanunvericilik baxımından bizə hansı nəticələri çıxarmağa imkan verir?
Əvvəla BTC sazişi beynəlxalq aləmdə müqavilə inistutu üçün nəzərdə tutulan ümumi keyifiyyətlərə malikdir. Burada tərəflərin qarşılıqlı hüquq və vəzifələri, sazişin müddəti, vergilər, itki və zərərin ödənilməsi ətraf mühitin mühafizəsi, varislər və müvəkkillər, mübahisələrin həlli qaydası və tətbiq olunan qanun, fors-major halları və s. məsələlər razılaşdırılaraq təsbit olunub.
-Saziş mahiyyətinə görə beynəlxalq dövlətlərarası müqavilələrdəndir. Bu həm sazişin hüquqi qüvvəsi, subyektləri və təminatları baxımından təsdiq olunur.
Beynəlxalq hüquq normalarının və milli qanunvericiliyin tələbləri əsasında bağlanan saziş beynəlxalq dövlətlərarası müqavilədir.
-Azərbaycanın dünyaya inteqrasiyası genişləndi, ABŞ və Avropa Birliyi ölkələrinin strateji maraqlarının təmin edilməsi ilə bölgədə Rusiya və İranın təsiri nisbətən zəifləmiş oldu. Eyni zamanda bu saziş Xəzər dənizinin statusunun müəyyənləşməsinin sürətlənməsinə səbəb oldu.
-Bakı-Tbilisi-Ceyhan layihəsinin ən böyük üstünlüklərindən biri Azərbaycan neftinin dünyamın dünyanın ən dərin və böyük hövzəsi olan birinci dərəcəli limanına çatdırılmasıdır və Bosfor boğazından yan keçməsidir.
Qazaxıstan neftinin BTC vasitəsi ilə daşınması bu layihənin səmərəliliyinin yüksəlməsinə gətirib çıxarır ki, bu BTC-nin iqtisadi cəhətdən səmərəsiz olacağı ilə bağlı söhbətlərə son qoyur. BTC neft kəməri ildə 50 milyon ton Azərbaycan neftinin nəqlini nəzərdə tutur. Qazaxıstanın BTC-yə qoşulması bu ölkəyə də öz neftini dünya bazarlarına Aralıq dənizi vasitəsilə ixrac etməyə imkan verir. BTC-nin əhəmiyyəti həm regionun istehsalçı dövlətləri, həm də Avropa Birliyinin neft istehlakçı dövlətləri üçün ildən-ilə artırmaqdadır.
"Əsrin müqaviləsi" xarici neft şirkətləri ilə geniş miqyaslı qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoydu.
Azərbaycan Respublikası müqavilədə iki formada təmsil olunur. Həm təbii sərvətlərin sahibi kimi xarici tərəfdaşlarla hökumət adından (ARDNŞ-ın timsalında) müqavilə imzalanır, digər tərəfdən xarici neft şirkətləri konsorsiumunda müəyyən paya malik neft şirkəti ilə iştirak edir. Bakı-tbilisi-ceyhan əsas ixrac boru kəməri layihəsinin hazırlanması və həyata keçirilməsi prosesi gərgin danışıqlar, müzakirələr mərhələsindən keçməklə öz həllini tapdı. Azərbaycanın neft strategiyasının həyata keçirilməsində etibarlı ixrac sisteminin yaradılması və onun hüquqi tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir.
BTC-nin fəaliyyətə başlanması Azərbaycanın Avropa Birliyi ölkələrinə neft ixracı imkanlarının artırmaqla yanaşı, tranzit ölkə kimi də regionda mövqelərinin möhkəmlənməsinə şərait yaratmış oldu. Qazaxıstan və Türkmənistan neftinin Avropaya nəql olunmasında Azərbaycan marşrutu əhəmiyyətli rol oynaya bilərdi. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik olan mövqeyə sahib olmuşdur. "Əsrin müqaviləsi" layihəsinin həyata keçirilməsi karbohidrogen ehtiyatlarının dünya bazarlarına əlverişli marşrutlarla çatdırılmasında mühüm rol oynadı və ölkənin geosiyasi, geoiqtisadi mövqelərinin möhkəmlənməsində, neft sənayesinin inkişafında mühüm rol oynadı.
Milli təhlükəsizliyin mühüm tərkib hissəsi olan enerji təhlükəsizliyinin təmin olunması çox istiqamətli, mürəkkəb və aktual bir məsələ olmaqla, neft, qaz ehtiyatları ilə zəngin olan Azərbaycan üçün bu problem mühüm əhəmiyyətə malikdir.
"Əsrin müqaviləsi" imzalanarkən neft şirkətləri arasında bir sıra razılaşmalar əldə olunmuşdur ki, onları belə təsnifləşdirmək olar. Əvvala 432,4 kvadrat km.-lik müqavilə sahəsinin əhatə dairəsi daxil olmaqla "Azəri", "Çıraq", "Günəşli" dərin yataqlarının işlənməsi və hasilatın pay bölgüsü üzrə müqavilənin predmetinə dair razılaşma, müqavilə tərəflərinə dair razılaşmada şirkətlərin müqavilədəki paylarını qismən və ya tamamilə başqa şirkətlərə satmaq hüququnun tanınması, müqavilə müddətinin uzadılmasına dair razılaşmada "Əsrin müqaviləsi"nin 30 il müəyyən olunmuş müddətinin tərəflərinin maraqlarına uyğun olaraq yeni neft ehtiyatları aşkar edildiyi halda uzadılması qərara alınırdl; tərəflərin hüquq və məsuliyyətlərinə dair razılaşmalar, xərclərin ödənilməsi , mənfəət neftinin bölüşdürülməsi qaydasına dair razılaşmalar, təbii qaza dair, ilkin neft hasilatına dair, vergi ödənişinə dair, gömrük prosedurlarına dair, yerin təkinin və ətraf mühitin qorunmasına dair və s. razılaşmalar qeyd edilmişdir.
"Əsrin müqaviləsi"nin təhlili göstərir ki, bu müqavilənin bağlanması strateji məzmuna malikdir. Bu müqavilə ilə əsasları qoyulan neft diplomatiyasının növbəti uğuru 2017-ci il sentyabrın 14-də imzalanmış " Yeni əsrin müqaviləsi" oldu. Xarici investisiyaların köməyi ilə yenidən qurulan neft-qaz sənayesi Azərbaycanın dünya iqtisadiyyatı sisteminə inteqrasiya olunmasına təkan verdi.
6. Sadıqov Ə.İ. Qloballaşma dövründə enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri. H.e.d. alimlik dərəcəsi almaq üçün təqdim edilmiş Dissertasiya. Bakı. 2010
|
Xeyli davam edən diplomatik, siyasi-hüquqi danışıqlardan sonra 2007-ci il iyunun 16-da Qazaxıstan da BTC layihəsinə qoşuldu. Həmin gün Almatida Qazaxıstan və Azərbaycan dövlət başçıları Qazaxıstan neftinin Xəzər dənizi və BTC kəməri vasitəsilə Avropa bazarlarına çıxarılmasına dəstək və yardım haqqında saziş imzaladılar.6 Bu razılaşma Qazaxıstan neftinin BTC ilə nəql edilməsi üçün Aktau-Bakı daşınma sisteminin yaradılmasını nəzərdə tuturdu. Həmçinin eyni vaxtda Türkmənistan neftinin də BTC ilə nəqli haqqında danışıqlara başlanılmışdır. BTC bilavasitə həm layihənin iştirakçısı olan dövl lətlərin iqtisadi maraqlarını təmin edir, həm də Avropa Birliyinin son dərəcə aktual məsələlərindən olan enerji təhlükəsizliyi problemi nin həlli baxımından geniş imkanlar açırdı. BTC Xəzər regionundakı zəngin karbohidrogen potensialını hərəkətə gətirdi və regionda geosiyasi vəziyyət əsaslı şəkildə dəyişdi. BTC-nin həm Azərbaycan - Gürcüstan, həm də Gürcüstan -Türkiyə strateji tərəfdaşlığına stimul yaratdığını da qeyd etsək, yəqin ki, səhv etmiş
olmarıq. BTC Azərbaycanın tədricən Qərbə inteqrasiyası üçün başlıca amil olmuşdur. Azərbaycan qeyri OPEC neft ölkəsi kimi Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsinə yardımçı olmaqla Rusiyanın təsirini xeyli zəiflətmişdi. BTC-nin inşasına başlayarkən Azərbaycan Respublikasının gündəlik neft hasilatı 200 min barel idisə, kəmərin işə düşməsi ərəfəsində hasilat gündə 400 min barel olmuşdur. 2008-ci ildən etibarən kəmərlə ildə 50 milyon ton Azərbaycan nefti axıdılırdı. BTC-nin regionda siyasi -hüquqi proseslərə təsirini xarakterizə etmək üçün onun həm region dövlətlərinin, həm də ABŞ və Qərb dövlətlərinin siyasi-hüquqi, iqtisadi həyatına təsirini araşdırmaq lazım gəlir.
Azərbaycanın enerji potensialı Avropanın davamlı enerji təhcizatında mühüm rol oynamaqdadır. BTC-nin rolu Avropanın enerji imkanlarının müxtəlifliyi və nəqletmə marşrutlarına, habelə Mərkəzi Avrasiyanın daxilinə strateji çıxışa ehtiyacı baxımından da səmərəlidir. Doğrudur Avropanın neft istehlakçı baxımından bu o qədər də çox görünməyə bilər. BTC kəməri Avropa Birliyi üçün Qərbin təsir və dəyərlərinin Mərkəzi Asiyaya və Böyük Orta Şərqə yayılması baxımından arxa cəbhə rolunu oynaya bilər. Azərbaycanın həyata keçirdiyi enerji layihələri Avropa Birliyinin gələcək enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır və Avropa İttifaqı ilə Azərbaycan bu istiqamətdə sıx əməkdaşlıq etməkdədirlər. İxrac boru kəmərlərinin hazırki inkişaf perspektivləri Azərbaycan neftinin Avropa bazarlarına çıxarılması imkanlarını artırır ki, bu da gələcəkdə digər regionlara neftin nəqlini mümkün edir. Neft ixracı sahəsində Azərbaycan Respublikasının Avropa Birliyi ölkələri ilə əməkdaşlığı məsələsinə gəldikdə bu, münasibətlər 2006-cı il tarixli Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumunda niyyət kimi qeyd olunur. Faktiki olaraq Azərbaycan neftinin Avropa İttifaqına tədarükü prosesi yalnız Avropa İttifaqının bir neçə üzv-dövlətinə münasibətdə reallaşır ki, bu da Azərbaycan Respublikasının ikitərəfli əməkdaşlığı kontekstində həyata keçirilir.
Ümumiyyətlə postsovet ölkələri ilə əməkdaşlıq üçün geniş proqramlar qəbul edilmişdir. Bunlardan TACİS, TRASECA VƏ İNOGATE qeyd edilməlidir. Aİ TACIS proqramı çərçivəsində müvafiq texniki və ekspert köməyi vasitəsilə AR-də aparılan iqtisadi islahatları dəstəkləyirlər. Azərbaycanla bağlı üç əsas istiqaməti: infrastruktur, özəl sektor və insan resurslarının inkişafına üstünlük verilib. 1998-ci ildə Bakıda Azərbaycan və Gürcüstan Respublikasının təşəbbüsü və Aİ TACIS, TRASECA, proqramının dəstəyi ilə "Tarixi İpək Yolunun bərpası" adlı beynəlxalq konfransda Avropa -Qafqaz-Asiya dəhlizlərinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Bakı Saziş və həmin Sazişə əlavələr barədə 2002 (Daşkənd) Protokolu qəbul edilmiş və 2008-ci ildə yeni tədbirlər həyata keçirilmişdir. Müvafiq sazişdə beynəlxalq nəqliyyatın ənənəvi növləri ilə yanaşı transmilli boru kəmərlərinin də beynəlxalq hüquqi tənzimlənməsi özünün ifadəsini tapmışdır. Hazırda Azərbaycan Avropa iqtisadi, informasiya və təhlükəsizlik məkanına qoşulmaq, Avropaya daha dərindən inteqrasiya olunmaq, xüsusilə böyük dövlətlərlə strateji əməkdaşlıq münasibətlərinin genişləndirilməsi strategiyasını yeritməkdədir ki, neft və kommunikasiya bu yolda başlıca vasitələrdən biridir. Bakı-tbilisi-ceyhan neft kəməri Azərbaycan - Gürcüstan, Türkiyə, bütövlükdə Avropa və bütün dünya üçün iqtisadi, siyasi enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyətə malik olmaqla bərabər Türkiyənin Qara dəniz boğazlarına ifrat yük düşməsinin qarşısını alır. Avropa Birliyi özünün enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində bərpa olunan enerji mənbələrinin istifadəsi ideyasının beynəlxalq hüquqi pozitivləşdirilməsində demək olar ki, ciddi addımlar atmalıdır. Enerji dövriyyəsi, xüsusən də, enerjinin bərpa olunmayan mənbələrindən istifadə sferasında+ ətraf mühitə antropogen təsir bir sıra problemlərin həlli zərurətini yaradır. Bu gün beynəlxalq birlik nisbətən az enerji tutumlu texnologiyaların tətbiqi və istifadəsində maraqlıdır. Qeyd etməliyik ki, məhz müasir enerji təhlükəsizliyi konsepsiyası belə konsepsiyaya əsaslanmalıdır.
Enerji təminatı bir qayda olaraq beynəlxalq sülh və beynəlxalq təhlükəsizlik problemlərinə birbaşa təsir edir.
Bəşəriyyətin təşəkkül tapması və inkişafı enerjinin əldə olunması ilə sıx bağlıdır. Bu baxımdan qeyd olunur ki, enerji təminatı həm də tarixi bir kateqoriyadır.
Alternativ enerji mənbələrinin əldə olunması nəinki Avropa İttifaqının, xüsusilə postsovet məkanı ölkələrindən Pribaltika respublikalarının, Ukranyanın, Belarusun, Moldovanın, Gürcüstanın və s. ölkələrin başlıca siyasi xətti idi. Bu baxımdan əsas mənbələrdən biri kimi Azərbaycanın Xəzər hövzəsindən çıxarılan neftdə nəzərdən keçirilir.
2.2. “Cənub qaz dəhlizi”, “Nabucco West” layihəsi və BTƏ qaz kəmərinin Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu.
Avropanın Rusiyadan enerji Nabucco sahəsində asılılığı kifayət qədər riskli olmaqla yanaşı, həmçinin mütəmadi olaraq Rusiya tərəfindən siyasi təzyiq vasitəsi kimi istifadə olunmaqdadır. Avropa İttifaqının enerji strategiyasında Xəzər hövzəsinin – Azərbaycan, Qazaxıstan və Türkmənistan çox böyük neft və qaz ehtiyatları Avropanın təminatında alternativ enerji ehtiyatları kimi müəyyən olunmuşdur.
7. http://teleqraf.bu/belarus/2007/II/20/rav/
|
Aİ yaxın gələcəkdə Xəzərin sağ sahilindəki Qazaxıstan və Türkmənistan enerji ehtiyatlarından istifadə etməyin mümkünlüyünü də nəzərdən qaçırmır. Bu layihənin həyata keçirilməsinin Avropa Birliyinin enerji təhcizatının Rusiyanın qısqanc münasibətini formalaşdırmaqdadır. Xüsusilə 2022-ci il fevral ayının 24-də başlamış Rusiya-Ukranya müharibəsi Avropa Birliyi ilə qaz böhranının yaranmasına səbəb olmuş və dərinləşməkdə olan iqtisadi böhran təcili tədbirlərin görülməsini tələb etməkdədir. Digər tərəfdən Avropada təbii qaza olan təlabat artdıqca bu mübarizənin daha kəskin olacağı gözləniləndir. Rusiyaya məxsus üç nəhəng qaz kəməri faktiki olaraq bütün Avropa bazarına nəzarət etmək imkanı verməkdədir. Bu kəmərlər Rusiyanın Urenqoy ərazisindən başlayaraq Ukranyna, Macarıstan, Slovakiya, Avstriya, Çexiya ərazisindən keçməklə Almaniyaya qədər uzanan, Belarus ərazisindən Polşaya qədər davam edən, Qara dənizin dibi ilə Türkiyəyə, Yunanıstan və Bolqarıstana çıxan “Mavi axın” adlanan kəmərləri əhatə edir. BTC
marşrutu ilə eyni vaxtda meydana çıxan iki layihə - “Trans-Xəzər” və “ Nabukko” kəmərləri vasitəsilə Xəzərin enerji ehtiyatlarının Avropaya daşınması Rusiyanın bu bazarda hegemonluğunu məhdudlaşdıran vasitə ola bilər.
Xəzər regionunun qaz ehtiyatlarını Avropaya daşıyacaq layihələrdən biri də “Nabukko qaz kəməri” layihəsidir. Bu qaz kəməri Türkiyə - Bolqarıstan – Rumuniya – Macarıstan – Avstriya istiqamətində həyata keçirilməklə Mərkəzi Avropaya qədər olan ölkələrin qazla təhcizatını təmin etməli idi. Bu layihə həm Avropa İttifaqı həm də ABŞ tərəfindən dəstəklənmişdir. Bu boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdadır.
Xəzərin enerji ehtiyatlarının ixracı marşrutlarının şaxələndirilməsi (diversifikasiyası) çərçivəsində BTC, Bakı-Novorossiysk, Bakı-Qars, Nabucco, TANAP, TAP və s. layihələr mühüm əhəmiyyətə malikdir və Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunması baxımından onların maraq dairəsindədir.
“Nabucco West” ilkin “Nabucco” boru kəmərinin yenidən baxılmış versiyası olduğu üçün “Şahdəniz” in operatoru olan BP konsorsiumu tərəfindən “Şimal marşrutu” kimi Trans-Adriatic Pipeline-a qarşı seçilməmişdi.8 Petroleum Economist-ə görə konsorsiumun “Nabucco” seçmək qərarı yeni layihəyə təkan verdi. Layihə dəfələrlə ləngidilib və Avstriyanın OMV şirkətinin rəhbəri qeyd edirdi ki, boru kəməri “100 dəfə ölü elan olunsa, 101 dəfə yenidən canlanacaq”.9 Bolqarıstandan başlayıb Rumuniyada, Macarıstandan keçərək Avstriyaya qədər uzanması planlaşdırılan bu xəttin ümumi uzunluğu 1329 km-dir. Nabucco Təbii Qaz Boru Xəttinin minimum 10, maksimum 23 miyard barel illik daşıma həcminə sahib olması və 2018-ci ildə istismara verilməsi nəzərdə tutulmuşdur.10 Layihənin sorası üçün yaradılmış konsorsiuma daxil olan şirkətlər aşağıdakılardır:
8. Ташковская У.Г. Энергетическая политика Европейского Союза в отношении России и новых независимый государство. Монография М.Проспект. 2010. с. 126-128
9. Saltanat Berdikeeva Taxinga Second Look at the Southern Gar Corridor. http://oil-price.com
10. More İnformation about Azerbaijan is available on the Azerbaijan Page and from other Department of State publications and other sources listed at the end of this fact sheet. İstanbul. 2012.p.12-13
|
Avstriya, OMV Gaz GmbH, Macarıstan, FGSZ, Rumuniya, S.N.T. – G.N. Transgaz S.A., Bolqarıstan, BEH, Türkiyə, BOTAŞ.11 Nabucco boru kəməri təşəbbüsü Mərkəzi Asiya dövlətlərindən, yəni Türkmənistan, Qazaxıstan və həmçinin Özbəkistandan təbii qazın nəqli üçün irəli sürülb. Xəzər dənizinin “Şahdəniz” qaz yatağından qazın nəqli üçün Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) boru kəmərinin inşa edilməsi, digər tərəfdən Türkmənistan, Rusiya, İran və Çin ilə uzunmüddətli müqavilələr əsasında bu dövlətləri böyük həcmdə qazla təhciz etməyi öhdəsinə götürməsi səbəbindən, eləcə də Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmaması ilə, Transxəzər boru kəmərinin çəkilməməsi səbəbiylə də bu layihə ləngidildi.
11. Yenə orada
12. Mehdiyev Ə. Azərbaycan neftinin, Şimal ixrac boru kəməri. http://strategiya.az/old/? m=xeber və 1d.=10676
13. Nabucco qaz kəməri: http://az.wikipedia.org
14. http://en.apa.az//news_present_İlham_aliyev_ratities_azerbai_186221.html
|
Nabucco boru kəmərinin çəkilməsi barədə ilk müzakirələr 2002-ci ildə fevral ayında Avstriyanın OMV və Türkiyənin BOTAŞ şirkətləri arasında aparılmışdır. Sonradan Macarıstanın MOL, Rumuniyanın TRANSGAZ və Bolqarıstanın BULGARQAZ şirkətləri Nabucco boru kəmərinin inşası təklifinə tərəfdar çıxdılar. 2003-cü ilin dekabr ayında "Nabucco beşliyi" ilə Avropa komissiyası təxmini ümumi xərclərin 50%-ni ödəmək üçün qrant ayırmağa razılaşdı.12 19 noyabr 2007-ci ildə Almaniyanın ən iri enerji istehsalçısı olan RWE şirkəti Nabucco boru kəməri ilə nəql olunacaq Azərbaycan qazının 5 milyard kubmetrini satın almağa hazır olmasını elan etməklə, bu niyyətin əsasında RWE 2008-ci ilin fevral ayında " Nabucco" konsorsiumuna qoşuldu.13 2012-ci ilin may ayında Nabucco konsorsiumu Şahdəniz konsorsiumuna Nabucco West təklifini təqdim etmişdi. 10 yanvar 2013-cü ildə Şahdəniz 2 və Nabucco arasında Əməkdaşlıq, maliyyələşdirmə və sahiblik haqqında saziş imzalanmışdı. Sazişə əsasən Nabucco layihəsi seçilərsə, Şahdəniz 2 Konsorsiumun 50% səhmlərinə sahib olacaq.14 Yenilənmiş Nabucco West Türkiyə - Bolqarıstan sərhədlərindən başlayır və uzunluğu 1329 km-dir. Nabucco - West qaz boru kəməri 2012-ci ilin iyun ayında Şahdəniz konsorsiumu tərəfindən Şahdəniz yatağının ikinci fəzasının istismara veriləcək qazın Mərkəzi Avropa ölkələrinə daşınmasını nəzərdə tutmaqla TAP-a alternativ variant hesab edilirdi. Bu layihənin əsas tərəfdarı Avropa Birliyi idi. Bu layihənin həyata keçirilməsində əsas məqsəd Mərkəzi Avropa ölkələri sayılan Bolqarıstan, Rumuniya, Macarıstan və Avstriyanın enerji asılılığını azaltmaq və gələcəkdə enerjiyə artan tələbatının ödənilməsini həyata keçirməkdədir. Nabucco - West "Şahdəniz" konsorsiumuna Nabucco səhmdarları tərəfindən təklif edilib. Bu konsorsiuma Türkiyənin BOTAŞ, Bolqarıstanın "Bolqar enerji Holding", Avstriyanın OMV, Almaniyanın RÜE, Macarıstanın MOL və Rumuniyanın Transqaz şirkətləri daxildir. Layihə 10 yanvar 2013-cü il tarixdə Sofiyada bağlanmış sazişin şərtlərinə uyğun olaraq həyata keçirilməli idi. "Nabucco" vasitəsilə qaz alqı-satqısına dair müqavilələrin imzalanmasının uzanması və Azərbaycanın isə öz qazının əlverişli şərtlərlə alıcılara çatdırılması üçün alternativ ixrac marşrutlarını reallaşdırmaq üçün çalışması bu layihəyə yenidən baxılmasına gətirib çıxardı. Nabucco konsorsiumu 2011-ci ildə bu layihənin kiçildilmiş variantı olan "Nabucco West" layihəsini irəli sürmüşdü. "Nabucco" kəməri Cənubi-Şərqi Avropanın bazarlarına istiqamətlənən ən qısa marşrutdur. Bu boru kəməri bütövlükdə Balkan ölkələrinin, həmçinin İtaliya və Yunanıstanın bazarlarına birbaşa çıxışı təmin edir. Boru kəməri (TANAP) ilə birləşməli, daha sonra Macarıstan, Bolqarıstanın və Rumuniya ərazilərindən keçməklə Avstriyanın Baumgarten şəhərində Mərkəzi Avropa qazpaylayıcı qovşağına qoşulmalı, buradan da boru kəməri vasitəsilə bütün Avropa üzrə müştərilərə paylanmalı idi. "Şahdəniz" Konsorsiumu isə Azərbaycanın təbii qazını Avropaya daşıyacaq "Nabucco" və TAP (Transadriatik boru kəməri) layihələri arasında seçim etməli idi. Layihədə yeganə problem Avropaya satılacaq qazın mənbəyi məsələsi olmuşdu. "Nabucco" layihəsi üçün beş mənbə seçilmişdi - Misir, İran, İraq, Türkmənistan və Azərbaycan. Bütün ehtiyatlar təhlil edildikdən sonra Avropa Birliyinin Azərbaycanı seçməsi bu varinatın daha optimal olduğunu göstərdi. Azərbaycan şelfində dərin qatlarda tapılan yeni qaz laylarl imkan verirdi ki, "Nabucco" layihəsinin birinci mərhələsini Azərbaycan həyata keçirsin və müqavilələrin imzalanması mərhələsi başlansın.15 Avropanı Rusiyadan bu və ya digər şəkildə enerji baxımından asılı vəziyyətə saldığından Avropa öz enerji təhlükəsizliyini təmin etmək üçün Nabucco layihəsinin reallaşmasına böyük önəm verir. Nabucco layihəsinin daha çox siyasiləşməsi səbəbindən bu layihənin həyata keçirilməsinə bədbin yanaşma meydana gəlmişdir. Ümumilikdə dünya iqtisadiyyatında energetika sistemində təbii qazın rolu getdikcə artır. Xüsusilə, təbii qaz çatışmamazlığının bəzi Şimal ölkələrində problem yaradacağı təhlükəsi var. Məhz buna görə də qlobal iqtisadi böhranla mübarizə enerji mənbələri uğrunda mübarizə ilə paralel aparılır.
Avropanın enerji asılılığından qurtarması üçün göstərdiyi cəhdlər, Rusiyanın bu asılılığı artırmaq üçün apardığı işlər daha intensivləşib. Faktiki olaraq bir neçə ildir ki, Avropaya qaz satışını reallaşdıracaq Şimal və Cənub dəhlizləri arasında mübarizə gedir. Burada kimin qalib olacağı iştirakçı dövlət arasında təklif olunacaq variantların səmərəliliyindən asılı olmuşdur.
Nabucco - West qaz kəməri - Xəzər bölgəsi və Orta Şərqin təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsidir. Kəmərin Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumgarten un der Març qəsəbəsinə kimi çəkilməsi nəzərdə tutulmuşdur. "Nabucco West" boru kəməri layihəsi 2002-ci ildə başlayıb və Trans-Avropa energetika şəbəkələri təşəbbüsü çərçivəsində Avropa İttifaqı tərəfindən aktiv sürətdə dəstəklənir. Bu layihə əvvəlcə ildə 8-13 mlrd. kubmetrə qədər artırılması nəzərdə tutulurdu.16 Trans Avropa Şəbəkəsi Enerji proqramında Nabucco layihəsi strateji əhəmiyyətli layihə kimi qeyd olunmuşdur.
15. http://www.ogi.com/display_article/313398/220/ARTCL/noneTrasp//Nabucco-gazline-chiet-sees-policy-role/
16. Nabucco west and TAP go head.
http://www.petroleum.economist.com/Article/3054476/NabuccoWest-and TAP go hes to-head.html.#xzz2wc27xEpp.
17. http://az.trend.az/capital/energy/2126048.html
|
Nabucconun əsas məqsədi Avropa Birliyi ölkələrini Xəzər hövzəsi və Yaxın Şərqin təbii qaz ehtiyatları ilə daha yaxşı birləşdirməkdədir. Bununla da Avropa ölkələri öz təbii qaz ehtiyacları baxımından təchizat mənbələrini təkmilləşdirmək və Avropa Birliyinin əsas təbii qaz tədarükünü həyata keçirən Rusiya Federasiyasından asılılığını xeyli azaltmaqdadır.17
Azərbaycan Xəzər dənizində ona məxsus zəngin karbohidrogen ehtiyatlarını dünyanın inkişaf etmiş aparıcı ölkələrinin qabaqcıl şirkətləri ilə birgə yeni texnologiya əsasında istehsal etməsi və müstəqil marşrutlarla Avropa bazarlarına çıxarması Avropanın enerji təhlükəsizliyi qismən də olsa təmin olunmuşdur. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri Avropa Birliyi Dövlətləri ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin yaranmasına və müvafiq olaraq onun iqtisadi cəhətdən inkişaf etməsinə təkan vermişdir.
Xəzər hövzəsində qlobal enerji layihələrinin reallaşması təkcə Azərbaycanın deyil, həm də bütövlükdə Avrasiya regionunun, Avropa Birliyinin və dünyanın (transmilli) enerji təhlükəsizliyinə müsbət təsir etmiş, neft-qaz ixracı sahəsində uğurlu beynəlxalq tərəfdaşlıq münasibətlərinin yaradılmasında xidmət etmişdir ki, buda Xəzər bölgəsinin iqtisadi rolunu artırmışdır. Azərbaycan Avropa Birliyinin müasir enerji təhlükəsizliyi sistemində mühüm yer tutaraq yeni-yeni transmilli layihələrin hazırlanması və həyata keçirilməsində etibarlı tərəfdaşa çevrilmişdir. Xəzər hövzəsinin hasil edilən neft və qazın Mərkəzi Avropaya çatdırılması üçün transmilli enerji ixracının şaxələndirilməsi siyasəti həyata keçirməklə çoxvariantlı ixrac marşrutlarının və kəmərlərinin yaradılması ixrac təhlükəsizliyinin təmin edilməsinə yardım etmişdir. Xəzər hövzəsindən karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması yollarının şaxələndirilməsi, bölgənin enerji ehtiyatlarının etibarlı və təhlükəsiz nəqli üçün Xəzər-Qara dəniz və Xəzər-Baltik dənizi Enerji Tranzit Məkanının yaradılması təşəbbüslərini davam etdirməyi vacib sayırlar. Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına nəqli regional əməkdaşlığın daha da möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir, dünyada enerji ehtiyatlarının hasilatçı, istehlakçı və tranzit ölkələrinin qarşılıqlı faydalı maraqlarını təmin edir.
Azərbaycan qazını Gürcüstandan keçməklə Türkiyənin şərqinə daşıyan Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci ildə istismara verilmişdir. Tikiləcək TANAP kəməri təbii qazı Avropa ilə sərhədə gətirməsi nəzərdə tutulurdu. TAP boru kəməri isə qazın buradan Avropa Birliyi ölkələrinə paylanmasını həyata keçirməsini nəzərdə tutur.
“Şahdəniz” konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz kəmərini (Trans-Adriatik Pipeline (TAP)) seçib. TAP layihəsi Cənubi Qafqaz Qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz kəmərinin (TANAP) davamı olub, “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə 10 milyard, daha sonra 20 milyard kubmetrə yaxın qazın nəql olunması nəzərdə tutulmuşdur.
Azərbaycan qazı bu kəmər vasitəsilə 2019-cu ildə Avropa Birliyi ölkələrinə çatdırılmışdır.18
Müasir dövrdə enerji təhlükəsizliyi üzrə dövlətlərarası əməkdaşlıq bütün digər problemləri, hətta müəyyən zamanlarda insan hüquqları üzrə məsələləri arxa plana keçirmişdir desək yanılmarıq.
Nobel mükafatı laureatı akademik İ.Alfyoroz qeyd edir ki, bu gün insanların qarşısında enerji təhlükəsizliyindən daha əhəmiyyətli bir problem dayanmır. Bizim bəşəriyyətin mövcudluğu onun halından bir növ asılı qalmışdır.19 Enerji ehtiyatlarının dünya iqtisadiyyatına birbaşa təsiri dünya iqtisadiyyatını universal qurumları kimi həm BMT və onun orqanları çərçivəsində enerji təhlükəsizliyi üzrə strategiyanı meydana gətirmiş, həm də beynəlxalq enerji təşkilatları təsis edilmişdir. Bunlardan Beynəlxalq Atom Enerjisi Agentliyi, Neft İxrac Edən Ölkələrin Təşkilatı, Nüvə Enerjisi Agentliyi, Beynəlxalq Energetika Agentliyi, Beynəlxalq Energetika Forumu, Enerji Xartiyası üzrə Konfrans, Ərəb ölkələri Neft İxrac Edən Ölkələrin Təşkilatı və s. fəaliyyət göstərməkdədir. “Enerji təhlükəsizliyi” enerji ehtiyatları üzrə münasibətlər mövcuddursa deməli bu münasibətləri nizamlayan hüquq
18. Bakı-Tbilisi-Ərzurum qaz kəməri. http://azwiki.openoil.net/index.php?title.
19. --------------------------------------------------------------
|
normaları da olmalıdır və bu normaların bir sistemi yaranmalıdır, təsnifatı aparılmalıdır. Bu sahədə beynəlxalq hüquq doktrinasına müraciət etmək zərurəti yaranır. Hüquq doktrinasında bu və ya digər hüquq sahəsi onun tənzimetdiyi münasibətlərlə müəyyən edilir.
Enerji ehtiyatlarının təhlükəsiz əldə olunması, nəqli və istehlakı üçün beynəlxalq enerji münasibətlərinin iştirakçılarının davranış qaydalarının və ya xüsusi prinsiplərinin formalaşdırılması zərurəti yaranır. Beynəlxalq enerji münasibətləri, sahəsində hüquq qaydası beynəlxalq hüquqi tənzimetmənin spesifik norma-prinsiplərinin hazırlanmasından keçir, beynəlxalq hüquq normaları ümumi xarakterə malik olmaqla beynəlxalq münasibətlərin əsas vacib məsələlərini nizamlayır və beynəlxalq enerji hüquq qaydasının da bütün sahələrinə təsir imkanlarına malikdir. Avropa İttifaqı ilə karbohidrogen enerji ixrac edən ölkələr arasında bağlanan tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişlərdə, həmçinin EXM-də Avropa hüququnun implementasiyası zərurəti prioritet məsələ kimi diqqəti cəlb edir. Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında 1996-cı il “AR ilə Aİ arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında “Saziş özündə energetika haqqında əməkdaşlığı da qeyd edir. Məhz Sazişin 43-cü maddəsində qeyd edilir ki, tərəflər etiraf edirlər ki, Aİ və AR arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin mühüm şərti AR-ın hazırda qüvvədə olan qanunvericiliyi və gələcəkdə qəbul olunacaq qanunvericiliyi ilə AB-nin qanunvericiliyi arasında uyğunluq yaratmaqdan ibarətdir. AR öz qanunvericiliyini tədricən AB-nin qanunvericiliyi ilə eyni mövqedə ola bilən qanunvericilik olmasına səy göstərməkdədir. Belə bir yaxınlaşdırmaq sahəsindən birini də rəqabət qanunvericiliyi təşkil edir.
Hər hansı bir ölkənin, həmçinin AB ölkələrinin enerji təhlükəsizliyi beynəlxalq hüquqi əməkdaşlıq olmadan mümkün deyil. 1994-cü ildə qəbul olunmuş Enerji X artıya Müqavilənin 2-ci maddəsində qeyd olunur ki, energetika sahəsində qarşılıqlı təminatlandırma və uzunmüddətli əməkdaşlığa kömək etmək məqədilə hüquqi çərçivənin yaradılması zəruridir.
Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi konsepsiyası milli enerji təhlükəsizliyinə yarana biləcək təhlükələri müəyyən etməlidir. Bu təhlükəsizliyin pozulması iki formada – daxili və xarici təsir nəticəsində ola bilər. Hər iki təhlükənin aradan qaldırılması üçün enerji ehtiyatlarının istifadəsində yeni və tükənməyən enerji mənbələrindən istifadə əsas üstün vəzifə kimi müəyyən edilməlidir. AB-nin enerji strategiyasında enerji təhlükəsizliyi ölkənin, onun vətəndaşlarının, cəmiyyətin, dövlətin, iqtisadiyyatın davamlı olaraq yanacaq və enerji təminatı ilə müdafiəsi kimi daha konkret formada ifadə edilməlidir. Aİ-yə görə enerji təhlükəsizliyi bir qayda olaraq özündə infrastrukturun fiziki müdafiəsini ifadə edir.19 Enerji təhcizatının tənzimlənməsində də Aİ haqqında sdandartlar təsis edilmişdir. Aİ-nin 2000-ci il Yaşıl kitabına görə siyasi, iqtisadi, hüquqi aspektdə “davamlı enerji təhcizatı dedikdə bütün istehsalçılar üçün məqbul qiymətlərlə enerji daşıyıcılarının fasiləsiz olaraq bazara daxil olması başa düşülür.20 Ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyi beynəlxalq hüquqi əməkdaşlıq olmadan mümkün deyildir. Bu mənada AB ilə AR arasında enerji təhlükəsizliyi sahəsində yaradılmış əməkdaşlıq təqdirə layiqdir və bu əməkdaşlıqdan istifadəni stiullaşdırmaqla regional sülhün və təhlükəsizliyin beynəlxalq hüquqi təminat vasitələrdən biri kimi qiymətləndirilməlidir.
19. Protecting Europe: Ensuring te stcurity of energy and transport services across the European Union, Brussels. BC 2005
20. Green Paper. Tovards a European Strategy to the security of energy supply-Luxembourq Office Publications of the European Communities, 2001.p.9
|
"Əsrin müqaviləsi" və ondan sonra gələn sazişlər, o cümlədən yeni əsrin yeni müqaviləsi neft sənayesinin dirçəlişindən və birbaşa iqtisadi qazancdan başqa maşınqayırma, kənd təsərrüfatı, elektron -kommunikasiyalar, yeni iş yerlərinin açılması üçün əlverişli şərait yaratmışdır. Konsorsiumun tərkibinə ABŞ, Rusiya, İngiltərə, Türkiyə, Səudiyyə Ərəbistanı, Norveçli şirkətlərinin daxil olması sayəsində Azərbaycanın elmi və mədəni əlaqələri genişlənmişdir.21 Azərbaycanda energetika siyasətinin ən mühüm istiqamətləri və parametrləri ölkənin Energetika strategiyasında təsbitini tapmışdır. Strategiyanın həyata keçirilməsinin səmərəli bazar mühitinin formalaşdırılması, təsərrüfat subyektlərinin strateji təşəbbüslərinin dəstəklənməsi, texniki tənmizləmə kimi əsas mexanizmləri müəyyən olunmuşdur. Ekoloji səmərə və nüvə enerjisinin qeyri-kütləviliyinin artması sayəsində Avropa energetika bazarında təbii qaz üstünlük verilən yanacağa çevrilir. Xüsusəndə Rusiya qazının əsas istehlakçısı olan Almaniya təbii qaza daha çox ehtiyac duyur, belə ki bu ölkə mərhələli şəkildə nüvə enerjisindən imtinanı planlaşdırır. Avropa İttifaqı nümayəndələri qeyd ediblər ki, 2011-ci ildə Avropada İllik qaz istehlakı təxminən 500 milyard kubmetr təşkil edib, bunun ildə 125 mlrd. kubmetri Rusiyadan idxal olunub. Aİ-nin "Cənub qaz dəhlizi" yaradılması üzrə səyləri Avropanın Rusiya qazından asılılqdan azad edilməsinə yönəlmiş enerji təchizatının müxtəlifləşdirilməsi layihəsinin bir hissəsidir.22 Ümumilikdə isə dünya iqsadiyyatında energetika sistemində təbii qaz çatışmazlığının bəzi Şimal ölkələrində problem yaradacağı təhlükəsi var. Məhz buna görə də qlobal iqtisadi böhranla mübarizə ilə paralel aparılır. Avropanın enerji asılılığından qurtarması üçün göstərdiyi cəhdlər, Rusiyanın bu asılılığı artırmaq üçün apardığı işlər daha da kəskinləşib. Faktiki olaraq bir neçə ildir ki, Avropaya qaz satışını reallaşdıracaq Şimal və Cənub dəhlizləri arasında mübarizə gedir. Bu mübarizədə kimin qalib gələcəyi isə onların iştirakçıları olan dövlətlərin təklif edəcəyi variantların uyğunluğundan asılı olacaq.
BTƏ və TANAP “Cənub” qaz dəhlizinin mühüm tərkib hissələridir. Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsinin müəyyən edilməsi isə, “Cənub” qaz dəhlizinin böyük hissəsinin razılaşdırılması deməkdir.
Bu istiqamətdə mühüm addım 2011-ci və 2012-ci illərdə Azərbaycan və Türkiyə hökümətləri arasında Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsinə dair sazişlərin imzalanması oldu. Bu boru xətti BTƏ-dən gələn qazı Yunanıstanla sərhədə çıxaracaq. TANAP layihəsi Trans Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistan gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək.
22. Aİ: “Cənub qaz dəhlizi” Azərbaycanla əməkdaşlığı möhkəmləndirəcək. http://ar-trend.az/capital/energy/2210087.html
|
Ümumiyyətlə TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Azərbaycan “Şahdəniz”in ardınca Avropanı əlavə qazla təmin edəcək digər layihələri də inkişaf etdirmək əzmindədir. Bu baxımdan, Yaxın Şərq və Şərqi Aralıq dənizi hövzəsi də Türkiyə ərazisindən keçərək TANAP ilə “Cənub qaz dəhlizi”ni təhciz etmək potenisalına malikdir. Buna görə də Azərbaycana gələcəkdə daha çox ixrac marşrutu lazım olacaq və TAP layihəsi ilə bağlı qərar həqiqətən də qarşılıqlı mənfəətə əsaslanan yanaşmanı əks etdirir. Müasir dövrdə Avropa İttifaqı ölkələrinin neft-qazla təminatında əsas rolu Yaxın Şərq və Rusiya enerji mənbələri oynayır. Lakin dünya neft-qaz ehtiyatının 55,3%-nə sahib olan Yaxın Şərq hələ ki, etibarlı təminat yeri hesab edilmir, çünki regiondakı arası kəsilməyən qarşıdurma və müharibələr mənbəyin etibarlılıq dərəcəsini azaldır. Enerjiyə artan yüksək qlobal tələbat gələcəkdə də neft-qaz ehtiyatları məsələsini daha da aktuallaşdıracaqdır. Rusiyanın 24 fevral 2022-ci ildə Ukranyaya hərbi müdaxiləsi də bu ölkənin etibarlı təminat yeri olmadığını bir daha üzə çıxardı.
Enerji ehtiyatlarının tranzit nəqlinin beynəlxalq hüquqi tənzimetməsinə zərurət bir sıra faktorlardan asılı olmuşdur. Enerji resurslarının coğrafi paylanmasındakı qeyri-mütanasiblik, enerji ehtiyatlarının fiziki xüsusiyyətləri, onların nəqli xərcləri, təhcizat mənbələrinin şaxələndirilməsi zərurəti, özünü təminatın səviyyəsi və s. faktlar tranzitə təsir edən məsələlərdir.23 Bu faktorlar tranzitin variantlarına, bunun ardına isə onların beynəlxalq hüquqi tənzimlənməsinə əhəmiyyətli formada təsir edir.24
Ona görə də enerji daşıyıcılarının nəqlinin boru kəmərləri ilə beynəlxalq nəqli dövlətin strateji əhəmiyyət verdiyi məsələlərdəndir.
23.
24. Lauterpacht E. Freedom of Transit in İnternational Law. L. 1958, p.15. Freedom
|
Enerjinin əldə olunması ilə əlaqədar təbii ehtiyatlardan istifadənin genişlənməsi nəticəsində ətraf mühitə mənfi təsirin artması hüquq normalarının təsirini və onların təkmilləşdirilməsini tələb edir. Enerji daşıyıcılarından başlıca yerdə özümün geniş istehlak həcminə görə şübhəsiz ki, neft və təbii qaz dayanır. Buna görədə onların tranzit nəqlinin beynəlxalq və dövlətdaxili hüquqi tənzimləməsi də daha çox əhəmiyyət kəsb edir. Hüquqi tənzimetmə əsasən iqtisadiyyatın inkişaf stimulunu təmin etməli, hüquqi və fiziki şəxslərin enerjiyə tələbatını təmin etməlidir ki, dövlətlərin energetika strategiyalarının əsas üstünlüyü də bu istiqamətdə formalaşdırmaqdadır. Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi tənzimlənməsini aktuallaşdıran əsas məsələlərdən biri region dövlətlərinin fərqli maraqlara malik olmasıdır. Enerji ehtiyatlarının dünyada qeyri-bərabər yerləşməsi, energetika kompleksində investisiya və vəsaitlərin çatışmazlığı, XXI əsrdə sənayeləşmənin yeni bir mərhələyə qədəm qoyması ilə enerji ehtiyatlarına tələbatın artması enerji məhsullarının ticarətini daha da genişləndirmişdir ki, bu da həmin ehtiyatların hasilatçı dövlətlərdən istehlak bazarlarına təhlükəsiz çatdırılması kimi problemi onun beynəlxalq hüquqi həlli zərurətini də gündəmə gətirir. Bu problemin qarşısının alınmasının əsas vasitələrindən biri region dövlətlərinin maraqlarının uzlaşdırılması üzrə beynəlxalq hüquqi əməkdaşlığı təmin etmək olar. Bunun üçün həlli vacib olan beynəlxalq hüquqi məsələlər həyata keçirilməlidir. Təbii ehtiyatların çatışmazlığı enerji təhlükəsizliyi baxımından daha geniş məkanda və miqyasda əməkdaşlıq zərurətini yaratmışdır. Müasir dövrdə enerji təhlükəsizliyinin daha aydın formada meydana çıxması əhalinin artımı ilə, ehtiyatlarının tükənmə meylləri ilə əlaqədardır.
Enerji təminatı bəşəriyyətin inkişafı ilə sıx bağlıdır. İnsanın təlabatı yalnız enerjinin əldə olunması şəraitində ödənilə bilər, enerji nə qədər əlverişli və asan əldə olunarsa insanın həyat keyfiyyəti bir o qədər yüksək olar. 1951-ci il Avropa Enerji Xarfiyasında və 1994-cü il Enerji Xarfiya Müqaviləsində enerji təhlükəsizliyinin insan hüquqları aspekti birbaşa ifadə edilməsə də ümumi məzmun həmin məqsədə xidmət edir. Demokratik ölkələrdə siyasi rejimin demokratik inistutları əmlak hüququnun toxunulmazlığından iqtisadi rəqabətin mövcudluğundan, antikorrupsiya və antiinshisar fəaliyyəti təmin edən qanunvericilik əsasının bərqərar olmasından asılıdır. Qeyd edilən tədbirlər demokratik inkişafın əsas elementlərindən biridir.25
Enerji təhcizatında sosial aspekt daha ətraflı formada Avropa İttifaqı hüququnda təsbit olunmuşdur.
Beynəlxalq neft boru kəmərinin hüquqi tənzimetməsi Qərbi Avropa ölkələrinin təcrübəsində geniş yer tutur. Bunlar əsasən ondan ibarətdir ki, bu sahədəki layihələr dövlət nəzarətində olur. Həmdə əsas məsələ kimi burada neftin çatdırılması, tarif məsələləri, texniki məsələlər və ekoloji məsələlər tənzimlənir. Hazırki qloballaşmanı nəzərə alsaq belə hesab etmək olar ki, gələcəkdə dövlətlərin bu sahədə müvafiq qanunları arasında fərqlər tamamilə aradan qalxacaq. Hazırda beynəlxalq neft və qaz boru kəmərlərinin müxtəlif hüquqi sistemləri vardır. Dövlətdaxili sistemlərdə beynəlxalq hüquq normaları tətbiq edilməsə də, xarici investisiya ilə bağlı məsələlərdə beynəlxalq hüquq normaları tətbiq edilir. Enerji təhlükəsizliyinin təmin edilməsi baxımından enerji resurslarının sabit və davamlı nəqli mühüm əhəmiyyət kəsb edir. Enerji Xarfiya Müqaviləsinin 7-ci maddəsi tranzitlə bağlı mübahisələrin həlli zamanı barışıq-vasitəçilik proseduruna əsaslanır. Müvafiq olaraq, enerji resurslarına malik olan ölkə kimi Azərbaycan Respublikası da özünün strateji maraqlarını təmin etməlidir. AR-in enerji diplomatiyası ikitərəfli və çoxtərəfli (regional) səviyyədə həyata keçirilməkdədir. AR-in enerji diplomatiyasında enerji resurslarının hasilatı və dünya bazarına çıxarılması ilə yanaşı özünün enerji tranzit ölkəsi statusuna düşməsi, müəyyən əhəmiyyət kəsb edir. Bu zaman Avropa İttifaqı istiqamətində Əməkdaşlıq daha çox diqqəti cəlb edir. Rusiya Federasiyasının enerji kampaniyalarının AR-in energetika sektorunda fəaliyyət göstərmələrinə baxmayaraq bu dövlətlə AR arasında ciddi tranzit rəqabəti mövcuddur. AR-in enerji resurslarının dünya bazarına hansı istiqamətdə çıxarılması yalnız qonşu dövlətləri deyil, Avropa İttifaqını, ABŞ-ı, OPEC üzvü olan dövlətləri və d. Də maraqlandırır. Aİ və ABŞ üçün alternativ enerji dəhlizlərinin yaradılması enerji təhlükəsizliyi üçün nə qədər vacibdirsə, enerji ixrac edən ölkələr üçün Orta Asiya – AR və Türkiyə enerji dəhlizinin yaradılması arzu olunan hal deyil. Bu halda dünya enerji bazarında rəqabət qaydalarının bərqərar olması baş verir.
25. ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
|
Sovet İttifaqının dağılmasına kimi dünya enerji bazarında həlledici mərkəz kimi SSRİ və Yaxın, Orta Şərq, İran körfəzi dövlətləri çıxış edirdilərsə, hazırda Xəzər hövzəsi ölkələri və bir sıra Orta Asiya dövlətləri qlobal enerji bazarına daxil olmaqdadır. Enerji ehtiyatlarının ixracında regionların və tranzitin alternativliyinin təmin edilməsi bilavasitə ümumi enerji təhlükəsizliyilə əlaqələndirilir. Avropa İttiaqında 2006-cı ildə Enerji Təhlükəsizliyi haqqında Bəyannamənin qəbulu enerji əməkdaşlığının yeni, strateji mərhələsinin başlanğıcını qoymuşdur.
Energetika sənayesinin inkişaf etdirmək üçün rəqabət mühitinə zərurət duyulur. Bu zaman bazarın liberallaşdırılması problemi meydana gəlir ki, bu da liberallaşdırma prinsipi ilə təmin edilir. Liberallaşdırma prinsipi kommersiya qaydalarına uyğun olaraq beynəlxalq bazarlara çıxışı təşviq etməklə energetika material və məhsulların rəqabətə əsaslanan açıq tipli bazarının inkişafı məqsədilə əməkdaşlığı nəzərdə tutur. Region dövlətlərinin enerji resurslarının Avropa enerji hüququnun prinsipləri əsasında region dövlətlərinin energetika qanunvericiliyinin formalaşdırılması üçün Avropa İttifaqı tərəfindən “Bakı təşəbbüsləri” nə istinaq edilir. Təşəbbüs 2004-cü ilin sonunda (noyabrda) “Xəzəryanı dövlətlər və onların qonşu ölkələri ilə Avropa İttifaqı arasında energetika əməkdaşlığı” konfransında təsis edilmişdir.
2.3. TANAP və TAP qaz kəmərləri: hüquqi tənzimləmə, mövcud problemlər və onların aradan qaldırılması vasitələri
2012-ci il iyunun 27-də Azərbaycan və Türkiyə arasında Trans-Anadolu təbii qaz kəməri-TANAP barədə müqavilə imzalandı. Bu boru xətti Bakı-Tbilisi-Ərzurumdan gələn qazı Yunanıstanla sərhədə daşımalıdır və TANAP layihəsi Transxəzər qaz kəmərinin həyata keçməsi üçün də yeni imkanlar açmaqdadır. Türkmənistan və Qazaxıstanın bu layihəyə qoşulacağı təqdirdə Şərq-Qərb enerji dəhlizinin formalaşması ilə Azərbaycanın Avropa İttifaqının enerji təhcizatında rolu daha da arta bilər. Azərbaycan Xəzər hövzəsində “Şahdəniz” qaz yatağının işlənməsindən sonra yeni qaz layihələrini də inkişaf etdirməklə Yaxın Şərq və Şərqi Aralıq dənizi hövzəsi də Türkiyə ərazisindən keçəcək TANAP ilə “Cənub qaz dəhlizini təmin etmək gücünə malik olur. Şübhəsiz ki, TANAP Azərbaycanın Avropanın enerji bazarlarına interasiyası, eləcə də təhlükəsiz tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən böyük imkandır. TANAP Cənub Qaz Dəhlizinin reallaşması qabaqcıl bir layihədir. Mümkün uzunmüddətli perspektivdə Avropa ilə enerji ticarəti Azərbaycan Respublikasına Rusiya Federasiyasının himayəsindən azad olmaq və beləliklə də digər dövlətlərlə çoxdan gözlənilən iqtisadi və siyasi yaxınlığa nail olmaq imkanı yaradacaq. TAP layihəsinin müəyyən edilməsi isə “Cənub qaz dəhlizinin böyük hissəsinin razılaşdırılması deməkdir.27
27. http://az.trend.az/capital/energy/1706660.html
|
Tədricən qaz təhcizatlarının diversifikasiyası və TANAP layihəsi vasitəsilə təhcizatın təhlükəsizliyinin gücləndirilməsi Türkiyənin iqtisadi artımına müsbət təsir göstərəcək. Bundan əlavə, layihə Avropa dövlətləri ilə yeni ticarət əlaqələri yaradacaq və heç şübhəsiz ki, hər iki regional gücün dünyanın enerji bazarlarındakı nüfuzunu gücləndirəcək. Trans-Anadolu Qaz Kəmərinin (TANAP) layihəsinin həyata keçirilməsi 7 mlrd. ABŞ dollarına başa gələcək layihə dörd mərhələdə həyata keçirələcək. Onun ilk mərhələsi 2018-ci ildə başa çatması planlaşdırılmışdı. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. Kubmetrə, 2023-cü ildə 23 mlrd. Kubmetrə, 2026-cı ildə isə 31 mlrd. Kubmetrə çatdırılması planlaşdırılmışdır. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. Kubmetr Azərbaycan qazının 10 mlrd.kubmetri Avropaya, 6 mlrd.kubmetri isə Türkiyəyə satılacaq.
Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil verilməsi planlaşdırılmışdır. TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzər dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilmişdir. Dəhlizin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsilə Avropa nəql ediləcək, Avropanın Enerji təhlükəsizliyində mühüm rol oynayacaq Şahdəniz qaz yatağı Cənub Qaz Dəhlizin həyata keçirilməsinə şərait yaradır. Qeyd edəcəyimiz 4 lahiyələr birlikdə Cənub Qaz Dəhlizi kimi tanınır:
1)Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi(CQBK)
2)Şahdəniz-2 lahiyəsi
3) Trans Anadolu Boru kəməri TANAP şahdəniz qazını Türkiyə ərazisi boyunca nəql edəcək. 4. Trans Adriatik Boru kəməri TAP qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. 2011-ci ildə Azərbaycan ilə Avropa ittifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu memorandum TANAP və TAP lahiyələrinin reallaşdırılmasına təkan verdi. 2012-ci il iyunun 26-da Azərbaycan Respublikası Höküməti və Türkiyə respublikası Höküməti arasında Trans Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş imzalanmış və hər iki dövlətin qanunverici orqanları həmin sazişi rafitikasiya etmişlər. 30iyun 2013-cü ildə TAP lahiyəsi üzrə beynəlxalq saziş imzalanmışdır. TAP və Saziş konsorsiumlarının imzaladıqları sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış etdi. Sazişin 2-ci maddəsinə əsasən Sazişin heç bir müddəası hər hansı Dövlətin Enerji Xartiyası sazişi və ya hər hansı başqa beynəlxalq sazış üzrə və ya beynəlxalq hüquq üzrə hüquq və ya öhdələdiklərini hər birinin yerinə yetirilməsinə dair öhtəlik götürməsi qeyd edilir. Sazişin 4-cü maddəsi hər bir iştirakçı dövlətdən biri nümayəndə olmaqla Sazişin həyata keçirilməsinə nəzarət edəcək və sürətləndirəcək komitənin yaradılmasına dair razılığa gəlməsi qeyd olunur.
TANAP komitəsi adlandırılan bu komitə Sazişin həyata keçirilməsinə nəzarət üçün dövlətin adından iştirak etmək üçün nümayəndələrə səlahiyyət verir. Daha sonra bu sazişin 7-ci maddəsində qeyd edilir ki əgər TANAP sisteminin ötürücülük qabiliyyəti azalarsa və ya Şahdəniz yatağının istismarının 2-ci mərhələsində əldə edilən və giriş nöqtəsində TANAP sistemi vasitəsilə tranzit edilməli qazın həcmində çatışmazlıq yaranarsa ötürücülük qabiliyyəti və həcmlər Şahdəniz yatağının istismarında 2-ci mərhələsində istehsal edilən qaz müvafiq Daşıyıcıları arasında bərabər sürətdə paylaşdırılacaqdır. Həmçinin bu maddədə dövlətləf Azərbaycan Respublikasına məxsus olan hüquqi şirkətlərin TANAP layihə şirkətindı ümumi iştirak payının 51% az olmaması barədə razılağa gəlmişlər. Sazişin 11-ci maddəsində tərəflərin məsuliyyəti barədə qeyd olunur ki, dövlət tərəfindən bu sazişdə müəyyən edilən öhtəliklərin yerinə yetirilməsində bütün zəruri hərəkətlərin edilməsində və ya hüquqların təmin olunmasında və yardımın göstərilməsində istənilən çatışmazlıq və ya imtina həmin dövlətin bu sazişə əsasən öhdələdiklərinin yerinə yetirilməsi hesab olunur. Səmərəli enerji yenidənqurması hər bir dövlətin tam və daimi suverenliyi prinsipi ilə uzlaşmalı milli plan və priotetlərə uyğun olaraq həyata keçirilməlidir. Müvafiq olaraq bütün ölkələr səmərəli enerji yenidənqurmasının təmin olunmasında ümumi maraqları paylaşmalıdırlar. Bu zaman enerji planlaşdırılması və enerji yenidənqurması beynəlxalq iqtisadiyyatın sabit inkişafına yönələrək ayrı-ayrı ölkələrin maraqlarına uyğun texniki və iqtisadi cəhətdən sabit olmalı enerjinin yenj və bərpa olunan mənbələri konsekpsiyasını təşviq etməlidir. Bu mənada günəş enerjisi, külək enerjisi,nüvə enerjisinin yeni imkanları nəzərə alınmalıdır.
Dünya iqtisadi sistemində baş verən dəyişikliklər həmçini qloballşama prosesini geniş miqyas alması maliyyə ehtiyatlarının əmtəə və xidmətlərin hərəkət azadlığının və nəhayət beynəlxalq enerji təhlükəsizlik konsepsiyasının meydana gəlməsi və digər səbəblər müvafiq sahədə beynəlxalq enerji hüquq qaydasının formallaşdırılmasını zəruri etmişdir. Müasir beynəlxalq problemlərin insan hüquqlarının müdafiəsinin enerji təhlükəsizliyinin kütləsi miqrasiya və.s həllində də beynəlxalq iqtisadi maraqların nizamlanmasını təmin edəcək nümunəvi beynəlxalq hüquq qaydasının meydana gətirilməsi dayanır.
Neft-qaz ehtiyatları ilə təminat strateji əhəmiyyat daşıdıqca və beynəlxalq boru kəmərlərinin şəbəkəsi instrukduru genişlədikcə boru kəmərlərinin hüquqi tənzimlənməsinədə daha ciddi diqqət yetirilməyə başlanılır. Beynəlxaq neft-qaz boru kəməri transərhəd və beynəlxalq miqyas kəsb etdiyi üçün onun hüququ statusu beynəlxalq hüquq normaları ilə tənzimlənir. Beynəlxalq boru kəmərinin Beynəlxalq hüquqi statusu bu sahədə nəqliyyat tranzit investisiya ətraf mühitin mühafizəsi və.s üzrə hökümətlərarası müqavilələr bağlanmaqla formalaşdırılır. Təbii qazında ehtiyatları neft məhsulları kimi dünyada qeyri-bərabər coğrafi yerləşməyə malik olduğundan bu vəziyyət təbii qazın dünya bazarının formalaşdırlamsı istiqamətində dövlətlərarası beynəlxalq hüquqi əməkdaşlıq üçün də yeni səhifələr açmış olur. Xəzər bölgəsinin təbii qaz ehtiyatları müxtəlif mənbələr tərəfindən müxtəlif ölçülərlə verilsədə ümumi hesablamalara görə bu bölgədə 10 trilyon m³ təbii qaz ehtiyatının olduğu bildirilir.28
28. Akbarov İ.T. The role and Economie İmportance of Caspian Sea Region. Materials on the İnternati onal Conference
|
Dünya iqtisadıyyatında enerji ehtiyatlarına tələbatın artması enerji ehtiyatlarından istifadə sahəsində dövlətlərin əməkdaşlığını daha fəal sürətdə aparmağı zəruri edir. Regionun və Avropa ittifaqı ölkəlırinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunun daha da artacağı görünməkdədir. Avropanın enerji istehlakının idxal hesabına daha çox təmin ediləcəyi barədə ekspert rəyləri fondunda Azərbaycanın təbii qazının bu bazarlara nəqli xüsusilə böyük əhəmiyyat daşıyacaqdır. Azərbaycan tranzit ölkələr və Avropa ölkələri Cənub qaz dəhlizinin həyata keçirilməsində qətiyyətlidir. 2011-ci ilin əvvəlində Azərbaycan və Avropa ittifaqı ilə Cənub qaz dəhlizi ilə bağlı strateji tərəfdaşlığ üzrə imzalanmış memorandum uğurla həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, Cənub Qaz dəhlizi həm də qeosiyası geoiqtisadi bir lahiyədir. Bu lahiyə Avropanın enerji xəritəsinə yeni imkanlar gətirəcək.29 İlk dəfə olaraq Xəzər dənizi Qara dəniz və Aralıq dənizi ilə birləşdirən nəqliyyat instrakturu yaradılmışdır ki buda öz növbəsində bugün digər lahiyələrin uğurlu icrasına şərait yaratmışdır. Qaz nəqliyyat instrukturunun xüsusi ilə Bakı-Tiblisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti sayəsində Azərbaycan Avropa ittifaqı ölkəlirinin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. Azərbaycan enerji-nəqliyyat instrakturuna fəal sürətdə investisiya qoyaraq ixrac marşurtlarının Şaxələndirilməsinə çalışır. Hazırda müxtəlif marşurtlar üzrə Z boru kəməri Azərbaycanın neft və qaz ehtiyatlarını dünya bazarına çıxarır. Qlobal siyasətdə enerji ehtiyatlarının səmərəli istsmarı və bu sahədə söz sahibi olmaq aparıcı dövlətlərin prioritet maraqlarını təşkil edir.Qloballaşan dünyada super güclər artıq ərazi torpaq uğrunda deyil məhz enerji ehtiyatlarının istimarının ələ keçirilməsi uğrunda mübarizə aparırlar. Xəzər regionundan Avropa və Aralıq dənizi ölkələrinə neftin nəqlinin aşağıdakı marşurtları daha perspektivlidir. 1) BTC- ilin buraxıcılıq qabiliyyəti 50 Mln.ton. 2) Bakı-Supsa-illik buraxıcılıq qabiliyyəti 75Mln ton. 3) Camsun-Ceyhun- illik buraxıcılıq qabiliyyəti 60-70 Mln ton.4) Burqas-Aleksandropuls-illik buraxıcılıq qabiliyyəti 35-40 Mln ton. 5) Konstansa-Triyest illik buraxıcılıq qabiliyyəti 90 Mln ton. 6) Odessa-Brodi-illik buraxıcılıq qabiliyyəti 14,5 Mln ton. 7) Bakı-Novorsiyassı-illik buraxılış qabiliyyəti 5Mln ton. neft kəmərləri ilə tankerlərlə Batumidən ,Supsadan, Novrosiyassından, və kulevidən Odessaya, Samsuna , Burqasa və konstansaya dəmir yolu ilə Bakı-Batumi Bakı-Kulevi Bakı-Qars Neft əməliyyatlarının aparılması zamanı istifadə olunan müxtəlif müqavilə formalarının müqayisəli hüquqi təhlili hasilərdən pay bölgüsü sazişinin
29. Yeni enerji xəritəsi. http://bakupost.az/print.php?item_id=20130805101733258sec_id=2
On Caucasus and Central Asia Durinq Globalization. Baku, 2003, s.66-67
|
xüsusi əhəmiyyat daşımasını qeyd etmək lazımdır. Hasilatın pay bölgüsü
müqaviləsinin üstün cəhətlərinə dövlətin hasil olunmuş hasilin bir hissəsinə hüquqi aid edilməlidir.bu zaman dövlət məhsulun bir hisəssinin mülkiyyətçisinə çevrilir bu neftin qiymətinin yüksəldiyi indiki şəraitdə çox vacibdir. Burada dövlət bu məhsulu əldə etmək üçün öz ehtiyatlarını cəlb etmir və hazır məhsula sahib olmaqla istədiyi kimi istifadə edir. Neft hasilatı sahəsində bu Müqavilə formasından istifadə olunması perspektivli və iqtisadi cəhətdən əlverişlidir. Azərbaycan Respublikasında neft və qaz məsələləri (çıxarılması və istismarı) Enerji resurslarından istifadə haqqında 30 may 1996-ci il tarxili Azərbaycan Resoublikasının Qanunu Energetika haqqında 24 noyabr 1998-ci il Azərbaycan Respublikasının Qanunu və Qaz təchizatı haqqında 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikası ilə tənzimlənir.30 Qanun enerji resurlarından istifadə sahəsində dövlət siyasətinin hüquqi iqtisadi və sosial əsaslarını onun həyata keçirilmə mrxaniziminin əsas istiqamətlərini müəyyən edir. Bu sahədə dövlət ilə hüquqi şəxslər arasından münasibətləri tənzimləyir. Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar müəyyən edilərsə, beynəlxaql müqavilələrin qaydaları tətbiq edilir. "Şahdəniz - 2" mərhələ çərçivəsində hasil ediləcək təbii qazın Türkiyədən Avropaya nəql edilməsi üçün TAP boru kəmərinin seçilməsi iqtisadi və enerji potensiallından daha yaxşı və səmərəli istifadə etməyə imkan verir, investisiyaların artmasına, tromsmilli enerji lahiyələrinin həyata keçirilməsinə səbəb olmuşdur. Qaz ixracı marşurtları üzrə seçim onun gələcək perspektivləri və iqtisadi səmərəliliyi kimi göstəricilərinə görə müəyyənləşdirilmişdir, bu mənada TAP ən uğurlu variant hesab edilir. Bu kəmərin uzunluğu "Nabucco-West-dən" 459 km azdır və nəqliyyat xərcləri azaldmaqla dara rentabelli olur Azərbaycan neftininin İtaliya üzərindən Qərbi Avropa bazarlarına çıxarılmasına dünya bazarı qiymətinə satışını reallaşdıracağı görünməkdədir. Ona görədə demək olar ki, TAP Azərbaycan üçündə strateji əhəmiyyətə malik lahiyədir.
30. http://www.minenergy.gov.az/db Enerji resurslarından_istifadə_haqqında pdf_Energetika_haqqında.pdf;Qaz+techizatı+haqqında+Q.pdf
|
Şahdəniz-2 lahiyəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimi 17 dekabr 2013-cü ildə Bakıda həyata keçirildi. Bu layihə sazişi əsasında çıxarılacaq qazı Avropadaki istehlakçılara çatdırmaq üçün əlavə xətlərin gərəkliyi qeyd edirdi.Bu məqsədlə Cənub qaz dəhlizinin marşurtu müəyyən olunmuş və luna uyğun müvafiq işlər görülməyə başlanılmasının zəruriliyi qeyd edilməklə ilk növbədə Cənubi Qafqaz boru kəmərini CQBK gücününün artırılması nəzərə alındı bu kəmər vasitəsilə Azərbaycanın ərazisi ilə 443 km Gürcüstan ərazisi 248 km davam edən "Şahdəniz" qazının Gürcüstana və Türkiyəyə ötürülməsini həyata keçirilir. Enerji təhlükəsizliyini əsas elementlərindən biri təbii qazdır. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizlliyinən ayrılmazdır. Şahdəniz 2⁴ enerji lahiyəsinin reallaşdırılması xarici sərmayə baxımından ən böyük lahiyədir və Azərbaycanın mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını reallaşdıracaq bu lahiyəni həyata keçirəcək ilkin qiymətləndirməyə görə sərmayənin həcmi 45 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək. Uzunluğu 870 km olan Trans Adriatik Qaz kəməri TAP "Şahdəniz" yatağının ikinci bazasının mavi qazını Türkiyə, Yunanistan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq TAP lahiyəsini əsas mənbəyi " Şahdənizin" ikinci bazası çərçivəsində hasil olunacaq qazdır. Azərbaycan Şahdəniz qazını Avropaya Türkiyə ərazisindən TANAP boru kəməri ilə daşınacağını bəyan etdi və seçim mərhələsinə yekun vurulduqda "Şahdəniz konsorsiumu TANAP-ın davamı olaraq TAP-ı seçdi.31
Azərbaycan TAP marşrutunu seçməsi Azərbaycanın Avropaya qaz nəql etməsində Türkmənistan qazından asılı olmadığını nümayiş etdirdi. Türkmənistan və Avropa ittifaqı razılaşan kimi Azərbaycan öz sərhədində Türkmən qazını alıb Avropaya nəql edə bilər və yaxud Türkmənistana Azərbaycan qaz nəql üçün öz ərazisini tranzit kimi təqdim edə bilər. Azərbaycanın qaz nəqlinə dair strategiyası Azərbaycan dövlətininin Avropa üçün ertibarlı enerji tərəfdaşına çevrilməsinə imkan yaradıb. Avropa ittifaqının Azərbaycanın enerji ehtiyatlarında maraq göstərdiyi əsas təbii resurs qazdır. Azərbaycan qazının Avropaya çatdırılması Avropa ittifaqı 3 əsas fəaliyyət dəhlizindən istifadə edir. Azərbaycan və Gürcüstan əhatə edən Cənubi Qafqaz boru kəməri Türkiyədən keçən trans Anadolu boru kəməri. TANAP və yunanistan və Albaniyadan keçərək İtaliyaya gəlib çıxan Trans Adriatik boru kəməri TAP.32 Hazırda Xəzər Hövzəsindən Hasil edilən neftin Qara dəniz , Aralıq və Baltik dənizlərin limanlarına Mərkəzi Avropaya çatdırılması üçün transmilli enerji ixracının şaxələndirilməsi ilə ixrac təhlükəsizliyini təmin etməklə regionun neft-qaz ölkələrinin maraqlarına eyni zamanda Avropanın enerji təhlükəsizliyinə xidmət edir. 2007-ci ilin oktyabrnda Vilnusda "Vilnus enerji təhlükəsizliyi konfransı 2007 məsul tərəfdaşlar üçün məsul energetika adlı beynəlxalq konfransda Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çatdırılması üçün Azərbaycan ,Gürcüstan, Ukranya, və Polşanın ərazisindən keçməklə xəzər dənizindən Avropaya və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin reallaşdırılmasını təmin etməkdən ötrü və milli şirkətlərin iştirakı ilə yeni konsorsiumun Sarmatiyanın yaradılması barədə razılığa gəlmişdir. Belə bir konsorsiumun yaradılması Avropa Birliyinin enerji təhlükəsizliyi maraqlarına tam cavab verir.33 Azərbaycan Respublikası tərəfindən enerji məsələlərini tənzimləyən əsas müqavilələrin imzalanması təbii qazın nəqli və Azərbaycan neftinin Avropa ittifaqı tərəfindən istehlakı prosesinə hüquqi təminat yaratmış olur. TANAP lahiyəsi nəyinki Şahdəniz yatağından eyni zamanda Azərbaycan ərazisindən digər qaz yataqlarındanda hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli iqtisadi dəyərə malikdir. TANAP Türkiyə-Gürcüstan sərhədinən birbaşa Cənubi Qafqaz boru kəməri ilə birləşib Türkiyə Yunanıstan sərhədlərində isə TAP-la birləşir. TANAP-la bağlı Azərbaycan Türkiyə respublikalaları arasından anlaşma Memomrandumu 24 dekabr 2011-ci ilsə imzalanmışdır. TANAP lahiyəsi üzrə Türkiyə respublikası və TANAP şirkəti arasında Tranzit ərazisinə malik ölkənin höküməti ilə "Saziş" və Azərbaycan ilə Türkiyə respublikaları arasında Hökümətlərarası saziş 26 iyun 2012-ci ildə imzalanmış və hər iki dövlətin müvafiq hüquqi instansiyaları tərəfindən ratifaksiya olunmuşdur. Cənub Qaz Dəhlizinin reallaşması üçün hazırda dəhlizin 4 elementi –“Şahdəniz 2”, yatağı Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi TANAP və TAP lahiyəsi üzrə işlər uğurla yekunlaşmışdır. 12iyun 2018-ci ildə Türkiyənin ərazisində TANAP qaz kəməri istifadəyə verilmişdir. Biz enerji təhlükəsizliyini Avropa İttifaqı baxımından qiymətləndirdiyimiz zaman enrrjinin Avropa və beynəlxalq bazarlara sərbəst və fasiləsiz tələb olunan miqdarda etibarlı müxtəlif təchizatlardan və əlverişli qiymətlərlə nəql edilmişdir. Bundan əlavə təmiz enerji mənbələrinə çıxış enerjidən istifadədə enerjinin yüksək səmərəliyi təmin edilməsi enerjidən istifadədə mənbələrin şaxələndirilməsi Daxili enerji istehsal imkanlarının araşdırılması və bütün bunlarla ətraf mühitin qorunması enerji təhlükəsizliyi baxımından Avropa ittifaqı üçün böyük strateji əhəmiyyətə malikdir.Hazırda Avropa ittifaqı neftin 82% qazın 57%-ni idxal edirki, bu göstəriciklərə görə o,
31. “TAP” layihəsi birbaşa Xəzər dənizini Avropa ilə əlaqələndirəcək” http://www.anspreess.com/index.php?a=2lng=azvənid=210231
32. Flegel T.Foreign Actor`s İnfluence on Azərbaijan`s Energy Policy. Decisions under complex uncertainty. Mannheim, Springer, 2016, p.15(487p)
33. Atakişiyev M.Davamlı və sabit inkişafa təminat yaradan uğurlu neft strategiyası//Azərbaycan qəzeti, 2011, 21 sentyabr, №2007, s.3
|
dünyada ilk yeri tutur. Avropa ittifaqının enerji siyasəti haqqında konsepsiya ilk dəfə
34. http://europa.eu.int/-Avropa İttifaqının rəsmi saytı
35. N.Ç.Baxışov. Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan transregional qaz layihələrinin rolu. “Maliyyə və uçot”-2015-№1 S. 44-51
|
Avropa şurasının 27.10.2005-ci il tarixində Londonda keçirilmiş iclasında qəbul edilmişdir. Avropa enerji siyasətinin əsas prinsipləri Dayanıqlı və Təhlükəsiz enerji naminə Avropa startejiyası Planında təsbit edilmişdir. Bu Avropanın enerji təhlükəsizliyi məsələləri ilə yanaşı post sənaye cəmiyyətində ekoloji təmiz yanacağın tətbiqi nəzərd tutur.34 Avropa ittifaqı enerji sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə ittifaqdaxili direktivlər qəbul etməklə yanaşı həmçinin Enerji xartiya Müqaviləsi, Kyoto, Protokolu kimi beynəlxalq sazişlərə qoşulmuş regionda və qitədə qonşu ölkələrlə enerji sahəsində əməkdaşlığa dair lahiyələrə imza atmışlar.(İNOGATE Bakı Təşəbbüsü və.s) Belə lahiyələrə Avropa Qonşuluq Siyasəti çərçivəsində Enerji Əməkdaşlığına dair Anlaşma Memorandumların (Azəebaycan , Qazaxıstan,Ukranya, Əlicazairlə) Azalıq hövzəsi ölkələri ilə Assosiya Sazişlərini Avropa ittifaqı Afrika səzişlərini göstərmək olar.Nəzərə alsaq ki, Rusiya Aİ-ni qazla təmin edən əsas enerji ölkəsidir. O zaman birliyin enerji təhlükəsizliyi məsələsi mühüm məsələyə çevrilir. Hazırda Aİ buna təchizat mənbələri üzrə diversifikasiyasiyaya nail olmaq və maye-qaz terminalların tikintisi ilə nail olmaq istəyir.Şimal dənizindəki qaz yataqlarının mövcudluğuna baxmayaraq, Aİ idxal olunan qazdan birbaşa asılıdır. Avropa təbii qaz ticarəti assosiyası Euroqazın məlumatına görə A1-nin qaz istehlakının 38%-ni birlik ölkələrinin payına düşür. Aİ qazı əsasən Rusiya istehlakın (23%-i) Norveç (18%) və Əlicəzairdən (10%) idxal edir. “Şahdəniz 2” TANAP və TAP dünyanın ən iri enerji lahiyələrindədir Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. Cənub Qaz Dəhlizi Avropa və Xəzər regionu arasında enerji və nəqliyyat əlaqəsi yaradacaq yeni ipək yolu rolunu oynayan vasitə kimi qəbul edilir.35 Təbii ki,enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Bu səbədən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə həmiçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. "Cənub Qaz Dəhlizi " Aİ-nin enerji siyasətinin tərkib hisəssidir həmçinin Avropa ittifaqı üçün geosiyası əhəmiyyat daşıyır.
NƏTİCƏ
Müasir dövrdə qloballaşma şəraitində Avropanın enerji tələbatı artmaqda davam edəcəkdir. Avropanın daxil olunan enerjidən asılılığı qalmaqda davam edəcəkdir dünyanın ən çox enerji istehlak edən ölkələri sırasında olacaq enerji qiymətləri artacaq ətraf mühit və potensial təhlükələrlə üz-üzə olacaqdır. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP və TAP qaz kəmərləri vasitəsilə “Şahdəniz 2” lahiyəsi çərçivəsində çıxarılan təbii qaz Avropanın enerji təminatında öz yerini tutmaqdadır. Müasir dünyada baş verən qloballaşma iqtisadi sxemdə baş verən dəyişikliklər maliyyə ehtiyatlarının əmtəə və xidmətlərin hərəkət azadlığın ın beynəlxalq enerji konsepsiyasının meydana gəlməsi və.s səbəblər mövcud sahədə beynəlxalq enerji hüquq qaydasının formalaşdırımasını zəruri etmişdir. Enerji ehtiyatları ilə təminat strateji əhəmiyyat daşıdığından beynəlxalq boru kəmərlərinin hüquqi tənzimlənməsində ciddi diqqət yetirilməyə başlamışdır. Hökümətlərarası beynəlxalq müqavilələr bağlamlamaqla beynəlxalq boru kəmərlərinin beynəlxalq hüquqi statusu formalaşdırılır. Avropa ittifaqı ölkələrində iqtisadiyyatın inkişafı enerjiyə ehtiyatlarına tələbatı artırır və bu öz növbəsində enerji ehtiyatlarından istifadə sahəsində dövlətlərin əməkdaşlığını fəal sürətdə artdırmağa zəruri edir. Avropa ittifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasıdır. Xəzər Hövzəsinin, Azərbaycan rolu artmaqdadır. Bu baxımdan 2011-ci ildə Azərbaycan Və Avropa ittifaqı arasında Cənub Qaz ilə əlaqədər starteji tərəfdaşlıq üzrə imzalanmış memorandum xüsusi qeyd edilməlidir çünki nu layihə həm iqtisadi həm geosiyası lahiyədir. Bakı Tiblisi Ərzurum qaz boru kəmərinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan Avropa ittifaqı ölkələrinin vacib qaz ixracatçısına və enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilməkdədir. Bugün qloballaşan dünyada super güclərin enerji ehtiyatlarına nəzarət etmək uğrunda neçə müharibə apardıqları göz qabağındadır, açıq-aydın görünməkdədir. Xəzər Hövzəsinin Azərbaycan sektorunda “Şəhdəniz-2” mərhələ çərçivəsində hasil ediləcək təbii qazın Türkiyədən Avropaya nəql edilməsi üçün TAP boru kəmərinin seçilməsi transmilli enerji lahiyələrinin həyata keçirilməsinə səbəb olmuşdur. Bu mənada TAP uğurlu layihə hesab edilə bilər. Məhz Şahdəniz konsorsiumu lahiyələrə dair seçim mərhələsinə yaxın vurulduqda TANAP-ın davamlı olaraq TAP-ı seçmiş di. Azərbaycanın qaz nəqlinə dair strategiyası onun Avropa ittifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildiyini görürük. Azərbaycan enerji məsələlərini tənzimləyən əsas müqavilələri imzalamışdır ki, bu da karbohidrogen ehtiyatlarının Avropa itifaqına ixrac edilməsi prosesinə hüquqi təminat vermiş olur. Bu gün Avropa İttifaqı neftin 82%-ni qazın 57%-ni idxal edir. Nəzərə alsaq ki , Rusiya Avropa ittfaqının əsas qaz təminatçısıdır o zaman Avropa birliyinin enerji təhlükəsizliyini məsələsi ciddi nəticələr çıxartmağa məcbur edir Avropa birbaşa idxal olunan qazdan asılıdır. Qeyd edək ki,hər bir ölkənin enerji təhlükəsizliyi Onun milli təhlükəsizliyindən ayrılmazdır. Onunla sıx bağlıdır. Avropa birliyi ölkələrinin Rusiya Federasiyasından enerji sahəsində asılılığı kifayət qədər riskli olmaqla yanaşı eyni zamanda tez -tez Rusiya tərəfindən siyasi təzyiq vasitəsi kimi istifadə olmuşdur və istifadə olunmaqdadır. Biz bunu 2022-ci il fevral ayının 24 -dən başlanan Rusiya Ukranya müharibəsi fondunda daha aydın görürük. Avropa ittifaqının enerji startegiyasında Xəzər hövzəsinin Azərbaycan ,Qazaxıstan və Türkmənistanın çox böyük karbodigen ehtiyatları Avropanın enerji təminatında alternativ enerji ehtiyatları kimi istifadə etməyin mümkünlüyünü nəzərdən qaçırmamaq qeyd olunur. İlkin variantda əsas mənbələrdən biri kimi Azərbaycanın Xəzər hövzəsindən əldə edilən neft və qaz ehtiyatları vacib rol oynamaqdadır. Dərinləşməkdə olan iqtisadi isə enerji böhranı Avropa birliyindən təcili tədbirlər görülməsini istəyir. Xəzər hövzəsinin enerji ehtiyatlarının şaxələndirilməsi ilə bir neçə lahiyələrin fəaliyyət göstərməsi Avropa birliyinin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyat daşıyır. Bu mənada BTC, Bakı - Novorossiyası Bakı-Tiblisi-Ərzurum Nabrukko TANAP, TAP və.s lahiyələri qeyd etmək lazımdır. Qlobal iqtisadi böhramla mübarizə enerji mənbələri üzrə mübarizə ilə paralel aparılır Trans Avropa Şəbəkəsi enerji Proqramıda Nabrucco lahiyəsi strateji əhəmiyyətli lahiyə kimi qeyd olunmuşdur. Nabucco lahiyəsinin daha çox siyasiləşməsi səbədindən bu lahiyənin həyata keçirilməsinə bədbin yanaşma meylləri yaranmışdır. Nabuccomun əsas məqsədi Avropa birliyi ölkələrini Xəzər hövzəsi və Yaxın Şərqin təbii qaz ehtiyatları ilə daha yaxşı birləşdirməkdir. Belə bir halda Avropa ölkələri öz Təbii qaz ehtiycları baxımından təminat mənbələrini təkminlləşdirmək imkanı əldə etmiş olur. Xəzər hövzəsində qlobal enerji lahiyələrinin reallaşması takes Azərbaycanın deyil həm də bütövlükdə Avrasiya regionun Avropa birliyinin və dünyanın transmilli enerji təhlükəsizliyinə müsbət təsir etmişdir regional əməkdaşlığın daha da möhkəmləndirilməsinə səbəb olmuşdur.Enerji təhlükəsizliyi"Enerji ehtiyatları" üzrə münasibətlər mövcuddursa onda bu münasibətləri nizama salan hüquq normaları da olmalıdır və sahədə beynəlxalq hüquq doktrinasina müraciət etmək zərurəti yaranır. Beynəlxalq hüquq normaları ümumi xarakterikə malik olmaqla beynəlxalq münasibətlərin əsas vacib məsələlırini tənzimləyir və beynəlxalq enerji hüquq qaydasınında bütün sahələrinə təsir imkanlarına malikdir. BTƏ və TANAP "Cənub qaz dəhlizinin mühüm tərkib hissələridir TAP layihəsinin müəyyən edilməsi isə " Cənub qaz dəhlizinin böyük hissəsinin reallaşdırılması deməkdir. TANAP lahiyəsi Transxəzər qaz kəmərinin gərçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Enerji ehtiyatlarının boru kəmərləri ilə beynəlxalq nəqli dövlətlərin əhəmiyyət verdiyi məsələlərdəndir, ona görə də onların tranzit nəqlinin beynəlxalq və dövlətdaxili hüquqi tənzimlənməsində daha çox əhəmiyyat kəşb edir. Beynəlxalq neft-boru kəmərinin hüquqi tənzimetməsi Qərbi Avropa ölkələrinin təcrübəsində geniş yer tutur. Bunlar əsasən ondan ibarətdir ki, bu sahədəki lahiyələr dövlət nəzarətində olur. Dövlətdaxili sistemlərdə beynəlxalq hüquq normaları tətbiq edilməsə də, xarici investisiya ilə bağlı məsələlərdə beynəlxalq hüquq normaları tətbiq edilir.
Bakı- Tiblis -Ceyhan son illərdə bağlanan neft qaz sazişləri içərisində kifayət qədər geniş formada beynəlxalq-hüquqi reqlamentləşdirməyə məruz qalan müqavilələrdəndir. Müqavilədə iştirak edən tərəflər bu layihənin dövlətlər arası xarakter daşıdığını nəzərə alaraq beynəlxalq hüquq normalarına uyğun olaraq özlərini energetika sterasında əməkdaşlığı və xarici investisiyaların müdafiəsi üçün razılığa gəlmişlər. BTC sazışı beynəlxalq aləmdə müqavilə institu üçün nəzərdə tutulan ümumi keyfiyyətlərə malikdir."Əsrin müqaviləsi"adını almış BTC xarici neft şirkətləri ilə genişmiqyaslı qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoydu. Azərbaycan Respublikası müqavilədə iki formada təmsil olunmuşdur. Həm təbii sərvətlərin sahibikimi xarici tərəfdaşlarla hökümət adınan (ARDNŞ-in timsalında) müqavilə imzalanır , digər tərəfdən xarici neft şirkətləri konsorsiumunda müəyyən paya malik neft şirkəti ilə iştirak edir. Azərbaycanın enerji potensialı Avropanın davamlı enerji təhlikatında mühüm rol oynamaqdadır. Energetika səneyəsinin inkişaf etdirilməsi üçün rəqabət mühitinə zərurət yaranır ki, bu zaman bazarın liberallaşma prinsipi kommeryasiya qaydalarına uyğun olaraq beynəlxalq bazaralara çıxışı təşviq etməklə açığ tipli bazarın inkişaf məqsədilə əməkdaşlığı nəzərdə tutur. AR-ın enerji diplomatasiya ikitərəfli və çoxtərəfli səviyyədə həyata keçirilməkdədir. Bu zaman Avropa ittifaqı istiqamətində əməkdaşlıq daha çox diqqəti cəlb edir. Enerji təhlükəsizliyinin təmin edilməsi baxımından enerji ehtiyatlarının sabit və davamlı nəqli mühüm əhəmiyyat daşıyır.
TƏKLİFLƏR
Enerji təhlükəsizliyini daha təminatlı etmək üçün real bazar iqtisadiyyatına malik Avropa birliyi ölkələrində enerji strategiyasının hazırlanması və tətbiqi olduqca zəruri və mühümdür . Azərbaycanın həyata keçirdiyi enerji lahiyələri Avropa birliyinin gələcək enerji təhlükəsizliyinin təmin olumasında mühüm əhəmiyyətə malikdir və Avropa İttifaqı ilə Azərbaycanla bu istiqamətdə Əməkdaşlıq daha da genişləndirilməlidir. Müasir enerji təhlükəsizliyi konsepsiyası az enerji tutumlu texnologiyalara əsaslanmalıdır. Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi konsepsiyası az enerji tutumlu texnologiyalara əsaslanmalıdır. Avropa Birliyi ölkələrininin enerji təhlükəsizliyi konsepsiyası milli enerji təhlükəsizliyinə yarana biləcək təhlükələri müəyyən etməlidir. Enerji ehtiyyatlarının hasılatçı dövlətlərdən istehlak bazalarına təhlükəsiz çatdırılması kimi problem onun beynəlxalq hüquqi həlli zərurətini yaradır ki bu problemin qarşısının alınamısın əsas vasitələrindən biri region dövlətlərinin maraqlarının uzlaşdırılması ilə beynəlxalq hüquqi əməkdaşlığı təmin etmək olmalıdır. Bunun üçün həlli vacib olan beynəlxalq hüquqi məsələlər həyata keçirilməlidir. Beynəlxalq enerji təhlükəsizliyinin təminatını hüquqi əsası bir tərəfdən dünya bazarında tələb və təklifin zəruri balansının saxlanmasına xidmət etməlidirsə digər tərəfdən ekoloji təhlükəsizlik iqlim dəyişikliyi davamlı inkişaf probləmlərini nəzərə almalıdır yəni enerji təhlükəsizliyi istehkakçıların davamlı uyğun qiymətlərlə alternativ əsaslarla təminatını nəzrədə tuta biləcək əlverişli hüquqi institasional sistemin məcmusundan ibarət olmalıdır. Beynəlxalq enerji münasibətlərinin beynəlxalq hüquqi qaydasının əsasını formalaşdırılmalıdır. Rusiyanın Avropanın artan enerji tələbatını təmin etmək qüdrətinə malik olmamasına Narahatçılığı ilə yanaşı Avropa İltiqafını narahat edən əsas məsələlərdən biri Rusiyanın enerji sahəsində yürütdüyü siyasətdən asılıdır. Rusiya dövləti mərkəzi Asiya ölkələrinin neft və qazını böyük miqdarda və uzunmüddətli olmaq yönündə siyasət yürüdərək və yaxud həmin ərazilərdən Avropa bazarlama enerji kəmərlərinin onun ölkəsindən tramziti olmaqla keçməsinə inrestisya yatırmağa çalışmağa özünü Avrasiyada enerji tranziti üzərə mərkəzi şəbəkəyə çevirməyə çalışır. Ona görə də Avropa İttifaqı Rusiyadan yan keçməklə alternativ kəmərlərə üstünlük verməlidir. Çünki Rusiya karbodigen ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə edir. Ona görə Rusiya ilə Avropa birıiyi arasınsa qaz münaqişəsinin gərginləşməsi Avropa dövlətlərinin yeni yanacaq mənbəyi axtarmaqa məcbur etməlidir. Bu istiqamətdə ümidlərini Xəzər hövzəsinə bağlaya bilərlər. Ləruri olan mühüm məsələ ondan ibarət dir ki, Avropa dövlətləri və ya digər dövlətlər öz enerji təhlükəsizliklərini necə təmin edə bilərlər? Enerji təminatı daha çox idxabdan asılı olan və maliyyə imkanları olan işlətilən ölkə üçün bunun birinci yolu həmin enerji ehtiyatlarını idxal etdiyi dövlətə investisiya qoyması və həmin ehtiyatların çıxarıldığı yataqları səmdlərində pay sahibi olmasıdır. Xəzər hövzəsi Avropanın enerji təminatının müxtəlifliyi üçün yaxşı gələcək vəd edir. Avropa Azərbaycanın Türkmənistan və Azərbaycanla yaxınlaşmısını və xəzərin demokrasiya probleminin həllini dəstəkləməlidir. Trans xəzər boru xətti üçün ciddi öhdəliklər götürməklə AB Xəzər hövzəsi Ölkələrinin enerji ixtiracında əhəmiyyətli paya sahib olar. Qara dəniz və Xəzər regionunun ümumi əhəmiyyətini nəzərə alaraq Avropa birliyi bu regionlarda münasibətdə uzunmüddətli iqtisadi və siyasi təhlükəsizlik strateqiyası həyata keçirməlidir. Bu münasibətlərə region ölkələri ilə əlaqələri daha da yaxınlaşdırılması, və hamsı sahədə mümükündürsə Avropa İnstutlarına tədrici inteqrasiya daxil olmalıdır. Avropanın region resurslarına çıxışını təmin etmək üçün həm də, Avropa birliyi enerji və ticarət intrastrukturunun inkişafını dəstəkləməli fəal, investisiya siyasətini tətbiq etməlidir. Ab Xəzər hövzəs resuslarına çıxışın təhlükəsizliyini, təmin etmək üçün rəqabəti həll etməyə yönələn geosiyası reallıqlarına uyğun aktiv strategiyanı inkişaf etdirməlidir.Enerji siyasətinin zəruri ölüm Avropa ölçüləri çərçivəsində beynəlxalq enerjiasılılıq mühitində AB komissyasının Yaşıl sənədlərində qeyd edildiyi kimi hər bir üzv dövlət özünün milli maraqlarına əsasən seçim etməli yenilənən enerji növlərinin maliyyələşdirilməsinə və koordinasiyasına daha çox diqqət yetirməli ehtiyyat enerjinin istifadəsi qaydalarının müəyyənləşdirilməsi məsələlərinə inkişafına diqqət yetirməlidir. Enerji səmərəliliyinin artırıb enerjidən istifadəni azaltmaq cəhdi edilərsə bu da öz növbəsində enerji təhlükəsizliyinin təmin olunmasında rol oynaya bilər. AB ölkələrinin Rusiyadan enerji asılılığı nəyinki enerji bütövlükdə Avropanın təhlükəsizliyi üçün uzunmüddətli probləmlər yarada bilər. Bir sözlə qlobal enerji strategiyaları qlobal iqtisadi böyüməni təmin etmək üçün tərtib edilməlidir.
Dostları ilə paylaş: |