1- ci sual. Məhsulların bölüşdürülməsi və satışının mahiyyəti, funksiyaları və səviyyələri
Məhsulların bölüşdürülməsi və satışının məqsədi tələb olunan məhsulların lazım olan vaxtda, lazım olan yerdə münasib qiymətə istehlakçılara çatdırılmasını və mübadilə prosesinin həyata keçirilməsini təmin etməkdir.
Qarşıya qoyulan məqsədə nail olmaq üçün məhsulların bölüşdürülməsi və satışı prosesində bir sıra funksiyalar yerinə yetirilir. Onlara aşağıdakılar aiddir:
İnformasiyanın toplanması və istehlakçıların məlumatlandırılması;