Rotor prosesi əsas etibarı ilə fosforlu şuqunların emalında tətbiq olunur. Bu prosesdə alınan posanın müəyyən hissəsi rotorda saxlanılır və sonrakı əritmələrdə istifadə olunur. Rotor prosesində alınan polad yüksək keyfiyyətilə xarakterizə olunur. Məsələn, azkarbonlu poladın tərkibində zərərli aşqarlardan N=0,003-0,004%, P≤0,03%, S≤0,02% olur.
Şəkil 2. Rotorun sxemi
1-metal vannası; 2-kənar olunan qazlar; 3- metal üfürülən oksigen; 4- sobada CO-nun tam yanması üçün verilən oksigen; 5tüstü yolu.
CO2
CO
O2
21000 C
1
2
3
4
5
oksigen
oksigen
Rotor üfüqi vəziyyətdə mərkəzi oxu ətrafında 0,2-4 dövr/dəq sürətilə fırlanır. Onun xüsusi dönən stol üzərində yerləşməsi ona öz vəziyyətini üfüqi müstəvi üzrə 3600 dəyişdirməyə imkan verir. Rotor sobası həmçinin şaquli müstəvi üzrə də dönmə qabiliyyətinə malikdir, bu da onun yüklənməsini və boşaldılmasını asanlaşdırır. Rotor prosesi əsas etibarı ilə fosforlu çuqunların emalında tətbiq olunur. Bu prosesdə alınan posanın müəyyən hissəsi rotorda saxlanılır və sonrakı əritmələrdə istifadə edilir. Bu hal və CO-nun rotorda maye metal səthində yandırılması şixtənin qızmasına və tərkibində FeO və CaO olan aktiv posanın yaranmasını sürətləndiri. Belə posa ərintinin tərkibində yüksək miqdarda karbon qaldıqda belə dərin defosforasiyanı aparılmasına imkan verir.