Azərbaycan Dövlət Pedaqoji Universiteti
Tarix və coğrafiya fakültəsi
İxtisas: Sosial İş
Tədris ili: III (2020/2021)
Qrup: SOİ1801B
Fənn: Təhsil sistemində sosial iş
Fənn müəllimi: b/m Nigar Qəhrəmanova ( ngahraman@mail.ru )
Tyutor: Günel Əmilova ( gunel.emilova@mail.ru )
Tələbə: Mirzəyev Xəlil
Elektron adress: mirzeyev-xelil@mail.ru
İMTAHAN TAPŞIRIĞI
Əlilliyi olan şəxslər üçün hansı şərait yaradılmalıdır (Sual 64)
Bakı - 2021
Əlillər üçün nə kimi və necə müvafiq şəraitin yaradılması məsələsi müasir dövrdə də aktual məsələlərdən biri kimi hesab olunur. Fiziki və əqli məhdudiyyətli şəxslər üçün lazımi şərait üçün əksəriyyət ölkələr fəaliyyət planları və dövlət proqramları qəbul edib. Günümüz Azərbaycanı fiziki və əqli məhdudiyyətli şəxslərin yaşadıqları hər cür problemi və çatışmazlıqları anlayır və onların maddi və mənəvi rifahının yüksək səviyyədə olması üçün müfaviq şəraitin yaranmasında hər zaman səylər göstərmiş və müəyyən nəticələrin əldə olunmasına nail ola bilmişdir. Bunları mövcud qanunvericiliyə və qəbul olunmuş BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına nəzər salaraq müşahidə etmək mümkündür.
BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasında "əlilliyi olan şəxs" anlayışına ustünlük verilir. Bu tendensiya bir çox dövlətlərin siyasətində də əksini tapmağa başlamışdır. Məqsəd isə şəxsi "əlil" sözü ilə "damğalamaq"dan uzaqlaşıb, onun başqaları ilə bərabər hüquqlara malik insan kimi qəbul edilməsinə nail olmaqdır.
Məlumdur ki, əlillərin bir qismini əlil uşaq və yeniyetmələrdən ibarətdir. Onlar üçün lazımi və əlçatan şəraitin yaradılması məsələsi də dövlətlərin həyata keçirməli olduğu vacib məsələlərdəndir. Çünki, ABŞ-da aparılan araşdırmalara (Statista26) əsasən bir il ərzində (2013-2014) anadangəlmə və sonradan əlillər arasında böyük bir kəsim spesifik öyrənmə çətinliyi ya şayanlardan ibarətdir.
Bütün bunları nəzərə alaraq hal-hazırda dünyanın ən nüfuzlu universiteti hesab olunan Massaçusets Texnologiya Universitetinin (MIT) tutduğu istiqamət isə budur - Əlil tələbə, akademik tələbləri yerinə yetirmək üçün uyğun və əlverişli bir yaşayış yeri və ya hər hansı bir universitet siyasətinin və tətbiqetmənin dəyişdirilməsini tələb edə bilər. Effektiv ünsiyyəti təmin etmək üçün köməkçi yardımlar da tələb oluna bilər. Köməkçi yardımlar da daxil olmaqla müvafiq yaşayış yerləri fərdi olaraq müəyyən edilib və bu xüsusiyyətləri əhatə edə bilər:
İmtahanları və ya kurs / dərəcə tələblərini başa çatdırmaq üçün lazımi müddət;
Sinif mühazirələri üçün siniflərin işarə dili tərcüməçiləri ilə təmin edilməsi;
Sinif və ya laboratoriya şəraitində köməkçinin təmin edilməsi;
Köməkçi texnologiya, səs mətnləri, Braille və ya böyük çap materialları ilə təminat;
İmtahan üçün ixtisaslı oxucuların və / və ya yazıçıların təmin edilməsi;
Kompüter siniflərində və ya laboratoriya şəraitində uyğunlaşdırılmış kompüter avadanlıqları və / və ya proqram təminatı;
Lazım gəldikdə bəzi siniflərin əlçatan siniflərdə əvəz olunması və s.
İmtahanlar üçün alternativ formatlar və s.
Kembric (Cambridge) Universiteti isə əlil tələbələrin, xüsusi öyrənmə çətinliyi olan, uzun müddətli sağlamlıq problemləri və ya ruhi sağlamlıq problemləri olan yeniyetmələrin müraciətlərini qəbul edir. Hal-hazırda üniversitetdə (1600-dən çox tələbə) ümumi tələbə sayının 14 faizini oluşduran əlil yeniyetmələrdən ibarət bir kəsim mövcuddur.
Üniversitetim Əlillik Resurs Mərkəzi rəhbərlik, məlumatlandırma və psixoloji - tibbi dəstək təklif edir və xüsusi olaraq, öyrənmə çətinliyi, zehni sağlamlıq vəziyyəti və ya uzun müddətli sağlamlıq problemləri olub müraciət edənlərin müraciətlərini qəbul edir. Sözügedən resurs mərkəzi müraciət edən bu tipli məhdudiyyətli olan yeniyetmələrə, onlar üçün müvafiq tədbirlərin görülməsi üçün işlər aparır:
Spesifik öyrənmə çətinlikləri olanlar (disleksiya və dispraksi daxil olmaqla)
Fiziki / hərəkət qüsurları olanlar (yuxarı ətraf əzələləri / WRULD, yəni postural qüsurları olanlar daxil olmaqla)
Hiss orqanlarının fəaliyyətlərində pozuntular olanlar (məsələn, eşitmə, görmə)
Mental sağlamlıq vəziyyəti aşağı səviyyədə olanlar (məsələn, depressiya, narahatlıq, stress və s.)
Uzunmüddətli sağlamlıq problemləri olanlar (məsələn, xərçəng, xroniki yorğunluq sindromu, HİV, diabet, epilepsiya)
Asperger sindromu, autizm və DEHB ( Diqqət Əskikliyi Hiperaktivlik Sindromu) olanlar.
Məşhur Stanford Universiteti də bütün tələbələrə hörmət edildiyi əhatəli bir sinif otağı yaratmaq üçün tələbəni əlilliyinə görə üstün tutan dildən istifadə etmək vacibliyi vurğulayır. Onların fikrincə "əlillik" kəlməsi damğalayıcı xarakter daşıya və əlil olan şagirdlərin yaşıdları qədər bacarıqlı olmadığı yalan olan stereotipləri davam etdirə bilər. Ümumiyyətlə, əlilliyə yalnız vəziyyətlə əlaqəli olduqda istinad etmək daha məqsədəuyğundur. Məsələn, “əlil tələbə” deyil, “əlil olan tələbə” demək daha doğrudur, çünki bu, tələbənin əlil olmasına deyil, bunun doğuracağı vacibliyi ifadə edir.
Universitet fiziki və əqli məhdudiyyətli yeniyetmələr üçün yaratdığı müvafiq şərait:
Asanlıqla başa düşülən və ətraflı bir tədris proqramı. Tədris planı, mətnlər və digər materiallar qeydiyyatdan keçmədən əvvəl əlillər üçün də nəzərə alınmalı.
Materiallar onlayndırsa, görmə qabiliyyəti aşağı olan və ya rəng korluğu olan tələbələr tərəfindən asanlıqla görünən rəngləri, şriftləri və formatları nəzərdən keçirilməli.
Kurs başlamazdan əvvəl gözləntiləri aydın şəkildə izah edin (məsələn, qiymətləndirmə, əhatə ediləcək material, son tarixlər).
Bütün tələbələrin siniflərə daxil ola biləcəyinə və daha asan şəkildə təşkil edildiyinə əmin olunmalı.
Əlillərin təhsil alması və müəyyən bir peşəyə sahib olması dövlətimizin də tutduğu əsas istiqamətlərdən biri kimi xarakterizə olunur. Əlillərin təhsil alması və peşə hazırlığı keçməsi üçün şəraitin təmin edilməsi Dövlət əlillərin təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir. Xalq təhsili orqanları sosial təminat və səhiyyə orqanları ilə birlikdə əlil uşaqların və yeniyetmələrin məktəbəqədər təlim-tərbiyəsini, dərsdənkənar vaxtlarda tərbiyəsini, fərdi bərpa proqramına uyğun surətdə orta, texniki-peşə, orta ixtisas və ali təhsil almasını Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada təmin edirlər. Əlillərin təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən evdə tədris formasında və fərdi dərs planları üzrə həyata keçirilir. Dövlət əlillərin təlim və peşə hazırlığı üçün xüsusi olaraq pedaqoji kadrlar hazırlanmasını təmin edir.
Günümüzdə, iş obyektlərinin böyük bir qismində əlil adamların sayı normal fəaliyyətli biri ilə müqayisədə qat-qat azdır. Bunun səbəbi sadəcə, cəmiyyətdə əlil adamların sayının az olması ilə deyil, əlillərin işlə və müvafiq şəraitlə təmin olunub-olunmaması ilə bağlıdır. Aparılan bir araşdırmağa nəzarət yetirək:
Buna görə də, əlillərin əmək hüquqlarının qorunması, onların digər şəxslərlə müqayisədə daha güzəştli və əlverişli şəraitlərlə əmək münasibətlərinin təmin edilməsi daim aktualdır. Məhz bu baxımdan əlillərin əmək hüquqlarının qorunması milli qanunvericilik, eyni zamanda beynəlxalq qanunvericilikdə xüsusi əhəmiyyət kəsb edir.
Əmək Məcəlləsinin 92-ci maddəsinə əsasən əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün də iş vaxtının qısaldılmış müddəti nəzərdə tutulur. Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilməlidir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu sahədə qəbul edilmiş qanunlar əlillərə əmək münasibətlərinin həyata keçirilməsində, digər şəxslərlə münasibətlərdə bir sıra üstünlüklər və imtiyazlar verir.
Bundan başqa, Əmək Məcəlləsində əlillərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir: "Digər şəxslərlə münasibətdən əlillərin əmək hüquqlarının həyata keçirilməsi ilə bağlı Azərbaycan qanunvericiliyində bir sıra fərqli qaydalar nəzərdə tutulub. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda əlillərin əmək hüquqlarının müdafiəsi məqsədilə bir sıra qadağalar müəyyən edilib. Belə ki, həmin qanunda işəgötürənlərə əlillərlə sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə görə əmək müqaviləsini bağlamaqdan, yaxud işdə irəli çəkməkdən imtina edilməsi, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsi, öz razılığı olmadan başqa işə keçirilməsi qadağan edilir. Bu qadağalar yalnız Tibbi- Sosial Ekspert Komissiyasının rəyinə görə əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti Və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallarda istisna təşkil edir".
Əmək Məcəlləsində əlillərin əmək hüquqlarının tənzimlənməsi, xüsusilə iş və istirahət vaxtı, məzuniyyət hüquqları, əməyin mühafizəsi sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı üstün qaydalar nəzərdə tutulub. "Belə ki, 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsini bu norması 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının son həddini müəyyən etməklə, bu kateqoruyadan olan işçilərlə əmək müqaviləsi bağlanarkən, habelə kollektiv müqavilələrdə, hətta həftə ərzində 36 saatdan da az iş vaxtı müəyyən etməyə imkan verir. Əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müəyyən edilməsi onların digər əmək hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. Digər şəxslərin natamam iş vaxtından istifadə etməsi işəgötürənin razılığı ilə həyata keçirildiyi halda, qanunvericilik əlillərin bu hüququnun təmin edilməsini işəgötürənlərin üzərinə bir vəzifə kimi qoyur. Natamam iş vaxtı həftə ərzində müəyyən edilmiş gündəlik iş vaxtının müəyyən saat azaldılmasını, gündəlik iş saatı saxlanılmaqla həftəlik iş günlərinin sayının azaldılmasını nəzərdə tuta bilər. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən əlillərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması qanunla qadağan edilir". Xatırladaq ki, əmək qanunvericiliyinə əsasən, əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyalarının rəyi nəzərə alınmaqla yol verilir.
"Əlillik qruplarından və səbəblərindən asılı olmayaraq əlillərə illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir. Belə ki, Əmək Məcəlləsində əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə verilən əmək məzuniyyətinin müddəti ən azı 42 təqvim günü müəyyən edilib. Bundan başqa, əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq) digər şəxslərə verilən ödənişsiz məzuniyyətin müddəti ilə müqayisədə daha çox, azı bir təqvim ayı müddətində ödənişsiz məzuniyyətin verilməsi nəzərdə tutulur. Əlillər əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək, əmək məzuniyyətindən arzusu ilə onlar üçün əlverişli olan vaxtda istifadə etmək hüquqlarına da malikdirlər".
Əlillərin işə düzəldilməsi sahəsində xüsusi tədbirlər əlillərin işə düzəldilməsinin təmin olunmasına və əlillər üçün xüsusi iş yerləri yaradan, onların əməyini tətbiq edən müəssisələrə, idarələrə və təşkilatlara (mülkiyyət formalarından asılı olmayaraq) maliyyə yardımı göstərmək və güzəştlər vermək üzrə öhdəliklərin qanunvericilik yolu ilə təsbit edilməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. Maddə 16. Məktəbəqədər yaşlı əlil uşaqların təlim və tərbiyəsi Xalq təhsili orqanları məktəbəqədər yaşlı əlil uşaqların təlim-tərbiyəsinə və onlara bərpa yardımı göstərilməsinə daha əlverişli imkanlar yaratmaq məqsədilə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində xüsusi qrupların açılmasına şərait yaradırlar. Əqli və ya fiziki inkişafındakı qüsurlara görə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində tərbiyə edilməsinə imkan olmayan əlil uşaqlar üçün xüsusi məktəbəqədər uşaq tərbiyə müəssisələri təşkil edilir.
Əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələrin, sexlərin və l sahələrin yaradılması müvafiq işədüzəltmə orqanları, habelə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr və təşkilatlar əlillərin tələbatını və yerli xüsusiyyətləri nəzərə almaqla əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələr, sexlər və sahələr yaradırlar.
Dövlətimizin yeritdiyi sosial infrastruktur obyektləri barəsində dövlət siyasəti əlillərin müvafiq şəraitinin yaxşılaşdırılmasında həlledici rol oynayır. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və idarəetmə orqanları, müəssisələri, idarələri və mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq təşkilatları sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər.
Əlillərin müyəssər olması və istifadə etməsi üçün uyğunlaşdırılmadan yaşayış məntəqələrinin layihələşdirilməsinə, tikilməsinə, yaşayış rayonlarının formalaşdırılmasına, binaların, qurğuların, o cümlədən aeroportların, dəmir yolu vağzallarının, komplekslərinin və kommunikasiyalarının tikilməsinə və yenidən qurulmasına yol verilmir. Bu məsələlərin həllində əlillərin ictimai təşkilatlarının iştirakı və razılığı olmalıdır.
İcra hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr və təşkilatlar tabeliklərində olan nəqliyyat, rabitə, informasiya, mədəni-tamaşa və digər sosial infrastruktur qurğularını və obyektlərini öz vəsaitləri hesabına əlillərin istifadəsi üçün uyğunlaşdırırlar. Göstərilən obyektləri əlillərə müyəssər olmaq üçün uyğunlaşdırmaq mümkün olmadıqda, müvafiq müəssisələr, idarələr və təşkilatlar əlillərin tələbatının ödənilməsini təmin edən lazımi tədbirlər hazırlayıb həyata keçirməlidirlər.
Əlillərin və ya tərkibində əlil olan ailələrin yaşadıqları binalar, əlillərin yaşadıqları evlərin kiriş qapıları, pilləkən meydançaları fərdi bərpa proqramına uyğun olaraq xüsusi vasitələr və qurğular, lift habelə telefon rabitəsi ilə təmin edilməlidir. Yaşayış binalarının əlillər üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini mənzil fondu ixtiyarında olan yerli hakimiyyət orqanları, müəssisələr, idarələr və təşkilatlar həyata keçirirlər. Əlillərin yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini əlilliyin başlanmasında təqsiri olan müəssisələr, idarələr və təşkilatlar, başqa hallarda isə müvafiq yerli hakimiyyət orqanları həyata keçirirlər. Əlilin mənzili müəyyən edilmiş tələblərə uyğun gəlmədikdə və mənzili əlilin tələbatına uyğunlaşdırmaq mümkün olmadıqda, yaşayış sahəsi onun pazılığı və tələbi ilə dəyişdirilir. Bundan əlavə olaraq, yerli hakimiyyət orqanları dayaq-hərəkət sistemi pozulmuş və digər I qrup əlillərə öz yaşayış yerlərinin yaxınlığında qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər.
Əlavə edə bilərik ki, yerli hakimiyyət və idarəetmə orqanları mədəni-tamaşa müəssisələrinin və idman qurğularının əlillərə müyəssər olması üçün lazımi şəraiti təmin etməyə, habelə onlara xüsusi idman inventarı verilməsini təmin etməyə borcludurlar.
Əlillər bütün bu göstərilən xidmətlərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə istifadə edirlər.
Əlillər üçûn nəzərdə tutulan digər bir ayrıcalıq əlillərin texniki və başqa vasitələr ilə təmin olunmasıdır. Əlilə texniki və ya başqa vasitə fərdi bərpa proqramına uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə verilir. Bərpa proqramında nəzərdə tutulan texniki və ya başqa vasitələr əlilə verilmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ona kompensasiya ödənilir. Fərdi bərpa Proqramına uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə nəqliyyat vasitələri almış əlillərə bu vasitələrə texniki xidmət və onların təmiri üçün Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada kompensasiya ödənilir.
Fiziki və əqli məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan ayrıca güzəştlərdən biri də əlillərə nəqliyyat xidmətidir. Ki, bu da onlar üçün daha rahat və asan şəraitin təmin olunması deməkdir. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ildə bir dəfə Azərbaycan Respublikasının hüdudları daxilində hava, dəmiryol və su nəqliyyatından pulsuz istifadə etmək hüququna malikdirlər. I və II qrup əlillər respublikadaxili yəni, şəhərlərarası bütün nəqliyyat növlərindən (taksidən başqa) 50 faiz güzəştlə istifadə edirlər. Göstərilən güzəştlər əlil uşağı müşayiət edən şəxsə də şamil edilir. Bu xidmətin bir digər ayrıcalığı da əlillərə növbədənkənar göstərilməsidir.
1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, onlara bərabər tutulanlar, Çernobıl əlilləri, əlil uşaqlar və I dərəcəli əlillər dərman preparatları ilə pulsuz təmin edilirlər. İkinci dərəcəli əlillərə dərman preparatları 50 faiz güzəştlə satılır.
1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, Çernobıl əlilləri, Əfqanıstanda xidmətlə əlaqədar əlil olmuş şəxslər və I qrup əlillər üçün diş protezləri lakin, qiymətli metallardan hazırlanan protezlər istisna edilməklə pulsuz hazırlanır və pulsuz təmir olunur.
1990-cı ilin 19—20 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, 16 yaşınadək əlil uşaqlar, əlil tələbələr, ümumi səbəbdən və uşaqlıqdan əlil olub işləməyən şəxslər, hərbi xidmət əlilləri, büdcədən maliyyələşdirilən idarə və təşkilatlarda işləyən əlillər protez-ortopediya məmulatı, əlil kreslo və veloarabaları, bərpa vasitələri ilə pulsuz təmin edilirlər. Əlillər eşitmə və tiflotexniki vasitələr ilə pulsuz təmin edilirlər.
Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə mənzillər növbədənkənar verilir. Fərdi bərpa proqramına uyğun olaraq əlillər binanın növünü, mərtəbəsini, abadlıq vəziyyətini və yaşayış üçün vacib olan digər şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər. I və II qrup əlillərə yaşadıqları dövlət və ictimai mənzil fonduna məxsus mənzilləri pulsuz olaraq şəxsi mülkiyyətə keçirmək hüququ verilir.
Mənzil bölgüsü zamanı yerli hakimiyyət orqanları, müəssisələr, idarələr və təşkilatlar əlillərin iş Yerlərinin, qohumlarının yaşayış yerlərinin, bərpa müəssisələrinin yaxınlığında mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar. Tibbi göstərişlərə və arzularına uyğun olaraq əlillərə yaşayış evlərinin aşağı mərtəbələrində mənzil verilir. Və əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir.
Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.
I və II qrup əlillər mənzil-kommunal xidmətləri haqqının 50 faizini, III qrup əlillər isə 75 faizini ödəyirlər. Müharibə əlilləri, onlara bərabər tutulanlar və I qrup işləməyən əlillər ev kirayəsi verməkdən azaddırlar.
Əlillərin ərzaq və sənaye malları ilə güzəştli qaydada təmin edilməsi onlar üçün əlverişli şəraitin yaradılmasında yardımçı olur. Əlillər ərzaq və sənaye malları ilə güzəştli qaydada təmin edilmək hüququna malikdirlər. Bu məqsədlə dövlət əlillərə ərzaq və sənaye mallarının satışı üzrə xüsusi mağazalar, bölmələr, şöbələr yaradır, yüksək tələbat olan malların alınması üçün sifariş stolları, xüsusi uçot təşkil edir. Ərzaq və sənaye mallarının bir hissəsini dövlət güzəştli şərtlərlə əlillərə satılmaq üçün məqsədli təyinatı üzrə yönəldir.
Əlillərin ictimai təşkilatlarının qərarları üzrə yerli hakimiyyət orqanları pərakəndə ticarət şəbəkəsi vasitəsilə təsərrüfat, mədəni-məişət, turist və idman malları almaqda da əlillərə kömək göstərirlər. Ərzaq və sənaye malları ilə güzəştli qaydada təmin edilmək hüququna malik olan əlillərin xəstəliklərinin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Kənardan qulluğa və yardıma ehtiyacı olan əlillərə sosial yardım orqanları evdə, yaxud stasionar müəssisələrdə tibbi və məişət xidmətləri göstərirlər. Dövlət kənardan qulluğa ehtiyacı olan əlillərə sosial yardım üzrə stasionar müəssisələr şəbəkəsinin inkişafına kömək göstərir.
Ölkəmizdə təşkil olunan bu və bu tip beynəlxalq standartlara əsaslanan xidmətlər əlillərin müvafiq şəraitinin yaxşılaşdırılmasında əvəzsiz rol oynamaqdadır. Dövlətin üzərinə düşən əsas vəzifələrdən biri isə bu xidmətləri davamlı olaraq həyata keçirmək və daha da təkmilləşdirilməsinə nail olmaqdir. Əhalinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə daha da zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuş və bu sahədə aparılan işlər xeyli intensivləşmişdir. Bu gün ümumi daxili məhsulun artım tempinə görə ölkəmizin dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq etməsi, yoxsulluğun azaldılması, regional və konkret sahəvi inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində ötən illərlə müqayisədə son 9 ildə əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi danılmaz faktdır.
Dostları ilə paylaş: |