Əsasların fiziki kimyəvi xassələri mövzusu Alt STANDARTLAR: 2.1.1. Kimyəvi reaksiyaları təsnif edir, qanunauyğunluqlarını izah edir.
2.2.1. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir.
3.1.1. Mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır,
nəticələrinə münasibət bildirir.
TƏLİM NƏTİCƏLƏRİ:Dəmirə aid təcrübə və müşahidələr apararaq müvafiq reaksiya tənliklərini tərtib etməklə münasibət bildirir.
TƏLİM FORMASI: Kollektivlə iş.
TƏLİM ÜSULU: təcrübə, müzakirə
İNTEQRASİYA: B.: 2.1.2; 2.2.1.
RESURSLAR: Dərslik, flipçart, marker, fenolftalein, spirt, pero, ağ kağız, qələvi məhlulu, lampa
MOTİVASİYA: Özüm şagirdlərlə birlikdə əsaslara aid təcrübə aparıram.Bu mərhələ üçün kimya laboratoriyasında sirli məktublar yazılır və ondan kənarda istifadə edilir.Bu kimya həvəskarları üçün çox maraqlı təcrübədir.
TƏDQİQAT SUALI:Əsaslar üçün hansı fiziki və kimyəvi xassələr xarakterikdir?
Tədqiqatın aparılması: 1) Xanalarda verilmiş əsasların kimyəvi xassələrinə uyğun reaksiya tənliklərini yazın.
2) Spirt lampası alovunda dəmir qaşıqda bir qədər kömürü közərdin, o yanmayacaqdır, lakin tüstülənəcəkdir. Tüstülənən kömürü dəmir qaşıqla içərisində oksigen olan bankaya salın (bankanın sınmaması üçün dibinə azca qum tökün). Közərmiş kömür istilik ayrılmaqla alovsuz yanacaqdır. Bankaya əhəng suyu (Ca(OH)2) tökün və yanan kömürü bankaya daxil edin. Bu zaman su bulanacaqdır. Suyun bulanmasının səbəbini izah edin. Uyğun reaksiyatənliyini yazın.
3)Əsasların kimyəvi xasssələrinə aid reaksiyaları müəyyənləşdirin və tamam layın.
Mübadilə və müzakirə:Şagirdlər təqdimatlarını təqdim edir . Müzakirə aparılır.Əlavələr edilir və sonda özünüqiymətləndirmə aparılır.
Nəticə və ümumiləşdirmə: Nəticədə artıq uşaqlar əsasları fiziki xassələrinə, rənglərin və suda həll olmalarına görə fərqləndirir, onlar üçün xarakterik olan kimyəvi reaksiyaları müəyyən ləşdirir, reaksiya tənliklərini tərtib edir.
Yaradıcı tətbiqetmə:Formulları verilmiş maddələrin mil-kürəcik modellərini çəkin və Beynəlxalq nomenklatura ilə adlandırın.
Q iymətləndirmə meyarı: Təsnifetmə ,izahetmə, təcrübə
Ev tapşırığı: Əsasların Fiziki və kimyəvi xassələrinə aid 3 reaksiya tənliyi yazin və ordakı əsasları oksidləşmə dərəcələrini və valentliyini qeyd edin.