İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
QUYULARIN YERALTI TƏMİRİ ÜZRƏ OPERATOR
VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR
1. Quyuların yeraltı təmiri işlərində istifadə edilən alət və avadanlıqlar haqqında
2. Quyuların təmiri işlərində istifadə edilən borular haqqında
3. Ştanqlı dərinlik nasosları ilə işləyən quyuların quyuağzı avadanlıqları haqqında
4. Ştanqlar haqqında
5. Dərinlik nasosları haqqında
6. Gilli məhlulların parametrlərinin təyinində istifadə edilən ölçü cihazları haqqında
7. Quyuların yeraltı təmiri işlərində istifadə edilən səyyar qaldırıcılar haqqında
8. Quyularda aparılacaq yeraltı təmir işlərinə hazırlıq prosesi haqqında
9. İşçi meydançaların salınması haqqında
10. Tal sistemi haqqında
11. Tullanışa qarşı avadanlıqlar haqqında
ƏDƏBİYYAT:
1. R.S.İbrahimov, B.A.Osmanov, Ş.O.Baxşəliyeva. Neft və qaz quyularının əsaslı
təmiri. Dərslik. Bakı, 2013
2. Kərim Kərimov, Müslüm Musayev. Dərinlik nasos istismarının təkmilləşdirilməsi.
Bakı, 1999
3. D.Ə.İsgəndərov, Y.Ə.İbrahimov. Neft və qaz quyularının əsaslı təmiri. Bakı, 2015
4. P.Quliyev, H.Məcidov, S.Cəlalov. Qazıma məhlulları. Dərslik. Bakı, 2003
5. Quyuların əsaslı və cari təmiri işlərində və bu işlərdə istifadə olunan avadanlıqların
istismarında əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlar toplusu,
2009
İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
1. Quyuda üçboğaz nəyə uyğun seçilir?
A) İstismar kəmərinin diametrinə uyğun seçilir
B) Texniki kəmərin diametrinə uyğun seçilir
C) Quyuda istifadə ediləcək boruların diametrinə uyğun seçilir
D) Quyuda istifadə ediləcək ştanqların diametrinə uyğun seçilir
E) Quyuda istifadə ediləcək naosun diametrinə uyğun seçilir
2. Quyuda planşayba nəyə uyğun seçilir?
A) İstismar kəmərinin diametrinə uyğun seçilir
B) Texniki kəmərin diametrinə uyğun seçilir
C) Üçboğazın diametrinə uyğun seçilir
D) Quyuda istifadə ediləcək ştanqların diametrinə uyğun seçilir
E) Quyuda istifadə ediləcək açarların diametrinə uyğun seçilir
3. 48 mm-lik ucları xaricə qalınlaşdırılmış nasos kompressor borusunun bir
metrinin çəkisi aşağıdakı hansı bənddə düzgün göstərilib?
A) 3,5 kq
B) 3,9 kq
C) 4,4 kq
D) 4,9 kq
E) 5,5 kq
4. Boru nasosu ilə dərinliyi neçə m-ə qədər olan quyulardan maye çıxarmaq
mümkündür?
A) Dərinliyi 800 m-ə qədər olan quyulardan
B) Dərinliyi 1500 m-ə qədər olan quyulardan
C) Dərinliyi 1200 m-ə qədər olan quyulardan
D) Dərinliyi 1800 m-ə qədər olan quyulardan
E) Dərinliyi 2000 m-ə qədər olan quyulardan
5. Alət və avadanlıqların sınaqdan keçirilmə forması aşağıdakı hansı bənddə
düzgün göstərilib?
A) Vizual baxış
B) Presləmə üsulu
C) Stenddə sınaq
D) Deffektoskopiya
E) Kalibrləmə üsulu