Abşeron neftli-qazlı rayonu
Abşeron neftli-qazlı rayonu eyni adlı yarımadanı əhatə edir.Rayonun qərb qurtaracağı Giləzi-Səngəçal burunlarından keçən meridianla hüdudlanır.Abşeron neftli-qazlı rayonu neftlilik-qazlılıq cəhətdən ən qədim hesab olunur.
Rayon geomorfologji quruluşuna görə üç zonaya ayrılır: şimal-qərb zona, şərq zona, cənub-qərb zona. Şimal-qərb zona relyef cəhətdən mürəkkəb olub, kiçik yüksəklikli dağlarla səciyyələnir. Bu dağlara Qovundağ, Kosmalidağ, Qaraibad və s. yüksəklikləri göstərmək olar. Zonanın şərq qurtaracağı palçıq vulkanı ilə mürəkkəbləşmişdir. Belə yüksəkliklərə Bozdağ, Böyükdağ, Kiçikdağ, Keyrəki və s. misal göstərmək olar.
Cənub-qərb zona şimal-qərb zonaya nisbətən sakit relyeflə xarakterizə olunur. Bu zonada Batandard, Güzdək, Korgöz və s. yüksəkliləri qeyd etmək olar. Ərazidə həmçinin palçıq vulkanları ilə əlaqədar olan yüksəkliklər də qeyd olunur ki, bunlara da Lökbatanı misal göstərmək olar.
Şərq geomorfoloji zona demək olar ki, yarımadanın əksər sahəsini əhatə edir. Bu zona əsasən düzən relyefdən ibarətdir. Abşeron əhəngdaşları ilə səciyyələnən qalxımlara ara-sıra rast gəlinir. Bu ərazi çoxlu sayda kiçik ölçülü duzlu gölməçələrlə mürəkkəbləşmişdir: Böyükşor, Masazır və s.
Ərazinin geoloji quruluşunda yer səthində paleogen- neogen çöküntüləri geniş müşahidə olunur. Şimal-qərb zonada yer səthinə üst təbaşir çöküntüləri də çıxır. Bu çöküntülər fliş xarakterli olub, əhəngdaşları, qumdaşları, gillərin növbələşməsindən ibarətdir. Qum laylarının qalınlığı 0,5-0,8 m təşkil edir. Bu çöküntüləri Paleosen çöküntüləri (Sumqayıt lay dəstəsi) uyğun olaraq örtürlər. Eosen çöküntüləri ərazinin qərb və şimal-qərb hissələrində daha geniş yayılmışdır. Qoun lay dəstəsi əsasən gillərdən ibarətdir. Ara-sıra mergel və qum laycıqları da müşahidə olunur (qalınlıq 800 m). Bu çöküntülər ərazinin qərb qurtaracağında geniş sahədə yer səthinə çıxırlar.
Maykop lay dəstəsi - bu çöküntülər ərazinin qərbində yer səthində yayılmışlar gillərdən, gilli şistlərdən təşkil olunmuşdur (qalınlıq 900 m).
Miosen çöküntüləri – həmçinin ərazinin qərb hissəsində yer səthinə çıxır. Çoxlu sayda quyular vasitəsi ilə açılmşdır. Gil, qum, mergellərin növbələşməsindən ibarətdir (qalınlıq 600 m).
Pliosen çöküntüləri – bu çöküntülər Abşeron neftli-qazlı rayonunda geniş yayılmışdır. Gil, qum, mergel laylarının növbələşməsindən ibarətdir. Üst Pliosen yaşlı çöküntülərdə əhəngdaşı laylarına da rast gəlinir. Məhsuldar qat çöküntülərinin qalınlığı – 800 m-dən (şm-q) mərkəzi və şərq hissəsində 3500 m-ə qədər dəyişir.
Məhsuldar qat çöküntüləri iki şöbəyə bölünür: alt və üst şöbə. Aşağıdan yuxarıya Məhsuldar qatın kəsilişi belədir:
Qala lay dəstəsi – Abşeron neftli-qazlı rayonunun şərq qurtaracağında müəyyən edilib. Əsasən gilli-qumlu layların növbələşməsindən ibarətdir (qalınlıq 150-200 m). Qırmaki altı lay dəstəsi - əsasən qum və qumdaşı laylarından ibarətdir (qalınlıq 60-80 m). Qırmaki lay dəstəsi - əsasən gillərdən ibarətdir. Kəsilişin aşağı hissəsində qum laycıqlarına da rast gəlinir (qalınlıq 280 m). Qıramki üstü qumlu lay dəstəsi - əsasən qumdaşılardan ibarətdir (qalınlıq 40-50 m). Qırmaki üstü gilli lay dəstəsi - əsasən gillərdən təşkil olunmuşdur. Alevrit və qumdaşları da iştirak edir (qalınlıq 200 m). Məhsuldar qatın üst şöbəsi fasilə lay dəstəsi ilə başlayır. Bu dəstə əsasən qum və qumdaşlarından ibarətdir. Kəsilişdə alevritə də rast gəlinir (qalınlıq 120 m). Balaxanı lay dəstə - gil və qumdaşlarının növbələşməsindən ibarətdir. Qum və Qumdaşlarının miqdarı üstdə yatan lay dəstələrinə nisbətən xeyli çoxdur. Balaxanı lay dəstəsində V, VI, VII, VIII, IX və X horizont ayrılır (qalınlıq 400-800 m). Sabunçu lay dəstəsi – bu dəstədə II, III və IV horizontlar ayrılır. Bu qumlu horizontları bir-birindən gil laycıqları ayırır (qalınlıq 300-500 m). Suraxanı lay dəstəsi – bu lay dəstə A, B, C, D, E və I horizontlar ilə səciyyələnir (qalınlıq 1200 m). Ağcagil mərtəbəsi – gil və qumdaşlarının növbələşməsindən ibarətdir (qalınlıq 100m).
Abşeron mərtəbəsi – gil,qum və qumdaşılarının növbələşməsindən ibarətdir
( qalınlıq 1200 m). Tektonik cəhətdən Abşeron neftli-qazlı rayonu aşağıdakı kimi xarakterizə olunur: 1) Qərb qalxım zonası; 2) Qərb çökək zonası; 3) Mərkəzi qalxım zonası; 4) Şərq çökək zonası; 5) Şərq qalxım zonası.
Abşeron neftli-qazlı rayonun əsas neftli-qazlı kompleksləri aşağıdakılardır: məhsuldar qat, miosen və maykop lay dəstəsi. Abşeron neftli-qazlı rayonun əsas istismar olunan yataqlarına Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Bibiheybət , Binəqədi, Qala, Buzovna-Maştağa, Lökbatan, Hövsan, Qala, Zirə, Korgöz-Qızıltəpə, Atəşgah, Qaradağ və s. yataqları misal göstərmək olar.
Balaxanı-Sabunçu-Ramana neft-qaz yatağı
Bu yataq Bakı şəhərindən 12km şimal-şərqdə yerləşmişdir. Yatağın tutduğu sahənin uzunluğu 10 km,eni isə 3 km-dir.Oroqrafik cəhətdən bu yataq en istiqamətdə uzanan düzənliyi xatırladır.Düzənliyin qərbində yerləşən Balaxanı sahəsində Boğ-Boğa palçıq vulkanı yerləşmişdir.Qərbdə hündürlüyünü saxlayan bu vulkan şərqdə yüksəkliyini itirərək Zabrat düzənliyi ilə əvəz olunur.Cənubda en istiqamətində uzanan Böyükşor və Ramana gölləri yerləşmişdir.
Bu yataq demək olar ki, 1869-cu ildə kəşf olunub və 1871-ci ildən istismar olunur.
Yatağın geoloji quruluşunda - Eosen çöküntülərindən tutmuş Üst Pliosenə qədər bütün stratiqrafik komplekslər iştirak edir. Yatağın qərbində yer səthinə Qırmaki və Qırməkialtı lay dəstəsinin çöküntüləri çıxır. Neftli-qazlı komplekslər Abşeron litofasiyasında (qumlu, gilli layların növbələşməsi) özünü göstərir. Neftlilik əsasən Məhsuldar qat çöküntüləri ilə əlaqədardır.Sahədə Məhsuldar qatın qumlu-gilli çöküntülərinin demək olar ki, bütün kəsilişi açılmışdır.
Tektonik cəhətdən bu yataq Fatmayı-Zığ antiklinal xətti üzərində yerləşən növbəti antiklinal qalxımla əlaqədardır. Balaxanı-Sabunçu-Ramana yatağı braxiantiklinal quruluşa malikdir. Qırışıq assimmetrikdir. Yəni, şimal qanadda layların yatımı 20-250, cənubda isə 60-800 təşkil edir. Qırışıq çoxlu sayda tektonik qırılmalarla mürəkkəbləşmişdir. En istiqamətdə keçən qırılmalar kiçik amplituda malik olub, Məhsuldar qatın üst şöbəsinin lay dəstələri ilə əlaqədardır. Belə tektonik qırılmalar dərinə getdikcə sönürlər. Yatağı uzununa kəsən iki eninə qırılma müşahidə olunur. Bunlar da məhsuldar qatın alt şöbəsi ilə əlaqədardır. Bu iki uzununa tektonik qırılmalar qraben əmələ gətirir. İki qırılmalar arası məsafə 300 m təşkil edir. Amplitudları 90-100 m-dir. Uzununa keçən qırılmalar həmçinin dərinə getdikcə sönürlər. Yatağın neftlilik-qazlılığı əsasən məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Məhsuldar qatın kəsilişində əsasən aşağıdakı qumlu horizontlar ayrılır:
1) Suraxanı lay dəstəsi - A, B, C, D I və I'; 2) Sabunçu lay dəstəsi – II, III, IV; 3) Balaxanı lay dəstəsi – V, VI, VII, VIII, IX və X; 4) Fasilə lay dəstəsi – QüG, QüQ, QlD, QaD və Qala. Qeyd olunan qumlu lay dəstələrinin hamısı yataqda neftlidir. X horizont və Fasilə lay dəstəsi Sabunçu və Ramana sahələrində suludur. Ümumiyyətlə,Balaxanı-Sabunçu-Ramana yatağında 28-ə yaxın neftli horizont mövcuddur.Onlardan 10-u alt məhsuldar qatın payına düşür.
Suraxanı neft-qaz yatağı
Suraxanı neft-qaz yatağı Abşeron yarımadasının cənub-şərqində,Bakı şəhərindən şərqdə yerləşir. Bu yataq 1905-ci ildən istismardadır. Yatağın relyefi düzənlikdən ibarətdir, düzənliyin əsasını Abşeron yaşlı əhəngdaşları təşkil edir. Yatağın geoloji quruluşunda – Pont mərtəbəsindən tutmuş Üst Pliosenə qədər çöküntü kompleksi iştirak edir.
Bu yataq əsasən tektonik cəhətdən - meridional istiqamətdə uzanmış gümbəzvari formaya malikdir. Qırışığın qərb hissəsi yastı olub, 10-200-lik bucaq altında yatır. Şərq hissəsi isə bir qədər dik yatıma malik olub, 20-300-lik bucaq altında meyl edir. Şərq hissədən qırışığın tağına doğru getdikcə layların yatım bucağı 60-700-yə çatır. Suraxanı qırşığını en istiqamətdə keçən çoxlu sayda qırılma mürəkkəbləşdirir. Bu qırılmaların amplitudu 50-60 m-dir. Stratiqrafik dərinlik artdıqca bu qırılmalar sönür və məhsuldar qatın alt şöbəsində eninə qırılmalar müşahidə olunmur. Məhsuldar qatın alt şöbəsində qırışığı kəsən iki uzununa qırılma müşahidə olunur. Uzununa keçən qırılmanın amplitudu 50-60 m-dir. Yatağın neftlilik-qazlılığı məhsuldar qatın bütün qumlu horizontları ilə əlaqədardır. Yalnız X horizont və Fasilə lay dəstəsi istisna olmaqla. Suraxanı yatağında istismar olunan obyektlərin sayı 56-ya çatır.
Bibiheybət neft-qaz yatağı
Bibihebət neft və qaz yatağı Abşeron neftli-qazlı rayonunun cənubunda, Xəzər dənizinin kənarında yerləşir. 1873-cü ildən istismar olunur. Yataq geomorfoloji cəhətdən mürəkkəb quruluşa malikdir. Yataq üç tərəfdən Abşeron yaşlı əhəngdaşlarından təşkil olunmuş yüksəkliklərlə əhatə olunub. Yataqda dənizə yaxın hissədə Bibiheybət d ərəsi qeydə alınır. Bu hissədə həmçinin sönmüş palçıq vulkanı da qeydə alınır. Yatağın bir hissəsi dənizlə əlaqədardır. Bu hissə 1924-cü ildə qurudulmuş və ona Buxta adı verilmişdir. Yataqda yer səthinə Suraxanı lay dəstəsinin çöküntüləri çıxır. Yatağın geoloji quruluşunda - Üst Miosen çöküntülərindən tutmuş Pliosenə qədər çöküntü kompleksi iştirak edir.Məhsuldar qatın kəsilişində aşağıdakı horizontlar ayrılır: Üst Məhsuldar qat
Suraxanı lay dəstəsi - I, II, III, IV horizontlar; Sabunçu lay dəstəsi – V, VI, VII, IX, X və XI horizontlar; Balaxanı lay dəstəsi – XII, XIII, XIV, XV horizontlar; Fasilə lay dəstəsi – XVI.
Alt məhsuldar qat
Qırmaki üstü gilli lay dəstə; Qırmaki üstü qumlu lay dəstə; Qırmaki lay dəstəsi; Qırmakialtı lay dəstə; Qala lay dəstəsi;
Məhsuldar qatın ümumi qalınlığı 1600-1800 m-dir. Tektonik cəhətdən bu qırışıq – braxiantiklinal qırışıq olub, assimmetrik quruluşa malikdir. Şimal-şərq qanadı yastı 20-300, cənub-qərb qanadı isə nisbətən dikdir. Şimal-şərq qanadda qırışığın uzanmasına paralel, uzunluğu 2 km, eni isə 500 m olan bir sahə ayrılır. Bu sahədə Qırmakialtı lay dəstəsinin çöküntüləri iştirak etmir. Bu sahədə Qırmaki lay dəstəsi birbaşa Miosen çöküntülərinin üzərinə yatır.Bu da burada qədim tağın olması ilə izah edilir. Bibiheybət qırışığında iki qrup qırılma qeydə alınır: birinci qrup tektonik qırılmalar üst məhsuldar qatda iştirak edir, ikinci qrup tektonik qırılmalar isə alt məhsuldar qatda yayılmışdır. Alt məhsuldar qatda izlənilən tektonik qırılmalar yatağı uzununa istiqamətdə mürəkkəbləşdirmişdir. Bu qırılmaların amplitudu 70-80 m təşkil edir. Neftlilik-qazlılıq nöqteyi- nəzərdən Məhsuldar qat çöküntüləri diqqəti cəlb edir. Burada Qırmaki lay dəstəsi istisna olunmaqla, bütün qumlu horizontlar neftli-qazlıdır. Yatağın tağ hissəsində sərbəst qaz yatağı müşahidə olunur. Məhsuldar qatın kəsilişində 17-yə qədər neftli obyektlər müəyyən edilmişdir. Miosen çöküntülərinin neftlilik-qazlılığını müəyyən etmək məqsədi ilə bu qırışıqda bir neçə kəşfiyyat quyusu qazılmasına baxmayaraq, anomal yüksək təzyiq olduğuna görə bu çöküntülərdə qazımanı başa çatdırmaq mümkün olmamışdır. Ona görə Miosen çöküntülərinin neft-qazlılığı Bibiheybət yatağında müəyyən olunmamuşdur.
Binəqədi neft-qaz yatağı
Bu neft və qaz yatağı Abşeron yarımadasının mərkəzində, Bakı şəhərindən 9 km şimalda yerləşir. Binəqədi yatağının relyefi digər yataqlardan çox fərqlənir. Palçıq vulkanlarının əmələ gətirdiyi relyef yatağı daha da mürəkkəbləşdirmişdir. Bu relyefə Böyük dağ, Kiçik dağ, Keyrəki,Ziyil- Piri və s. palçıq vulkanlarının əmələ gətirdikləri yüksəkliklər təsir göstərmişdir. Bu yüksək relyefləri bir-birindən ayıran dərələrə də rast gəlinir. Sahədə bir neçə duzlu göllərə də rast gəlinir (Binəqədişor, Böyükşor, Masazır və s.).
Yatağın geoloji quruluşunda - Eosen çöküntülərindən tutmuş Pliosen çöküntülərinə qədər çöküntü kompleksi iştirak edir.
Eosen çöküntüləri bozumtul əzilmiş gillərdən ibarətdir və yatağın diapir hissəsində kütlə şəklində yerləşir.
Maykop çöküntüləri qəhvəyi rəngdə əzilmiş boz gillərdən təşkil olunmuşdur. Bu çöküntülər yatağın tağ hissəsində yer səthinə çıxır və 75-800 bucaq altında yatırlar.
Çokrak horizontu – tünd-boz gillərdən təşkil olunmuşdur. Horizontun kəsilişində mergel, dolomit və kiçik qalınlıqlı qumdaşlarına da rast gəlinir qalınlıq 60-70 m-dir. Üst Miosen çöküntüləri – Konq, Karaqan, Sarmat ,Meotis. Bunlar gillərdən, alevritlərdən, mergellərdən, , qum araqatla rından təşkil olunmuşdur və qalınlıq 350 m-dir. Pont çöküntüləri – bozumtul gillərdən təşkil olunmuşdur və qalınlıq 120 m.
Məhsuldar qat çöküntüləri Abşeron litofasiyasında yayılmışdır. Qumlu-gilli çöküntülərin növbələşməsindən ibarətdir. Məhsuldar qatın kəsilişində Qırmaki altı lay dəstəsindən tutmuş Suraxanı lay dəstəsinə qədər bütün lay dəstələri iştırak edir. Balaxanı-Sabunçu-Ramana yatağından fərqli olaraq bu yataqda məhsuldar qatın qumluluq faizi şərqdən qərbə doğru getdikcə xeyli azalır. Məhsuldar qatın qalınlığı 1250-1275 m-dir.Yatağın geoloji quruluşunda həmçinin Abşeron, Ağcagil mərtəbələri də iştirak edir.
Tektonik cəhətdən yataq en istiqamətdə uzanan mürəkkəb antiklinal qırışıqdan ibarətdir. Yataq diapir quruluşa malikdir. Qırışığın nüvəsində Maykop lay dəstəsinin , Çokrak horizontunun və Diatom lay dəstələrinin çöküntüləri ilə əhatə olunan Eosenin (qoun) əzilmiş gilləri iştirak edir. Qırışığın şimal qanadı cənub qanada nisbətən daha dik yatıma malikdir. Belə ki, layların yatım istiqaməti şimal qanadda 55-700 (məhsuldar qat), daha qədim çöküntülərə görə (miosen-oliqosen) isə 70-850 təşkil edir. Qırışıq çoxlu sayda tektonik qırılmalarla mürəkkəbləşmişdir. Bu qırılmalardan ən əsasını uzununa qırılma təşkil edir ki, onunla da Ziyilpiri, Keyrəki,Abix , Böyükdağ və s. palçıq vulkanları əlaqədardır. Bu qırılma demək olar ki, Binəqədi sahəsini sərbəst Çaxnaqlar neftli sahəsindən ayırır. Bu sahədə zəngin neft yataqları Qırməkialtı dəstəsinin qalxma istiqamətində pazlaşan layları ilə əlaqədardır. Bundan başqa çox da böyük olmayan fay və əks-faylar da müəyyən olunmuşdur.Qırışığın şimal qanadı böyük qırılma ilə mürəkkəbləşmişdir ki,bunun da nəticəsində pont və diatom çöküntüləri koun lay dəstəsinin çöküntüləri ilə kontakta gəlir. Yatağın neftlilik-qazlılığı alt Məhsuldar qat və Miosen çöküntüləri ilə əlaqədardır. Hazırda Miosen çöküntülərindən neft alınır. Yataq 1896-cı ildən istismardadır.
Lökbatan neft-qaz yatağı
Bu neft-qaz yatağı Abşeron neftli-qazlı rayonunun cənub-qərb hissəsində yerləşir. Lökbatan neft-qaz yatağı Bakı şəhərindən 10-13 km cənub- qərbdə,eyni adlı palçıq vulkanının tutduğu sahədə və onun şərq və qərbindəki düzənlikdə, Puta və Yasamal dərələrinin kəsişdiyi yerdə yerləşir. Yatağın relyefi sadə quruluşa malikdir. Palçıq vulkanının dəniz səviyyəsindən yüksəkliyi 101 m-dir. Lökbatan neft-qaz yatağı Qərbi Abşeronun ən böyük yataqlarından biridir.Bu yataq burada aparılmış detal geoloji-kəşfiyyat işləri nəticəsində 1932-ci ildə müəyyən olunmuşdur
Yatağın geoloji quruluşunda üst miosendən Abşeron və Ağcagil mərtəbələrinə qədər çöküntü kompleksi iştirak edir. Onun sahəsində Ağcagiil və Abşeron mərtəbələrinin və Məhsuldar qatın Suraxanı lay dəstələrinin çöküntüləri geniş yayılmışdır. Qırməkialtı lay dəstəsi Pont mərtəbəsi üzərinə transqressiv olaraq yatır. Qırməkialtı lay dəstəsi qırışığın uzaq cənub qanadında müəyyən olunmuşdur. Məhsuldar qatın digər lay dəstələri və üst miosen çöküntüləri quyular vasitəsilə açılmışdır. Bu çöküntülər əsasən Abşeron yarımadasına xas olan litofasiyaya malikdir. Ona görə kəsilişin ayrı-ayrı stratiqrafik vahidlərinin təsvirinə çox yer vermirik. Lakin qeyd etmək lazımdır ki, bu kəsilişdə əsas yeri tutan məhsuldar qat çöküntüləri yarımadanın digər yataqlarının kəsilişlərinə nisbətən xeyli gilli olmasıdır. Bundan əlavə burda məhsuldar qatın üst şöbəsinin ümumi qalınlığı qonşu Atəşgah, Binəqədi, Bibiheybət və s. yataqların sinxronik kəsilişindən ən azı 250-350 m fərqlidir. Bu kəsilişdə yuxarıdan aşağı A, I, I a, II, III literli layları və IIIa, IIIb, IIIc, IV, IVa, IVb, IVc, IV, V, VI, VIa, VIb, VI-VII1, VI-VII2, VI-VII3 kimi qumlu və alevritli horizontlar ayrılmışdır. Sonuncu üç horizont Qərbi Abşeronda vahid Y11 horizont kimi birləşdirilir. Bu horizont Mərkəzi və Şərqi Abşeronda yayılan Fasilə lay dəstəsinin stratiqrafik analoqu hesab edilir.Müəyyən edilmişdir ki, yatağın şərq hissəsində nisbətən yüksək kollektorluq xüsusiyyətləri və sabit qalınlıqları ilə səciyyələnən qum-qumdaşı horizontları, qərb istiqamətdə fasiya dəyişkənliyinə məruz qalaraq xeyli gilliləşir. Həmin istiqamətdə horizontların qalınlıqlarının tədricən azalması da qeyd olunur. Onların bəziləri yatağın qərb qurtaracağında pazlaşır və yaxud qumlu gilə keçir. Məhsuldar qatın ümumi qalınlığı və habelə ayrı-ayrı qum, qumdaşı, alevrit horizontlarının qalınlığı şimaldan cənuba doğru artır. Bu hal kəsilişin orta və alt hissələri üçün daha da səciyyəvidir.Məhsuldar qatın alt şöbəsində QÜG,QÜQ, QD və QAD iştirak edir.QÜG dəstənin qalınlığı 70-100m, QÜQ dəstənin qalınlığı 35-50 m, QD qalınlığı şimal qanadda 160m, cənub qanadda isə 250 m-dir. QAD çöküntüləri şimal qanadda qeydə alınmı.,cənub qanadda isə bir neçə quyuda açılmışdır. Açılmış qalınlıq 60 m-dir.
Ağcagil və Abşeron mərtəbəsinin çöküntüləri strukturun uzaq qanadında və periklinalında yayılmışlar.
Tektonik cəhətdən Lökbatan neft-qaz yatağı en istiqamətində uzanmış braxiantiklinal qırışıqla əlaqədardır. Qırışığın cənub qanadı nisbətən yastı (45-500),şimal qanadı isə nisbətən dik (55-659) meyl edir. Bu qırışıq, Güzdək muldasını əhatə edən Qovundağ-Şabandağ-Atəşgah-Lökbatan-Puta-Korgöz antiklinal zonasının növbəti unudulyasiyasından biri olmaqla bərabər, həmin zonanın Şabandağdan cənubda meridional istiqamətdən kəskin surətdə qərbə əyildiyi sahədə yerləşmişdir. Lökbatan qırışığı bir sıra pozğunluqlarla mürəkkəbləşmişdir. Bunlardan biri qırışığın şarnirindən keçən və amplitudu 300-350 olan uzununa qırılmadır.Bu qırılma üzrə qırışığın cənub qanadı və tağ hissəsi bir qədər qalxmışdır və şərq hissədə şimal qanad üzərinə aşmışdır. Əsas pozğunluq hesab olunan üstəgəlmədən əlavə qırışığın tağ hissəsində bir neçə nisbətən kiçik uzununa və eninə pozğunluqlar da müəyyən edilmişdir. Onların yerdəyişmə amplitudası 15-55 m arasında dəyişir. Lökbatan palçıq vulkanının əsas pozğunluqdan bir qədər cənubda, yenə də en istiqamətində uzanan və 50-55 m amplituda malik nisbətən kiçik bir pozğunluqla əlaqədar olduğu artıq qəti müəyyən edilmişdir.
Yatağın əsas neft-qaz perspektivliyi cənub qanadda Qırməkialtı lay dəstəsinin pazlaşan suxurları ilə,miosen-oliqosen çöküntüləri kompleksinin terrigen kollektorları ilən və üst təbaşirin karbonatlı kollektorları ilə əlaqədardır.
Qaradağ qaz-kondensat yatağı
Qaradağ qaz-kondensat yatağı Abşeron yarımadasının cənub-qərbində, Xəzərin sahilində yerləşir.Yatağın relyefi palçıq vulkanlarının əmələ gətirdiyi yüksəkliklərlə mürəkkəbləşmişdir.Yataqda yer səthinə Məhsuldar qat çöküntülərinin Suraxanı,Sabunçu lay dəstələri və eləcə də üst Miosen çöküntüləri çıxır.Quyular vasitəsilə Məhsuldar qatın Balaxanı lay dəstəsi , Məhsuldar qatın alt şöbəsi, Pont mərtəbəsi, Miosen çöküntüləri və Maykop seriyasının çöküntüləri açılmışdır.
Maykop yaşlı çöküntülər - bu qırışıqda bir neçə quyu ilə açılmışdır və əsasən gilli litofasiyada özünü büruzə vermişdir. Burada həmçinin kiçik qalınlıqlı qum laycıqlarına rast gəlinir. Qalınlıq 800-850 m.
Çokrak horizontu - Bu horizontun qalınlığı 50 m olub,gilli-qumlu litofasiyaya malikdir. Qazılmış bir neçə quyuda Çokrak horizontundan neft alınmışdır.
Diatom lay dəstəsi(karaqan-sarmat) - gilli fasiya ilə xarakterizə olunur. Kəsilişdə qalınlığı 1,5-3 m-ə çatan qumlu laylar müşahidə olunur və neft-qazlılıq cəhətdən diqqəti cəlb edir.Açılmış qalınlıq 1200m-ə qədərdir.
Pont mərtəbəsi əsasən gilli litofasiyadadır.Qalınlıq 100 m. Məhsuldar qat çöküntüləri - qumlu gilli çöküntülərin növbələşməsindən ibarətdir. Şimal qanadda və şimal periklinalda qalınlıq 2300 m, cənub qanadda isə 2800-3000 m təşkil edir. Ağcagıl mərtəbəsi - qalınlığı 100 m olan gilli litofasiya ilə xarakterizə olunur. Abşeron mərtəbəsi - gilli-qumlu əhəngdaşlarından ibarətdir. Qalınlıq- 800m-əqədər.
Qaradağ qırışığı iki hissədən ibarətdir: en və meridional hissə.En istiqamətində uzanan hissə ölçülərinə görə meridional hissəyə nisbətən böyükdür.Bu qırışıq cənub qanadı dik (35-600) və şimal qanadı az maili(30-350) olan böyuk bir qalxımdan ibarətdir. Qırışığın oxu boyu sürüşmə amplitudu 200-300m. Olan böyük bir pozğunluq keçir.Bu pozğunluqla Axtarma, Torpağı-Axtarma,və Pilpilə palçıq vulkanları əlaqədardır ki, onların da brekçiyaları sahənin bütün mərkəzi hissəsini əhatə edir.Bu qırılmadan başqa qırışıq bir sıra eninə qırılmalarla da mürəkkəbləşmişdir.Qırışığın meridional hissəsində qərb qanadda layların yatım bucaqları 550 –dən artıq deyildir, şərq qanadda isə onlar 700 çatırlar.
Qırışığın uzunluğu V horizontun tavanına görə 12 km,eni isə 4.5-5 km-dir. Bu hissədə VII-VIIa horizontlarının neftlilik sərhəddinə görə yatağın təxmini hündürlüyü 2600 m-dir.
Qaradağ yatağının ərazisində çoxlu sayda təbii neft-qaz təzahürləri müşahidə edilmişdir.İntensiv neft-qaz təzahürləri həmçinin bir sıra struktur-xəritəalma quyularının qazılması prosesində müşahidə edilmişdir. Qaradağ yatağı 1939-cu ildən istismara daxil olmuşdur.İlk sənaye əhəmiyyətli neft 2 saylı kəşfiyyat quyusundan ( V horizont) alınmışdır.1955-ci ildə cənub qanadda yayılmış VII və VIII horizontlardan qaz-kondensat alınıb. VII horizontdan 400-500 m3/gün qaz və 70-75 ton/gün kondensat alınıb. VIII horizontdan isə 250-300 m3/gün qaz və 40-45 ton/gün kondensat alınıb.
Qaradağ yatağının neft-qazlılığı Məhsuldar qat və Miosen çöküntüləri ilə əlaqədardır. Quyular vasitəsilə Məhsuldar qatın Qırmakıaltı lay dəstəsinin neftliliyi ərazidə müəyyən edilib. Yataqda qazılmış bir neçə dərin quyu (116, 205,107,109) isə Miosen çöküntülərinin sənaye əhəmiyyətli neft- qazlılığını müəyyən edib. Lay suları, V horizont da daxil olmaqla cod,aşağıdakı horizontlarda və intervallarda isə qələvi tərkiblidir. Yatağın qərb periklinalı və şimal qanadı Məhsuldar qatın alt hissəsi və Miosen hesabına perspektivli sayılır.
Dostları ilə paylaş: |