2. Pedaqogikada diferensasiya və inteqrassiya prosesləri Ali məktəb pedaqogikası ümumi pedaqogikanın sahısi kimi



Yüklə 248,55 Kb.
səhifə1/9
tarix30.11.2022
ölçüsü248,55 Kb.
#71529
  1   2   3   4   5   6   7   8   9
1MÜHAZİRƏ (1)



I MÖVZU
Ali məktəb pedaqogikasının predmeti və vəzifələri Ali məktəb pedaqogikasının təşəkkülü və inkişafı


Plan:-1. Pedaqogika elminin predmeti və əsas kateqoriyaları
2.Pedaqogikada diferensasiya və inteqrassiya prosesləri
3.Ali məktəb pedaqogikası ümumi pedaqogikanın sahısi kimi
4.Ali məktəb pedaqogikasının əsas tədqiqat aspektləri, konsepsiyası, təşəkkülü
5.Rusiya və Azərbaycanda ali məktəb pedaqogikasının inkişafı, elmi dərəcə və adların yaranma tarixi.

Elm ictimai şüur formalarından biri olub, təbiət, cəmiyyət və təfəkkürün obyektiv inkişaf qanunlarını özündə ehtiva edərək bəşəriyyətin tarix boyu yaratdığı biliklər sistemindən və həmin biliklər zəminində yeninin yaradılması mahiyyətinin açması üçün göstərilən fəaliyyətdən ibarətdir.
Elm yeni nəzəriyyələrin yaradılmasına, üçün yeni biliklərin müəyyənləşdirilməsinə və ümumiləşdirilməsinə yönəlmiş mürəkkəb idrak fəaliyyətidir.
Bizi əhatə edən gerçək aləm vahid olduğundan onu öyrənən elm də vahiddir, bütövdür. Bu, eyni zamanda, elmin bütün sahələri üçün ümumi' olan anlayışlarda, tədqiqat vasitələrində və tədqiqat metodlarında ifadə olunur. Lakin elm, spesifik xüsusiyyətləri nəzərə alınınaqla müxtəlif sahələrə bölünür, başqa sözlə, diferensiasiya (ayırına, fərqləndirınə dərəcələrinə ayırına, tədəqələşmə) olunur. Elmin diferensiasiyası, müəyyən mənada şərtidir və varlığın müxtəlif xüsusi sahələrini daha dərindən öyrənınəyə imkan verir.
Elmin müxtəlif aspektləri biri-birindən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:
* hər bir elm sahəsi özünəməxsusluğu ilə fərqləndiyindən onların tədqiqat obyekti və predmeti var;
* hər bir elm sahəsi spesifik terminologiyası olması (leksik vasitələr, adlar sistemi, kateqoriyaları) ilə fərqlənir;
* hər bir elm sahəsinin öz obyektini və predmetini öyrənməsi üçün xüsusi tədqiqat metodlar var.
Elmin «obyekt» və «predmet» anlayışları biri-birilə sıx vəhdətdə olsa da, onları qarışdırınaq olmaz. Çünki: a) «obyekt» anlayışı «predmet» anlayışmdan daha genişdir, bütün real gerçəklik elmin obyektidir. Predmet (aspekt) anlayışı isə obyektin hansı nöqteyi-nəzərdən öyrənilməsi ilə bağlıdır; b)obyekt orijinalla, predmet isə orijinalın elmdəki modelinin ayrı-ayrı komponentbri ilə əlaqədardır.
Obyekt sözü latınca «obyektum» sözündən götürülüb, mənası predmet deməkdir. Obyekt insandan kənarda, onun şüurundan və iradəsindən asılı olmayaraq mövcud olan xarici aləmdir. Pedaqoji gerçəklik - bu, ümumi obyektin yalnız bir hissəsidir və onu pedaqogika elmi tədqiq edir. Azərbaycan dilində olan pedaqoji ədəbiyyatda, xüsusən də dərslik və dərs vəsaitlərində «predmet» və «mövzu» anlayışları eyniləşdirilir, «pedaqogikanın predmeti» ilə yanaşı, «pedaqogikanın mövzusu» ifadəsi də işlədilir. Bu, yanlışdır. Çünki «predmet» və «mövzu» eyni tutumlu anlayışlar deyil. «Predmet» anlayışının daha tutumlu olduğunu nəzərə alaraq «pedaqogikanın predmeti» ifadəsini işlətmək daha məqsədəuyğundur. «Mövzu» isə predmetin tematik struktur ayrılığını ifadə edir.
Hər bir elm kimi pedaqogika da cəmiyyətin praktik tələbatlarından irəli gəlmişdir. Pedaqogika cəmiyyətdə gənc nəslin ictimai istehsal münasibətlərinə girişmək və onu inkişaf etdirınək fəaliyyətinə daha effektli hazırlığına olan tələbatı ilə əlaqədar yaranınışdır. Tərbiyə öz varlığı ilə insan cəmiyyətinin yaranınası ilə şərtləndiyi halda, pedaqogika bir elm kimi çox sonralar, cəmiyyətin çoxəsrlik təcrübəsinin toplamış və ümumiləşdirərək onun gələcək inkişafmın tələbatından irəli gələrək böyüməkdə olan nəslin həyata daha məqsə- dəuyğun və planlı hazırlığını təmin etmək üçün təlim-tərbiyə müəssisələrinin yaradılması ilə əlaqədar forınalaşmışdır. İlk öncə fəlsəfənin tərkibində forınalaşan pedaqogika tədricən ondan ayrılmış, xüsusi tədqiqat sahəsi olan müstəqil bir elm kimi inkişaf etməyə başlamış, hüdudları genişlənıniş, mürəkkəb və dinamik bir sistemə çevrilmişdir.
Müasir pedaqogika təhsilin müxtəlif texnologiyalarının konstruksiyası ilə məşğul olaraq real təlim mərkəzi və bu istiqamətdə axtarışların mərkəzinə milli və ümumbəşəri dəyəüərə yiyələnən şəxsiyyət tərbiyəsini qoyur. Pedaqogika elmi bu məqsədə çatmaq üçün dövlətin sosial - iqtisadi inkişafında, cəmiyyətin humanitarlaşdırılması, manistləşdirilməsi və demokratikləşdirilməsi prosesində təhsilin prioritet (almanca püorität, latınca piror - birinci, böyük deməkdir. Hər hansı fəaliyyətin həyata keçirilməsində vaxt etibarilə birincilik) rolunu əsas götürür.
Pedaqogikanın predmeti ilə bağlı müxtəlif fikirlər vardır. Bu haqda yayılmış ən geniş fıkir belədir: pedaqogika - tərbiyənin qanunauyğunluqlarını, tendensiyalarını, perspektiv və prioritetlərini, nəzəriyyə və texnologiyalarını, məzmununu, prinsiplərini, forına və metodlarını tədqiq edir.
Tərbiyə birmənalı anlayış deyil və ən azı dörd mənada işlədilir.
* geniş sosial mənada-bütövlükdə cəmiyyətin, sosial mühitin şəxsiyyətə təsiri;
* geniş pedaqoji mənada-təhsil-tərbiyə sisteminin, pedaqoji prosesin şəxsiyyətə məqsədyönlü təsiri;
* dar pedaqoji mənada-şəxsiyyətin istiqamətinin və psixi keyfıyyətlərinin formalaşdırılması;
* daha lokal mənada- onkret tərbiyə vəzifələrinin (əxlaqi keyfıyyətlərin, estetik zövqün, mədəni davranışın tərbiyəsi) reallaşdırılması.
Olduqca mürəkkəb sosial proses olan tərbiyə bir çox elmlərin kontekstində onlarla qarşılıqlı əlaqədə öyrənilir. Fəlsəfə - tərbiyənin ontologiya (yunanca on, ontos - mövcud olan, loqos - elm, təlim deməkdir. Fəlsəfədə varlığın ümumi əsasları, prinsipləri, strukturu və qanunauyğunluqlarından bəhs edən təlim nəzəriyyəsi) və qnoseologiyasını (yunanca qnosis - bilik, loqos-elm, təlim, idrak nəzəriyyəsi deməkdir); sosiologiya- şəxsiyyətin (sosializasiyası) ictimailəşməsi prosesini; etnoqrafiya (yunanca ethnos - xalq + qrafiye - xalqları etnosları, onların məişətini, adətlərini, etnik birliklərin yaranınası və inkişafım, onların yayılması vəqarşılıqı mədəni əlaqələrini öyrənən tarix elmi) tarixi inkişafın müxtəlif nıərhələlərində dünya xalqlarının tərbiyə fəaliyyətini; iqtisa- diyyat elmi-tərbiyə üçün optimal infrastruktur sistemlərin yaradılmasmı; psixologiya - şəxsiyyətin yaş və fərdi xüsusiyyətlərini və inkişaf qanunauyğunluqlarını öyrənir.
Tərbiyə konkret tarixi proses olub, cəmiyyətin və dövlətin sosial-iqtisadi, siyasi və mədəni inkişaf səviyyəsi hər bir millətin milli xüsusiyyətləri ilə şərtlənir.
Tərbiyə şəxsiyyətin məqsədyönlü və mütəşəkkil forınalaşması prosesidir. Tərbiyə özünəməxsus xüsusiyyətləri olan ictimai hadisədir. Tərbiyə elə bir ictimai hadisədir ki, onsuz cəmiyyətin mövcudluğu və irəliyə doğru inkişafı mümkün deyil. Hər bir yeni nəsil özündən əvvəlkiləri əvəz edərkən, qazanılmış maddi və mənəvi sərvətləri mənimsəyir, yaşlı nəslin təcrübəsinə söykənərək onu daha da zənginləşdirir. Bu mürəkkəb proses arasıkəsilmədən dialektik surətdə davam edərək cəmiyyətin tərəqqisini təmin edir. Deməli, tərbiyə ümumi və əbədi kateqoriyadır.
İctimai kateqoriya olan tərbiyə dəyişməz qalmır. Cəmiyyətin maddi əsaslarının, ideologiyasının inkişafı ilə birlikdə tərbiyənin məzmunu, məqsəd və vəzifələri, forına və metodları da dəyişir. Konkret tarixi və sinfı məzmun tərbiyənin son dərəcə mühüm xarakteristikasıdır.
Tərbiyənin mühüm funksiyası gənc nəsli bəşəriyyətin tarix boyu yaratmış olduğu ictimai təcrübə ilə silahlandırmaqdır. İctimai təcrübə deyilərkən, bilik, bacarıq və vərdişlər sistemi, münasibətlər sistemi, yaradıcılıq təcrübəsi başa düşülür. İctimai təcrübə gənc nəslə əsasən təhsil vasitəsilə verilir.
Deməli, pedaqoji prosesin bütün komponentlərinin kəmiyyət və keyfiyyət göstəricilərini müəyyənləşdirən, onun həyata keçirilməsinin məqsədi və nəticəsi olan təhsil pedaqogika elminin predmetidir. Təhsil həm dəyər, həm proses, həm sistem, həm də nəticədir.
Sosial fenomen olan təhsil iki mənada - geniş (insanların ümumiyyətlə bilik, bacarıq və vərdişlərə yaxud elmi-texniki biliklərə yiyələnınəsi) və dar mənada (təlim prosesinin nəticəsi kimi bu prosesdə qazanılmış bilik, bacarıq və vərdişlər sistemi) işlədilir.
Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf etdirınək, onu həyata hazırlamaq məqsədi ilə müasir standartlara uyğun olaraq müəyyənləşdirilmiş məzmunun tədris müəssisələrində mənimsənilmə səviyyəsinin qəbul olunınuş meyarlarla yoxlanılması, qiymətləndirilməsi və hüquqi sənədlərdə təsbit olunan nəticəsidir.
Təhsilə verilən bu tərifdən məlum olur ki:

  • təhsil cəmiyyətin və dövlətin mənafeyinə xidmət edir;

  • təhsilin əsas məqsədi şəxsiyyətin intellektual, emosional iradi sferalarım inkişaf etdirınək, onu ictimai və şəxsi həyata hazırlamaqdır;

  • təhsilin məzmunu müasir dünya standartlarına uyğun olaraq müəyyənləşdirilir;

  • təhsilin məzmunu təhsil müəssisələrində həyata keçirilən pedaqoji prosesdə reallaşdırılır;


  • mənimsəmənin səviyyəsi qəbul olunınuş meyarlarla yoxlanılır;

  • təhsil müəyyən hüquqi sənədlərin verilməsi ilə başa çatır.

Təhsildətəcrübənin mə-nimsədilməsi (ötürülməsi, verilməsi) və mənimsənilməsi (qavranılması, öyrənilməsi) kimi aktlar ayırd edilir. Bu, təhsilin əsası (nüvəsi) olan təlim prosesi vasitəsilə reallaşdırılır. Təlim pedaqogikanın əsas kateqoriyalarından biridir.
Təlim - təhsil verən və təhsil alanların xüsusi təşkil olunınuş məqsədli və idarə olunan fəaliyyətidir, öyrədən və öyrənənlərin qarşılıqlı fəaliyyəti prosesində bilik və bacarıqların verilməsi və mənimsənilməsi prosesidir. Başqa sözlə, təlim - təhsil almaqdır.
Təlim-təhsil verməklə yanaşı, tərbiyəedici, inkişafetdirici və nəzarətedici imkanlara da malikdir.
Deməli, təlim iki əsas komponentdən ibarətdir:

  • öyrətmə fəaliyyəti (transforınasiya) - bilik, bacarıq və vərdişlərin, fəaliyyət üsullarının verilməsi (öyrədilməsi);

  • öyrənınə fəaliyyəti - təcrübənin qavranılması, dərk edilməsi, bərpa edilməsi və tətbiqi (istifadə edilməsi).

Təlim prosesini sxematik olaraq aşağıdakı kimi göstərmək olar:
Tərbiyə, təhsil və təlim prosesləri vəhdətdə şəxsiyyətin inkişafnı təmin edir.
İnkişaf da pedaqogikanın əsas kateqoriyalarından biridir.
İnkişaf daxili və xarici ziddiyyətlərin mübarizəsi nəticəsində şəxsiyyətin fiziki, əqli və mənəvi imkanlarının kəmiyyət və keyfıyyət dəyişilməsi (irəliləməsi) prosesidir.
Qeyd etmək lazımdır ki, ziddiyyətlər özlüyündə inkişafı ləngidən amillərdəndir. İnkişafda özünü göstərən ziddiyyətlər yalnız dəf edildiyi, aradan qaldırıldığı təqdirdə hərəkətverici qüvvəyə çevrilir.
Şəxsiyyətin inkişafı bioloji, psixoloji və sosial amillərin vəhdətdə təsiri altında baş verən mürəkkəb və obyektiv hadisədir. Lakin inkişafm sürətini nizamlamaq, istiqamətinin məqsədyönlülüyünü təmin etmək mümkündür.
Inkişaf -mürəkkəb bir proses olub, insanın idarə olunan və idarə edilə bilməyən, daxili və xarici, təbii (irsi), sosial və psixoloji faktorların təsirilə formalaşması və təşəkkül tapma prosesidir.
İnkişaf insanın həyatı boyu bir şəxsiyyət kimi təşəkkülünü təmin edir. İnsanın biofıziki və psixoloji varlıq kimi inkişafı - iqtisadi, siyasi, ideoloji, psixoloji və digər faktorların vəhdətdə təsiri altında baş verir. Bu mürəkkəb, çoxcəhətli prosesdə inkişafın mütəşəkkilliyini təmin etmək baxımından tərbiyə əsas vasitələrdəndir. İnsanın formalaşması prosesi mənsub olduğu konkret tarixi dövrün, cəmiyyətin, ictimai təbəqənin dəyər və normaların, davramş qaydalarını mənimsəməklə davam edir. Ümumiyyətlə, fərdin cəmiyyətdə şəxsiyyət statusuna yaxınlaşması çoxcəhətli prosesdir. Şəxsiyyət ictimai münasibətlər sisteminə daha fəal daxil olduqca, onun ictimai həyatla sosial əlaqələri dərinləşir. O, müəyyən təcrübəyə, adət və vərdişlərə yiyələnir, onları öz sərvətinə çevirir. Beləliklə, şəxsiyyətin sosiallaşması (ictimailəşməsi) prosesi baş verir. Digər tərəfdən, şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə nüfuz etdikcə nisbi müstəqillik kəsb edir, başqa sözlə, fərdiləşir. İctimai inkişaf prosesində insan şəxsiyyətə çevrildikcə onun təkrarolunınaz həyat tərzi, öz daxili aləmi, psixikasının özünəməxsus xüsusiyyətləri, təkrarolunmaz həyat və fəaliyyət tərzi formalaşır.
Pedaqogikanın ənənəvi kateqoriyaları sırasına son dövr pedaqoji proqnozlaşdırma və pedaqoji texnologiyalar da daxil edilir.
Proqnozlaşdırına (yunanca proqnosis - uzaqgörənlik, əvvəlcədən xəbər verınə deməkdir. Geniş mənada - proqnozlaşdırma nəzəriyyəsi və praktikası, dar mənada - proqnoz hazırlanınası qanunları və üsulları haqqında elm) başqa sözlə, pedaqoji prosesin məzmun və məqsədlərinə sistemli proqnostik yanaşma mütəxəssislərin peşə və hazırlıq səviyyəsinin düzgün müəyyənləşdirilməsinə, dəyişdirilməsinə şərait yaradır. Çünki sosial-iqtisadi tərəqqinin yeni peşələrə və ixtisaslara olan tələbini proqnozlaşdırmadan cəmiyyətin inkişafını təmin etmək mümkün deyil. Proqnozlaşdırma olmadan ixtisaslaşmanın optimal strukturunu qurmaq, uyğun olaraq təhsilin məzmununu yeniləşdirınək, kadr hazırlığını və yenidən hazırlığını təmin etmək mümkün deyil.
Pedaqoji proqnozlaşdırına zamanı prosesin mərkəzində duran obyekt - insan-tələbə pedaqoji təsirlərin ancaq obyekti deyil, həm də öz gerçəkliyində ahəngdar inkişafm subyektidir. Odur ki, ali təhsilin məzmununu proqnozlaşdırarkən tələbə şəxsiyyətinin fərdi xüsusiyyətləri, motiv və stimulları, tələb və maraqları əsas götürülməlidir. Əlbəttə, bu ali məqsəd təhsilin - məzmunu çərçivəsinə sığmır. Onun reallaşdırılması yalnız ali məktəbdə təlim-tərbiyə prosesində, tələbənin təlimdənkənar həyat və fəaliyyətində, ictimai-faydah əməkdə, istehsal əməyində, çoxplanlı şəxsiyyətlərarası münasibətlərdə mümkündür.
Ali məktəb pedaqogikası elmi, texniki, istehsal sahələrinin «proqnozlar baxımı»ndan öz spesifık məqsədlərinə uyğun olanları ardıcıl və fasiləsiz olaraq seçməli və pedcıqoji interpretasiyalar (latınca interpretatio - şərhetmə, xüsusi ifadələrin adi, həyati dil ilə «tərcüməsi» deməkdir) etməli, mütəxəssisin proqnostik professional modelini (yaxud fəaliyyət modelini) hazırlamalıdır. Bu model elmin, texnikanın, isteh- sal prosesinin elmi surətdə əsaslandırılmış inkişaf istiqamətlərini, müəyyən profılli mütəxəssisin təkcə müasir istehsal sa- həsində deyil, həm də gələcək istehsal prosesində optimal iştirakını təmin edə biləcək şəxsi və professional keyfıyyətlərini özündə əks etdirınəlidir.
Pedaqoji texnologiya (yunanca «texne» - incəsənət, ustalıq, bacarıq və «loqos» - təlim, elm, qanun sözlərindən götürülmüşdür, mütəxəssisin ustahğı, bacarığı deməkdir) pedaqoji prosesin məqsəd və vəzifələrinin layihələşdirilməsi və həlli sistemi deməkdir. O, təlim-tərbiyə işinin effektivliyini artırınağa, qarşıya qoyulmuş vəzifələri yiıksək səviyyədə həll etməyə yönəlir.
Geniş mənada pedaqoji texnologiya təlim və tərbiyənin elmi surətdə əsaslandırılmış vasitələrini, metod və formalarını müəyyənləşdirınəli, şəxsiyyətin formalaşması istiqamətində gənc nəsli ümumbəşəri və milli dəyərlərlə silahlandırmalı, öyrənənlər və öyrədənlər arasında humanist münasibətləri təmin etməlidir.
Dar mənada pedaqoji texnologiya müəllimin konkret fəaliyyəti ilə bağlı ardıcıl hərəkətlər, əməliyyatlar sistemi, təlim-tərbiyə prosesinin təşkili qaydalarımn məcmusu və qarşı- ya qoyulmuş məqsədlərə çatmağa imkan verən alqoritmlərdən (müəyyən qrup məsələlərin effektiv həllini təmin edən qaydalar məcmusu) ibarət texnoloji zəncirdir.
Təlim-tərbiyə prosesinin məqsəd və vəzifələrinin diaqnostlaşdırılması (yunanca diaqnosis - müəyyən etmək deməkdir), perspektivlərin müəyyənləşdirilməsi, nəticələrin əvvəlcədən aşkarlanması, planlaşdırma və təşkilatçılıq işi, pedaqoji təhlil əsasında düzəlişlər etmək və sonrakı fəaliyyətin proqramının hazırlanması, bütöv texnoloji zəncirin həlqələridir.
Hər bir texnologiya - hazırlıq, fəaliyyat prosesi və onun təhlili kimi mərhələlərdən ibarətdir. Pedaqoji texnologiyanın hər bir mərhələsi tamın bir hissəsi kimi öyrədən və öyrənənlərin müvafiq əməliyyatlarını nəzərdə tutur. Ümumiyyətlə, texnologiyalar biri-biri ilə bağlı, ardıcıl, əlaqəli, biri-birini tamamlayan mərhələlərdən (əməliyyatlardan, proseduralardan, operasiyalardan) ibarət olur.
Hər bir texnologiyanın işlənməsi bu və ya digər nəzəri konsepsiyaya əsaslanır. Texnologiyaların hazırlanması mürəkkəb prosesdir və ardıcıl olaraq aşağıdakı mərhələlərdən keçir:
* konsepsiya mərhələsi (latınca conceptio - başa düşmə, sistem, müəyyən nöqteyi-nəzər, rəhbər ideya, əsas fıkir deməkdir);
* metodoloji mərhələ;
* əməliyyat mərhələsi;
* təhlil mərhələsi;
* nəzarətedici-qiymətləndirici mərhələ.
Hazırda müxtəlif pedaqoji texnologiyalar mövcuddur:

  • nəticələrin müəyyənləşdirilməsi mərhələsi;

  • ümumpedaqoji texnologiyalar;

* təlim texnologiyaları;
* tərbiyəedici texnologiyalar;
* inkişafetdirici texnologiyalar;
* kompüter texnologiyaları;
* oyun texnologiyaları;
* yaradıcı kollektiv fəaliyyətin texnologiyaları;
* əməkdaşlıq texnologiyaları və s.
Pedaqogikanın əsas kateqoriyaları vəhdətdədir, biri-digərinə nüfuz etməklə biri-birini tamamlayır. Beləliklə, başlıca kateqoriyadların mahiyyətinin dərk edilməsi pedaqogikanın bir elm kimi forınalaşmasına kömək edir.

Yüklə 248,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin