ALİ MƏKTƏB PEDAQOGİKASI ÜMUMİ PEDAQOGİKANIN SAHƏSİ KİMİ Ümumi pedaqogikanın inkişaf etmiş sahələrindən biri d ali məktəb pedaqogikasıdır. Ali məktəb pedaqogikası ümuml pedaqogikanın əsas kateqoriyalarından, anlayışlarından, qanunauyğunluqlarından, prinsip və qaydalarından, başlıca müddəalarından, tədqiqat metodlarından istifadə edir. Lakin bununla belə, ali məktəb pedaqogikası məktəb pedaqogikası ilə eyni deyil. Ali məktəb pedaqogikasının tədqiqat obyekti, predmeti və bir sıra özünəməxsus xüsusiyyətləri onu ümumi pedaqogikadan fərqləndirir.
Ali məktəb pedaqogikasının spesifik xüsusiyyətbri onun pedaqogikanın müstəqil bir sahəsi kimi inkişafına səbəb oldu.
Ali məktəb pedaqogikasının araşdırınaları gəncliyin ikinci və yaxud yetkinlik dövrünü əhatə edir. Məhz ali məktəb pedaqogikasının spesifık xüsusiyyətləri də bundan irəli gəlir. Bu dövrdə insan artıq əxlaqi, mənəvi dəyərlərin təşəkkülü və dərki ilə digərlərindən fərqlənir.
Tələbə auditoriyası müxtəlif yaşlı, müxtəlif səviyyəli, işgüzarlığı, intizamı, mənəviyyatı, davranışı, şəxsi keyfıyyətləri ilə biri-birindən seçilən gəncləri əhatə edir. Burada əsgəri xidməti başa çatdıran oğlanlar, az-çox əmək təcrübəsinə malik gənclərlə yanaşı, məktəb partası arxasından birbaşa ali məktəbə gələn məzunlar da värdır. Deməli, ali məktəb pedaqogikasının tədqiqat obyekti - 17-18-25 yaşlı gənclərdir. Hər yaş dövrünün daxilində də müəyyən fərqlər vardır (məsələn, 1-ci və 2-ci, 3-cü və 4-cü kurs tələbələri arasmda).
Gəncliyin ikinci dövrü şəxsiyyətin forınalaşmasının, sosial varlıq kimi təşəkkülü prosesinin müəyyən həddə çatması mərhələsidir. Məhz bu yaş dövründə gəncin psixoloji, ideoloji, vətəndaşlıq yetkinliyi formalaşır. Gənc sosial cəhətdən inkişaf edir, fəal həyat mövqeyi təşəkkül tapır, keyfıyyətcə yeni maraq və meyilləri, tipik xarakter əlamətləri yaranır. Deməli, ali məktəbdə pedaqoji proses tələbələrin hər yaş dövrünün özünəməxsus xüsusiyyətlərini nəzərə almaqla təşkil edilməlidir.
Ümumtəhsil məktəbində təlimin əsas təşkili formasıyarsdir. Dərsdə yeni materialın izahı zamanı müəllim' – nəqletmə, şərh, müsahibə, nəzarət, qiymətləndirınə və digər metodlardan istifadə edir. Ali məktəbdə isə təlim prosesində asasən mühazirədən istifadə olunur. Dərsdəki rəngarəngliyi, müxtəlifliyi mühazirədə reallaşdırınaq mümkün olmur. Təcrübə göstərir ki, tələbələr çox zaman mühazirənin məzmununu, daxili məntiqini dərk etmədən, mexaniki surətdə qeydlər aparııiar. Bu isə xüsusən aşağı kurslarda tələbənin tez yorulmasına və iş qabiliyyətinin zəifləməsinə səbəb olur.
Ali məktəb pedaqogikasının fərqləndirici xüsusiyyətlərindən biri də ali təhsil müəssisələrində təlimin formalaşdırıcı rolunun aparıcı olmasıdır. Bu, ali təhsil müəssisələrində pedaqoji prosesin özünəməxsus xüsusiyyətlərindən irəli gəlir.
Ali məktəbdə ümumtəhsil məktəbində olduğu kimi, geniş və hərtərəfli tərbiyəvi iş planı ilə fəaliyyət göstərən sinif rəhbəri yoxdur. Ali məktəbdə ümumtəhsil məktəbində olduğu kimi, geniş miqyasda tərbiyəvi tədbirlər keçirmək imkanı da yoxdur (vaxt məhdudiyyəti, əsas diqqətin təlim prosesinə verilməsi, tələbələrin müstəqil işlərə daha çox vaxt ayrılması və s.). Bununla əlaqədar olaraq ali təhsil müəssisələrində tərbiyəvi tədbirlər epizodik xarakter daşıyır, müəllim-tələbə münasibətləri əsasən təlim prosesi çərçivəsində cərəyan edir. Bu, həm də onunla şərtlənir ki, ümumtəhsil məktəbindən fərqli olaraq ali məktəbdə təhsil-tərbiyə prosesini reallaşdıran interpretator deyil, elmin bu və ya digər sahəsində elmi tədqiqatlarla məşğul olan alimdir.
Orta məktəb şagirdlərə ümumi təhsil verir, gələcəkdə hansı sahədə işləməsindən asılı olmayaraq, onları təbiət, cəmiyyət və təfəkkürün inkişaf qanunlarına aid bilikləüə silah- landırır, onlarda müvafıq bacarıq və vərdişlər forınalaşdırır. Ümumtəhsil məktəbi həm də politexnik təhsil verir. Politexnik təhsil məktəbliləri istehsal prosesinə aid olan ümumi bilik, bacarıq və vərdişlərlə silahlandırır. Ali məktəb isə peşə təhsili verir, yəni gəncləri konkret fəaliyyət sahəsinə müxtəlif peşə və ixtisaslara hazırlayır. Ümumtəhsil məktəblərində gəncin gələcək fəaliyyətindən asılı olmayaraq bir çox elmlərin əsasları öyrədilir. Məktəbli insanların əmək fəaliyyəti haqqında nəzəri və praktik biliklər qazanır, əmək fəaliyyətinin müxtəlif növləri arasındakı əlaqələri dərk edir, şəxsi, fıziki və əqli əməyin təşkili yolları ilə tanış olur, cəmiyyət həyatına hazırlanır.
Orta məktəbdən fərqli olaraq ali təhsil müəssisələrində təlim prosesi «monotexnizm» prinsipi üzərində qurulur. Ali məktəb «ümumiyyətlə mütəxəssis» deyil, konkret peşə sahibi, əməyin bütün növləri ilə məşğul ola bilən «universal işçi» deyil, əməyin konkret sahəsi üçün mütəxəssis hazırlayır. Lakin bu mütəxəssis fasiləsiz təhsil almalı, özünütəhsillə məşğul olmalı, arzusundan və sosial səbəblərdən asılı olaraq öz peşəsini, ixtisasını dəyişməyə hazır olmalıdır.
Ümumi pedaqogikadan fərqli olaraq, ali məktəb pedaqogikası öz araşdırınalarını xüsusi təhsil (ixtisas təhsili), peşə hazırlığı, konkret əmək fəaliyyəti üçün monotexnik mütəxəssis forınalaşdırılması problemlərinin həllinə yönəldir.
Buradan məntiqi olaraq, ali məktəb pedaqogikasmı ümumi pedaqogikadan fərqləndirən digər bir xüsusiyyət də irəli gəlir. Belə ki, məktəb pedaqogikasının iqtisadi nəzəriyyə və bazar iqtisadiyyatı ilə əlaqəsi dolayı olsa da, ali məktəb pedaqogikasının əlaqəsi birbaşa aşkar görünür. Məktəb pedaqogikası yetişməkdə olan nəslin tərbiyəsi nəzəriyyəsini tək- milləşdirərkən, şəxsiyyətinin inkişafı problemini araşdırarkən fəlsəfə, tarix, etika, estetika və digər ictimai elmlərin aparıcı müddəalarına istinad edir. Ali məktəb pedaqogikası elmlərlə bilavasitə üzvi əlaqədədir, bazar iqtisadiyyatının tələblərinə uyğun əqli əmək adamlarının forınalaşdırılması prosesinin fəal və nüfuzlu iştirakçısıdır.
Bazar iqtisadiyyatının tələblərinə uyğun işçi qüvvəsinin hazırlanınasının həlledici amili - peşə oriyentasiyasıdır. Məktəb pedaqogikası şagirdlərin peşə oriyentasiyası problemini mücərrəd və ümumi səviyyədə həll edir: məktəblilərə əməyə, ənıək adamlarına məhəbbət və hörmət hissi aşılamağa çalışır, şagirdləri psixoloji cəhətdən müxtəlif peşə və ixtisaslara ha- zırlayır. Ali məktəb pedaqogikası isə ölkə iqtisadiyyatı üçün prioritet olan bu problemi konkret elmi nəzəriyyə və praktika əsasında həll edir.
Müasir ali təhsil müəssisələrində tələbə şəxsiyyətinin inkişafmın biri-birinə zidd iki istiqaməti mövcuddur: bir tərəfdən ali məktəbdə tərbiyə prosesi, inforınasiya bolluğu, kol- lektiv həyatın müxtəlif formaları, kommunikasiyaların zənginliyi tələbənin ahəngdar şəxsiyyət kimi inkişafnı istiqamətləndirir. Digər tərəfdən, tələbəlik həyatının bir sıra obyektiv və subyektiv amilləri şəxsiyyətin ahəngdar forınalaşma tendensiyasma zidd olan birtərəfli inkişaf meyilləri doğurur.
Bu amillər aşağıdakılardır:
dar ixtisaslaşma;
tədris planlarının utilitar (fransızca utilitalre, latınca ııtilitas - fayda, mənfəət deməkdir. Yalnız əməli fayda, yaxud xeyir götürməyə uyğunlaşdırılan) xarakteri;
ali məktəb proqramlarının həcminin durmadan artması və vaxt çatışmazlığı;
ümumi və ictimai fənlərin tədrisinə geniş yer verilməsi və s.
Bütün bunlar tələbəni hədsiz dərəcədə yükləyir. Bu da asudə vaxtı məhdudlaşdırır. Ona görə də tələbə asudə vaxtını fıziki və intellektual inkişafına, şəxsi maraqlarının təmin edilməsinə, fərdi imkanlarının və qabiliyyətlərinin təkmilləş- dirilməsinə yönəldə bilmir. Paradoksal vəziyyət yaranır: ali məktəb hərtərəfli yetişmiş mütəxəssis əvəzinə birtərəfli inkişaf etmiş peşə-sənət sahibi forınalaşdırır.
Deməli, ali məktəb pedaqogikası bu ziddiyyəti həll etmək üçün tələbə şəxsiyyətinin inkişafındakı «birtərəfliyi», «məhdudluğu» aradan qaldırınaq yollarım müəyyənləşdirilməlidir.
Ali məktəb pedaqogikasmın mühüm xüsusiyyətforindən biri də tədqiqat predmetinin və praktik fəaliyyətinin çoxplanlı olmasıdır. Ali məktəb pedaqogikasının predmetinin çoxplanlı olması ali təhsil müəssisələrinin müxtəlifliyi, peşə və ixtisasların geniş spektri, hər bir ali təhsil müəssisəsində pedaqoji prosesin özünəməxsus şəkildə qurulması, tərbiyə prosesinin ali məktəbin profılinə uyğunlaşdırılması və sairədən irəli gəlir.
Orta məktəbdən fərqli olaraq, ali təhsil müəssisələrində praktikanın, xüsusən də istehsalat praktikasının rolu əvəzedilməzdir. Ali təhsil müəssisələrində praktika ümumtəhsil mək- təbindən fərqli olaraq, çoxcəhətlidir. Orta məktəbdə praktika daha çox biliklərin möhkəmləndirilməsinə yönəldiyi halda, ali təhsil müəssisələrində praktika mütəxəssis hazırlığının üzvü tərkib hissəsidir və bu səbəbdən də son dərəcə müxtəlif istiqamətləri (müəllim hazırhğı, həkim hazırlığı, mühəndis hazırlığı və s.) əhatə edir.
Ali təhsil sistemində praktikanın həlledici mövqeyi - ali məktəbin həyatla, cəmiyyət quruculuğu ilə, bazar iqtisadiy- yatı ilə əlaqəsinin təzahürüdür. Bu əlaqə həm də ölkə qtisadiyyatının ali təhsil qarşısında qoyduğu qlobal vəzifələrin yerinə yetirilməsinə istiqamətlənir.
Ciddi və nıəqsədəuyğun surətdə təşkil olunınuş istehsalat praktikası ali məktəbin çoxcəhətli və müxtəlif istiqamətli fəaliyyətinin keyfıyyət göstəricisidir. Ali məktəbin mütəxəssis hazırhğı sahəsində qazandığı uğuüar istehsalat praktikasının təşkilindən çox asılıdır: istehsalat praktikası, hər şeydən əvvəl, tələbəyə gələcək ixtisası ilə daha dərindən tanış olmağa imkan verir, ikincisi, tələbənin seçdiyi peşə-ixtisas istiqamətində praktik bilik, bacarıq və vərdişlər qazanınası üçün əlverişli şərait yaradır; üçüncüsü, ali təhsil prosesində qazanılmış nəzəri bilikləri möhkəmləndirir və dərinləşdirir; dördüncüsü, tələbədə seçdiyi peşəyə daha dərin maraq və məhəbbət formalaşdırır; beşincisi, tələbə istehsalat prosesinin qanunauyğunluqları və insanlar arasında istehsal münasibətləri haqqında aydın təsəvvüüər əldə edir; altıncı, istehsalat praktikasında tələbə öz qüvvə və imkanlarını sınayır, təşkilatçılıq qabiliyyətlərini inkişaf etdirınək imkanı əldə edir.
Adaptasiya dövründə təcrübəçi tələbənin şəxsiyyətində özünəməxsus «yenidən qurulma» prosesi baş verir: o, əmək kollektivinə daxil olur, müvafıq müəssisənin istehsal prose- sində öz yerini və rolunu müəyyən edir, yeni münasibətlər formalaşır.
Bütün bunlar bir daha sübut edir ki, ali təhsilli mütəxəssis kadrlarının hazırlığında təcrübənin rolu çox böyükdür. Bununla əlaqədar olaraq, ali məktəb pedaqogikası ali məktəbdə praktikanın növləri, təşkili formaları, tələbənin mütəxəssis kimi formalaşması qanunauyğunluqlarım öyrənir, müxtəlif peşələrin professioqraınını tərtib edir, konkret mütəxəssis üçün zəruri keyfıyyətləri müəyyənləşdirir və ali məktəbdə pedaqoji prosesin, xüsusən də praktikanın təşkili zamanı bütün bunları əsas götürür. Aydındır ki, ali məktəbə daxil olan gənclər müxtəlif ixtisas-peşə sahələrinə marağı olan, xüsusi qabiliyyətləri ilə seçilən adamlardır. Məhz ali məktəbdə ixtisasla bağlı qabiliyyətlərin daha artıq inkişafının təmin edilməsi məqsədi aparıcıdır. Bu məqsəd isə təlim prosesinin məqsədəuyğun və effektiv surətdə fərdiləşdirilməsini, peşə-ixtisas hazırlığını fərdi plan və qrafık əsasmda qurınağı tələb edir. Ali məktəbdə təlimin fərdiləşdirilməsi tələbələri müvafiq kafedraların elmi- tədqiqat işlərinə cəlb edilməsi ilə sıx bağlıdır. Bu da tələbədə yaradıcılıq qabiliyyətlərinin təşəkkülünə imkan yaradır. Elmi- tədqiqat işlərinə qoşulan tələbədə elmi təfəkkür və tədqiqatçılıq qabiliyyəti formalaşır.
Ali məktəb pedaqogikası məktəb pedaqogikasından təlim prosesinin təşkili formalarına görə də seçilir. Belə ki, ali məktəbdə müstəqil işlərə daha artıq yer ayrılır. Bu, ali məktəbin yüksək səviyyədə ixtisaslaşmış mütəxəssis hazırlamaq funksiyasmdan irəli gəlir.
Tələbə müstəqil işləri təkcə həcminə görə deyil, keyfiyyətinə görə də şagird müstəqil işlərindən seçilir. Orta məktəbdə şagirdlər bazis bilikləri əsasən dərsdə müəllimin rəhbərliyi altında mənimsəyirlər. Müstəqil işlər şagirdin sinifdə qazandığı bilik və bacarıqların möhkəmləndirilməsinə, habelə sinifdə icrası mümkün olmayan tapşırıqların yeriııə yetirilməsinə həsr olunur.
Ali məktəbdə müstəqil iş forınaları tələbələrdə təşəbbüs- karlığın, şüurluluq və fərdi imkanlarının inkişafına qüvvətli təkan verir. Tələbə zəruri bilikləri müstəqil surətdə əldə edir, ixtisasa uyğun lazımi təcrübəni mənimsəyir və bu yolla konkret peşəyə yönəlir. İnforınasiyaların, biliklərin müstəqil axtarışı - təlim fəaliyyətinin səciyyəvi xüsusiyyətidir. Ali məktəbdə məqsədyönlü, planlı və mütəşəkkil təşkil olunınuş təlim prosesi, həm də tələbənin müxtəlif məzmunlu müstəqil işlərinin, özünütəhsilin vəhdəti kamil mütəxəssis şəxsiyyətinin formalaşmasını təmin edir. Müstəqil işləmək bacarığının əsası orta məktəbdə qoyulur, ali məktəbdə isə tələbənin özünütəhsil səyləri artır, müstəqil işləmək bacarıqları daha da təkmilləşir.
Ali məktəb pedaqogikası müstəqil işləri müəyyənləşdirərkən tələbənin hansı kursda oxuduğunu da nəzərə almalıdır. Məsələn, birinci və ikinci kurslarda tələbənin müstəqıl işi əsasən mülıazirə mətnləri üzərində aktiv işi əhatə edir (mühazirə materialı mənimsəmək, mövzu üzrə əlavə mənbələri öyrənınək və s.). Seminar, laborator və praktik məşğələlərə hazırlıq (məruzə hazırlamaq, şifahi çıxış üçün tezislər yazmaq, müxtəlif tapşırıqları icra etmək, məsələ həlli, hesablama-qrafık işlər, xarici dilin öyrənilməsi ilə bağlı işlər və s.) aşağı kurslarda geniş istifadə olunan müstəqil iş forınalarıdır. Kollekvium, zaçot və imtahanlara hazırlıq da bu qəbildən olan işlərdir.
Yııxarı kurslarda müstəqil iş daha mürəkkəb, ən başlıcası, yaradıcı xarakter daşıyır. İlk mənbələrin dərindən öyrənilməsi, arxiv materialları və sənədlər üzərində iş, kura layihələrinin hazırlanınası, buraxılış işlərinin yazılması və s. yuxarı kurs tələbələrinin icra etdiyi müstəqil işlərin formalarıdır.
Ali məktəb pedaqogikasının özünəməxsus xüsusiyyətlərindən biri də tələbələrin biliyinin yoxlanılmasının diskret (latınca discretus - fasiləli deməkdir) xarakter daşımasıdır. Ümumtəhsil məktəbində şagirdlərin biliklərinə bütün tədris ili ərzində müntəzəm surətdə nəzarət edilir. Ali təhsil müəssisəsində isə tələbələrin bilikləri dövri olaraq, əsasən ildə iki dəfə imtahan sessiyasında yoxlamlır və qiymətləndirilir.
Ali təhsil müəssisəsində biliklərin diskret yoxlanıması tələbələrin təlim fəaliyyətinin qeyri-müntəzəm, «sıçrayışlı» xarakter almasına səbəb olur. Bütün semestr boyu tələbənin fəaliyyəti passiv-seyrçi xarakter daşıyır. Tələbələrin gündəlik fəallığmı, hazırlığını təmin etməyə çalışan müəllimlər tələbələrin «müqavimətinə» təsadüf edir. Tələbə «arxayındır» - əsas imtahandır. Sessiya müddətində isə biliklərin bərpası və «hücumu» prosesi start götürür.
Dekanlığın imtahana hazırlıq üçün ayırdığı 4-5 gün ərzində mühazirə və seminarlarda ümumi formada qavranılan (bəzən də heç dərk edilməyən) biliklər bərpa edilir, dəqiqləş- dirilir, əlavələr edilir və sistemləşdirilir. Cəmi 4-5 günə. Əlavə izahata ehtiyac yoxdur.
Biliklərin «hücumu» dövrü, birincilər - müntəzəm nəza- rətə alışan dünənki məktəblilər üçün xüsusilə ağır olur. Ali məktəb müəllimlərinin «nəzarətsizliyindən» aldıqları «ləzzətin» ömrü çox çəkmir. Birinci kurs tələbəsinin ilk imtahan ses- siyasının nəticələri ürəkaçan olmur.
Lakin ali məktəbdə diskret nəzarətin qüsuıiarı bununla bitmir. İmtahan sessiyaları bir qayda olaraq, tədris ilinin ilk ayının itirilməsinə səbəb olur.'Bu müddət ərzində tələbə irəli
getmir. sadəcə olaraq yerində addımlayır. Bu da adaptasiya dövrünün hələ başa çatmadığına dəlalət edir.
Nəhayət, imtahan sessiyası təkcə tələbələrin deyil, həm müəllimlərin fıziki və əsəbi gərginliyi dövrüdür.
Beləliklə, məlum olur ki, imtahan sessiyası vasitəsilə 9ləbələrin biliklərinin hesaba alınınası dövrü (1936-cı ildən jli məktəbdə imtahan tətbiq edilməyə başlanıb) çoxdan ötüb. Nəzarət və hesablamanın bu sistemi ali məktəb qarşısında duran yüksək ixtisaslı mütəxəssis hazırlığı məqsədini təmin edə bilmir. Ali məktəb pedaqogikası diskret nəzarət forınasını daha səmərəli forma ilə əvəz etmək istiqamətində axtarışlar aparır. Təhsil mütəxəssisləri belə bir mülahizə irəli sürür ki, ənənəvi qış və yay sessiyaları əvəzinə müntəzəm «mikroimtahan»lar (məsələn, ayda bir dəfə) keçirilməsi daha məqsədəuy- ğundur. Yoxlama və nəzarətin bu forınası ali təhsil prosesini daha səmərəli idarə etməyə imkan verir, tələbələrin biliklərinin səviyyəsini vaxtında aşkarlamağa kömək edir, müəllimləri təlim prosesində korreksiya işi aparınağa sövq edir, tələbə və müəllimlərin qarşılıqlı əməkdaşlığı və əks əlaqə üçün əlverişli şərait yaranır, yoxlama və nəzarətin «mikroimtahan» sistemini tələbədə gələcək mütəxəssisə xas şəxsi keyfıyyətlər formalaşdırır; müəllim öz yetirmələrinə yaxından bələd olur. İmtahan sessiyası sistemində, bir çox hallarda müəllimin tələbə ilə ilk tanışlığı imtahan prosesində baş verir. «Mikroimtahanlar» isə biliklərin müntəzəm yoxlanılmasına, tədris kursunun hər bir bölməsinin ümumiləşdirilməsinə və yekun nəzarətin keçirilməsinə şərait yaratmaqla qiymətləndirmə prosesindəki təsadüfləri aradan qaldırır. Tələbənin imtahan biletinin suallarına və müəllimin əlavə suallarına verdiyi cavablarla onun tədris kursunu tam bilməsi qənaətinə gəlmək Çox çətindir. Tələbənin biliklərinin çoxballı sistemlə qiymətləndirilməsinin öz problemləri var. «Mikroimtahan»lar isə tələbənin bütün kurs üzrə biliklərini müntəzəm surətdə yoxlamağa imkan verir. «Mikroimtahan»ın üstünlüklərini sübut edən digər arqumentlər də göstərınək mümkündür.
Ali məktəbin özünəməxsus xüsusiyyətlərindən biri də tələbənin həyat tərzinin və davranışının köklü surətdə dəyişməsi ilə bağlıdır.
Ali məktəb pedaqogikası tələbəyə orta məktəbdə olduJ ğu kimi, valideynləri vasitəsilə təsir etmək imkanımn qeyri mümkünlüyünü nəzərə alaraq, auditoriyadankənar tərbiyə işinin təşkilinə xüsusi diqqət yetirir. Nəticə etibarilə, tələbənin təlim fəaliyyətinə, psixologiyasma qüvvətli sürətdə təsir etməklə, onda təlim-idrak maraqları və motivlərin məqsədyönlü inkişafına əsas verir.
Orta məktəbdən fərqli olaraq ali təhsil müəssisəsində təlim prosesinə maddi maraq kimi qüvvətli amil təsir göstərir. Etiraf etməliyik ki, tələbəni təlimin son nəticəsi kimi, əsasən təqaüd (stipendiya) maraqlandırır. Bu da özlüyündə nəticəyə təsir edən stimul yaradır, tələbənin təlim məsuliyyətini artırır. Təqaüdün təyin edilməsi tələbənin təlim müvəffəqiyyətindən asılıdır. Əlaçı tələbələr yüksək təqaüd alırlar. Təqaüd tələbənin təlim müvəffəqiyyətinə qüvvətli surətdə təsir göstərsək də, ali məktəbdə yeganə təlim amili deyil.