AZƏRBAYCANDA ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARIN VERİLMƏSİ Azərbaycanda elmi dərəcələrin və elmi adların verilməsi sahəsində kifayət qədər zəngin təcrübə qazanılmışdır.
Azərbaycanda elmi və elmi-pedaqojı kadr hazırlığının ilkin mərhələsi XX əsrin 20-ci illərinə təsadüf edir. 1926-cı ılın may ayında Azərbaycan KP MK Xalq Maarif Komissar- lığına respublikanın ali məktəblərində aspirantura təşkıl etməyi tapşırdı. Bu dövrdə elmi kadr hazırlığının qaydasını, formalarını və müddətini qəti müəyyən edən normativ sənəd yox «əməkdaş», «elmi işçi», «aspirant» kimi anlayışlar arasında fərq qoyulmamışdır. Onların hüquq və vəzifələri müəyyənləşdirilməmişdi. Elmi kadrlar hazırlamaq uçun maliyyə vəsaiti ayrılmamışdı. İlk dəfə ADU-da və Azərbaycan Politexnik İnstitunda (indiki Neft Akademiyasında) aspirantura şobələr yaradıldı. 1929-cu ilin may ayının 18-də respublika XMK nəzdində Dövlət Elm Şurası elmi işçilər hazırlamaq üçün «Əsasnamə» təsdiq etdi. Bu əsasnamədə göstərilirdi kı, aspiranturada təhsil müddəti 3 ildir. Aspirant həmin müddət ərzində elmi işini hazırlamalı və fakültənin açıq iclasında onu müdafiə etməlidir. Aspirant elmi işlə yanaşı, təhsil illərində rus dilini, həm də milliyətindən asılı olmayaraq xarici dillərdən birini bilməlidir.
SSRİ AAK-ı 1992-ci ilə kimi Azərbaycanın ali məktəb və elmi-tədqiqat institutları Elmi Şuralarının qərarına əsasən alimlik dərəcələrini təsdiq etmiş, elmi-pedoqoji kadrların attestasiya şuralarının fəaliyyətinə nəzərət etmiş, respublikamızda yaranan şuralara doktorluq və namizədlik dissertasiyalarını müdafiə etmək hüququ vermiş, onların tərkibini təsdiq etmişdir. Hazırda bu işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası həyata keçirir. Azərbaycanda elmi və elmi-pedaqoji kadr hazırlığında yaranmış ənənə hələ də saxlanılır. Avropa ölkələrindən fərqli olaraq yüksək elmi ad almaq üçün iki dəfə (namizədlik və doktorluq) dissertasiya müdafiə etmək tələb olunur.
Respublikamızda ikipilləli ali təhsil sisteminə keçid böyük miqyaslı və mühüm əhəmiyyətli dəyişkənliyə səbəb oldu. İkipil- 'əli mütəxəssis hazırlığının birinci pilləsində məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi, ikinci pillənin məzunlarına «magistr» ali peşə-ixtisas dərəcəsi, pillələrə bölünməyən ixtisaslar üzrə təhsilini başa vuran məzunlara isə ali ixtisas dərəcəsi verilir.
Azərbaycan Respublikasının «Təhsil Qanunu»nun yeni layihəsinə görə, ali məktəb təhsilindən sonrakı təhsil doktoranturada həyata keçirilir. Müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir.
Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyənləşdirilmişdir:
fəlsəfə doktoru (R.H.D) (elm sahələri göstərilməklə),
elmlər doktoru (Dr. Sc) (elm sahələri göstərilməklə).
«Doktor» - ixtisaslaşdırılmış Elmi Şura tərəfindən verilən ən yüksək elmi dərəcədir.
Attestasiyanın nəticələrinə uyğun olaraq «magistr» və ya «doktor» elmi dərəcəsi verilir.
«Dosent» və «professor» elmi adlarını ali məktəblərin| elmi tədqiqat institutlarının Elmi Şuraları verir və müəyyən olunmuş qaydada təsdiqlənir. Magistrdən sonra birbaşa doktor elmi dərəcəsinə keçilməsi ilə əlaqədar olaraq «dosent» və «professor» elmi adlarının verilməsinə tələbkarlığın artırılması gözlənilir. Ali məktəb vəzifələrinə seçkilərdə ancaq doktorların iştirakı məqsədəuyğun hesab olunur.
2005-2006-cı tədris ili üçün respublikamızda alı məktəblərin magistraturasına yeni qəbul qaydaları müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının dövlət və qanunve- ricilikdə müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş qeyrij dövlət ali məktəblərinin magistraturasına qəbul mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.
2003-cü ilin may ayında respublika hökuməti «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)» qaydalarını təsdiq etmiş, Təhsil Nazirliyində yaradılan xüsusi komissiya bu istiqamətdə real fəaliyyətə başlamışdır.