2. Pedaqogikada diferensasiya və inteqrassiya prosesləri Ali məktəb pedaqogikası ümumi pedaqogikanın sahısi kimi


ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARIN YARANMA TARİXİ



Yüklə 248,55 Kb.
səhifə8/9
tarix30.11.2022
ölçüsü248,55 Kb.
#71529
1   2   3   4   5   6   7   8   9
1MÜHAZİRƏ (1)

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARIN YARANMA TARİXİ
Elmi dərəcələr və adlar ali təhsil müəssisəsində mütə­xəssisin təlim-tərbiyə prosesində rolunun, elmi kvalıfıkasıyasının rəsmi surətdə müəyyənləşdirilməsi, elmi dərəcələrin və elmi ad­ların verilməsindən ibarət attestassiyası formasıdır. Elmi ad ali­min elmi kadr hazırlığında, tədris və elmi ədəbiyyatın yazılma­sında xidmətlərinin elmi cəmiyyət tərəfindən rəsmi surətdə qeydedilməsi, dəyərləndirilməsi deməkdir.
Elmi dərəcələrin verilməsi ilk universitetlərin yaranması ilə bağlı olmuşdur.
XII əsrdə ilk «hüquq doktoru» dərəcəsi Bolonıya universi­tetində, «təbabət doktoru» dərəcəsi isə İtaliyadakı Salem İnstitu­tunda müəyyənləşdirilmişdir. XIII əsrdə Paris Universitetində «ilahiyyət doktoru» dərəcəsi müəyyənləşdirildi. Meydana gəldiyi ilk dövrlərdə «doktor» (latınca «doktor s» sözündən goturulub «müəllim» deməkdir) biri-birinə yaxın mənada işlədilir və bir- birini əvəz edirdi. Doktor dərəcəsim almazdan oncə «lısenzıat» (latınca «Ucenciatus» - «hüququ olan» deməkdir) dərəcəsi almalıydı. Buna nail olmaq üçün iddiaçı imtahan verməli və yaz I işi təqdim etməliydi. «Magistr»- «bakalavr» (latınca «baccalau-1 reus» - «dəfnə çələngi» deməkdir) ixtisas üzrə imtahandan mü­vəffəqiyyətlə çıxmış adamlara verilirdi. .
«Magistr» - «doktor» dərəcələrinin ıerarxık sistemi X - XVII əsrlərdə formalaşdı, universitetlərin nizamnaməsində ozu- nə status qazandı. «Bakalavr», «lisenziat» aşağı dərəcələr hesab olunurdu. Onların alınma qaydaları nisbətən sadə ıdı. Yuksək dərəcələri almaq qaydaları isə daha mürəkkəb idi.
«Doktor» dərəcəsi almış mütəxəssis isə müstəqil olaraq həm elmi tədqiqatçılıq, həm də müəllimlik fəaliyyəti ilə məşğul ola bilərdi.
XVI-XVII əsrlərdə İtaliya və Almaniya universitetlərində dissertantlara elmi rəhbərlik praktikası yarandı. Elmi rəhbər ancaq elmlər doktorları ola bilərdi.
İtaliyada elmi rəhbər - «Padrone», Almaniyada isə «Dok­torvater» adlanırdı. Elmi rəhbər dissertasiyanın mövzusunu müəyyənləşdirir, onu elmi surətdə dəyərləndirir və dissertantı “doctor” kimi təqdim edirdi.
Almaniya Federativ Respublikasında doktor diplomunda doktorluq imtahanından alınmış qiymət və müdafiəyə verilən qiymət qeyd olunur. Bu ölkədə, habelə Avstriya və İtaliyada yalnız «doktor» dərəcəsi mövcuddur.
Bir sıra ölkələrdə mütəxəssisin elmi xidmətlərini qeyd et­mək məqsədilə fəxri dərəcə «elmlər doktoru» (honoris causa-qısa şəkildə - h.s) müəyyənləşdirilmişdir.
Britaniyanın müvafiq təcrübəsinə əsaslanan bir sıra ölkə- i ləıxlə «doktor» dərəcəsindən öncə «magistr» dərəcəsi verilir. Humanitar ixtisaslar üzrə dissertasiya üçün «incəsənət magistri») (master of arts); təbiət və texniki ixtisaslar üzrə hazırlanmış dissertasiya üçün «elmlər magistri» (master of scienses) dərəcəsi verilir.
Yaponiyada «magistr» (shusi) dərəcəsi bütün elmlər üçün müəyyənləşdirilmişdir.
Bolqarıstan, Rumıniya, Çexiya və Slovakiyada «magistr» dərəcəsi əllinci illərdə müasir «elmlər namizədi» dərəcəsi ilə eyniləşdirildi.
Fransada, Polşada, İsveçrədə, Danimarkada, Norveçdə və əksər Latın Amerikası ölkələrində universiteti bitirən məzunlara (bu zaman xüsusi dissertasiya təqdimatına ehtiyac olmur) «ma­gistr» adı verilir.
Finlandiya, Yunanıstan, İspaniya, Portuqaliya, Meksika və Ekvadorda «magistr» dərəcəsi əvəzinə «lisenziat» dərəcə təqdim edilir. Bu adı almaq üçün imtahan vermək və çap olunmuş əsər təqdim etmək lazımdır.
İsveçrədə, Latın Amerikası ölkələrində elmi dərəcələr siste­mi daha geniş diferensiasiyaya uğramışdır: ali təhsili başa vu­ranlar «lisenziat» adını alır. Ən aşağı elmi dərəcə «bakalavr» hesab olunur. Bu ad ixtisasa girişlə bağlı tədris fənlərində imtahan verən iddiaçılara verilir.
Fransada və Fransa tipli universitetləri olan ölkələrdə - kamal attestatı alanlar «bakalavr» adlanır, bu heç bir elmi dərəcəni ifadə etmir.
Rusiyada elmi dərəcələr XIX əsrdə təsdiq edildi. 1803-cü ildən başlayaraq fəlsəfə və hüquq fakültələrində üç pilləli sistem nəzərdə tutulurdu: universitet namizədi, magistr, doktor, tibb fakültəsində isə təbabət doktoru. Elmi dərəcələr universitet nizamnaməsi əsasında verilirdi.
1819-cu ildə Xalq Təhsili Nazirliyi Rusiyanın bütün universitetləri üçün «Elmi dərəcə almaq üçün Əsasnamə» qəbul etdi. Bu Əsasnaməyə görə, bütün əlaçı məzunlara «universitet kandidatı» adı verilirdi. Digər məzunlar isə bu adı almaq üçün müəllimlərin nəzarəti altında inşa yazmalıydıİar. Magistr imtahanı iki, doktor imtahanı dörd sualdan ibarət olurdu. On­lara yazılı cavab verilməliydi. Doktorluq dissertasiyaları latın dilində yazılmalıydı. «Elmlər namizədi» və «doktor» fakültənin adı ilə adlanırdı. Magistr adı isə on dörd ixtisas istiqamətlə­rindən biri əsasında müəyyənləşdirilirdi. «Magistr» və «doktor» dərəcəsi Xalq Təhsili Naziri tərəfindən təqdim olunurdu.
1837-ci ildə magistr və doktorluq imtahanlarında sualla­rın sayı azaldıldı. Filologiya və təbabət üzrə dissertasiya yazmaq üçün latın dili vacib hesab olunurdu. İxtisaslaşmamış «doktor» dərəcəsi yalnız hüquqşünaslar üçün saxlandı. «Hüquq doktoru», «riyaziyyat elmləri doktoru», «təbiət elmləri doktoru», «iimumi dilçilik doktoru», «Şərq dilçiliyi doktoru» kimi elmi adlar müəyyənləşdirildi.
1844-cü ildə «Elmi dərəcələrin verilməsi haqqında Əsasna­mə» ilə «magistr» dərəcəsinin verilməsi 22 ixtisas üzrə müəyyən­ləşdirildi. Dissertasiyaların latın dilində yazılması tələbi ləğv olundu. Yalnız təbabət üzrə doktorluq dissertasiyaları 1859-cu ilə qədər latınca yazılırdı.
1863-cü ildən başlayaraq universitet nizamnaməsi Elmi Şuraya dissertasiya müdafiə etmədən görkəmli alimlərə «fəxri doktor» adı və imtahansız «magistr» dərəcəsi vermək hüququnu təsdiqlədi. Alimin ixtisasını müəyyənləşdirən elmlərin sayı universitetin kafedralarına uyğun olaraq 1864-cü ildən başlayaraq artırıldı.
XIX əsrin 60-cı illərində əlyazması formasında olan disser­tasiyalar çap olunmuş dissertasiyalarla əvəz olundu. Dis­sertasiyanın məzmunu və müdafiəyə təqdim olunan əsas elmi müddəaların «Elmi məqalələr məcmuəsində», universitetin «El­mi əsərlər»ində, sahə jurnallarında məqalə və tezis şəklində çap olundu. Rusiyanın hər hansı bir universitetində müdafiəyə bura­xılmayan dissertasiya müdafiə üçün başqa universitetə təqdim. oluna bilərdi.
1884-cü ildə fakültələr xüsusi hallarda magistr disser­tasiyası üçün «doktor» adı vermək hüququ qazandı.
1917-ci il- oktyabr çevrilişindən sonra Rusiyada elmi dərəcələrin verilməsində müəyyən dəyişikliklər edildi. 1934-cü ilin yanvarında, daha sonra isə 1937-cü ildə «elmlər namizədi» və «elmlər doktoru» kimi elmi dərəcələrin verilməsinin yeni qay­daları müəyyənləşdirildi, namizədlik minimumları və disserta­siya müdafiəsi qaydaları dəyişdirildi.
1934-cü ildə keçmiş SSRİ məkanında Ümumittifaq Ali Attestasiya Komissiyası (ÜAAK) fəaliyyətə başladı. 1949-cu ildən dissertasiyanın müdafiəsi üçün çap olunmuş avtoreferatın, 1958-ci ildən dissertasiyanın mövzusu üzrə çap olunmuş məqalələrin olması tələbi qoyuldu. 1973-cü ildə dissertasiyanın həcmi dəyişdirildi.
Keçən əsrin 70-80-cı illərində mütəxəssis kvalifıkasiyası- fızika, riyaziyyat, kimya, biologiya, geologiya-minerologiya, coğrafiya, texnika, hüquq, pedaqogika, psixologiya, təbabət, incəsənət, arxitektura ixtisasları üzrə müəyyənləşdirilirdi. Hər bir elm daxilində sonrakı diferensiasiya nəzərdə tutuldu (bütöv­lükdə 500 ixtisas üzrə).
1992-ci ildən elmi dərəcələr və elmi adlar xüsusi ixti­saslaşmış dissertasiya şuralarında verilməyə başlandı. 1994-cü ildə Rusiya Federasiyası tərəfindən yeni müdafiə qaydaları təsdiqləndi.
İlk dəfə olaraq ali məktəbdə professor (latınca «profes­sor»- müəllim deməkdir) statusu XVI əsrdə Oksford universiteti tərəfindən müəyyənləşdirilib.
Sonralar bir sıra ölkələrdə «ordinar professor» (ştatda) və «ekstra ordinar» (ştatdankənar) professor dərəcələri tətbiq olundu.
Dosent (latın sözü docens, docentis-öyrədən, təlim edən deməkdir) adı ən aşağı elmi dərəcəsi olan şəxslərə verilirdi. XIX əsrdə bir sıra ölkələrdə «privat-dosent» vəzifəsi yarandı (onlara tələbələrin təhsil haqqından məvacib verilirdi).
Britaniya sistemli ali məktəblərdə «dosent» adı mənasın­da «professorun yoldaşı» (associate professor) və «professorun köməkçisi» (assistent professor) ifadələri işlədilirdi.
Fransız sistemli ali məktəblərdə 1808-ci ildən başlayaraq «aqreje» adlı elmi dərəcə yarandı. Müxtəlif ixtisaslar üzrə bu elmi dərəcəni daşıyan şəxslər liseylərdə və universitetin bəzi fakültələrində dərs deyə bilərdilər.
1755-ci ildə Moskva universiteti yarandıqdan sonra «professor» adı özünə daha möhkəm status qazandı.1863-cü ilə qədər «dosent» mənasında «ad’yunkt-professor» ifadəsi işlədilir­di.1863-cü ildə dosent ifadəsi, 1884-cü ildən isə «privat-dosent» ifadəsi status aldı.«Privât dosent» adını almaq üçün magistr imtahan verməli və fakültə müəllimlərinin iştirakı ilə iki sınaq mühazirəsi oxumalı idi.
SSRİ-də ali məktəb müəllimlərinə və elmi işçilərə dərəcələr pedaqoji və elmi fəaliyyətləri əsasında verilirdi. İyirminci illər­dən ali məktəblərdə «professor», «dosent» və «assistent» dərəcə­ləri, elmi müəssisələrdə isə «böyük elmi işçi», «kiçik elmi işçi» adları özünə yer tapdı. Elmi adların atestasiyası sistemi dəfələrlə dəyişdirildi. 1986-cı ildə «baş», «aparıcı», «böyük», «kiçik» elmi işçi adları müəyyənləşdirildi.
Rusiya Federasiyasında 1994-cü ildən AAK-ın qərarı ilə ixtisas üzrə «professor» adı verilir.Ali məktəbin, elmi müəssisə­nin, elmi-tədqiqat institutunun Elmi Şurasının qərarı ilə ixtisas üzrə «böyük elmi işçi» adı verilir. «Professor» adının verilməsi üçün elmlər doktoru dərəcəsi və beşdən az olmayaraq elmlər na­mizədi dərəcəsi almış yetirmələriıjin olması vacib hesab olunur.
«Böyük elmi işçi» adının verilməsi üçün elmi dərəcə, ixtiralar, Yaxud çap edilmiş elmi işlər olmalıdır.
1995-ci ildən başlayaraq «kafedranın professoru» və «ka­fedranın dosenti» elmi adlan Rusiya Federasiyasının dövlət ko­mitəsi tərəfindən ali təhsil müəssisələrinin elmı-pedaqojı ışçı-Kafedranın professoru» elmi adı-dərəcəsi olan, mühazirə oxuyan, tədris-metodik və elmi əsərləri olan, aspirant və dısseı- tanüarm elmi işlərinə rəhbərlik edən və elmlər doktoru dəıəcəsıolan şəxslərə verilir.
«Kafedranın dosenti» elmi adı - mühazirə oxuyan, elm metodik və elmi əsərləri olan elmlər namizədinə verilir.

Yüklə 248,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin