21.Kanadada,Avstraliyada,ABŞda multikulturalizm: Multikulturalizm siyasətinin ilk tətbiq edildiyi ölkələrdən biri də Kanadadır. Bu dövləti ABŞ, Avstraliya və Yeni Zelandiya ilə birlikdə miqrasiya Dövlətləri adlandırırlar.Hər il bu ölkə tələbələr, müvəqqəti İşçilər, qaçqınlar istisna olmaqla 250 min miqrant qəbul edir. 37 milyon əhalisi olan Kanada üçün gəlmələr (immiqrantlar) xüsusi əhəmiyyət kəsb edir. 2009-cu ilin iyun ayında hökumət “Multikulturalizm proqramı”na
İnteqral, sosial vəhdətdə olan cəmiyyətin qurulması, rəngarəng əhalinin
Ehtiyaclarını ödəmək üçün təsisatların həssaslığının artırılması və beynəlxalq Səviyyədə multikulturalizm və müxtəliflik barədə diskussiyalarda aktiv İştirak edilməsindən ibarət 3 yeni məqsəd daxil etmişdir. 2009-2011-ci illərdə “Multikulturalizm Proqramı”na 28,5 milyon Kanada dolları məbləğində vəsait xərclənmişdir.Bundan əlavə Kanada hökuməti 2008-ci ildə “İcmaların Tarixi Tanınması” Adlanan 5 illik proqram qəbul etmişdir. Bu proqramın məqsədi Kanadada İmmiqrasiya məhdudiyyətləri dövründə müharibə zamanı əziyyət çəkmiş İcmaların tarixi ilə ölkə insanlarını tanış etmək idi. Bu gün Kanada multikulturalizmi sosial ədalət, mədəni kimlik və vətəndaş İştirakı prinsipləri üzərində qurulub.Müasir dövrdə uğurlu multikulturalizm siyasəti aparan ölkələrdən Biri də Avstraliyadır.Avstraliya hökuməti Cəmiyyətdə mövcud olan müxtəlif qrupların ehtiyaclarının ödənilməsi, onlara Bərabər imkanın verilməsi kimi istiqamətləri həm dövlət siyasətinin, həm də İnstitusional bazanın tərkib hissəsi kimi formalaşdıra bildi.2006-cı ildə İmmiqrasiya və Multikuturalizm Məsələləri üzrə Departament Yaradıldı.Bu departamentin əsas səlahiyyətlərinə yeni gələn miqrantlar üçün İngilis dili proqramlarının hazırlanması, həmin proqramların maliyyələşdirilməsi, Etnik təşkilatlarla məsləhətləşmələrin aparılması, biznes mühitində mədəni Müxtəlifliyin təşviq edilməsi istiqamətində proqramların hazırlanması və s. Kimi İşlərin yerinə yetirilməsi daxil edildi.Beləliklə,Avstraliya multikulturalizminin əsasında mədəniyyətlərin Qovuşması, təntənəsi və harmoniyası dayanır. Uğurlu multikulturalizm Siyasətinin aparılmasında həm dövlət, həm də xalq əsas rol oynayır.ABŞ-da etnik-Mədəni müxtəliflik, əsasən, gəlmələr (miqrantlar) hesabına formalaşmışdır.Amerikada immiqrantların çoxluq təşkil etməsi nəticəsində bu gün yerli Xalq etnik azlığa çevrilmişdir. Bu baxımdan ölkədə yaşayan əhali dörd qrupa Bölünür. Birinci qrup – afroamerikanlar və ya qaradərililərdir. Vaxtilə Amerikaya Gətirilmiş qullar indiki afroamerikanların əcdadlarıdır. Qaradərili amerikalılar Ölkə əhalisinin təxminən 12 faizini təşkil edirlər. İkinci qrupa ispandilli xalqlar Daxildir. Onlar əhalinin 13 faizini təşkil edirlər. Üçüncü qrupa Asiya ölkələrindən (Çin, Yaponiya, Koreya və s.) bura pənah gətirmiş xalqların nümayəndələri Daxildir. Ölkə əhalisinin tərkibində onların payı təxminən 5 faizdir. Dördüncü Qrupa yerli amerikalılar (hindular) daxildir. Onlar ölkə əhalisinin təxminən 1 faizini təşkil edirlər.Aparılan multikulturalizm siyasətinin ölçülməsi məqsədilə bir sıra indekslər mövcuddur. Onlardan biri də əvvəlki fəslin 3-cü yarımfəslində təhlil olunan “İmmiqrant azlıqlar üzrə multikulturalizm siyasəti indeksi (MKS) indeksi”dir. Bu indeks ABŞ multikulturalizminin ölçülməsi üçün istifadə oluna bilər. Çünki Amerikada multikultural mühiti, əsasən, immiqrantlar formalaşdırır. Bu baxımdan sözügedən indeksin parametrləri ilə ABŞ hökumətinin apardığı multikulturalizm siyasətini dəyərləndirmək mümkündür. “İmmiqrant azlıqlar üzrə MKS indeksi”nin Parametrlərinə uyğun olaraq ABŞ təcrübəsinə nəzər saldıqda görürük ki, aparılan Multikulturalizm siyasətinin əsas hədəfi vahid amerikalı kimliyi yaratmaq İdi. Bunu istər dil sahəsində aparılan siyasət, istərsə miqrantlara münasibətin Müxtəlif ştatlarda fərqli təzahür etməsini göstərə bilərik.
22. Qərb ölkələrində multikulturalizm siyasətinin iflasa uğramasının səbəbləri.
İngiltərə baş naziri David Kameron və Almanya federal kansleri Angela Merkelin multikulturalizmin iflasa uğraması ilə bağlı bəyantları həm siyasət, həm də akademik mühitdə birmənalı qarşılanmadı. Belə ki, multikulturalizm qərbdə demokratik dəyərlərin inkişafına öz töhfəsini verməkdə davam edir. Bu siyasətçilər daha çox indiki multikulturalizm anlayışından post-multikultural anlayışa keçidi dilə gətirmək üçün iflas ifadəsindən istifadə etdilər. Artıq yeni dünya multikulturalizm anlayışında da reformlar aparılmasını labüd edir. Burada qeyd etmək lazımdır ki, nə yerli xalqlar, nə də milli azlıqlar üçün multikultural vətandaşlığa mənsub olmadan geriyə addım atılmamışdır. Əksinə torpaq mülkiyyəti hüquqları, muxtariyyətlilik və yerli xalqların ənənəvi hüquqi sistemləri Qərb demokratiyasında yeri vardır. BMT-də 2007-ci ildə Yerli Xalqların Hüquqları bəyannaməsi qəbul edilmişdir. Bugün Kataloniyada regional muxtariyyətin İspaniyada demokratiyanın inkişafında, yerli xalqlara tanınan hüquqların Latın Amerikada demokratik vətandaşlığın daha da dərinləşməsinə kömək etməsini heç kim inkar edə bilməz.
23. Rusiyada multikulturalizmin meydana gəlməsinin tarixi şərtləri və səbəbləri. 24Müasir dövrdə Rusiyanın etnik-mədəni problemləri. 25Rusiyada immiqrasiya prosesləri. 26.Rusiyada Azərbaycan əmək miqrantları. 46 və 47 nində cavabı burda Rusiyada multikulturalizmin meydana gəlməsinin əsas tarixi şərtlərindən biri budur ki, Rusiya xüsusən orta əsrlərdə bir sıra qonşu xalqlar ilə iqtisadi və siyasi münasibətlərdə olmuşdur. Digər tərəfdən Kiyev Rus dövlətində tatarların çoxluq təşkil etməsi, müəyyən dövrlərdə Rusiyanın Monqol və Altın Orda dövlətinin hakimiyyətində olması bu şərtlər və səbəblər arasındadır. Artıq 15-ci əsrin axırlarında Moskvada III İvan şimalda Novqorod da daxil olmaqla bəzi yerləri özünə ilhaq edərək ilk milli hakimiyyəti qurmuşdur. Ondan sonra IV İvan Sibirə qədər irəliləyərək hakimiyyətini genişləndirmişdir. Daha sonra 17 və 18-ci əsrlərdə Pyotrun hakimiyyətində Rusya daha da geniş ərazilərə sahib olmuşdur. Multikultural kontekstdə Rus milli kimliyinin formalaşmasında əsas səbəblərdən biri də provaslav-xristian məzhəbidir. Məhz Osmanlı tərəfindən Şərqi Bizansın süqut etdirlməsi ilə III İvan öz imperiyasını “Üçüncü Roma” adlandırır və missioner-universal mənada bir kimlik yaratmaqla bunu edir. Pyotr dövründə isə Rusya daha çox avropalaşmaq siyasətini əsas alır. Pyotrdan əvvəlki “müqəddəs çar” anlayışı yerinə “dünyəvi çar” məfhumu almağa başlayır. Tarixdə pan-slavizm rusyada çox güclü olmuşdur və bu sayədə onlar imperiyalarını möhkəmlətmişlər. Rusiyanın bir çox regionlarında əmək miqrantlarına böyük ehtiyaç vardır. Azərbaycandan Rusiyaya miqrasiya prosesinin indiki mərhələsi 1990-cı illərin sonunda başladı. Bu əsasən iqtisadi səbəbdən irəli gəlir. Hal-hazırda Rusiyada 1,5 milyondan 2,5 milyonadək Azərbaycanlı miqrant yaşayır. Sovet dövründə ruslaşdırma siyasəti daha çox yerinə yetirilirdi. Məhz Lenin “Rusiya Xalqaları Deklarasiyası”nı meydana gətirməklə sovet ittifaqında multi-etnik ictimai transformasiyanın yarandığını iddia edirdi. Hətta bu “homo-sovieticus” olaraq da bilinir. Artıq 1987-ci ildən başlayaraq sovet ittifaqında milliyyətçilik güclənməyə başlayır, kırım tatarları, ukraynalıların milliyyətçilik anlayışları, Dağlıq Qarabağ problemi, 1990-ci illdə artıq Latviya, Litva və Estoniya öz müstəqilliklərini elan edirlər. Putin dövründə ilkin 200-2008-ci illərdə Rusyada siyasət qədim rus simvolları ilə sovet dövrünün sintezinə istinad edilərək həyata keçirilməyə başlanılmışdır. Qafqazdak etnik problemlər hər zaman Rusya üçün təhlükə sayılır və bu hal-hazırda da belə davam edir. Abxazya və Osertiya bu kontekstdə qiymətləndirilməlidir. Rusya sovet ittifaqı dağıldıqdan sonra ənənəvi-dini modeli mənimsəmişdir. X əsrə aid iki başlı Bizans qartalı simvolu Çar Rusiyasında olduğu kimi hal-hazırda da Rusiya Federasiyasında simvol olaraq istifadə olunur.