1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


Etnosentrizm və mədəni relyatizm



Yüklə 89,96 Kb.
səhifə3/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   2   3   4   5   6   7   8   9   ...   25
multikulturalizmin imtahan cavablarıı..

6.Etnosentrizm və mədəni relyatizm.
Tez-tez dominant mədəniyyətin üzvləri submədəniyyətlərə şübhə ilə yanaşır. Bu səbəbdən, onlara qarşı qərəzli mövqe tutmağa, onları təcrid və ya assimilyasiya etməyə çalışırlar. Hətta submədəniyyətləri cəmiyyətin gözündən salmaq məqsədi ilə təbliğat maşınını işə salır, ləyaqətinə toxunan söyləmələr, anekdot və rəvayətlər düzəldirlər. 1990-92-ci illərdə Azərbaycanda azsaylı etnoslara qarşı bu metoddan gen-bol istifadə edilirdi. Əksər ingilis amerikalılar ispanların ailə qarşısında borc və vəzifələrini, geniş loyallığını fərdi azadlığın həyata keçməsi yolunda ciddi maneə kimi qiymətləndirir. İspanlar isə, əksinə, təcrid olunmuş anqlo-amerika ailələrini geniş qohum-əqrəba əlaqələrində, onlara qarşı olan hörmət və məhəbbətdən məhrum edən “tənha institut” adlandırır. Beləliklə, öz mədəni nümunələrini “yaxşı”, “doğru”, özgə mədəniyyətləri isə “qəribə”, “əxlaqsız” və buna bənzər meyllər etnosentrizm adlanır. Mənfi cəhət isə ondan ibarətdir ki, etnosentrik sentimentlər “kənardakılara” qarşı ədavət və düşmənçiliyi artırır, qruplar arasında münaqişələrin inkişafına zəmin hazırlayır, irqçilik törədir və sosial dəyişikliklərə qarşı müqaviməti intensivləşdirir.Beləlik, etnosentrizmin qruplar arasında birlik və stabilliyin mənbəyi olmağına baxmayaraq, o, həm də, qruplar arasında anlaşılmazlığınvə parçalanmağın mənbəyidir.Sosial elm sahəsində çalışan alimlər əksəri etnosentrizmi tənqid edir. Çıxış yolunu hər bir mədəniyyətiə konkret yanaşma metod və metodikasında görür: hər bir mədəniyyəti tam anlamaq üçün həmin mədəniyyətin öz xüsusi anlayış və terminlərini, inkişaf etdiyi sosial mühiti, mədəniyyətin daşıyıcılarına sosial qüvvələrin göstərdiyi təsirləri, mədəniyyəti yaradan və ondan bəhrələnən adamların psixologiyasını mütləq nəzərə almaq lazımdır.Deməli, mədəni relyativizm bir metodologiya olaraq fərqli mədəniyyətləri anlamaq və öyrənmək üçün önəmlidir. Lakin, mədəni-relyativizm yalnız anlamaq üçündür, bəyənmək və ya bəyənməmək həmin anlayışın məzmununa daxil deyildir. Elə bu səbəbdən, özgə mədəniyyəti anlamağımızı həmin mədəniyyəti necə qiymətləndirməyimizdən fərqləndirməyi bacarmalıyıq. Digər tərəfdən, mədəni relyativizm və etnosentrizm arasında gərginlik mədəni assimilyasiya və mədəni müxtəliflik arasında gərginliklə çox bağlıdır. Belə ki, mədəni relyativizm müxtəlif sub-mədəniyyətlərə qarşı dözümlülük (tolerantlıq) göstərməklə, mədəni müxtəliflik üçün zəmin hazırlayır. Öz növbəsində, etnosentrizm dominant qrupları öz norma və dəyərlərini başqalarına qəbul etdirməyə həvəsləndirməklə mədəni assimilyasiyanın inkişafına təkan verir .Əlbəttə, əgər qruplar arasında əlaqələr minimuma enərsə, etnosentrizm assimilyasiya ilə deyil, ayrışma (separasiya) ilə nəticələnə bilər. Assimilyasiya və müxtəliflik, mədəni relyativizm və etnosentrizm arasında gərginliyin həlli “ortaq bir məxrəcin” tapılmasını tələb edir. Mədəni cəhətdən çox az heterogen cəmiyyət tapılır ki, bütün submədəni fərqlərə qarşı ya tam etnosentrik, yaxud tam tolerant mövqedə dursun. Müxtəlifliyə qarşı dözümlülük kifayət dərəcədə mədəni inteqrasiya üçün zəmin yaradan ümumi mədəni elementlərlə (hamının bölüşdüyü mədəni norma və dəyərlərlə) yanaşı mövcud olmalıdır.
8.və 39.İctimai inkişafda mədəniyyətin aparıcı rolu və multikulturalizm.
Etnik – mədəni müxtəlifliklər multikulturalizmin yaranmasının səbəbi kimi. Etnik-mədəni müxtəlifliklərin müəyyən edilməsində, multikulturalizmin tədqiq olunmasında mədəni- sivilizasion yanaşmanın rolu. Müasir ictimai inkişafın, xüsusilə də onun səbəblərinin və istiqamətinin tədqiq olunmasının mühüm metodoloji əsaslarından biri ictimai inkişafda mədəniyyətin aparıcı roluna dair elmi müddəadır. Bu müddəa mədəni- sivilizasion yanaşma adlanır. Mədəni- sivilizasion yanaşmaya əsasən, dünya kommunist sisteminin dağılması soyuq müharibə dövrünə son qoyaraq iki bir-birinə zidd olan siyasi sistemin hərbi, siyasi, iqtisadi və ideoloji qarşıdurmasına da son qoydu. Nəticədə xalqlar öz mədəni dəyərlərinə müraciət etməyə imkan əldə etdilər. Bu barədə Samuil Hantunqton “Sivilizasiyaların toqquşması və dünya düzəminin yenidən qurulması” adlı kitabında qeyd edir: “Yeni dünyada xalqlar arasında əsas fərqlər ideoloji, siyasi, iqtisadi deyil, mədəni xarakter daşıyır”. Öz tarixinə, dininə, dilinə, mənəvi dəyərlərinə müraciət edən xalqlar, öz kimliklərini müəyyən edirlər”.İnqlehart Ronald: “Dövlət başçıları və qanunlar dəyişə bilər, lakin mədəniyyətin əsas aspektlərii dəyişmək üçün çoxlu illər tələb olunacaqdır”. Ralf Darendorf: “İnstitusional mühitin, yəni qanunların dəyişməsi üçün ay kifayətdir, iqtisadi şəraitin dəyişməsinə bir iki il tələb olunur, amma şüurun dəyişməsinə onilliklər tələb olunur.” Pain: “Mədəniyyət siyasətdən daha vacibdir, çünki Mədəniyyət stereotipləri siyasi doktrinalardan əvvəl gəlir və onların əsasını təşkiil edir.” Beləliklə, multikulturalizm ilk növbədə mədəniyyətin ictimai inkişafda aparıcı rol oynadığını, etnik- mədəni qrupların maraqlarının tanınmasını və həyata keçirilməsi ideyasına əsaslanır. Bu qrupların tələblərinin əsasında dil və din məsələsidir. İctimai inkişafda mədəniyyətin aparıcı roluna dair qeyd olunan elmi müddəa müasir dövrdə xalqların həyatında mədəniyyətin mühüm rol oynadığını göstərməklə cəmiyyətdə etnik-mədəni müxtəlifliklərin qalxmasının səbəbini izah edir. Belə olan bir şəraitdə etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin ən optimal vasitəsi kimi multikulturalizm özünü büruzə verir. Buna görə də multikulturalizmin tədqiq olunmasında mədəni- sivilizasion yanaşmanın böyük metodoloji əhəmiyyəti vardır.
9.Multikulturalizmin əsas xüsusiyyətləri.
Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür.O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.
10.Azərbaycanda multikulturalizmin qarşısında duran əsas vəzifələr.
Azərbaycan Respublikasında multikulturalizm ideyalarının özünə ciddi yer etməsi və sürətlə genişlənməsi dövlətin məqsədyönlü siyasətinin nəticəsidir. Hazırda Avropadakı və Azərbaycandakı multikulturalizm siyasəti sahəsində vəziyyət aydın göstərir ki, ölkəmiz bu istiqamətdə xüsusi modelini formalaşdırmışdır. Azərbaycanda multikulturalizm bütün parametrləri ilə sosial həyat tərzinə çevrilmişdir. Bu baxımdan, multikulturalizm sahəsində elmi-tədqiqat işlərinin sürətlə genişlənməsi müasir reallıqların tələbi kimi qiymətləndirilməlidir.Azərbaycan Multikulturalizmi fənninin məqsəd və vəzifələri ondan ibarətdir ki, Azərbaycan Multikulturalizmi fənninin əsas məqsədi Azərbaycan Respublikasının multikulturalizm siyasətinin mahiyyətini, onun xüsusiyyələrini və bu siyasətin ölkədə uğurla həyata keçirilməsinin səbəblərini ölkəmizdə və dünyada izah etməkdir.Bu məqsədə nail olmaq üçün “Azərbaycan multikulturalizmi” fənninin qarşısında aşağıdakı vəzifələr durur:


  • Azərbaycan multikulturalizmi” fənninin predmetini və əhəmiyyətini tələbələrə izah etmək;


  • Yüklə 89,96 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin