Soyad: Əzimov Fakültə: Biznes və menecment



Yüklə 145,44 Kb.
tarix16.11.2019
ölçüsü145,44 Kb.
#29594
rrr

Ad: Fərid


Soyad: Əzimov
Fakültə: Biznes və menecment
İxtisas: Marketinq
Qrup: 916
Fənn: İqtisadiyyata giriş

Sərbəst işin adı: Tələb və təklif bazarın hərəkətverici qüvvələri kimi

Florida ştatında kəskin soyuqlar zamanı ABŞ-ın bütün iri marketlərində portağal şirələrinin qiyməti artır. Əgər Ingiltərədə yay bir qədər isti keçərsə, Karib dənizi sahillərində mehmanxana otaqlarını çox ucuz qiy­mə­tə verirlər. Yaxın Şərq dövlətlərində qoşunlar döyüş vəziyyətinə gətiril­dik­də, ABŞ-da benzinin qiyməti artır, işlənmiş maşınların dəyəri aşağı düşür. Bütün bu hadisələr arasında ümumi cəhət nədən ibarətdir? Bu, tələb və təklifin qarşılıqlı təsirindən irəli gəlir.

Tələb və təklif iqtisadi nəzəriyyədə tez-tez istifadə olunan (tamamilə təbii səbəblərdən) anlayışlardır. Məhz onlar bazar iqtisadiyyatının «hərə­kət­vericisi kimi onu hərəkətə gətirir», istehsal olunan əmtəələrin miq­darını və qiymətini müəyyən edirlər. Buradan da bu və ya digər hadisənin və ya hökumətin qəbul etdiyi qərarların iqtisadiyyatın vəziyyətinə təsirini bilmək üçün hər şeydən əvvəl onların tələb və təklifə təsirini öyrənmək lazım gəlir.

Bu fəsildə tələb və təklif nəzəriyyəsi təsvir edilmiş, alıcıların və satı­cıların davranışları və onların bir-birləri ilə qarşılıqlı təsirlərinə baxılmışdır. Eyni zamanda, bazar iqtisadiyyatında tələb və təklifin təsiri nəticəsində qiymətin formalaşma­sı mexanizmi və məhdud iqtisadi ehtiyatların böl­güsündə onların rolu aydınlaşdırılır.

Bazar və rəqabət

«Tələb» və «təklif» anlayışlarından bazarda bir-birinə qarşılıqlı təsir edən insanların davranışlarını təsvir etmək üçün istifadə edilir. Bazar – bu, müəyyən bir əmtəə və ya xidmətlərin alqı və satqısını həyata keçirən insanlar qrupudur. Burada alıcılar əmtəələrə olan tələbi, satıcılar isə təklifi müəyyən edirlər. Alıcı və satıcıların davranışlarını təhlil etməzdən əvvəl «bazar» anlayışının əhəmiyyətinə və onun növlərinə baxaq.

Rəqabətli bazar (COMPETITIVE MARKETS)

Bazarın formaları çoxcəhətlidir. Bəzən bazarlar çox yaxşı təşkil olu­nur­lar. Əksər kənd təsərrü­fatı məhsulları bazarlarında əvvəlcədən müəyyən olun­muş yerdə və vaxtda alan və satan çoxlu insanlar qarşılaşırlar, xüsusi işçilər isə qiymətlərin qoyulmasına və satışın həyata keçirilməsinə köməklik edirlər.

Çox vaxt isə bazarlarda hərc-mərclik hökm sürür. Misal üçün, müəy­yən bir şəhərdə dondurma bazarının vəziyyətinə baxaq. Heç kim əvvəl­cədən ­ müəyyən edə bilməz ki, alıcı dondurmanı nə vaxt yemək istəyir. Dondur­ma satıcısına gözlənilməyən yerdə rast gəlmək olar və onlar bir-birin­dən fərqli məhsullar təklif edirlər. Dondurmanın qiymətini elan edən auksionçu yoxdur. Hər bir satıcı məhsullara qiymət siyahısını özü asır, hər bir alıcı isə mağazada neçə stəkan və ya dənə dondurma almaq istədiyini müstəqil həll edir.

Şəhər dondurma bazarını (təşkilatlardan fərqlənməyən) alıcı və satıcı qrupları formalaşdırır. Hər bir alıcı bilir ki, bir neçə dondurma satan var və onlardan müəyyən növ dondurma almaq imkanına malikdir. Hər bir satıcı isə bilir ki, onun məhsulu rəqibinin bazara çıxardığı məhsuldan o qədər fərq­lən­mir. Dondurmanın qiyməti və satılan məhsulun miqdarı bir alıcı və ya satıcı tərəfindən müəyyən edilmir. Əksinə, əmtəənin qiyməti və miqdarını bazarda mövcud olan bütün alıcı və satıcılar qarşılıqlı fəaliyyətdə müəyyən edirlər.

Iqtisadiyyatda əksər bazarlarda olduğu kimi, dondurma bazarı da rəqa­bə­tin yüksək səviyyəsi ilə fərqlənir. Rəqabətli bazar elə bazardır ki, burada çox­lu satıcılar və alıcılar mövcud olur və bunlar bazar qiymətlərinə əhəmiy­yətli təsir göstərə bilmirlər. Dondurma satıcısının əmtəənin qiyməti üzərində nəzarət etmək imkanı məhduddur. Çünki eyni məhsulu başqa rəqiblər də təklif edirlər. Heç bir satıcı öz məhsulunu cari qiymətdən aşağı satmaq istəməz; eyni zamanda, qiyməti yüksəldə də bilməz, alıcılar dondurmanı başqa yerdən əldə edə bilərlər. Analoji olaraq, heç bir alıcının da əmtəənin qiymətinə təsir etmək imkanı yoxdur, çünki o, ancaq bir və ya iki dondurma alır.

Bu fəsildə biz rəqabətli bazarda alıcıların və satıcıların qarşılıqlı fəaliyyətini izləyir, satılan məhsulların miqdarına və qiymətinə tələb və təklifin təsirini təhlil edirik.

Rəqabət: mükəmməl və qeyri-mükəmməl (COMPETITION: PERFECT AND OTHERWISE)

Fərz edək ki, qarşımızda mükəmməl rəqabətin hökm sürdüyü bazar vardır. Mükəmməl rəqabətli bazar iki əsas xarakterik cəhətlə müəyyən olunur: 1) satıcılar tərəfindən təklif olunan bütün əmtəələr eynidir; 2) alıcılar və satıcılar o qədər çoxdur ki, onların heç biri bazar qiymətinə təsir etmək gücündə deyillər. Madam ki, mükəmməl rəqabətdə alıcılar və satıcılar bazar qiymətlərini məlum bir şey kimi qəbul etməlidirlər, onlar bu qiymətləri qəbul edilən qiymətlər adlandırırlar.

Real həyatda mükəmməl rəqabət anlayışına minlərlə fermerin taxıl satdığı və milyonlarla alıcının buğda və buğda məhsullarını aldığı taxıl bazarı daha çox uyğun gəlir. Heç bir alıcı və satıcı buğdanın qiymətinə təsir etmir, onu məlum bir şey kimi qəbul edirlər.

Bununla belə, çoxlu əmtəə və xidmətlər bazarlarında rəqabət qeyri-mükəmməldir. Bəzi bazarlarda ancaq bir satıcı olur və qiyməti də o müəyyən edir. Belə məhsul satan inhisarçı adlanır. Buna kiçik bir şəhərdə və ya qəsəbədə kabel kompaniyası misal ola bilər. Çünki televiziya tamaşaçıları başqa provayder xidmətlərinə müraciət etmək imkanına malik deyillər.

Bir sıra bazarlarda isə bir neçə satıcı olur ki, onlar da heç də həmişə mürtəce rəqabətə meylli olmurlar. Bazarın belə tipi oliqopoliya adlanır. Məs: əgər iki iri şəhər arasında aviasiya daşımalarını 2-3 kompaniya həyata keçirirsə, onlar aviabiletlərin qiymətini yüksək səviyyədə saxlamaq üçün rəqabətdən qaçmağa cəhd edirlər.



Bir çox bazarlarda bəzi satıcılar öz xarakterlərinə görə fərqli əmtəələr təklif etdiklərindən, həmin məhsulların qiymətlərini müəyyən etmək imkanına malik olur­lar. Belə bazar inhisarçı rəqabətli bazar adlanır. Məs: proqram təminatı istehsalı. Bazarın bir-biri ilə rəqabət edən çoxlu mətn redaktorları təklif etməsinə baxmayaraq, hər bir proqram öz xüsusiyyətinə görə başqalarından fərqlənir və müəyyən qiymətə malik olur.

Bazarın bu müxtəlif tiplərinə baxmayaraq, biz mükəmməl rəqabətli bazarların təhlilindən başlayırıq, çünki o, xüsusi çətinlik törətmir. Bundan başqa, bazarların əksəriyyəti rəqabətin dərəcəsinə görə də xarakterizə olunduğundan, mükəmməl rəqabət şəraitində tələb və təklifin öyrə­nilməsindən əldə etdiyimiz biliklərdən daha mürəkkəb bazarların təhlilində istifadə edirik.
Yüklə 145,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin