Sifəti saydan fərqləndirən əsas xüsusiyyət...
A) təyin ola bilməsi
B) əsas nitq hissəsi ola bilməsi
C) əlamət bildirməsi
D) isimləşə bilməsi
E) suala cavab verməsi ilə
2. Aşağıdakı cümlələrdən hansında say düz yazılmışdır?
A) Rasim dördüncü mərtəbədən bizə baxırdı.
B) O, V-ci sırada əyləşmişdir.
C) 7-inci sinif şagirdləri çox sevindilər.
D) Mən II-ci sinifdə oxuyurdum.
E) Mayın 1-ində kəndə getməliyəm.
3. Yalnız müəyyən miqdar sayları hansı sırada verilmişdir?
A) bir, xeyli B) az, üçüncü C) on beş, səkkiz
D) çox, bir qədər E) beş, birinci
4. Aşağıdakı saylardan hansının sinonimi alınmadır?
A) 40 B) 15 C) 60 D) 80 E) 50
5. Saylar… (bəndlərdən biri nöqtələri əvəz edə bilməz)
A) Adətən, cümlənin təyini olur.
B) Əşyanın sırasını bildirir.
C) Əşyanın miqdarını bildirir.
D) Əşyanın sayını və əlamətini bildirir.
E) Neçə? Nə qədər? Neçənci? sullarına cavab verir.
6.Hansı qeyri-müəyyən miqdar sayından sonra gələn isim yalnız cəmdə olur?
A) çox, az B) çoxlu, xeyli
C) onlarla, beşinci D) bir sıra, bir çox
E) bir qədər, az
7.Sözlərdən biri say deyil.
A) birlik B) ikinci C) azacıq
D) çoxlu E) yüzlərlə
Verilmiş sözlərdən biri saydır:
A) çoxluq B) birlik C) bir az
D) birgə E) beş-beş
8. Müəyyən miqdar saylarından ibarət sıranı müəyyənləşdirin:
A) beş, on üç, üç-dörd
B) az, çox, altı
C) birinci, axırıncı, yeddi
D) iki, üç, yüz əlli
E) bir tam onda beş, bir az, bir qədər
9. Sayları məna növlərinə görə qruplaşdırın:
I -müəyyən miqdar sayı
II-qeyri-müəyyən mirqdar sayı
III-sıra sayı
1-az, çox, xeyli
2-axırıncı, beşinci, birinci
3-beş, iki, on beş
A) I-3, II-2, III-1 B) I-2, II-1, III-3
C) I-1, II-2, III-3 D) I-3, II-1, III-2
E) III-1, II-2, I-3
Dostları ilə paylaş: |