Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
  1   2   3   4   5   6   7   8   9   ...   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”



Mövzu 4 
 
“Dini müxtəliflik və multikulturalizm” 
 
 
Dini müxtəliflik – multikulturalizm siyasətinin yaranmasının səbəblərindən biri kimi. 
Dinlərarası dialoq – multikultural cəmiyyətin xüsusiyyəti kimi. Dövlət-din münasibətləri. 
Sekulyarizm prinsipi və onun ictimai inkişafda əhəmiyyəti. Dini dəyərlər – dini müxtəlifliyin 
əsası kimi. Mədəniyyətin struktur elementləri sistemində dini dəyərlərin yeri. Dünya 
dinlərində tolerantlıq ideyası. Vətəndaşların vicdan və dini etiqad azadlıqlarının qorunması 
– demokratik cəmiyyətin mühüm əlaməti kimi. Azərbaycanda dini tolerantlığın 
formalaşmasının tarixi şərtləri. İslamda tolerantlıq ideyaları. Qurani-Kərimdə "Dində 
məcburiyyət yoxdur” ideyası.
Din insanlıq tarixində universal ictimai institut kimi çıxış edir. Şübhə yoxdur ki, dinin 
universallığı onun cəmiyyət həyatı üçün yerinə yetirdiyi əhəmiyyətli rollar və funksiyalarla bağlıdır. 
Bel
ə olduğu halda, dinin mahiyyətini, onun meydana gəlmə və inkişaf qanunauyğunluğunu elmi 
konsepsiyalar 
əsasında öyrənmək zərurəti yaranır. Bu zərurətin nəticəsi olaraq, XVIII əsrdən 
etibar
ən dinin mahiyyəti, mənşəyi, cəmiyyətdəki rolu və yerini təhlil edən müxtəlif nəzəriyyələr 
ir
əli sürülmüşdür. 
Bu n
əzəriyyələr din fenomenini əsasən iki tərəfdən izah etməyə çalışır: 
I. Dinin strukturunun 
əsas elementləri; 
II. Dinin c
əmiyyətdəki rolu və funksiyası. 
Dinin strukturu 
əsasən üç formada təzahür edir: 
1. Fövq
əltəbii varlığa inam; 
2. Dini f
əaliyyət; 
3. Dini t
əşkilatlar. Başqa sözlə desək, din - fövqəltəbii varlığa və ya qüvvələrə etiqad 
etm
ək, onlara pərəstiş göstərmək, ayin və mərasimləri yerinə yetirmək, nəhayət, öz inancını ifadə 
etm
ək məqsədilə dini qruplarda birləşmək deməkdir. 
İngilis antropoloqu Edvard Bernet Teylor (1832-1917) dinin mahiyyətini 
“ruhani varlıqlara 
inanmaq” 
kimi xarakteriz
ə etmişdir. Burada “ruhani varlıqlar” ifadəsi insan idrakının fövqündə 
duran, fövq
əltəbii güclərə malik olduğuna inanılan metafizik varlıqlar (tanrı, mələk və s.) kimi başa 
düşülür. Dinin mahiyyətinin funksional izahı dinin fərd və cəmiyyət üçün oynadığı rolları nəzərdə 
tutur. Dinin f
ərd üçün əhəmiyyətinə gəlincə, bu daha çox insanın mənəvi həyatı və psixikası ilə 
əlaqədardır. Belə ki, din insan həyatına məna qazandırır, onu mənəvi böhran, ümidsizlik, 
depressiya v
ə digər psixoloji problemlərdən qoruyur.


Dinin meydana g
əlməsinə dair irəli sürülən nəzəriyyələr ciddi mübahisələrə səbəb 
olmuşdur. Sosial elmlərdə metodoloji baxımdan dinə yanaşma tərzinin iki əsas istiqaməti 
mövcuddur: 
pozitivist v
ə fenomenoloji 
yanaşma. 
Pozitivizm f
əlsəfəsinə əsaslanan ilk yanaşma dini şüur və fəaliyyəti anlamaqla 
kifay
ətlənməyərək, onun mənşəyini təbiətşünaslığın metodları əsasında izah etməyə cəhd edir, 
bel
əliklə də, dini etiqad sistemini ibtidai və mifoloji dünyagörüşündən təkamül edərək formalaşan 
ictimai şüur forması kimi dəyərləndirir. Dinin mənşəyini izah edən pozitivist-evolyusionist 
(t
əkamülçü) nəzəriyyələr, əsasən, aşağıdakılardır: 

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin