Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
1   2   3   4   5   6   7   8   9   ...   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”

Karl Marksın (1818-1883)
kapitalist iqtisadi sistemin t
əhlili kontekstində dinin yeri və roluna dair fikirləri dinin mahiyyətinin 
izahı baxımından əhəmiyyətlidir. Marksizm nəzəriyyəsinə görə, din insanın insanı istismar etməsi 
üz
ərində qurulan sinfi cəmiyyətin meydana gəlməsi səbəbilə yaranmışdır. Beləliklə, din istismar 
v
ə zülmə bəraət qazandıraraq hakim siniflərin maraqlarına xidmət edir. K.Marks 
“Din - xalqın 
tiry
əkidir”
dey
əndə, dinin məhz bu sosial funksiyasını nəzərdə tutmuşdur. 
Dinin funksiyası dedikdə, dinin fərd və cəmiyyət üçün əhəmiyyəti, dinin cəmiyyətdəki rolu və 
yeri n
əzərdə tutulur. Dinin funksiyaları universal deyildir, əksinə, bunlar dəyişkən və nisbi xarakter 
daşıyır. Bununla belə, müxtəlif tarixi dinlərin keçmişdə və günümüzdə cəmiyyət və fərd üçün vacib 
olan b
əzi rollarını müəyyənləşdirmək mümkündür. Bunları, əsasən, iki qismdə – dinin fərdi 
funksiyaları və dinin ictimai funksiyaları olaraq nəzərdən keçirək. 
Dinin f
ərd üçün əhəmiyyəti çox böyükdür. Belə ki, din insanların həyatına məna qazandırır 
v
ə onların dünyagörüşünü formalaşdırır. İstər keçmişdə, istər müasir dövrdə insanlar “Nə üçün 
varam?”, “Nə etməliyəm?”, “Öldükdən sonra nə olacaq?” kimi suallara cavab axtarıblar. Lakin din 
xaricind
ə bu suallara konkret cavab verən başqa dünyagörüşü forması mövcud deyildir. Dini 
şüurun nəzəri ifadəsi, daha öncə də gördüyümüz kimi, müxtəlif etiqad sistemləri, miflər, yaxud 


dini hekay
ələr vasitəsilə kainatın, insanın necə və nə üçün yaradıldığı, vəzifələri, onun aqibəti ilə 
bağlı cavabları ehtiva edir. 
Dinin ictimai funksiyaları da müxtəlifdir. Burada dinin sosial inteqrasiya, tənzimedici və 
legitiml
əşdirici funksiyaları xüsusilə qeyd edilməlidir. Dinin sosial inteqrasiya və birləşdirmə 
funksiyasını yerinə yetirməsi, demək olar ki, bütün funksionalist sosioloqlar tərəfindən 
vurğulanmışdır. Din ortaq inanc, ayin və mərasimlər vasitəsilə insanları dini birlik və qruplarda 
birl
əşdirir. Müştərək dünyagörüşü və eyni hədəflər insanların cəmiyyət halında yaşamasını 
mümkün edir. E.Dürkheym m
əhz din sayəsində cəmiyyət həyatının mümkün olduğunu ifadə edir 
v
ə bildirirdi ki, din, əslində ictimai həyatın simvolik ifadəsindən ibarətdir. Buna baxmayaraq, dinin 
inteqrasiyaedici funksiyası nisbi xarakter daşıyır. Din müştərək inancları bölüşən insanları 
birl
əşdirdiyi halda, fərqli inanclara malik olanlara və ya inancsızlara qarşı mənfi münasibət 
b
əsləməyə, hətta zorakılığa da səbəb ola bilər. Dinin bu qəbildən olan mənfi rollarına isə dinin 
disfun
ksiyası 
deyilir. Tarixd
ə və günümüzdə dini zəmində çoxlu münaqişələrin baş verdiyi 
m
əlumdur. Odur ki, dinin inteqrasiya və ya münaqişəyə səbəb olması situasiyaya bağlı olaraq 
d
əyişir. 
Eyni zamanda, din ictimai d
əyərləri, normaları və mədəniyyəti legitimləşdirmə, onlara haqq 
qazandırma funksiyasına malikdir. Belə ki, o, ictimai norma və dəyərlərə müqəddəs məna 
yükl
əməklə sosial strukturu qoruyur. Beləliklə, din adət-ənənələr, ictimai normalar və dəyərlər 
üçün sağlam təməl rolunu oynayır, həmçinin dini məna daşıyan norma və dəyərləri nəsildən-
n
əslə ötürür. Yaxşı və ya pis əməllərin (normalar) din tərəfindən müəyyənləşdirilməsi insanlarda 
özün
ənəzarət mexanizmini gücləndirir. Bu da ictimai asayişin təmin olunması və ictimai nizamın 
möhk
əmlənməsi sahəsində öz töhfəsini verir. 

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin