Ədəbiyyat : AĞASƏF İmran menecment. 2007 plan: Münaqişələrin mahiyyəti və yaranma səbəbləri. Münaqişələrin növləri



Yüklə 24,03 Kb.
səhifə1/3
tarix13.12.2023
ölçüsü24,03 Kb.
#175848
  1   2   3
referat 5103


MÜNAQİŞƏLƏRIN VƏ STRESİN İDARƏ OLUNMASI

Hazırlayan : RƏVAN QULİYEV
Ədəbiyyat : AĞASƏF İMRAN MENECMENT. 2007

PLAN:
1. Münaqişələrin mahiyyəti və yaranma səbəbləri.
2. Münaqişələrin növləri.
3. Münaqişələrin tipləri.
4. Münaqişələrin idarə olunması metodları.
5. Stres və onun təbiəti.
6. Stresin aradan qaldırılması yolları

Münaqişələr mövqelərin, görüşlərin, mənafelərin bir-birinə uyğun gəlmədiyi şəraitdə, habelə problemlərin çətinliklə həll olunduğu halda baş verir.


Münaqişələr öz təbiətinə görə açıq və gizli, müəyyən və nisbətən qeyri- müəyyən formalarda ola bilər. Bunlar həm dağıdıcı, həm də yaradıcı xarakter daşıya bilərlər. Lakin münaqişələrin hansı xarakter daşımalarından asılı olmayaraq, onlar, gərgin qarşılıqlı əlaqə və emosional situasiyalar yaradırlar.
Əmək kollektivlərində münaqişələrin, münaqişə situasiyalarının bir sıra ümumi və xüsusi halları mövcuddur. Bu baxımdan, münaqişələr obyektiv və subyektiv olurlar.
Obyektiv- işguzar xarakter daşıyan münaqişələr, istehsal və əmək fəaliyyəti sahəsində bir növ siqnal rolunu oynayır və istehsal münaqişəsi adlanır. Münaqişələrin subyekti və obyekti ilə əlaqədə olan məsələlər sistemli halda araşdırılmalı, tədqiq edilməlidir. Çünki münaqişə situasiyası çevik xarakter daşıyır və sabit olmur. Hətta burada opponentlərin, bu və ya digər məsələyə dair olan fikirləri də dəyişə bilər. Bu, bir tərəfdən opponentlərin öz statusundan, digər tərəfdən isə onlara təsir edə bilən rəsmi orqanların ranqından, yəni hakimiyyət səviyyəsindən asılı olur.
Münaqişələrin yaranması yalnız sosial köklərlə bağlı deyildir, iqtisadi amillər də əsas rola malikdir. Münaqişələr, bir qayda olaraq, tərəflərin mövqe və mənafelərinin ziddiyəti, uyğun gəlməməsi üzündən baş verirlər .
Bu baxımdan münaqişənin meydana gəlməsişəraiti yalnız əmlak, maddi, pulla ifadə olunan mənafe və dəyərlərlə deyil, həm də müəyyən hakimiyyət statusuna malik olmaq üçün və yaxud nüfuz qazanmaq üçün süni olaraq da yaradıla bilər. Sosial münaqişələr sosial gərginlikdən doğur. Sosial gərginlik isə ayrı-ayrı işçilərin, fərdlərin, sosial qrupların tələbatının, məramlarının ödənilməsi ilə bağlıdır.
Münaqişə, münaqişə situasiyasının xarakterindən asılı olaraq adi sosial səviyyədə, normada, kritik, kulminasiya dərəcəsində, açıq və qızğın formada ola bilər. Münaqişələr yalnız işçilər, sosial qruplar arasında deyil, həm də dövlətlə dövlət müəssisələri, dövlətlə qeyridövlət müəssisələri, dövlətlə gizli iqtisadiyyat strukturları, müdiriyyətlə işçilər, menecerlərlə fəhlələr, fəhlə qrupları arasında da ola bilər.
Bazar iqtisadiyyatına keçid şəraitində münaqişə situasiyaları intensiv olaraq güclənir. Bu bir tərəfdən muzdlu işçilərin, vətəndaşların, təsərrüfat subyektlərinin qanuna zidd hərəkətləri, digər tərəfdən isə münaqişə fenomenini lazımi səviyyədə dərk etməməkdən, bu problemə kompleks, sosial-psixoloji, sosial-idarəçilik baxımından yanaşılmaması ilə əlaqədardır.
Bazar münasibətləri şəraitində münaqişələrin elmi təhlilində, tənzimlənməsində emosiyaların öyrənilməsinin də böyük əhəmiyyəti vardır. Belə şəaritdə mənfi emosiyalar (gələcəyə inamın olmaması, əsəbilik, həyəcan, yalan, alçalma, biganəlik, yorğunluq, qorxu), müsbət emosiyalardan (inam, ümid, etimad, məğrurluq, gümrahlıq, qorxmazlıq, həyata maraq, təmkinlik, sakitlik) üstünlük təşkil edir. Bu isə münaqişə situasiyasını xeyli dərəcədə mürəkkəbləşdirir, adi münaqişələri (istər işdə, istər ailə-məişət və işdən kənar mühitdə) kriminal səviyyəyə çatdırmış olur. Münaqişənin xarakteri müxtəlif fəaliyyət sferalarında müxtəlif səviyyəli emosiyalarla şərtlənir.
Dünyanın ən məşhur psixoloqları insanın daxili aləmini tam dolğunluğu ilə öyrənə bilməmişlər. Deməli, insanın psixologiyasını öyrənmək onun anatomiyasını öyrənməkdən çətindir. Bazar münasibətləri şəraitində risklər, gözlənilməz hadisələr mənfi psixoemosional, stres hallarını çoxaltmışdır. Belə vəziyyət insanın mərkəzi idarəedici orqanı olan beyninə mənfi təsir edir, fizioloji sistemini aşındırır, xroniki yorğunluq yaradır.
Stresi insan üçün bazar sisteminin, risklərin sanki ölçüsü adlandırmaq olar. Belə hal, mütəxəssislərin fikrinə görə, ürək-damar sisteminin pozulmalarına, adamların intellektual imkanlarının məhdudlaşmasına gətirib çıxarır.
Ayrı-ayrı təşkilatlarda baş verən ağır situasiyalar adamları stres vəziyyətinə salır, situasiyaların özü isə nəzarətdən çıxmış olur. Problemin həlli gecikəndə və yaxud tapılmayanda, yeni stres vəziyyəti yarana bilir. Əgər problem operativ qaydada həll olunarsa, stres öz başlanğıc fazasında qalar, pik səviyyəsinə çatarsa da tezliklə sönə bilər.
Münaqişələr tarixən müxtəlif səbəblər üzündən mövcud olmuş və davam etmişdir. Lakin bazar münasibətləri şəraitində rəqabətin gərginləşməsi, iqtisadi proseslərdə qeyri-müəyyənlik, spontan (gözlənilməz, qəfil) halların çoxalması, münaqişələrə yeni qaydada təkan vermişdir. Ona görə də indi, sənayecə inkişaf etmiş bir çox ölkələrdə firma və şirkətlərin işçi heyətinin ştat cədvəlinə münaqişəşünas işçi ştatı əlavə edilmişdir.
Münaqişələr bir qayda olaraq tərəflərin mövqe və mənafelərinin ziddiyəti, uyğun gəlməməsi üzündən baş verir. Həmin münaqişələr sırf şəxsi mənafe zəminində baş verdikdə firmalarda, hər hansı bir əmək193 kollektivində qarşıdurmalara, əksliklərə, ziddiyyətlərə və nəticə etibarilə dağıdıcı qüvvəyə çevrilə bilər. Bununla yanaşı, münaqişələr rəqabət qabiliyyətli məhsul istehsalı və firmanın digər önəmli istehsal maliyyə problemləri, heyətin idarə edilməsi kimi məsələlər zəminində meydana çıxdıqda müsbət, konstruktiv əhəmiyyət kəsb edə bilər.
Buradan görünür ki, münaqişələr həm funksional (faydalı, yaradıcı) və həm də disfunksional (faydasız, dağıdıcı) ola bilərlər.
Bununla belə, gündəlik təcrübə göstərir ki, bir çox hallarda münaqişələr psixoloji zəmində: inciklik, əsassız iddialar, emosiyalar və menecerlərin şıltaqlığı nəticəsində də baş verə bilər.
Məhz bu amillərə görə, nəzərə alınmalı olan ən vacib prinsipial məsələ, münaqişələrə tipinə (şəxsiyyətlərarası, şəxsiyyətdaxili, şəxsiyyətlə qruparası, qruplararası), səbəblərinə (resursların məhdudluğu, əmək kollektivlərinə müxtəlif qaydada yanaşma, psixoloji fenomen, peşəkarlığın, rəhbərliyin aşağı səviyyədə olması) və modelinə (situasiya, insident, funksional və disfunksional, idarə edilən və ya idarəedilməz) görə sistemli qaydada yanaşılmasıdır.

Yüklə 24,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin