DÜNYA DİNLƏRİ
1. Buddizm
Buddizm dü
nyada yayılmış üç ümumbəşəri dinin (Buddizm, Xristianlıq və İslam) ən
q
ədimidir. Buddizmin ümumbəşəri din sayılmasının səbəbi onun Xristianlıq və İslam kimi etno-
konfessional v
ə coğrafi sərhədləri aşaraq, fərqli mədəniyyət və ənənələrə mənsub müxtəlif
xalq
ların dininə çevrilməsidir. Təxmini hesablamalara görə, dünya üzrə Buddizmin 450-500
milyon (t
əqribən 1 milyonunu rahiblər təşkil edir) mənsubu vardır və onlar əsasən, Cənub, Cənub-
Şərqi və Şərqi Asiya ölkələrində (Butan, Vyetnam, Hindistan, Kamboca, Çin, Koreya, Laos,
Monqolustan, Myanma, Nepal, Tailand, Tibet, Şrilanka, Yaponiya, eləcə də Sinqapur və
Malayziyada çinli
əhalinin məskunlaşdığı bölgələrdə) yaşayırlar. Həmçinin Rusiya
Federasiyasının subyektləri olan Buryatiya, Kalmıkiya, Tıva, Saxa (Yakutiya) və Xakasiya
respublikalarında ənənəvi olaraq Buddizmə sitayiş olunur.
XIX
əsrin sonlarından etibarən Buddizmin Avropa və Amerika qitələrində yayılması prosesi
başlamışdır. Elə “Buddizm” termini də XIX əsrdə avropalılar tərəfindən bu dinə verilən addır.
Onun m
ənsubları isə dinlərini “Dharma” (qanun, təlim), yaxud “Buddadharma” (Budanın təlimi)
adlandırırlar. “Budda” sözü isə sanskrit və pali dillərində - “aydınlanmış”, yaxud “oyanmış şəxs”
m
ənasını verir.
Tarixi:
Buddizm eramızdan əvvəl I minilliyin ortalarında qədim Hindistanın şimal-şərqində
yaranmışdır.
Buddizmin
əsası e.ə. 563 – e.ə. 483-cü illəri arasında yaşadığı güman edilən, bu
gün Budda olaraq bilin
ən Siddharta Qautama tərəfindən qoyulmuşdur. Siddharta Qautama Şimali
Hindistanda bir şahzadə kimi doğulduqdan sonra həyatdakı əzabları sona çatdırmaq üçün bir yol
tapmaq m
əqsədiylə krallığını tərk etmiş və uzun illər ərzində müxtəlif fəaliyyəti nəticəsində
mü
əyyən zehni nəticələrə çatmışdır. Buddizmin dəqiq yaranma tarixi barədə tədqiqatçılar
arasında yekün bir fikir mövcud deyil. Ona görə də şərti olaraq e.ə. 544-cü il UNESKO tərəfindən
bu dinin yaranma tarixi kimi q
əbul edilmiş və buna əsasən 1956-cı ildə Buddizmin 2500 illiyi qeyd
olunmuşdur. “Siddhartha” – “məqsədinə tam nail olmuş şəxs” mənasını verir. “Qautama” isə onun
m
ənsub olduğu sülalənin adıdır.
Onun v
əfatından sonra tələbələri adət-ənənə üzrə Buddanın nəşini yandırdılar. Hörmət
əlaməti olaraq, ətraf dövlətlərin hökmdarları onun yanmış cəsədinin külündən bir hissə götürüb
saxladılar. Daha sonra həmin külü “stupa” adlanan və konusvari formada inşa olunan xüsusi
tikilil
ərin içərisinə yerləşdirdilər. Qautama Buddanın ölümündən sonra ümumi altı buddist şura
yaradılmışdır. Bu şura təlimlərin Asiyanın fərqli ölkələrinə yayılmasına, fərqli anlayışların ortaya
çıxmasına təkan vermişdir. XX əsrdə Avropa və ABŞ-da da məşhurlaşmağa başlayan buddizm
bir çox f
ərqli məzhəb və ya məktəbə ayrılır.
.
Buddizmin t
əliminin əsas hədəfi, icra olunan bütün ibadət və normaların məqsədi insanı
h
əyatın məşəqqət, əzab və iztirabından xilas edib mütləq mənəvi xoşbəxtlik, səadət hissinə -
Nirvanaya çatdırmaqdır. Qədim hind fəlsəfəsi və dini dünyagörüşünə görə, insan, heyvan və
bitkil
ər bədən və ruha sahibdirlər. Bədən ölümlü, ruh isə həmişəyaşardır. Bədən öldükdən sonra
ruh görül
ən pis və yaxşı əməllərdən asılı olaraq (karma) digər insan, heyvan, yaxud bitki bədəninə
keçir (reankarnasiya). Sonsuz t
əkrarlanan bu zəncirvari doğuş-ölüm prinsipi “Sansara” adlanır.
Kasta sistemin
ə görə, brahmanlardan başqa digər insanların sansaradan xilas olması mümkün
deyil. H
ətta brahmanların belə sansaradan azad olması olduqca çətin iş sayılır.
Buddizmin sadalanan t
əlimlərinin əsasında
Dörd n
əcib həqiqət
haqqında ideya dayanır: 1-ci
h
əqiqət dünyada hər şeyin əzab, əziyyət, iztirab, narahatlıq, narazılıq, qeyri-məmnunluq,
h
əyəcan, təşviş, təlaş, qorxu olduğunu ifadə edir. Buna “dukkha” deyilir. Yəni doğum, qocalıq,
x
əstəlik, bir sözlə ötəri olan hər şey əzab və iztirabdır; 2-ci həqiqət dukkhanın səbəbini göstərir.
Y
əni əzab və iztirabın mənbəyi arzu və istəkdir; 3-cü həqiqət dukkhadan azad olmağın, onun
s
əbəblərinin aradan qaldırılmasının mümkünlüyünü açıqlayır; 4-cü həqiqət isə dukkhanın yox
edilm
əsinin yeganə yolunu göstərir və bunun nirvanaya çatmaq olduğunu bildirir.
Buddaların vəzifəsi müəllimlik edərək insanlara qurtuluş yolunu göstərməkdir. İnsan isə
yalnız öz səyi və çalışqanlığı ilə xilas olacaqdır.
Ehkam v
ə ibadət
Bir insan özünü buddist adlandırmaq üçün ayrı-ayrılıqda üç iman kəlməsini, yəni “Buddaya,
dharmaya (t
əlimə) və sanqhaya (rahiblərin icmasına) pənah gətirirəm” cümləsini deməlidir. Bu
dinin m
ənsublarının praktik əxlaq və ehkam normaları baxımından minimum aşağıdakı beş
öhd
əliyə riayət etmələri vacibdir:
1. Canlı varlıqlara heç bir ziyan yetirməmək;
2.
Əgər könüllü bəxş etmirsə, heç kimdən heç nə almamaq;
3. Ər-arvad sədaqətini pozmamaq;
4. Yalan danışmamaq;
5. S
ərxoşedici içki və digər vasitələrdən uzaq durmaq.
Bu gün Hindistanda 4 milyona yaxın buddist olduğu ehtimal edilir. Tibetdən mühacirət edən
buddistl
ər sayəsində Hindistanın şimalında Buddizmin lamaizm qolunun mənsublarının sayı 100
min n
əfəri ötmüşdür. Hazırda Dharamsala şəhəri lamaizmin güclü təbliğat mərkəzinə çevrilmişdir.
H
əmçinin Buddizmin bu forması tarixi dövr ərzində Monqolustanda, Rusiya Federasiyasının
Buryatiya, Kalmıkiya, Tıva və digər regionlarında yayılmışdır. Buddizm son yarım əsrdə Avropa
v
ə Amerikada ciddi maraq cəlb etməyə başlamışdır. Xüsusilə Dzen Buddizmin və Tibet
lamaizminin t
əbliğat fəaliyyətləri, eyni zamanda Tibetdən və Vyetnamdan bir çox buddistin
mühacir
əti nəticəsində Avropada bu dinin 10 minlərcə mənsubu olan icmaları formalaşmışdır.
Onlar arasında xeyli sayda yerli avropalılar da vardır. Avropada buddist meditasiyalarına maraq
göst
ərənlərin sayı artmaqdadır. Amerikada isə Dzen Buddizmlə yanaşı, Tanrtik Buddizmə də
xüsusi maraq göst
ərilir. ABŞ-ın beynəlxalq “PEW” Araşdırmalar Mərkəzinin 2010-ci il üçün olan
m
əlumatına görə, ümumilikdə Avropada 1 milyon 330 min, Amerika qitəsində isə 4 milyon 270
min buddist yaşayır.
Dostları ilə paylaş: |