Dövlət imtahanı Sənayenin təşkili və idarə olunması


Sənaydə yeniliklərin və innovasiyaların mahiyyəti



Yüklə 185,94 Kb.
səhifə7/35
tarix18.06.2023
ölçüsü185,94 Kb.
#132224
1   2   3   4   5   6   7   8   9   10   ...   35
Dövlət imtahanı

16.Sənaydə yeniliklərin və innovasiyaların mahiyyəti.
Sual 16. Sənayenin təşkilində innovasiya - maddi istehsalın inkişafında mühüm rol oynayır. İnnovasiya-texnika və texnologiyanın yeniləşməslini təmin edəcək bir proses kimi vəsaitlərin iqtisadiyyatda yerləşdirilməsi, obyekt kimiisə - elmi-texniki tərəqqinin nailiyyətləri olan yeni texnika və mütərəqqi texnologiya deməkdir. innovasiya yalnız müəssisələrin sərəncamında olan iqtisadi resurslara deyil, həmçinin istehsal, bölgü, mübadilə və iştehlakla əlaqədar olan münasibətlərin bütün kompleksini əhatə edir və konkret texniki, iqtisadi və elmi potensialına əsaslanır. İnnovasiya siyasətinin ən ümdə məqsədi daha çox mənfəət, gəlir əldə etmək dən ibarətdir. Beləki, bazara yeni keyfıyyət parametrlərinə malik olan məhsullarla çıxan və yaxud maddi-eneji və digər növ resurslara qənaət edən, məhsulun hazırlanmasında daha mütərəqqi texnologiya tətbiq edən hər hansı bir müəssisə müəyyən dövr ərzində başqa müəssisələrə nisbətən daha çox mənfəət əldə etmək imkanı qazanır.


17.Neft-qaz sahələrinin inkişafı istiqamətləri
Sual 17. Neft-qaz sektoru sənayenin aparıcı sahələrindən biridir. Azərbaycanda neftemalı əsasən XIX əsrin 30-cu illərindən başlayaraq geniş təşəkkül tapmışdır. Neftemalı sənayesi əsasən məişətdə geniş istifadə olunan ağ neftin emalı ilə formalaşmağa başlamışdır. Qiymətli neft məhsulları olan benzin, mazut və s. həmin dövrlərdə özlərinə tətbiq sahələri tapmağına görə tullantı məhsullar olmuşlar. Müstəqil Azərbaycan dövlətinin mövcud olduğu 1918-1920-ci illərdə neft məsələsi öz xarakterini dəyişmişdir. Bu dövrdə ilk dəfə olaraq neft Azərbaycan dövlətinin istər daxili, istərsə də xarici siyasətinin ən mühim amilinə çevrilmişdir. İkinci dünya müharibəsi ərəfəsində SSRİ-nin neftemalı həcminin 71,5%-i, yağ istehsalının 85%-i, aviabenzinin 80%-i, liqroinin isə 90%-i Azərbaycanın payına düşürdü. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.



Yüklə 185,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin