Dövlət imtahanı Sənayenin təşkili və idarə olunması



Yüklə 185,94 Kb.
səhifə15/35
tarix18.06.2023
ölçüsü185,94 Kb.
#132224
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
Dövlət imtahanı

27. İstehlak və yığım.
İctimai təkrar istehsalın son fazası olan istehlak istehsal, şəxsi və ictimai istehlak formasında olur. İstehsal istehlakı istehsal prosesində məhsul və xidmətlərin hazırlanması üçün lazım olan xammal, material, yanacaq, enerji və s. sərfi deməkdir. Şəxsi istehlak məhsul və xidmətlərin ayrı-ayrı şəxslər tərəfindən istifadəsi, fiziki cəhətdən yox olmasıdır. Yəni müəyyən vaxt ərzində alınan və istehlak edilən məhsulların ümumi miqdarıdır. Bundan başqa ölkə əhalisinin elm, təhsil , idarəetmə, müvafiq xidmətlərindən birgə istifadəsi ictimai istehlak adlanır. Beləliklə istehlak maddi nemətlərin və xidmətlərin istifadə olunmasıdır. İnsanların maddi və mənəvi tələbatlarının ödənilməsi üçün əks etdirir. Müasir ədəbiyyatlarda istehlak əhalinin məhsul və xidmətlərin əldə olunmasına çəkilən pul xərcləri kimi izah olunur.Ən zəruri, ilkin tələbat məhsullarınından minimum istehlak xərcləri muxtar istehlak xərcləri adlandırılır. İstehlakın səviyyəsinə təsir göstərən əsas amil əhalinin gəlirlərinin səviyyəsidir. Belə ki, ÜDM-un bölgüsü sxemindən gördük ki, şəxsi gəlirdən müəyyən vergilər çıxıldıqdan sonra sərəncam da qalan gəlir birbaşa şəxsi istehlaka daxil olur. Buna görə də istehlakın artım azalması gəlirləri dinamikasından birbaşa asılıdır. Gəlirlərin artımı ilə istehlakın artımı arasındakı əlaqəni C.Keyns əsas psixoloji qanun kimi izah etmiş. O gəlirlərlə istehlak arasında əlaqəni istehlak funksiyası vasitəsi ilə əks etdirmiş və göstərmişdir ki, o istehlak funksiyası gəlirlərin səviyyəsinin dəyişilməsi ilə istehlakın dəyişilməsidir. Makrosəviyyədə istehlak sərəncamda olan şəxsi gəlirlə istehlaka yönəldilən xərc arasındakı əlaqəni əks etdirir.
Bazar iqtisadiyyati şəraitində adətən ailə gəlirləri xərclərindən az olur. Yığım anlayışı dedikdə gəlirin mal və xidmətlərin alınmasına xərclənməyən hissəsi başa düşülür. Ödənilən vergilər yığımlara aid edilmir. Bazar iqtisadiyyatına keçid yığımların ölkə iqtisadiyyatında oynadığı rolu yenidən dəyərləndirmək lazımdır. Sərbəst vəsaitləri yalnız yığmaq şərt deyildir. Yığımların əksi investisiyalardır. Yığmaq xərclərə müəyyən məhdudiyyətlərin qoyulmasıdır. Insanların hansı səviyyədə yığım toplamasında asılı olaraq cəmiyyət öz vəsaitlərini kapitala yönləndirir. Bu halda dəyərin artırılması üçün yığımların səmərəliliyin təmin edilməsi vacibdir. Bu şərtlərə əməl edilmədikdə əhalinin yığımlara olan həvəsi azalır. Investisiya gəlir əldə edilməsi məqsədilə pul vəsaitlərinin hır hansı bir sahəyə qoyulmasıdır. Yığımların investisiyalaşdırılması müxtəlif formalarda ola bilər: birbaşa vəsait qoyuluşu (aksiya, obliqasiya) daşınmaz əmlakın, dövlət qiymətli kağızlarını alınması, banklara depozitlərin qoyulması və.s
Müasir iqtisadi nəzəriyyədə yığıma bir neçə yanaşma mövcuddur:

Yüklə 185,94 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin