Dövlət imtahanı Sənayenin təşkili və idarə olunması



Yüklə 185,94 Kb.
səhifə12/35
tarix18.06.2023
ölçüsü185,94 Kb.
#132224
1   ...   8   9   10   11   12   13   14   15   ...   35
Dövlət imtahanı

Y = C + J + G + NX
Burada: Y – ÜDM həcmini;
C – istehlak xərcini;
J – investisiyalar;
G – dövlət xərclərini;
NX – xalis ixrac xərclərinigöstərir.
ÜMM və ÜDM üç metodla hesablanır.

  • 1-ci sahə metoduna görə - bütün sahələrdə istehsal olunmuş əlavə dəyərlərin həcmi.

  • 2-ci xərc metoduna görə - əmtəələrin alınmasına sərf olunmuş bütün xərclərin cəminə görə.

  • 3-cü gəlir metoduna görə - məhsul satışından əldə olunmuş gəlirə görə.

ÜDM nominal və real formada hesablanır. Əgər əmtəə və хidmətlər mövcud bаzаr qiymətləri ilə qiymətləndirilirsə bu nоminаl ÜDM оlur. Əgər hеsаblаmа zаmаnı infilyаsiyаnın hеsаbınа qiymətin аrtmаsı nəzərə аlınаrsа (çıхılаrsа) bu rеаl ÜDM оlur.Real ÜDM həcmi nominal ÜDM-nin qiymət indeksinə olan nisbəti kimi hesablanır. Bundan başqa ÜDM-nin defilyatoru göstəricisindən də istifadə olunur ki, bu da nominal ÜDM-nin real ÜDM-yə olan nisbətidir. Nominal ÜDM/real ÜDM.
Ümumiyyətlə ÜDM-nin artım sürəti ölkənin iqtisadi inkişafını əks etdirirsə onun adambaşına düşən kəmiyyəti isə əhalinin həyat səviyyəsini əks etdirir. Keçən əsrin sonlarına qədər ölkələrin iqtisadi inkişaflarının müqayisəsi üçün ÜDMun səviyyəsindən istifadə edilirdi. Sonrakı illərdə ÜDM-nin həcmi və onun adambaşına düşən kəmiyyəti deyil, insanın inkişafına nə dərəcədə təsir göstərməsi əsas hesab olunmuşdur. ÜDMnin adambaşına düşən kəmiyyəti, insanların ləyaqətli həyat tərzinin formalaşmasının maddi əsası, onların iqtisadi rifahının meyarı kimi çıxış edir.
Xalis milli məhsul ÜMM-dən kapitalm istehlak olunan hissəsini (amortizasiya) çıxılmaqla hesablanır. XMM göstəricisinin bir ciddi çatışmazlığı var: dövlətin bazar qiy-mətləri quruluşuna gətirdiyi təhriflər onlarda əks olımur. Dövlət müdaxiləsi olmasa, bütün əmtəələrin bazar qiymətlə-rinin cəmi ev təsərrüf atlarının amil gəlirlərinə qalıqsız bölünür.
ÜMM deflyatoru və qiymətlər indeksi: Inflyasiya və deflyasiya ÜMM-in hesablanmasını çətinləşdirirlər. ÜMM-in həqiqi kəmiyyətini - real ÜMM-i almaq üçün nominal ÜMM-i inflyasiyanın təsirindən təmizləmək, yəni qiymətlərin indeksasiyasını tətbiq etmək lazımdır. Nominal ÜMM-in real ÜMM-ə nisbəti ÜMM-in qiymət artımı hesabına artmasını göstərir və ÜMM deflyatoru adlanır. ÜMM deflyatoru inflyasiyanın və ya əks prosesin - deflyasiyanın intensivliyini ölçür. Qiymət indeksi kəmiyyəti 1-dən böyükdürsə, deməli, ÜMM-in deflyasiyası, qiymət indeksi 1-dən az olarsa, inflyasiyası baş vermişdir.
Aşağıdakı əsas qiymət indeksləri növlərini fərqləndirirlər:




Yüklə 185,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin