Milli hesablar müəyyən quruluşu və fəaliyyət qanunayğunluqları olan iqtisadi sistem çərçivəsində iimumi mili məhsul və milli gəlirin yaradılması, bölgüsü, yenidən ölgiisü və istifadə edilməsini izah edən anlayışların komleks sistemidir.
Milli hesablar metodunun banisi ictimai təkrar istehsalın təhlilini ictimai məhsulun natural (maddi) və dəyər elelemntləri arasında balans proporsiyalarının müəyyənləşdirilləsi mövqeyindən həyata keçirmiş fransız iqtisadçısı, fiziokrat Fransua Kene hesab edilir.
Milli hesabların nəzəri əsası milli gəlir problemləri ilə məşğul olan C.Keyns, A.Bouli, K.Klark, S.Kuznets, C.Stemrin əsərləri oldu. İlk MHS 1936-cı ilin məlumatlarına əsasən Fələstin üçün yaradılmışdı. Həmin dövrdə milli hesablar saəsində Fransada, İngiltərədə, Hollandiyada xeyli iş görülmüşdü. Rəsmi statiskada milli hesabın tərtib olunması istiqamətində ilk cəhd ABŞ-da 1947-ci ildə, Böyük Britaniyada 1946-cı ildə olmuşdur. Maraqlıdır ki, birincilər sırasında yaranmış Fransa milli hesablar sistemi 1946-cı ildə bir qrup fransız iqtisadçısı tərəfindən Fransa üzrə (1938-ci il üçün) MHS-dən ilk dəfə 1976-cı ildə çap olunmuş Geniş Milli Hesablar Sistemi (GMHS) kimi müasir sistemə qədər bir yol keçmişdir. Fransada həmin sistem yalnız makroiqtisadi modelləşmə üçün istifadə olunmur, həm də İqtisadiyyat, Maliyyə və Büdcə Nazirliyi, Planlaşdırma üzrə Baş Komissarlıq, həmçinin müxtəlif elmi mərkəzlər tərəfindən analitik-proqnozlaşdırma işi üçün istifadə olunur
24. Ümumi daxili məhsul (ÜDM) və ümumi milli məhsul (ÜMM). Ümum Milli Məhsul (ÜMM) və Ümumi Dахili Məhsul (ÜDM) nаturаl və dəyər göstəriciləri ilə müəyyən еdilir. Nаturаl göstəricilər vаsitəsilə ölkədə mаddi istеhsаl və bəzi хidmət sаhələrində yаrаnmış mаddi-əşyа şəklində оlаn məhsullаrın kəmiyyəti hеsаblаnır. Dəyər ölçüsü vаsitəsilə əmtəə və хidmətlərin dəyəri pul ilə hеsаblаnır. ÜMM bir il ərzində ölkə dахilində istеhsаl оlunаn əmttə və хidmətlərin bаzаr dəyərini ifаdə еdir. О istеhsаlın həcmindəki dəyişikliyi dаhа dəqiq əks еtdirir. ÜMM son əmtəə və xidmətlərin məcmuusu olduğundan onun hesablanmasında son məhsuldan istifadə olunur.
İstehsal prosesində istifadə olunan dövriyyə fondlarının dəyəri istehsalın bir neçə mərhələsində təkrarlandığı üçün təkrar hesablamalarda nəzərə alınmadığından aralıq məhsullar adlanır. Makroiqtisadi göstəricilər sistemində ÜMM-la ÜDM fərqləndirilir.Əgər ÜMM-a ölkə daxilində və xaricdə istеhsаl оlunub ölkənin milli iqtisаdiyyаtınа məхsus оlаn sоn məhsullаrın və хidmətlərin dəyəri dахildirsə, ÜDM isə аncаq ölkə dахilində yerli və xarici subyektlər tərəfindən istеhsаl еdilən məhsul və хidmətlərin dəyər ifаdəsində həcmidir.Başqa sözlə ÜMM-da heç bir ərazi əlaməti nəzərə alınmırsa, ÜDM-da bu amil nəzərdə tutulur. ÜMM-la ÜDM arasındakı fərq adətən ÜDM-un 1%-i səviyyəsində olur.
ÜDM ölkə daxilində müəyyən müddət ərzində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar qiymətidir və bu düzturla hesablanır.